Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1227/2025 12.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: (tibb müəssisəsinin vurduğu ziyanın ödənilməsi, maddi və mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı “tibb müəssisəsinin vurduğu maddi və mənəvi zərər” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6177/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə "xxxx" MED Corporation MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi xidmət müqaviləsinin surətindən görünür ki, tərəflər İddiaçı üzərində həkim cərrah Cavabdeh1 tərəfindən TAVİ əməliyyatının aparılması barədə razılığa gəlmişdirlər.
2. İddiaçı tərəfindən hospitalın kassasına xx.xx.2022-ci il tarixdə 1310 manat ödənilmişdir (i/v 160, 2-ci cild). İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər "xxxx" MED Corporation MMC-yə və Cavabdeh1 qarşı «maddi və mənəvi zərər» barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 59.000 ABŞ dolları (100.300 manat), mənəvi zərərə görə 50.000 manat və ödənilmiş 440 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 12 yanvar 2022-ci ildə axşam saatlarında kəskin ürək çatışmazlığı tutması keçirmişdir. Bir neçə ildir ki, özü həkim olduğundan öz klinikalarında yəni X6 aorta stenozu ilə bağlı müşahidə olunurdu. Bundan əlavə o uzun müddətdir ki, şəkər xəstəliyindən əziyyət çəkir. Vəziyyətini nəzərə alaraq, yəni xəstələndikdən 2 gün sonra Bakı şəhərində yerləşən X14 müayinə olundu. Müayinənin nəticəsi “aorta stenozu, 3 kornar arteryanın daralması, sol mədəciyin ejeksion fraksiyası” diaqnozu qoyulmuşdur. Ona cərrahi müalicə təklif olundu (açıq ürək əməliyyatı). O ürək əməliyyatı ilə razılaşdı, lakin dərhal qapalı cərrahiyyə üsulu olan endoskopik endovaskulyar cərrahiyyə edəcək xəstəxana, həkim axtarmağa başladı. Araşdırmaları nəticəsində ona İstanbul Klinikasında işləyən həkim-kardioloq Cavabdeh1 təklif etdilər. Daha sonra Dr. Cavabdeh1 ilə əlaqə saxladı və məlum oldu ki, o həftə ərzində 2-3 dəfə bu əməliyyatdan edir və bu sahədə təcrübəsi böyükdür. Həkim onu da bildirdiki, 23 yanvar 2022-ci il tarixində Bakıya gəlir. Əvvəlcədən razılaşdıqları kimi Dr. Cavabdeh1 Bakıya gələn günü onunla "xxxx"-da görüşdülər. Həmin gün angiografiya edilərək ürəyinə 4 stent (süni damar) qoydular vəd etdilər ki, bir həftədən sonra endoskopik aorta qapağı qoyacaqlar. Lakin növbəti həftə ərzində o COVİD-19 virusuna yoluxdu. Buna baxmayaraq, həkimlər ona bildirdilər ki, əməliyyat ləğv edilməyib. Bu məsələni Cavabdeh1 ilə müzakirə etdi və o dedi ki, Türkiyədə bu hal əməliyyata heç bir maneçilik törətmir. Bundan sonra növbəti həftə həkimin özü COVİD-19 virusuna yoluxdu və əməliyyat başqa vaxta təyin edildi. Fevral ayının 18-də doktor Cavabdeh1 Türkiyə Cümhuriyyətində yerləşən “İstanbul Klinikası”nın Şəhmuz adlı reanimatoloqu ilə birlikdə ona "xxxx"-da endovaskulyar aorta qapağının dəyişdirilməsi əməliyyatı həyata keçirdi. Doctor Cavabdeh1 sözlərinə görə əməliyyat uğurla keçmişdi. Səhəri gün ondan əməliyyatın qarşılığı olaraq 15000 ABŞ dolları aldılar və onu evə buraxdılar. Əməliyyatdan sonra yəni evə buraxıldıqdan sonra nəfəsi kəsilməyə, tənəffüsündə problemlər başladı və yenidən "xxxx"-ına qayıtdı. Doktor Cavabdeh1 onu exokardioloji müayinədən keçirdi və hər şeyin qaydasında olduğunu yəni klapanın yerində olduğunu, tam fəaliyyət göstərdiyini bildirdi. 5 gündən sonra yəni fevral ayının 22-də onun bağırsaq ifrazatı qara rəng oldu və daxili qanaxma əlaməti ilə stasionar müalicə üçün X5 getməyə məcbur oldu. Müalicədən 4 gün sonra mədə qanaxması dayandı və evə yazıldı, amma növbəti 3 gün sonra ağır nəfəsdarlığı ilə əlaqədar yenidən X2yıtmalı oldu. Türkiyədən müalicəsi ilə reanimator Şəhmuz həkim məşğul olurdu. Xəstəxanada iki dəfə arterial fibrilasiya (ürək ritm pozğunluğu) keçirdi. Bu müddət ərzində həkim Cavabdeh1 deməsinin əksinə (o hər dəfəsində ona narahat olmamağını, əməliyyatın tam qaydasında, düzgün icra etdiyini deyərək aldadırdı) nəfəsdarlığı azalmadı. Ona böyük dozada diuretiklər (sidikqovucu preparatlar) və Beta-blokerlər (prepara tlar) verilmişdi. Bu da onda böyrək çatışmazlığına və ürək daxili blokadaya səbəb olmuşdu. Demək olar ki, 1 ay xəstəxanada yatdı və bu dərmanları böyük dozada qəbul etməyə davam edərək evə buraxıldı. Hər dəfəsində Cavabdeh1 dediyi bütün müalicələri almağına baxmayaraq, yaxşı olmadığını anlayıb mart ayının sonunda məcburən İstanbula getməli oldu (artıq Dr. Elnur telefon zənglərinə baxmır), orda Elnur və Şəhmuzu tapdı və onu işlədikləri klinikada müayinə etdilər, ürəyinin atım/boşalma fraksiyasının 40-45%-ə qədər azaldığını qeyd etsələr də hər şeyin qaydasında olduğunu dedilər!!!
5. Eyni zamanda Şəhmuz onunla müzakirə edərkən dedi ki, zaman keçdikcə kardiostimulyator implantasiya etmək lazım gələcək və hər şey yaxşı olacaq. Xəstəliyinin yaxşıya doğru getməməsindən şübhələri artırdı və həkiml ərin yetərsiz, qeyri-peşəkar münasibətləri və müdaxilələrindən şübhələnərək İstanbulda başqa bir həkim-kardioloqa müayinə olunmaq qərarına gəldi. Həmin klinikada olan müayinələrdən dərhal sonra klapanın yerində olmadığını və çox aşağı olduğunu deyən Ömər adlı həkim əlavə olaraq memorial transesophagelokardioqrafiyada müayinə təyin etdi. Ondan sonra dedi ki, qapaqda bir qədər yerdəyişmə var. Bundan sonra o Bakıya qayıtdı, amma get-gedə pisləşsə də yazılan müalicəni davam etdirdi. Səhhətində vəziyyət o yerə çatdı ki, yeriyə bilmədi, ayaqları boşaldı və həm xəstəxanada, həm də evdə iki dəfə yıxıldı. Oktyabr ayının 15-də həkim-kardioloq Abbasəli Abbasəliyevə müraciət etdi. O, da onu müayinə etdikdən sonra bildirdi ki, qoyulan klapan yerində deyil. Dr. Cavabdeh1 təyin etdiyi B-blokerlərdə ürəyi nin bloklanmasına gətirib çıxarıb, ona görə yıxılmışdır. Ona bildirdi ki, təcili olaraq əməliyyat olunmalısan. Dr. Cavabdeh1 ilə əlaqə saxladı və o ona bildirdi ki, əməliyyatın əleyhinədir. X15 həkimə zəng edərək ona təzyiq edərək bildirdi ki, klapan yerindədir və bu guya iddiaçının anatomik xüsusiyyətləridir.
6. Artıq vəziyyətinin çox ağırlaşdığını görən yaxınları dekabr ayının 14-də onu xərəkdə halsız vəziyyətdə Ankaraya Medicana klinikasına apardılar. Orada Prof. Dr. Ergin Bozkurt müayinə etdi və ürəyinin boşalma fraksiyasının 15-20% olduğunu, qapağın yerində olmadığını, artıq 1 ilə yaxındır qapaqsız yaşadığını və bunun da nəticəsində ürəyində ciddi hemodinamik və anatomik dəyişikliklər baş verdiyini bildirdi. Ona əlavə olaraq onu da bildirdi ki, ürək cərrahları ölüm riski yüksək olduğu ndan əməliyyatdan imtina edirlər. Bakıda aorta qapağının kim tərəfindən qoyulduğunu öyrəndikdən sonra Prof. Dr. Bozkurt dediki, Elnur həkimin bu əməliyyatı təkbaşına aparmağa haqqı yoxdur. Nəticədə o, ölüm riski yüksək olduğundan və başqa çarəsi olmadığından yenidən əməliyyat olunmağa qərar verdi və Prof. Dr. Ergin Bozkurt eyni əməliyyatı edərək qapağı dəyişdirdi və başqa bir aorta qapağı qoydu. Əməliyyatdan dərhal sonra o, özünü daha yaxşı hiss etdi. Ertəsi gün ürək boşalma/atım fraksiyası 30-35%-ədək yüksəldi, təzyiq 120-dən aşağı düşmədi. Qaraciyər göstəriciləri yaxşılaşmağa başladı. Sonuncu əməliyyat sonrası ümumi vəziyyəti demək olar ki, normallaşmağa başladı, halsızlığı yox oldu, ayaqlarındakı halsızlığı düzəldi, solğunluğu çəkildi, eyni zamanda iş qabiliyyəti artdı. Laboratoriya təh lillərində parametrləri normala qayıtdı. Belə ki, o əməliyyatdan əvvəlki kimi əlil arabasında-xərəkdə deyil, Ankaradan evə təkbaşına qayıtdı. Əməliyyatdan bir ay sonra Prof. Dr. Ergin Bozkurt müayinəsi üçün yenidən Türkiyəyə getdi. Özünü yaxşı hiss edirdi, daha aktividi. Amma müayinələrdə ürəyin asinxronişinin azaldığını, lakin davamlı olduğunu, ürək çıxışının artdığını göstərdi. Ona kardistimulyator quraşdırmağı tövsiyyə etdilər. Dr. Cavabdeh1 ürəyinə taxdığı aorta qapaq/klapan səhv qoyulduğundan və normal işləmədiyi üçün demək olar ki, yaratdığı fəsadları bərpa etmək çətin olduğunu bildirdilər. Hazırda özünü yaxşı hiss edir, aktiv işləyir, sidikqovucu dərman qəbul etmir və analizləri normallaşıb. Onu da qeyd edir ki, başına gələn hadisə təkcə Dr. Cavabdeh1 tibbi səhvi deyil, onun həyatın a etdiyi qəsddir. Cavabdeh1 qəsdən səhvini gizlətməsi ona qarşı cinayətdir. Cavabdeh1 səhvi nəticəsində o həm maddi, həm də mənəvi ziyan çəkmişdir. Halbuki, o əməliyyatını düzgün etsəydi nə mənəvi iztirab çəkər, nə də sağlamlığına qalıcı zərərlər dəyməzdi. Bütün bu proseslərdə o əvvəlki səhhətinə qayıtmaq üçün təqribi olaraq 59.000 ABŞ dolları (100.300 AZN) məbləğində pul xərcləmiş və bu xərclədiyi məbləğlər rəsmi olaraq aparılmışdır.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X16 X21 xx.xx.2024-ci il tarixli, 04/KEŞ saylı rəyində qeyd olunur ki, İddiaçı ilkin olaraq xx.xx.2022-ci il tarixdə "xxxx"a müraciət etmiş və müayinə zamanı onda LAD və Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. Daha sonra İddiaçı xx.xx.20 22-ci ildə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan “Qazanılmış ürək qüsuru, ciddi aortal stenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığı İİ f.s. şəkərli diabet İİİ tip” diaqnozu ilə əlaqədar “TAVİ” əməliyyatı (transaortik qapaq implantasiyası) icra edilmiş. Koronar angioplastika və “TAVİ” əməliyyatı zamanı hər hansı ağırlaşma qeyd edilməmişdir. -İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. -İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qazanılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar “TAVİ” əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat taktiki və texniki cəhətdən düzgün yerinə yetirilmişdir. -İddiaçı üzərində icra edilmiş invaziv müdaxilələrdə n 10 ay sonra xx.xx.2022-ci il tarixdə aparılmış exokardioqrafiya müayinəsi zamanı onda aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara revmatizm, infeksion endokardit, ateroskleroz, arterial hipertenziya və s. kimi səbəblər aid edilə bilər. Qeyd olunanları nəzərə alaraq, İddiaçı "xxxx"da aparılmış ilkin tibbi müdaxilələrdən sonra onun təkrar olaraq əməliyyata məruz qalması qazanılmış ürək qüsurlarının xüsusiyyətlərindən asılıdır. Beləliklə, aparılmış “TAVİ” əməliyyatı ilə sonradan təkrar müdaxilələrin aparılması arasında səbəbli əlaqənin olması istisna edilir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X16 X21 xx.xx.2024-ci il tarixli, KEŞ-349 saylı rəyində qeyd olumuşdur ki, İddiaçı xx.xx.2022-ci il tarixdə "xxxx"a müraciət etmiş və müayinə zamanı onda LAD və Cx damarlarında olan stenozlarla əlaqədar koronar angioplastika əməliyyatı aparılmışdır. -Daha sonra İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən "xxxx"a müraciət etmiş və onda mövcud olan “Qazanılmış ürək qüsuru, ciddi aortal stenoz. Keçirilmiş miokard infarktı. Ürək çatışmazlığı İİ f.s. Şəkərli diabet İİİ tip” diaqnozu ilə əlaqədar “TAVİ” əməliyyatı (transaortik qapaq implantasiyası) icra edilmişdir. Koronar angioplastika və “TAVİ” əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. -İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. -İddiaçı "xxxx"a müraciəti zamanı onda mövcud olan qaza nılmış ürək qüsuru və ciddi aortal stenozla əlaqədar “TAVİ” əməliyyatının aparılmasına tibbi göstəriş olmuşdur. Aparılmış əməliyyat təyin edilmiş diaqnoza uyğun olmuşdur. İcra edilmiş invaziv müdaxilələrdən 10 ay sonra aparılmış (xx.xx.2022-ci il tarixdə) exokardioqrafiya müayinəsinə əsasən onda yenidən aortal çatmamazlığın İİ-İİİ dərəcədə olduğu qeyd edilmişdir. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Lakin yaranmış ağırlaşmada konkret olaraq hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı. Həkim səhlənkarlığı məhkəmə-tibbi məfhum deyil.
9. İddiaçı tərəfində n təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası proffessor Engin Bozkurtun xx.xx.2024-cü il tarixli, BSH/2024/4092427 nömrəli arayışından görünür ki, İddiaçı adlı pasientləri xx.xx.2022-ci il tarixində X7 Kardiologiya şöbəsinə müraciət etmişdir. Onun hekayəsində; Kəskin koronar sindromla getdiyi xarici mərkəzdə koronar angioqrafiya aparılıb. Çoxlu damar xəstəliyi aşkar edilmişdir. Daha sonra başqa mərkəzdə LAD va CX damarlarının stentlənməsi aparılıb. TAVİ proseduru 2022-ci ilin fevralında ayrıca sessiyada hayata keçirilib. TAVİ-dən sonra xəstənin klinik va laborator göstəricilərində ciddi pisləşmə başlandı. Bundan sonra bir çox mərkəzlərə müraciət etdi. Ürək çatışmazlığının müalicasinə başlanılıb, lakin müalicəyə baxmayaraq xəstənin kliniki vəziyyəti pisləşməkdə davam edib. Xəstə təngnəfəslikdən şikayətlənərək yeriyə bilməyəndə xx.xx.2022-ci il tarixdə xəstəxanalarına müraciət etmişdir. Obyektiv müayinədə ümumi vəziyyəti pis, taxikardiya, sl+s2+s3+, taxipneik (qeyri-ambulator NYHA-4), periferik- ödem 3+/3+, perfuziyanin az olmasi səbəbindən uclarında soyugluq/solgunluq+ olduğu üçün xx.xx.2022-ci il tarixində koronar reanimasiya şöbəsinə yerləşdirilib. Qəbul zamanı transtorasik exokardioqrafiya (Olava İ-Prosedur öncəsi Exokardioqrafiya) aparılıb va laboratoriya müayinələri (Əlavə 1-2 Laborator Analizi) tələb olunub. Exokardioqrafiyada kaskin paravalvular aorta çatışmazlığı müşahidə edildi.
10. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı barədə müayinə blankından məlum olur ki, anamnez va şikayet: 30 illik şəkərli diabet xəstəsi, 10 il əvvəl AD/aorta darlığı diaqnozu qoyulmuşdur: 2022-ci ilin yanvar ayında çatışmazlığı səbəbindən KAG əməliyyatı aparılıb. LAD-nin ortasında ciddi stenoz va RCA-da geniş yayılmış stenoz var. Əməliyyat məsləhət görülüb. Daha sonra xəstəyə başqa mərkəzə 4 stent qoyulub. 2 ədəd LAD qoyulub. (Distal stent altında açıq lezyon qaldı. CX distalına 2 uzun stent qoyuldu. RCA müalicə olunmadı. TAVi proseduru 2022-ci ilin fevral ayında aparılıb, (medtronic, mədəcikə doğru qoyulub." Ciddi paravalvulyar sızma var. Bundan sonra xəstənin ümumi vəziyyəti pisləşməyə başlayıb.
11. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə aposti l olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolundan görünür ki, laboratoriyada çoxorqan disfunksiyası müşahidə olunduğundan, xəstəyə tibbi müalicə ilə müəyyən qədər kompensasiya edildikdan sonra paravalvular irəliləmiş AR (aorta çatışmazlığı) üçün qapaqdaxili TAVİ planlaşdırılmışdır. Xəstə Hematoloji, Qastroenteroloji ve Nefroloji konsultasiyalardan keçib. Ürək çatışmazlığından ikincili böyrək çatışmazlığı va qaraciyər çatışmazlığı oldugu qənaətinə gəldi. Paravalvular aorta çatışmazlığı səbəbinden onun hemolitik anemiyasi olduğu da düşünülürdü. Xəstəyə 9 gün intensiv tibbi yardım göstərilib. Dəyərlərdə cüzi bərpa oldu. Lakin klinik relyef əldə olunmadığından C AG+ViV TAVİ-nın icrasına qərar verildi. KAG + ViV TAVİ xx.xx.2022 tarixində hayata keçirilmişdir. Pre-TAVİ X17 inkişaf etmiş aorta çatışmazlığını təsdiqlədi. TAVİ-dən sonra nəzarət aorta kökünün angioqrafiyasi aparıldı. Aorta çatışmazlığının tamamilə aradan qalxdığı müşahidə edildi. Xəstə koronar reanimasiya şöbəsinə yerləşdirilib. Ertəsi gün klinik rahatlama əldə edildi. Müayina zamanı gün ərzində klinik va laboratoriya göstəricilərinin tamamilə yaxşılaşdığı müşahidə edildi. Sonrakı müayinələr zaman LV funksiyasına uygun olaraq İCD-nin daxil olub-olmaması barədə qarar veriləcək. Xəstə tibbi müalicə va təqib tayinatları ilə evə buraxılıb.
12. Xəstə hospitalizasiya edilib va 2022-ci ilin dekabr ayında TAVİ qapagi içində VİV əməliyyatı icra edildi. Kliniki olaraq tamamilə rahatlayıb. 2023-cü ilin fevral ayında KY cədvəli normala qayıtmadığı üçün CRT-d proseduru icra edildi.
13. İddiaçı tərəfindən təqdim edilən professor Jacob Lavee, M.D., (peşə təhsili və təcrübəsi: 1977-ci il - Tel-Oviv Universitetinin Tibb Fakültəsini M.D. cum laude (fərqlənmə) dərəcəsi ilə bitirmiş, X13 nömrəsi 12776; 1988-ci il – Ürək-Torakal Cərrahiyyə üzrə İsrailli Ekspert; ekspert lisenziyasının nömrəsi 907; Tel-aviv Universiteti Tibb Fakültəsinin Cərrahiyyə Professoru; 1991 - 2020-ci illar – X23 X3 bölməsinin təsisçisi va direktoru; 2021-ci ildən bəri - X24 Baş İdarəsində Risklərin X18 tibbi məsləhətçisi; 1999 2004-cü illər - İsrail Ürək-Torakal Carrahiyyə Cəmiyyətinin prezidenti; 2008-2010, 20152017-ci illər - X8 Cəmiyyətinin prezidenti; 2000-2020-ci illər - İsrail Milli Transplantasiya Mərkəzinin Ür ək və Ağciyər Transplantasiyası Komitəsinin sədri; 2008-2020-ci illər - X11 X20 Qrupunun İsrail nümayendasi; 2016-2020-ci illər – Tibbdə Keyfiyyət üzrə X1rşı Komitesində İsrail nümayandəsi;) İddiaçı ürək müdaxilələri ilə bağlı kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi və xx.xx.2024-cü ildə notarial qaydada tərcümə edilmiş ekspert rəyində qeyd etmişdir ki, ona ekspert rəyi üçün aşağıda göstərilən sənədlər təqdim olunub: -Bakıda Med Korporasiya MMC-dən 21 yanvar 2022-ci il tarixli koronar angioqrafiya hesabatı və disk; Bakı Mərkəzi Neftçilar Xəstəxanasından 15 fevral 2022-ci il tarixli döş qəfəsinin KT hesabatı və diski; Bakıda Med Korporasiya MMC-dən 18 fevral 2022-ci il tarixli 1-ci TAVi hesabatı va angiografiya diski; Bakı Mərkəzi Neftçilər Xəstəxanasından 9 mart 2022-ci il tarixli döş qəfəsinin rentgenografiyası va diski; Bakı Mərkəzi Neftçilar Xəstəxanasından 2/25/2022, 3/4/2022, xx/xx/2022, 12/2/2022, xx/xx/2022, xx/xx/2022, 1/2/2023-cü il tarixli transtorasik exokardioqrafiya hesabatları; İstanbuldan xx.xx.2022 tarixli Transezofageal exokardioqrafiya diski va hesabatı Ankaradan 20 dekabr 2022-ci il tarixli 2-ci TAVİ angioqrafiya diski. -Həkim professor qeyd edir ki, ona xəstənin heç bir tibbi məlumatı təqdim olunmayıb və onu müayinə etməmiş, ona görə də aşağıda göstərilənlər yalnız yuxarıda geyd olunan sənədlərə va disklərə baxıldıqdan sonra əsaslandırılacaq. Həmçinin, Bakıda ilk transkateter aorta qapağı implantasiyası (TAVİ) əməliyyatından əvvəl ona exokardiografiya hesabatı təqdim olunmayıb, ona görə də bu prosedurun icrasının göstəricisi ilə bağlı şərh verə bilməz. -Xəstəyə 21 yanvar 2022-ci il tarixində koronar angiografiya aparılıb, nəticədə sol ön enən və sirkumfleks koronar arteriyalarda əhəmiyyətli koronar arteriya daralması aşkar edilib. Bu stenozlara stent qoyulmuşdur. -15 fevral 2022-ci il tarixində aparılan döş qəfəsinin KT müayinəsi zamanı hər iki plevra boşluğunda sərbəst maye yığılması aşkar edilib, nəticədə sağ ağciyərin aşağı hissəsinin medial bazal seqmentinda atelektatik dəyişikliklər ve ikitərəfli mərkəzi tıxanıqlığı müşahidə olunub. -18 fevral 2022-ci il tarixində xəstəyə Bakıda TAVİ əməliyyatı aparılıb va orada Evolut-R CoreValve implantasiyası icra olunub. Prosedur hesabatında "Nəticə: Uğurlu TAVİ" qeyd edilsə də, prosedurun angiografiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapağı aorta halqası d axilində implantasiya edilməli olduğundan xeyli asağı implantasiya edilmişdir və o, geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta kökünə radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. -Bakıda aparılan exokardioqrafik müşahidənin kritik xüsusiyyətləri asağıdakılardır: 25 fevral 2022-ci il: " Protez qapaq aortal vəziyyətdə müşahidə olunur. Funksiya normaldır". 15 mart 2022-ci il: " Protez qapaq aortal vaziyyətdə müşahidə olunur. Funksiya normaldır". 15 noyabr 2022-ci il: " Protez qapaq aortal vaziyyətdə (TAVÏ) müsahidə olunur; görünür ki, protez klapan üzərində Pmax=15mm civə sütunu qradiyenti ila normal vəziyyətdən asağıda yerləşir. Aorta çatışmazlıgının İİ-İİİ dərəcələri müsahidə olunub". 2 dekabr 2022-ci il: "Protez qapaq aorta möv geyində Pmax=12mm civə sütunu qradiyenti ilə müşahidə edilir." İ dərəcəli aorta çatışmazlığı müşahidə edildi. 13 dekabr 2022-ci il: "Protez qapaq aorta mövqeyində Pmax=12mm civa sütunu qradiyenti ilə müsahidə edilir." Aorta regurgitasiyasi İ dərəcəyə qədər minimal olaraq təyin olunur. -31 mart 2022-ci il tarixində İstanbulda aparılan transozofageal exokardioqrafiya diskinə baxış zamanı, İİİ-İV dərəcə aorta çatışmazlığı ilə sol mədəciyə ciddi şəkildə aşağı yerdəyişmiş TAVİ qapağının olduğu aşkar olunur. Əksinə, müayinə hesabatında "Aorta qapağının proyeksiyasında aorta qapağının bioprostetik TAVİ qapağı müşahidə edilir. Minimal qapaq va paravalvüler çatışmazlıq müşahidə olunduğu" deyilir. -20 dekabr 2022-ci ildə xəstə bu dəfə Ankarada ikinci TAVİ əməliyyatı keçirdi. Sapien TAVİ gapağı əvvəl ki Evolut-R CoreValve daxilində uğurla implantasiya edildi va nəticədə minimal aorta çatışmazlığı yarandı. -Müzakirə: Transkateter aorta qapagi implantasiyas: (TAVİ) minimal invaziv bir prosedurdur. Bu prosedur zamanı köhnə va zədələnmiş qapağı çıxarmadan xəstənin aorta qapağının içərisinə yeni bir qapaq daxil edilir. TAVİ yanaşması kateter vasitasilə aorta qapağı sahəsinə tam yığıla bilən əvəzedici qapaq verir. Yeni qapaq genişləndirildikdən sonra köhnə qapaq vərəqlərini kənara itələyir va əvəzedici qapaqdakı toxuma qan axımı tənzimləmə işini öz üzərinə götürür. -Bu prosedur, standart qapaq dəyişdirmə əməliyyatı üçün aşağı, orta va ya yüksək risk alanda simptomatik ağır aorta stenozu olan xəstələrdə həyata keçirilir. -Prosedurun müvəffaqiyyətlə başa çatması üçün implantasiya edilmiş qap aq yerli aorta qapağı halqası daxilində düzgün mövgedə implantasiya edilməlidir ki, bu prosedur implantasiya edilmiş qapagın sızması ila nəticələnsin. Buna isa öz növbəsinda aorta regurgitasiyası (catışmazlığı) deyilir. -İndiki halda, prosedurun Bakıdan götürülən angioqrafiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapaği aorta halgası daxilində implantasiya edilməli olduğundan xeyli aşağı implantasiya edilib va geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküna radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. Belə bir nəticə prosedurun hesabatında yazıldığı kimi "uğurlu" kimi təsvir edilə bilməz. -Ona Bakıda pasiyentin monitoringinin exokardioqrafiya müayinə diskləri verilməyib, yalnız onların hesabatları ilə təmin edi lmiş, ona görə də onların təsvirinin keyfiyyəti ila bağlı şərh verə bilməz. -15 noyabr tədqiqatında protezin normal vəziyyətdən aşağıda yerləşdiyi va əhəmiyyətli dərəcədə İİ-İİİ dərəcəli aorta çatışmazlığının müşahidə edilməsinə baxmayaraq 25 fevral va 4 mart 2022-ci il tarixlərində ilk iki exokardioqrafik müayinadə protez aorta qapagının funksiyasının normal olaraq necə şərh edildiyini başa düsməkdə çətinlik çəkir. Oxşar müşahidə daha əvvəl 31 mart 2022-ci ildə İstanbulda edilən exokardioqrafik müayinədə görüldü, baxmayaraq ki, araşdırmanın rəsmi hesabatı normal olaraq şərh edildi. 2022-ci il dekabrın 2 və 13-də Bakıda aparılan sonrakı müayinə zamanı anormal yerdəyişmiş protez qapağı qeyd etmədən yalnız minimaldan İ dərəcəyə qədər aorta çatışmazlığı bildirildi. -20 dekabr 2022-ci il tarix inde Ankarada hayata keçirilən ikinci TAVİ qapaq daxili qapaq proseduru uğurlu oldu və minimal aorta çatışmazlığı ilə nəticələndi. Əvvəldə qeyd edildiyi kimi, o, xəstə ilə görüşməmiş, ona görə də onun kliniki gedişatının təfərrüatlarına malik deyil. Bununla belə, yuxarıda qeyd olunan müayinələri nəzərə alaraq, qapaq daxili qapaq TAVİ prosedurunun niyə çox əvvəllər aparılmadığını anlamaq çətindir. Şübhə yoxdur ki, birinci TAVİ amaliyyatindan sonra ikinci əməliyyatın həyata keçirilməsinə qədər keçən on ay ərzində xəstənin ağır aorta çatışmazlığı keçirməsi onun ürəyinə zərər vurmuş va həyatı üçün təhlükəli olmuşdur.
14. Rayon məhkəməsinin 04 iyul 2024-cü il tarixli məhkəmə iclasında ifadə verən komission rəyin verilməsində iştirak etmiş ekspert, Kordiologiya İnstitunun ürək çatışmamazlığı şöb əsinin rəhbəri, t.e.d.professor X19 bildirmişdir ki, rəy verməmişdən öncə şəxs müayinədən keçirilmişdir. Əməliyyat tarixçəsi ilə tanış olmuşdur. Aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz və uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Qeyd etdiyi xəstəliklərin heç biri nə 1-ci, nə də 2-ci əməliyyatdan öncə xəstədə mövcud olmamışdır. 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsuru ilə bağlı icra edilmişdir. 1-ci əməliyyatdan sonra xəstə ölümcül halda olmuşdur. 2-ci əməliyyatdan sonra xəstə tam sağalmışdır. Protez damara tam yerləşdirilmədikdə bu cür hallar baş verməsi mümkündür. Protez düzgün yerləşdirilmədikdə qan geri axır. Düzgün yerləşsə idi bu cür h al baş verməməli idi. Xəstənin halının pisləşməsi 2-ci əməliyyatdan sonra 2 saat ərzində düzəlmişdir. Çox güman ki, 1-ci əməliyyatın düzgün icra edilməməsi nəticəsində xəstənin halı pisləşmişdir (bax, mülki iş, 2-ci cild, vərəq148).
15. Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə iclasında komission rəyin verilməsində iştirak etmiş Ekspertiza Mərkəzinin eksperti, 2006-cı ildən sahəsi üzrə iş təcrübəsinə malik ekspert Anar Şıxəmmədov ifadəsində bildirmişdir ki, komisyon ekspertiza rəyini imzalamış 4 mütəxəssisdən yalnız Hacıyev Azad kardiologiya üzrə mütəxəssisdir. Rəy verilərkən xəstənin xəstəlik kağızı incələnmişdir. Diaqnoz xəstəyə düzgün qoyulmuşdur, lakin A.Hacıyevin bildirdiyindən və xəstənin səhhətində baş vermiş dəyişikliklərdən də belə başa düşmək olar ki, 2-ci əməliyyat ehtimal ki, 1-ci əməliyyatın qüsurlu olması ilə bağlı icra edilmişdir (bax. mülki iş, 2-ci cild, vərəq167-168).
16. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia qismən təmin edilmiş, 84.298,7 manat məbləğində maddi zərərin, 1000 manat məbləğində mənəvi zərərin əvəzi cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 220 manat hissəsinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ürək əməliyyatı olunması üçün cavabdeh həkimə müraciət etmişdir. İddiaçı müayinə olunduqdan sonra həkim tərəfindən ona TAVİ əməli yyatı olunması münasib bilinmişdir. Əməliyyat baş tutduqdan sonra iddiaçının səhhətində nasazlıqlar yaranmış və o, bununla bağlı əməliyyatı həyata keçirmiş cavabdeh həkimə müraciət etmişdir. Lakin bunun nəticəsində onun halının yaxşılaşdırılması üçün heç bir hərəkət edilməmişdir. Bundan sonra iddiaçı məcburən Türkiyə Respublikasına getmiş və orada həkim müayinəsindən keçmişdir. İddiaçıya bildirilmişdir ki, 1-ci TAVİ əməliyyatı qüsurlu yerinə yetirilmiş və protez damara tam yerləşdirilməmişdir. Bu səbəbdən iddiaçının halı kəskin pisləşmişdir. İddiaçıya təcili olaraq təkrar TAVİ əməliyyatına ehtiyac olduğu bildirilmişdir. 2-ci TAVİ əməliyyatı həyata keçirilmiş və iddiaçı əməliyyatdan qısa müddət sonra səhhətində xeyli irəliləyişlər hiss etmişdir.
18. Məhkəmə ekspert rəyini, ekspertlərin məhk əmə iclaslarında izahatlarını əsas götürərək qeyd etmişdir ki, 2-ci TAVİ əməliyyatı 1-ci əməliyyatın qüsurlu yerinə yetirildiyi üçün həyata keçirilmişdir. Belə ki, ekspert rəyinin sonunda qeyd olunur ki, 1-ci TAVİ əməliyyatından sonra xəstənin halının pisləşməsinə revmatizm, infeksion endokardit, ateroskleroz və uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Ekspertlərin məhkəmə iclasında verdiyi izahatlardan bəlli olur ki, xəstədə nə əməliyyatdan öncə, nə də ki əməliyyatdan sonra revmatizm, infeksion endokardit, ateroskleroz halları müşahidə edilməmişdir. Belə olan halda belə nəticəyə gəlmək mümkündür ki, iddiaçının 2-ci dəfə TAVİ əməliyyatında məruz qalması məhz 1-ci TAVİ əməliyyatının qüsurlu olması səbəbindən olmuşdur.
19. Məhkəmə maddi zərər tələbi üzrə iddiaçı tərəfindən təqdim olunmu ş qəbzləri və Cavabdeh2 MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən etmişdir ki, iddiaçı tərəfindən Türkiyə Respublikasında “Medicana” Xəstəxanasına xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 582.188,51 türk lirası, xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə 10.900 ABŞ dolları, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə 1870 türk lirası, əczaxanaya xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə 18,440 türk lirası, mehmanxanada gecələmək üçün xx.xx.2022, xx.xx.2023-cü il tarixlərdə 6900 türk lirası, aviabiletlər üçün 8.226 ABŞ dolları və Bakı şəhərində Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə 13 10 manat məbləğində ödənişlər edilmişdir. 582.188,51 türk lirası (48.146,7 manat), 10.900 ABŞ dolları (18.530 manat), 1870 türk lirası (171 manat), 18,440 türk lirası (1532 manat), 6900 türk lirası (625 manat), 8,226 ABŞ dolları (13.984 manat) pul vəsaitinin Azərbaycan manatı ekvivalenti ilə və Cavabdeh2 MMC-yə xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin cəmi olmaqla toplamda 51.817 manat (Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadla açıq hesab səhvi düzəldilərək 84.298,7 manat göstərilmişdir) məbləğində maddi zərər iddiaçının xeyrinə tutulmalıdır.
20. Bakı şəhərində həyata keçirilmiş 1-ci TAVİ əməliyyatı üçün 31.450 manat, İstanbul şəhərində həkim Ömər Göktəkinin müayinəsi üçün 200 manat, İstanbul şəhərində “Memorial” klinikasında müayinə üçün ödənilmi ş 900 ABŞ dolları, İstanbul şəhərində mehmanxanada gecələmək və taksi xidməti üçün müvafiq olaraq ödənilmiş 750 ABŞ dolları və 500 ABŞ dolları pulun əvəzinin tutulmasına münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb bu hissədə əsassızdır. Belə ki, qeyd olunan ödəmələri təsdiq edə biləcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
21. Məhkəmə mənəvi zərərin tutulması tələbinə münasibətdə qeyd etmişdir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi ya naşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur.
22. Məhkəmə, hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq hesab edir ki, cavabdehin təqsiri nəticəsində iddiaçı fiziki və mənəvi iztirablara məruz qalmışdır. Belə ki, 1-ci əməliyyat uğurlu keçiriləcəyi təqdirdə 2-ci əməliyyata ehtiyac duyulmayacağı, lakin həkimin təqsiri ucbatından iddiaçının günlərlə sağlamlığında əziyyətlərlə qarşılaşması və yenidən həyatını riskə ataraq 2-ci əməliyyata girməsi onun mənəvi ziyan görməsi qənaətinə gəlməyə kifayət edir.
23. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanun vericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
24. Məhkəmə, iddiaçının keçirdiyi mənəvi i ztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 1000 manat məbləğində pul tutulması məqsədəmüvafiqdir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1, 1112-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
26. İddiaçı qətnamədən apelyasiya şikayəti vermiş və şikayətində qeyd etmişdir ki, rayon məhkəməsinin pulun tutulması hissəsindəki mövqeyi olduqca qeyri-müəyyən olmuşdur. Rayon məhkəməsi qətnamədə qeyd etmişdir ki, “maddi zərərin tutulması” hissəsində Bakı şəhərində həyata keçirilmiş 1-ci TAVİ əməliyyatı üçün 31.450 manat, İstanbul şəhərində həkim Ömər Göktəkinin müayinəsi üçün 200 manat, İstanbul şəhərində “Memo rial” klinikasında müayinə üçün ödənilmiş 900 ABŞ dolları, İstanbul şəhərində mehmanxanada gecələmək və taksi xidməti üçün müvafiq olaraq ödənilmiş 750 ABŞ dolları və 500 ABŞ dolları pulun əvəzinin tutulmasına münasibətdə tələb əsassızdır. Belə ki, qeyd olunan ödəmələri təsdiq edə biləcək hər hansı mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı bildirir ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi Cavabdeh2 MMC-nin xx.xx.2022-ci il tarixdə ödənmiş 1310 manat məbləğində vəsaitin təsdiq edildiyi sənəd tam olaraq əssasızdır. Çünki məhkəmə kiçik bir araşdırma aparsaydı məlum olardı ki, bu tipli əməliyyatlar Cavabdeh2 MMC də hansı məbləğə edilir. Bu tam absurddur və Cavabdeh2 MMC məhkəməyə yalan məlumat verərək məhkəməni yanıltmışdır. Bundan əlavə onların məhkəməy ə təqdim edə bilmədiyi ödəniş qəbzlərinin olmaması ona əsas vermir ki, onlar o ödənişləri etməyib. Belə ki, həmin an o, özündə olmamış və yaxınları həmin ödəniş qəbzlərinə nə zamansa zərurət yaranacağını düşünməmişdir. Bundan əlavə məlum məsələdir ki, o, xaricdə olarkən taksi xidmətlərindən istifadə etmiş və onunla ora gedən həyat yoldaşının orda qalması, eyni zamanda onun zəruri təlabatları da maddi ziyan olaraq cavabdehlərdən tutulmalıdır. Eyni zamanda, 1000 manat məbləğində mənəvi zərərin tutulması hissəsindən də narazıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında izah edir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla bağlı bildirir ki, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin nəticəsini yəni zərərlərini (fəsadlarını) o, hələ də çəkir. Belə ki, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində o, bərpa olunmayan ürək qüsurlarını qazanmış və hələ də o, həkim nəzarətindədir. Rayon məhkəməsinin isə 50.000 min manatdan 1000 manat hissəsində mənəvi zərəri tutması ədalətsizlikdir. Bundan başqa, onun sağlamlığına təqsirli hərəkətləri nəticəsində ağır zərər vurulduğundan cavabdehlərin əməlində cinayət tərkibi olması ilə əlaqədar Mülki Prosessual Məcəllənin 264.5-ci maddəsinə əsasə n bu barədə xüsusi qərardad çıxarıb prokurorluğa məlumat verilməsi hissəsində təmin edilməməsi tam qanunsuzdur. Belə ki, o, dəfələrlə Cavabdeh1 səhətinin daha da pisləşdiyini bildirməyinə baxmayaraq, o etdiyi səhv əməliyyatın izlərini gizlətmək üçün onun ölməyini gözləyirdi. Bundan əlavə onun müraciət etdiyi həkimlərə təsir edərək guya ki, o bu əməliyyatı düzgün etmişdir və onunla maraqlanan həkimləri təhdid edirdi. Odur ki, qətnamənin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilərək, həmin hissədə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərərk qeyd etmişdir ki, rayon məhkəməsi tərəfindən ilkin və təkrar ekspertizalar keçirilmişdir. Hər iki ekspertizanın rəylərinə əsasən, əməliyyat düzgün q aydada aparılmış, heç bir yanlışlığa yol verilməmişdir. Hesab edir ki, keçirilmiş ekspertiza rəylərinə əsasən, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş üzrə keçirilmiş ekspertizalar nəticəsində tərtib olunmuş rəylərdə qeyd olunmuşdur ki, xəstəyə həkim tərəfindən qoyulmuş diaqnoz düzgün olmuş və əməliyyat düzgün icra edilmişdir. Ekspertlər məhkəmə iclaslarında vermiş olduqları rəyi təsdiq edirlər. Rəydə də qeyd olunur ki, iddiaçının əməliyyatdan sonra halının dəyişməsinə uğursuz "TAVİ" əməliyyatı ilə yanaşı qazanılmış ürək qüsurlarının xüsusiyyətləri, revmatizm, infeksion endokardit, ateroskleroz da səbəb ola bilər. İş üzrə verilmiş ekspert rəylərinə rayon məhkəməsi tərəfindən düzgün şəkildə qiymət verilməmişdir. İddiaçının maddi imkanının yaxşı olması səbəbindən ölkə xaric ində yüksək maliyyə qarşılığında müalicə və müayinə olunması o demək deyildir ki, həmin məbləğ sonradan iddiaçı tərəfindən tələb olunmalıdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli ekspert rəylərinə əsasən, koronar angioplastika və “Tavi” əməliyyatı zamanı hər hansı bir ağırlaşma qeyd edilməmişdir. İddiaçı "xxxx"a müraciətləri zamanı ona aparılmış kliniki, laborator və instrumental müayinələri əsasında təyin edilmiş diaqnozlar düzgün olmuşdur. Belə ki, iddiaçıya həkim Cavabdeh1 tərəfindən düzgün diaqnoz qoyulmuş və əməliyyat düzgün həyata keçirilmişdir. Bu hal iş üzrə ekspert rəyləri ilə də təsdiq olunur. Odur ki, qətnamənin qismən, iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir.
28. Cavabdeh1 tərəfindən qətnamədən apellyasiya şikayəti verilmiş, MMC-nin apellyasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətində həmçinin bildirilmişdir ki, ona məhkəmə iclaslarının vaxtı və tarixi barədə heç bir məlumat göndərilməmiş və onun iştirakı təmin edilməmişdir. Bu da prosessual hüquq pozuntusu kimi qiymətləndirilməlidir. Odur ki, qətnamənin iddia tələbinin təmin olunan hissəsində ləğv edilərək, iddia tələbinin tam rədd olunması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (sədrlik edən İ.Şirinov, hakimlər E.Kazımov və N.Cəfərov) 2(103)-6177/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Ba kı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-121/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə dəyişdirilmiş, cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 mənəvi zərərə görə İddiaçı ödənilməli pul vəsaiti 10.000 (on min) manat müəyyən edilmiş, qətnamə onun apellyasiya şikayətinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, qətnamə onların apellyasiya şikayətlərinə əsasən qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
31. Məhkəmə kollegiyası ilkin olaraq, həm də xüsusi olaraq qeyd etmişdi r ki, iddiaçının rayon məhkəməsinə təqdim etdiyi Türkiyədə Cümhuriyyətində həyata keçirilən əməliyyatla bağlı xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası professor Engin Bozkurtun tərəfindən tərtib edilmiş rəy, xülasə və protokollar, eləcə də iddiaçı tərəfindən təqdim edilən professor Jacob Lavee tərəfindən iddiaçının ürək müdaxilələri ilə əlaqədar kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi və xx.xx.2024-cü ildə notarial qaydada tərcümə edilmiş mütəxəssis rəyi MPM-in 76, 77.1.,78.1, 80 və 89-cu maddələrinin tələbinə cavab verən və tam uyğun olaraq əldə edilmiş və təqdim olunmuş, demək, həm də MPM-in 88-ci maddəsinin tələbinə əsasən qiymətləndirilməli olan sübutlardır.
32. İddiaçının apellyasiya şikayətinin dəlillər i ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı cavabdeh MMC-də keçirilən əməliyyata görə 1300 manat əməliyyat xərci barədə MMC-dən rəsmi arayış verilməsinə baxmayaraq, əslində əməliyyat üçün 15.000 ABŞ dolları bir və 3.000 ABŞ dolları bir pul ödəməsinə münasibətdə qeyd edir ki, iddia tələbinin həmin hissəsi ilə bağlı iddiaçı tərəf yetərli ola biləcək sübut təqdim edə bilmədiyindən, rayon məhkəməsi həmin əməliyyatın xərcinin yalnız 1300 manat hissədə təmin etməkdə prosessual qanunvericiliyin tələbləri baxımından haqlı olmuşdur. İddiaçı tərəf bununla bağlı konkret sübutlara deyil, daha çox məntiqə və ağlabatan mühakiməyə istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ehtimalən iddiaçının bu xüsusatla bağlı bildirdikləri doğru ola bilər, lakin maddi zərərlə bağlı məsələ müzaki rə edildikdə məhkəmə yalnız dəqiq və şəksiz olan sübutlara əsaslanmaqla konkret hansısa məbləğin tutulmasına qərar verə bilər. Məhkəmə ehtimal və gümanlar əsasında konkret məbləğin tutulmasına qərar verə bilməz.
33. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin Türkiyə Respublikasında olarkən çəkdiyi taksi və sair cari xərcləri ilə bağlı da hesab edir ki, həmin hissədə də sübut təqdim edilmədiyindən rayon məhkəməsi iddia tələbini həmin hissədə MPM-in 77.1-ci maddəsinə əsasən təmin etməməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası bu halla bağlı da bundan öncəki bənddə qeyd olunan mövqeyini təkrar edir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia tələbinin mənəvi zərər hissəsi ilə bağlı qeyd edir ki, iddiaçının ürəyində aparılmış birinci əməliyyatın uğursuz olması nəticəsində onun vəziyyətinin pisləşməsi, əməliyyatdan sonra cavabdeh həkimin onun həyatına biganə və laqeyd (bəlkə də səhlənkar) münasibəti, bundan sonra ikinci əməliyyatın keçirilməsi, iddiaçının bu uzanan müddət ərzində nagüman qalması, ciddi narahatlıq keçirməsi və real olaraq ölümlə üz-üzə qalması və müvafiq olaraq da ümidsizliyə qapılması nəticəsində ağlasığmaz mənəvi sarsıntı və iztirab keçirməsi danılmazdır- şəksizdir, çünki işin mübahisələndirilməyən halları ilə müəyyən olunur ki, iddiaçı hər gün ölümünü gözləməyə məhkum durumda olmuşdur.
35. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı halda Avropa Məhkəməsinin presedentlərində vurğulandığı kimi, yalnız pozuntu faktının müəyyən edilməsi ədalətli kompensasiya sayıla bilməz, belə bir yanaşma bu işin halları baxımından ədalə tli və mütənasib olmayacaqdır. Buna görə də, iddiaçıya həm də müvafiq pul kompensasiyası ödənilməlidir. Düzdür, rayon məhkəməsi tərəfindən mənəvi zərərə görə pul kompensasiyası müəyyən edilsə də, buna görə tutulan məbləğin 1000 manat müəyyən edilməsi hazırkı işin halları nəzərə alındıqda yetərli və ədalətli olmamışdır. Kollegiya hesab edir ki, hazırkı işin halları baxımından mənəvi zərərə görə iddiaçının xeyrinə tutulmalı məbləğin 10.000 manat müəyyən edilməsi ağılabatan olmaqla, həm də ədalətlidir.
36. Cavabdehlərin apellyasiya şikayətlərinin dəlillərini araşdıran məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlər hesab edirlər ki, iki ekspert rəyi ilə iddiaçının ürəyində aparılmış birinci əməliyyatla ikinci əməliyyatın arasında səbəbli əlaqənin olmadığı müəyyən edildiyindən, rayon məhkə məsinin fərqli qənaətə gəlməsi düzgün olmamışdır, həm də ona görə ki, bu sahə xüsusi bilik tələb edən suallarla bağlı olmuşdur. Lakin məhkəmə kollegiyası cavabdehlərin eyniməzmunlu şikayətlərinin həmin dəlili ilə bağlı qeyd etmişdir ki, onların istinad etdikləri ekspert rəyləri ilə razılaşmayan rayon məhkəməsinin qənaəti əsaslı olmuşdur. Ekspеrt rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-in 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir.
37. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqc adan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vахt yüksək olаr ki, araşdırma zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yаlnız bu hаldа ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, həmin rəy iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
38. Bu baxımdan cavabdehlərin istinad etdikləri ekspert rəylərinin yuxarıda istinad olunan tələblərə cavab verib-vermədiyi araşdırılmalıdır.
39. Mülki işin materialları ilə müəyyən olunur ki, rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə -tibbi ekspertizası təyin olunmuş və Məhkəmə Tibbi Ekspertiza və X16 X21 xx.xx.2 024-ci il tarixli, 04/KEŞ saylı rəyi alınmışdır. Həmin rəy məhkəmə iclasında tədqiq olunarkən iddiaçı tərəf əsaslandırılmış vəsatət verərək həmin rəyin aşkar qərəzli və əsassız olması səbəbindən təkrar ekspertiza keçirilməsini xahiş etmiş və vəsatətinə iddiaçının Türkiyədə keçirdiyi ikinci əməliyyatla bağlı olan bütün zəruri rəyləri və xülasələri məhkəməyə təqdim etmişdir (bax, müki iş. 2-ci cild, vərəq 15-19, vəsatətə əlavə edilən sənədlər, vərəq 20-52). Rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfin vəsatəti əsaslı sayılaraq təmin edilmiş və iş üzrə komission məhkəmə- tibbi ekspertizası təyin olunmuşdur.
40. Buna əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X16 X21 xx.xx.2024-ci il tarixli, KEŞ-349 saylı rəyində qeyd olumuşdur k i,...aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsi mümkündür. Bunlara qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı da səbəb ola bilər. Lakin yaranmış ağırlaşmada konkret olaraq hansı səbəbin həlledici olması haqqında fikir söylənilməsi mümkün olmadı.
41. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası proffessor Engin Bozkurtun xx.xx.2024-cü il tarixli, BSH/2024/4092427 nömrəli arayışından görünür ki, İddiaçı adlı pasientləri xx.xx.2022-ci il tarixində X7 Kardiologiya şöbəsinə müraciət etmişdir. Onun hekayəsində; Kəskin koronar sindromla getdiyi xarici mərkəzdə koronar angioqrafiya aparılıb. Çoxlu damar xəstəliyi aşkar edilmişdir. Daha sonra başqa mərkəzdə LAD va CX damarlarının stentlənməsi aparılıb. TAVİ proseduru 2022-ci ilin fevralında ayrıca sessiyada hayata keçirilib. TAVİ-dən sonra xəstənin klinik va laborator göstəricilərində ciddi pisləşmə başlandı. Bundan sonra bir çox mərkəzlərə müraciət etdi. Ürək çatışmazlığının müalicasinə başlanılıb, lakin müalicəyə baxmayaraq xəstənin kliniki vəziyyəti pisləşməkdə davam edib. Xəstə təngnəfəslikdən şikayətlənərək yeriyə bilməyəndə xx.xx.2022-ci il tarixdə xəstəxanalarına müraciət etmişdir. Obyektiv müayinədə ümumi vəziyyəti pis, taxikardiya, sl+s2+s3+, taxipneik (qeyri-ambulator NYHA-4), periferik- ödem 3+/3+, perfuziyanin az olmasi səbəbindən uclarında soyugluq/solgunluq+ olduğu üçün xx.xx.2022-ci il tarixində koro nar reanimasiya şöbəsinə yerləşdirilib. Qəbul zamanı transtorasik exokardioqrafiya Olava İ-Prosedur öncəsi Exokardioqrafiya) aparılıb va laboratoriya müayinələri (Əlavə 1-2 Laborator Analizi) tələb olunub. Exokardioqrafiyada kaskin paravalvular aorta çatışmazlığı müşahidə edildi.
42. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı müayinə blankından məlum olur ki, anamnez va şikayet: 30 illik şəkərli diabet xəstəsi, 10 il əvvəl AD/aorta darlığı diaqnozu qoyulmuşdur: 2022-ci ilin yanvar ayında çatışmazlığı səbəbindən KAG əməliyyatı aparılıb. LAD-nin ortasında ciddi stenoz va RCA-da geniş yayılmış stenoz var. Əməliyyat məsləhət görülüb. Daha sonra xəstəyə başqa mərkəzə 4 stent qoyulub. 2 ədəd LAD qoyulub. (Distal stent altında açıq lezyon qaldı. CX distalına 2 uzun stent qoyuldu. RCA müalicə olunmadı. TAVi proseduru 2022-ci ilin fevral ayında aparılıb, (medtronic, mədəcikə doğru qoyulub." Ciddi paravalvulyar sızma var. Bundan sonra xəstənin ümumi vəziyyəti pisləşməyə başlayıb.
43. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü ildə apostil olunmuş, tərcüməsi xx.xx.2024-cü ildə notarial təsdiq edilmiş X10 xəstəxanası proffessor Engin Bozkurtun xəstə İddiaçı barədə xx.xx.2024-cü il tarixli, ******* nömrəli protokolundan görünür ki, laboratoriyada çoxorqan disfunksiyası müşahidə olunduğundan, xəstəyə tibbi müalicə ilə müəyyən qədər kompensasiya edildikdan sonra paravalvular irəliləmiş AR (aorta çatışmazlığı) üçün qapaqdaxili TAVİ planlaşdırılmışdır. Xəstə Hematoloji, Qastroenteroloji ve Nefroloji konsultasiyalardan keçib. Ürək çatışmazlığından ikincili böyrək çatışmazlığı va qaraciyər çatışmazlığı oldugu qənaətinə gəldi. Paravalvular aorta çatışmazlığı səbəbinden onun hemolitik anemiyasi olduğu da düşünülürdü. Xəstəyə 9 gün intensiv tibbi yardım göstərilib. Dəyərlərdə cüzi bərpa oldu. Lakin klinik relyef əldə olunmadığından CAG+ViV TAVİ-nın icrasına qərar verildi. KAG + ViV TAVİ xx.xx.2022 tarixində hayata keçirilmişdir. Pre-TAVİ X17 inkişaf etmiş aorta çatışmazlığını təsdiqlədi. TAVİ-dən sonra nəzarət aorta kökünün angioqrafiyasi aparıldı. Aorta çatışmazlığının tamamilə aradan qalxdığı müşahidə edildi. Xəstə koronar reanimasiya şöbəsinə yerləşdirilib. Ertəsi gün klinik rahatlama əldə edildi. Müayinə zamanı gün ərzində klinik va lab oratoriya göstəricilərinin tamamilə yaxşılaşdığı müşahidə edildi. Sonrakı müayinələr zaman LV funksiyasına uygun olaraq İCD-nin daxil olub-olmaması barədə qarar veriləcək. Xəstə tibbi müalicə va təqib tayinatları ilə evə buraxılıb.
