Məhkəmə qərarları › İş №2(102)-1225/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1225/2021

22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1225/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair QƏRARİ Açar sözlər: sübutetmə yükü, sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının vəkili X3, Cavabdeh və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6164/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmi ş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 17-A-1-0-150-12 nömrəli zaminlik müqaviləsinə əsasən ödədiyi 5698 manatın və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2012-ci il tarixdə “xxxx” İKB ASC (bundan sonra – Bank) 6 saylı filialı ilə cavabdeh arasında bağlanmış 17-A-1-0-150-12 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 10400 manat kredit verilmişdir. Kreditin təminatı olaraq Bank cavabdeh və iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə cavabdehin zamini kimi borcun ödənilməsi iddiaçıya təklif edilmiş, nəticədə cavabdehin Banka olan borcu üzrə 5698 manat məbləğində ödəniş iddiaçı tərəfindən edilmişdir. Sonradan həmin pulun iddiaçıya qaytarılması barədə cavabdehə müraciətlər edilsə də, nəticə əldə olunmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2994 nömrəli arayışda, iddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli 17-A-1-0-150-12 nömrəli zaminlik müqaviləsi üzrə Banka 8840 manat məbləğində pul ödənildiyi, cavabdeh tərəfindən Banka aparılmış ödənişlərdən 3142 manat ger i qaytarıldığı, hazırda cavabdehin iddiaçıya borcunun 5698 manat təşkil etdiyi qeyd olunmuşdur. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(001)-6580/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.Qasımov) iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə tərəflər və bank arasında bağlanmış müqaviləyə, ödəniş tapşırıqları və mədaxil qəbzlərinə istinad edərək belə nəticəyə gəlmişdir ki, cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin bir qismi həmin müqavilə üzrə zamin olan iddiaçı tərəfindən icra edildiyindən, kredit ödənişi olaraq ödənilmiş 5698 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonr a – Mülki Məcəllə) 427.3, 442.2, 470.1, 475.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6164/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Şirinov (sədrlik edən və məruzəçi), F.Talışinski və R.Eyvazov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 5698 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, əsas borclu olan cavabdehin xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə Bank qarşısında öhdəliyinin 8840 manat hissəsi müqavilə üzr ə zamin olan iddiaçı tərəfindən icra edilmişdir. Belə olan halda, kreditor Bankın əsas borclu olan cavabdehə qarşı tələb hüququ 8840 manat həcmində zaminə keçmişdir. Cavabdeh tərəfindən həmin məbləğin 3142 manat hissəsi zaminə qaytarılsa da, qalan 5698 manat ödənilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 470.1, 475.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası m əhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin bütün faktiki hallarını araşdırmamış, ədalətsiz və əsassız qətnamə qəbul etmişdir. Kassator şikayətində qeyd etmişdir ki, cavabdehdən Bankın xeyrinə tutulan məbləğin ödənilməsini təmin etmək üçün cavabdeh mülkiyyətində olan avtomobili borcun əvəzi kimi Banka təhvil vermişdir. Bunu cavabdeh tərəfindən bankın əməkdaşı X4 32 saylı Notariat kontorunda verilmiş xx.xx.2013-cü il tarixli, 7E-19839 saylı baş etibarnamə sübut edir. Avtomobili təhvil verdikdən sonra artıq Bank onu narahat etməmişdir. 2019-cu ilin iyun ayında X1 Kredit Reyestrindən çıxarış əldə etmiş, Banka olan borcundan 259 manat qaldığını bilmiş və xx.xx.2019-cu il tarixdə həmin borcu Banka ödəyərək borcun olmaması barədə arayış almışdır. Hazırkı məhkəmə prosesində isə ona məlum olmuşdur ki, hansısa imzalamadığı müqaviləyə görə guya onun zamini olan iddiaçı onun yerinə borc ödəyib. Halbuki, o, Banka olan borcun əvəzi kimi mülkiyyətində olan avtomobili Banka təhvil vermişdir. 2013cü ildən 2019-cu ilədək nə Bank, nə də icra məmurları borcun olması barədə onu xəbərdar etməmişdir. Bank iddiaçı ilə əlbir olaraq dələduzluq etmiş, həm cavabdehin mülkiyyətində olan avtomobili mənimsəmiş, həm də məhkəmə qətnaməsi ilə ondan tutulmuş məbləğdən artıq məbləği borc əvəzi kimi ödəyərək, əlavə olaraq ondan pul da tələb etmişdir. Göründüyü kimi, Bank avtomobili satıb, borcun ödəni lməsinə yönəltmək əvəzinə mənimsəmişdir. Məhkəmələr isə, bu halları araşdırmadan formal əsaslarla qətnamə qəbul edərək, cavabdehdən artıq pul tutmuşlar. Kassasiya şikayətinin əsası kimi MPM-nin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və onun vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. İddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mül ki Məcəllə Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470). Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (maddə 475.1). MPM Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi də lillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir; 167.1.2. cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan i zahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona izah edir; 167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatla rla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. MPM-in 77.1-ci maddəsi sübut etmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 475.1-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün iddiaçı cavabdehin kredit öhdləyinin təminatı üçün zamin olduğunu və müq avilə əsasında borclunun öhdəliyini icra etdiyini sübuta yetirməlidir. İddiaçı iddia ərizəsində xx.xx.2012-ci il tarixdə Bankla cavabdeh arasında bağlanmış 17-A-1-0-150-12 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 10400 manat kredit verildiyini və eyni tarixdə Bank, cavabdeh və iddiaçı arasında zaminlik müqaviləsi bağlandığını bildirmişdir. İddiaçı tələbini təsdiq edən sübut qismində isə məhkəməyə Bank, cavabdeh və iddiaçı arasında Bank tərəfindən cavabdehə 6900 manat pul verildiyi və iddiaçının həmin öhdəliyin icrasına görə zamin oduğu xx.xx.2012-ci il tarixli üçtərəfli müqavilənin kserosurətini əlavə etmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 89.3-cü maddəsinə əsasən tərəflərdən biri yazılı sübut qismində məhkəməyə müqavilə təqdim edirsə, məhk əməyə onun əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunmalıdır. İddia ilə məhkəməyə müraciət etmiş müqavilə tərəflərdən birinin həmin müqavilənin kserosurəti üzərində birtərəfli qaydada “əsli ilə düzdür” qeydi aparması təqdim olunan yazılı sübutu lazımi qaydada təsdiq olunmuş surət kimi qəbul etməyə imkan verə bilməz. Sözsüz ki, qarşı tərəfin iddiaçı ilə aralarında eyni məzmunlu müqavilənin bağlandığını etiraf etdiyi hal istisna təşkil edir və belə müqavilənin bağlandığı işin mübahisəsiz halı kimi qəbul edilirsə iddiaçı müqavilənin əslini məhkəməyə təqdim etmək vəzifəsindən azad edilə bilər. Baxılan iş üzrə birinci instansiya məhkəməsi sübut qismində təqdim edilmiş müqavilənin surətinin mötəbər sənəd kimi qəbul edilib-edilməməsi ilə bağlı tərəflərlə hər hansı müzakirə aparma mış, cavabdehin həqiqətən də belə bir müqavilənin bağlanıbbağlanmadığı barədə fikrini öyrənməmiş, təqdim olunan müqavilə surətinin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişdir. Halbuki MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Eyni zamanda MPM-in 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verməyə, onların iştirak ı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etməyə, cavabdehin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almağa, iddiaçının iştirakı ilə cavabdehin işin halları barədə izahatını almağa, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmağa, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmağa, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etməyə, prosessual hüquq və vəzifələrini tərəflərə izah etməyə borcludur. Lakin birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin sadalanan normalarının tələblərini pozaraq, işin hallarını iddiaçının təqdim etdiyi müqavilənin kserosurəti əsasında müəyyən edərək, iddianı təmin etmişdir. Cavabdehin qətnamədən verdiyi apellyasiya şikayətinin əsas dəlillərindən biri də ondan ibarət olmuşdur ki, o, hər hansı zaminlik müqaviləsi imzalamamış, iddiaçı onun öhdəliyi üzrə zamin olmamışdır. Əslində iddiaçı Bankla əlbir olaraq əsassız iddia qaldırmışdır. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi qeyd olunan hüquq normalarının tələblərini pozmaqla qəbul edilmiş məhkəmə qətnaməsini qüvvədə saxlamış və hesab etmişdir ki, cavabdeh xx.xx.2012-ci il tarixli zaminlik müqaviləsini imzalamadığını bildirsə də, məhkəməyə bu halları təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Halbuki MPM-in 77.1-ci maddəsinin mənasına görə cavabdehin üzərinə belə bir vəzifə o zaman qoyula bilərdi ki, iddiaçı öz tələbində istinad etdiyi halları sübut etmiş olsun və ya həmin halların mövcudluğu cavabdeh tərəfindən mübahisəsiz qəbul edilmiş o lsun. Ona görə də qətnamə ləğv edilərək, yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 9.1, 9.3, 14.1, 14.2, 77.1, 88 və 89-cu və Mülki Məcəllənin 475.1-ci maddələrinin tələblərinə cavab verən yeni məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6164/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar