Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1225/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X2 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli 2(103)9296/2018 saylı qətnaməsindən cavabdeh “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim R.Ə.Səmədov, iş № 2(006)-2967/2018) İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı mənzil növbəsinin bərpa edilməsi tələbinə dair i ddiası təmin edilərək “xxxx” QSC X1 vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq üçün İddiaçı 4 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə 24 oktyabr 1986-cı il tarixdən mənzil növbəsinə bərpa olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov, V.Baxışova və V.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 24 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı 1982-ci ilin aprel ayında X1 işə qəbul olunmuş, Depo Mənzil Məişət Komissiyasının 24 oktyabr 1986-cı il tarixli 45 saylı protokoluna və Kirov (indiki Binəqədi) XDS İK-nin 25 dekabr 1986-cı il tarixli 51 saylı qərarına əsasən mənzil növbəsinə götürülmüş, 1992-ci ild ən adı mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların siyahısına daxil edilməmişdir. 2018-ci ili mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların 1991-ci ilin aprel ayına olan siyahısında növbədə 143-cü adam olmasına baxmayaraq naməlum səbəblərdən 1992-ci ildən başlayaraq adının siyahıdan çıxarılmasını əsas göstərməklə mənzil növbəsinin bərpa olunmasına dair cavabdehin üzərinə öhdəlik qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə cavabdeh kassasiya şikayəti verərək QSC-yə mənzil tikintisinin qadağan olunmamasının iddiaçının mənzil növbəsinin bərpası üçün əsas verməməsini, qətnamən in maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansi yası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 1986-cı ildən götürüldüyü mənzil növbəsindən heç bir qanuni əsas olmadan çıxarılmaqla bu barədə heç bir qərar qəbul edilməmiş, ona məlumat verilməmişdir. Halbuki mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35-ci maddəsində mənzil şəraitini yaxışlaşdırmağa ehtiyacı olanların uçotdan çıxarılmasının əsasları müəyyən olunmuşdur. Həmin maddəyə görə şəxs yalnız orada göstərilmiş əsaslardan biri mövcud olduqda mənzil uçotundan çıxarıla bilər, uçotdan çıxarmanı vətəndaşları uçot a götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər və qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. Müəyyən olunduğu kimi iddiaçı qanunun göstərilən normasının tələblərinin pozulması ilə uçotdan çıxarılmışdır. Belə olduqda iddianın təmin olunması əsaslı olduğundan kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan cavabdehin hazırda mənzil tikintisi fəaliyyəti ilə məşğul olmamasına dair kassasiya şikayətinin dəlili qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazı rkı iş üzrə olan 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1225/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1225/2019
13.02.2019 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver