Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1223/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qanuni və mütənasib müdaxilə; ədalətli kompensasiya Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1, Cavabdeh7 oğluna, Cavabdeh8, Cavabdeh6, Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı (mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyəti) mənzillərin və tikililərin sökülməsi, yeni təmirli mənzillərin verilməsi, kirayə haqqının ödənilməsi, mənzillərdən və tikililərdən çıxarılma tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 208 saylı Sərəncamına görə, Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvanda yerləşən torpaq sahəsi yeni yaşayış kompleksinin tikintisi üçün İddiaçı MTK-nın icarə əsasında istifadəsinə verilmişdir.
2. Hüquqların dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, Bakı şəhəri Nizami rayonu ünvan 2 ünvandakı mənzillər xüsusi mülkiyyət hüququ üzrə cavabdehlərin adına qeydə alınmışdır.
3. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin İddiaçı MTK-ya ünvanladığı 174 saylı xx.xx.2023-cü il tarixli cavab məktubuna görə, Bakı şəhəri Nizami rayonu ünvan 4 ünvanda 0,1536 ha torpaq sahəsində yerləşən yaşayış sahələri mənzil olaraq 1 saylı XTMKTB-nin balansında olublar, bu günədək balansdan çıxarılmayıblar. Həmin mənzillər fərdi yaşayış evləri kimi qeydiyyatdan keçmirlər, pərakəndə olaraq inşa olunublar. Sonradan sakinlər tərəfindən mənzil kimi özəlləşdiriliblər. Qeyd edilən mənzillərin sakinləri öz mənzillərinin ətrafında torpaq sahələrini qanunsuz zəbt edərək, özbaşına tikililər inşa ediblər. Bu səbəbdən həmin özbaşına tikililər 1 saylı XTMKTB-nin balansında deyil və səlahiyyətli orqanlar tərəfindən qeydə alınmamışdır. Həmçinin, Bakı Şəhəri İcra Hakimiyyəti və "xxxx" MTK arasında bağlanmış 1664 nömrəli xx.xx.2021-ci il tarixli Torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhəri Nizami rayon A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440-cı məhəllə ünvandakı torpaq (0.1536 ha torpaq) sahəsi MTK-nın istifadəsinə verilib. "xxxx" MTK həmin vaxtdan qeyd edilən məhəllə üzrə torpaq sahəsinə görə icarə haqqı ödəyir. Sovetlər birliyi zamanında həmin ərazidə Lampa Zavodunun yataqxana binası və bağçası olmuş, Lampa Zavodunun işçiləri yataqxana binasında məskunlaşmışdır. Sonradan Zavodun işçiləri həm yataqxana, həm də bağçada məskunlaşıb. Daha sonra həmin sakinlər həmin ərazidə yerləşən boş torpaq sahələrini zəbt edərək, müxtəlif tikililər və fərdi yaşayış evləri inşa ediblər. Həmin tikililərə və sahələrə orderlər əsasında özəlləşdirilmə sənədləri verilsə də, həmin tikili və sahələr mənzil kimi qeydə alınıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 mülkiyyətindəki ünvan ünvanda yerləşən köhnə yataqxana binasında 98,5 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh7 o ğlunun mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 62.5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil, Cavabdeh8 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh6 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 102,7 kv.m. sahəsi olan dördotaqlı 10 saylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşa yış binasından 126,07 kv.m. sahəsi olan dördotaqlı təmirli mənzil, cavabdeh X2 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 93,6 kv.m. sahəsi olan dördotaqlı 19 saylı mənzilin və özbaşına tikilinin sökülməsi, əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m. sahəsi olan üçotaqlı təmirli və 86,32 kv.m. olan üçotaqlı təmirsiz mənzillər, Cavabdeh4 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 65,7 kv.m. sahəsi olan üçotaqlı 30 saylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh2 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 66.5 kv.m. sahəsi olan ikiotaqlı 32 sa ylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 86,32 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil, Cavabdeh3 mülkiyyətindəki həmin ünvanda yerləşən köhnə yataqxana binasında 87 kv.m. sahəsi olan üçotaqlı 33 saylı mənzilin və özbaşına tikilinin sökülməsi əvəzində cavabdehə həmin ərazidə yeni inşa olunan çoxmənzilli yaşayış binasından 98,43 kv.m. sahəsi olan üçotaqlı təmirli mənzil verilməklə və yeni mənzillər təhvil verilənədək cavabdehlərin hər birinə hər ay 450 manat kirayə haqqı ödənilməklə cavabdehlərin söküləcək həmin mənzillərdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1334/2023 nömrəli iş üzrə 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia təmin edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
6. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdehlər apellyasiya şikayəti vermişlər.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2023 nömrəli mülki iş üzrə 13 dekabr 2023-cü il tarixli qərardadları ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), M.Məmmədov və F.Talışinski) Cavabdeh3 iddiadan imtinası qəbul edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi ona aid hissədə ləğv edilməklə, eyni hissədə iş üzrə icraata xitam verilmiş, cavabdehlər Cavabdeh5 və Cavabdeh2 apellyasiyadan imtinaları qəbul edilərək, onlara münasibətdə apellyasiya icraatına xitam verilmiş, 13 dekabr 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh7 oğlu, Cavabdeh8 və Cavabdeh6 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 4 ünvanda yerləşən binadakı 98,3 kv.m. sahəsi olan üçotaqlı 7 saylı mənzili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 1 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh7 oğluna ona məxsus olan Bakı şəhəri Niz ami rayonu ünvan 4 ünvanda yerləşən binadakı 62,5 kv.m. sahəsi olan üçotaqlı 8 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 3-cü mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 7 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh8 ona məxsus olan Bakı şəhəri Nizami rayonu ünvan 4 ünvanda yerləşən binadakı 66,5 kv.m. sahəsi olan üçotaqlı 9 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələ rinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 2-ci mərtəbəsində 98,43 kv.m. sahəsi olan üçotaqlı 2 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması; Cavabdeh6 ona məxsus olan Bakı şəhəri Nizami rayonu, ünvan 4 ünvanda yerləşən binadakı 102,7 kv.m sahəsi olan dördotaqlı 10 saylı mənzili və özbaşına tikili sökülərək əvəzində İddiaçı MTK-nın Bakı şəhəri Nizami rayonu A.Manafov, K.Balakişiyev və M.S.Ordubadi küçələrinin kəsişməsindəki 2440 saylı məhəllədə inşa edəcəyi 4 saylı binanın 1-ci girişi 4-ci mərtəbəsində 126,07 kv.m. sahəsi olan dördotaqlı 13 saylı təmirli mənzil verilməsi, yeni mənzil tikilib təhvil verilənədək müvəqq əti yaşayacağı mənzilə görə ona hər ay 450 manat kirayə haqqı ödənilməklə həmin mənzildən çıxarılması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, iddianın verilməsi ilə əlqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
8. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinin dəlillərinə görə, söküntüsü tələb olunan əmlaklar çoxmənzilli yaşayış binasında mənzillər deyil, fərdi yaşayış evləridir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı iddiaçının etirazında şikayətin təmin olunmaması, qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərənc am vermək hüquqlarından ibarətdir; V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur; Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.4. mülkiyyətin toxunulmazlığı; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiy yətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnam əsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud q ismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
16. Azərbaycan Respublikası Konstitusiya Məh kəməsi Plenumunun qərarları “A.Səlimzadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 iyun 2006-cı il tarixli Qərar: “... məhkəmə qətnaməsinin qanunvericiliyin tələblərinə əməl olunmadan çıxarılması həmin qətnaməni ədalət mühakiməsinin qanuna uyğun aktı kimi qəbul etməyə imkan vermir.” “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 dekabr 2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız fo rmal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 13 iyun 2008-ci il tarixli Qərar: “... konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 23 iyun 2021-ci il tarixli Qərar: “O da qeyd edilməlidir ki, hər bir konkret halda m ülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qa nuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.”
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun; Bə nd
7. Apellyasiya instansiyası məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur; Bənd
17. Kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli və Hiro Balani işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarlar: Milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik pr insipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, bu, məhkəmənin belə dəlillərin rədd edilməsinə dair nəticəni əsaslandırmamasına dəlalət edir. X1rşı iş üzrə 16 dekabr 1992-ci il tarixli və X4rşı iş üzrə 21 yanvar 1999-cu il tarixli qərarlar: Yuxarı məhkəmə instansiyası tərəfindən aşağı məhkəmə instansiyasının qərarı ləğv edilərkən məhkəmələr öz qərarlarında istinad etdiyi dəlilləri çox aydın şəkildə əsaslandırmalı və bu qərarın qəbul olunmasına əsas olmuş halları dəqiq göstərməlidirlər. Əks halda, bu, Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırılması hüququnun pozuntusu kimi qiymətləndirilir. Məhkəmələr tərəfindən istinad olunan halların aydın şəkildə əsaslandırılması işdə iştirak edən şəxslərin izahatlarının dinlənilib hüquqi qiymət verilməsinin göstəricisidir. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
20. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yeku n məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
21. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da iş üzrə qanunsuz və düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
23. İlk olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin öz gəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər (§19).
24. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya di gər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır (§21). 25. “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Həmin Qanunun 3.1-3.5-ci maddələrinə görə, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqları və azadlıqlarını məhdudlaşdıran qanunda məhdudlaşdırılan hüquq və ya azadlıq, habelə Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsi göstərilməlidir. İnsan hüquqları na və azadlıqlarına qoyulan məhdudiyyətlər həmin hüquqların və azadlıqların mahiyyətini dəyişməməlidir. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİİ hissəsində göstərilən əsaslarla yanaşı, insan hüquqları və azadlıqları digər insanların hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə təminat verilməsi və onların müdafiə edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.
26. Mülki Məcəlləyə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qoru nan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Göründüyü kimi, mülkiyyət hüququ Azərbaycan Respublikasında konstitusion səviyyədə tanınan və qorunan bir dəyərdir. Eyni zamanda, bu hüquq mütləq olmayıb, qanunda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər. Qanunvericiliklə mülkiyyət hüququnun məhdudlaşdırılması əsasları aydın tənzimlənmişdi r. Məhdudlaşdırılmanın həmin müddəalar çərçivəsində yolverilən sayılması üçün mülkiyyət hüququna müdaxilənin qanunda nəzərdə tutulması, qanuni məqsəd daşıması (cəmiyyətin maraqlarına xidmət etməsi) və haqq qazandırıla bilən (zəruri və mütənasib) olması vacibdir.
28. Hazırkı işdə iddiaçının sökülməsini tələb etdiyi mənzillər üzərində cavabdehlərin mülkiyyət hüququna malik olması işin mübahisəsiz halıdır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, mülkiyyət hüququna müdaxilənin mümkünlüyünü nəzərdə tutan aktlarda xüsusi mülkiyyətin sosial öhdəliklərə səbəb olması, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə, cəmiyyətin maraqları naminə, qanunla nəzərdə tutulmuş şərtlər çərçivəsində məhdudlaşdırılması, şəxsin bu hüquqdan məhkəmə qərarı ilə məhrum edilməsinin mümkünlüyü açıqca təsbi t olunmuşdur. O cümlədən, qəza vəziyyətində olan və bərpası mümkün olmayan binaların yerində yeniləri inşa edilməklə, mülkiyyət hüququnun kompensasiyası mümkündür.
30. Bununla yanaşı, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi kimi tədbirlər, orada yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması kimi qanuni məqsədlər daşısa belə, mülkiyyət hüququnun kompensasiyası ədalətli (mütənasib) olmalıdır. Ədalətli kompensasiya dedikdə, müdaxilə ilə hüququ pozulan şəxsin düşdüyü zərərin tam şəkildə qarşılanması başa düşülür. Bunun üçün isə mübahisəli əmlakların hüquqi statusu dəqiq müəyyən edilməlidir.
31. İşdən məlum olur ki, ape llyasiya şikayətinin dəlillərindən biri “... sökülməsini tələb etdikləri çoxmənzilli yaşayış binası deyil, fərdi yaşayış evləridir. Lakin məhkəmə nəzərə almamışdır ki, fərdi yaşayış evləri nə pilot layihələr çərçivəsində, nə də ki, digər hər hansı halda (dövlət ehtiyacları istisna olmaqla) sökülə bilməz, vətəndaşların mülkiyyət hüquqları pozula bilməz.” məzmundadır.
32. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə görünür ki, həmin məhkəmə öz yekun aktında sözügedən dəlilə münasibətdə göstərmişdir ki, “91. Məhkəmə kollegiyası cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 torpaq sahəsi ilə cavabdehlərin mülkiyyətində olan fərdi yaşayış yerləri ilə üst-üstə düşməsinin müəyyən edilməsi barədə tikinti-texniki ekspertiza təyin edilməsi və yerli baxış keçirilməsi barədə apellyasiya şikay ətinin dəlilinə münasibətdə qeyd edir ki,... apellyasiya şikayətinin qeyd edilən dəlili əsassız olduğundan təmin edilməməlidir.”
33. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi öz qətnaməsinin 91-ci bəndində səlahiyyətli dövlət qurumlarının mübahisə ilə bağlı qəbul etdiyi aktları sadalamış olsa da, əslində cavabdehlərin apellyasiya şikayətində irəli sürdüyü həmin dəlili müzakirə etməmiş, dəlilə münasibət bildirməmiş və hüquqi qiymət verməmiş, dəlillə razılaşdığını yaxud razılaşmadığını əsaslandırmamışdır.
34. Bunun nəticəsidir ki, cavabdehlər kassasiya şikayətində də eyni dəlili irəli sürmüşlər.
35. Halbuki, MPM-in 392.2-ci maddəsi, habelə bu Qərarda istinad olunan Konstitusiya Məhkəməsi və Ali Məhkəmə plenumlarının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə tələb edilmiş dir ki, yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinin qətnaməsindən şikayətə baxdıqda qəbul etdiyi aktda verilən şikayətlərin dəlillərinə hüquqi qiymət verməlidir (§15-18).
36. Bu mənada, işə mahiyyəti üzrə baxmış məhkəmələrin qətnamələrindən müəyyən etmək mümkün olmur ki, cavabdehlərin mülkiyyətində olan mənzillər çoxmənzilli yaşayış binasındakı mənzil, yoxsa fərdi yaşayış evləridir.
37. Məsələnin xüsusi hüquqi əhəmiyyəti ondan ibarətdir ki, əgər cavabdehlərin mülkiyyətində olan mənzillərin çoxmənzilli yaşayış binasındakı mənzil deyil də, fərdi yaşayış evi olduğu müəyyən edilərsə, o halda həmin iddiaçı yalnız mülkiyyətçilərlə razılıq əldə etməklə tikilinin sökülməsini həyata keçirə bilər. Hazırkı işdən isə görünür ki, iddiaçı cavabdehlərlə bu cür razılıq əldə etməmişdir.
38. Bundan əlavə, cavabdehlərin iddiaçı ilə sonuncunun təklif etdiyi formada razılıq əldə etməməsi mülkiyyət hüquqlarından sui-istifadə kimi qiymətləndirilə bilməz. Bunun əksinin düşünülməsi isə cavabdehlərin mülkiyyət və mülkiyyətdən irəli gələn digər hüquqlarının pozulması ilə nəticələnmiş olar.
39. Həmçinin, iddia ərizəsində göstərilmişdir ki, iddiaçı cavabdehlərə onların ünvan ünvanda yerləşən yaşayış sahələrinin əvəzinə həmin ərazidə yeni tikilən binada 20 faiz artıq sahəsi olan yeni mənzillər tikilib təmirli vəziyyətdə təhvil verilməsini təklif etmişdir.
40. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, qətnamə ilə Cavabdeh1 ona məxsus 98,3 kv.m. mənzilə görə 126 kv.m, Cavabdeh7 ona məxsus 62,5 kv.m. sahəsi olan mənzilə və özbaşına tikiliyə görə 126,07 kv. m, Cavabdeh8 ona məxsus 66,5 kv.m. mənzilə və özbaşına tikiliyə görə 98,43 kv.m, Cavabdeh6 ona məxsus 102,7 kv.m. mənzilə və özbaşına tikiliyə görə 126,07 kv.m. sahəsi olan mənzillərin verilməsi qət edilsə də, verilən mənzillərin sahələrinin cavabdehlərin mənzillərinin mövcud sahəsinə 20 faiz əlavənin, habelə özbaşına tikililərə (Cavabdeh1 35, Cavabdeh7 99,6, Cavabdeh8 55,8 və Cavabdeh6 19,1 kv.m. özbaşına tikilisinə) görə kompensasiyanın həcminin Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarı (§16) ilə verilən şərhə uyğun qaydada nəzərə alınmaqla hesablanıb-hesablanmadığı qətnamədən aydın olmur.
41. Məhkəmə kollegiyası bildirir ki, Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafi əsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflər in təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H. Belçikaya qarşı iş üzrə 30 noyabr 1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə 01 iyul 2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (X5rşı iş üzrə 09 dekabr 1994-cü il tarixli Qərar, §30; Buzescu Rumıniyaya qarşı iş üzrə 24 may 2005-ci il tarixli Qərar, §67).
42. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
43. MPM-in 417.1.3 və 418.1-ci maddələrinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsasdır.
44. İş ə apellyasiya instansiyası məhkəməsində yenidən baxılarkən hazırkı Qərarda (§28-40) müzakirə edilən hallara, bildirilən hüquqi mövqelərə uyğun qaydada işin faktiki halları ilə birlikdə dəyərləndirilməklə, aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
45. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməlidir.
46. Göstərilənlərə əsasən və MPM-in 417-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5749/2023 nömrəli iş üzrə 13 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh6 kassasiya şikayəti qismən təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.