44. İddiaçı tərəfindən təqdim edilən professor X22 Ədalətin ürək müdaxilələri ilə bağlı kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi və xx.xx.2024-cü ildə notarial qaydada tərcümə edilmiş ekspert rəyində qeyd etmişdir ki, 18 fevral 2022-ci il tarixində xəstəyə Bakıda TAVİ əməliyyatı aparılıb va orada Evolut-R CoreValve implantasiyası icra olunub. Prosedur hesabatında "Nəticə: Uğurlu TAVİ" qeyd edilsə də, prosedurun angiografiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapağı aorta halqası daxilində implantasiya edilməli olduğundan xeyli asağı implantasiya edilmişdir və o, geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküne radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. -31 mart 2022-ci il tarixində İstanbulda aparılan transozofageal exokardioqrafiya diskinə baxış zamanı, İİİ-İV dərəcə aorta çatışmazlığı ilə sol mədəciyə ciddi şəkildə aşağı yerdəyişmiş TAVİ qapağının olduğu aşkar olunur. Əksinə, müayinə hesabatında "Aorta qapağının proyeksiyasında aorta qapağının bioprostetik TAVİ qapağı müşahidə edilir. Minimal qapaq va paravalvüler çatışmazlıq müşahidə olunduğu" deyilir. -İndiki halda, prosedurun Bakıdan götürülən angioqrafiya diskinə baxış aydın şəkildə göstərir ki, protez TAVİ qapaği aorta halgası daxilində implantasiya edilməli olduğundan xeyli aşağı implantas iya edilib va geniş şəkildə sol mədəciyin çıxış yoluna çıxır. Üstəlik, prosedurun sonunda aorta köküna radiopak zərb vurulması əhəmiyyətli aorta çatışmazlığını aşkar edir. Belə bir nəticə prosedurun hesabatında yazıldığı kimi "uğurlu" kimi təsvir edilə bilməz. -20 dekabr 2022-ci il tarixinde Ankarada hayata keçirilən ikinci TAVİ qapaq daxili qapaq proseduru uğurlu oldu vo minimal aorta çatışmazlığı ilə nəticələndi. Əvvəldə qeyd edildiyi kimi, o, xəstə ilə görüşməmiş, ona görə də onun kliniki gedişatının təfərrüatlarına malik deyil. Bununla belə, yuxarıda qeyd olunan müayinələri nəzərə alaraq, qapaq daxili qapaq TAVİ prosedurunun niyə çox əvvəllər aparılmadığını anlamaq çətindir. Şübhə yoxdur ki, birinci TAVi amaliyyatindan sonra ikinci əməliyyatın həyata keçirilməsinə qədər keçen on ay ə rzində xəstənin ağır aorta çatışmazlığı keçirməsi onun ürəyinə zərər vurmuş va həyatı üçün təhlükəli olmuşdur.
45. Göründüyü kimi, iddiaçı tərəfin təqdim etdiyi tərcüməsi notarial təsdiq edilmiş yuxarıda qeyd edilən X10 xəstəxanası proffessor Engin Bozkurtun arayış və müayinə protokolunda və professor Jacob Lavee`nin İddiaçı ürək müdaxilələri ilə bağlı kliniki kursu ilə bağlı 2 iyul 2024-cü il tarixdə verdiyi ekspert rəyində qeyd edilənlərlə iddiaçının səhhəti ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X16 X21 xx.xx.2024-ci il tarixli, 04/KEŞ saylı rəyində və xx.xx.2024-ci il tarixli, KEŞ-349 saylı rəyində qeyd edilənlər daban-dabana ziddir.
46. Kollegiya hesab etmişdir ki, hazırkı iş üzrə Məhkəmə Eksertiza Mərkəzinin verdiyi rəylər inandırıcı olmamışdı r. Eləcə də həmin rəyin özündə də aortal çatmamazlığın tibbi müdaxilədən sonra yenidən əmələ gəlməsinin mümkün səbəbi kimi qazanılmış ürək qüsurlarının xüsusiyyətləri ilə yanaşı revmatizm, infeksion endokardit, ateroskleroz və bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı” göstərilmişdir.
47. Cavabdeh iddiaçıda revmatizm, infeksion endokardit, ateroskleroz kimi problemlərin olması barədə hər hansı bir sübut təqdim etməmişdir, demək ki, həmin hallar barədə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, ağırlaşmanın yeganə səbəbi kimi ekspert rəyində qeyd edilən yalnız bir- “bəzi hallarda uğursuz “TAVİ” əməliyyatı” səbəbi qalır.
48. Məhkəmə kollegiyası onu da qeyd edir ki, rayon məhkəməsində ifadə verən ekspertlər də faktiki olaraq verilmiş rəylərin obyektiv və düzgün olmadığını təsdiq e tmişlər.
49. Belə olan halda müəyyən olunur ki, cavabdehlərin istinad etdikləri ekspert rəyləri, ümumən ekspert rəyi ilə bağlı yuxarıda qeyd edilən tələblərə cavab verməməklə yanaşı, həm də iş üzrə tədqiq olunmuş və biri diğərini tamamlayan, əsaslığı və mötəbərliyi şübhə doğurmayan digər sübutlarla aşkar təkzib olunur. Demək ki, rayon məhkəməsinin mübahisəni həll edərkən həmin rəyləri qiymətləndirməsi MPM-in 88-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur.
50. Bütün yuxarıda şərh olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının ürəyində Cavabdeh1 tərəfindən "xxxx"-da xx.xx.2022-ci il tarixdə aparılmış birinci “TAVİ” əməliyyatı aşkar uğursuz olmuş, bu hal mütəxəssis kimi cavabdehə məlum olsa da, o, həmin uğursuzluğun nəticələrini aradan qaldırmağa borclu olmasına baxmayaraq, nəinki buna səy göstərmiş, əksinə hər vəclə bu uğursuzluğu örtbasdır etməyə və iddiaçını təkrar əməliyyatdan yayındırmağa çalışmışdır. Yalnız iddiaçının ixtisasca həkim olması və özünün, eləcə də yaxınlarının təşəbbüskarlığı nəticəsində və böyük məsrəflər hesabına Türkiyədə iddiaçının ürəyində həyati əhəmiyyətli olan 20 dekabr 2022-ci il tarixinde X10 xəstəxanasında ikinci “TAVİ” əməliyyatı həyata keçirilmiş və yalnız bundan sonra cavabdehin uğursuz əməliyyatının fəsadları aradan qalxmış, iddiaçının sağlamlığı bərpa olunmuş və o, həyata qayıtmışdır. Demək ki, rayon məhkəməsinin bununla bağlı gəldiyi qənaət mahiyyət etibarı ilə düzgün olmuşdur, cavabdehlərin apellyasiya şikayətləri əsassızdır və təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası hazırkı tələbin həm MMC, həm də iddiaçını ürəyində cərahi əməliyyat edən həkimə yönəlməsi barədə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdir ki,...işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, de likt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
52. Bu baxımdan, Kollegiya hesab edir ki, hazırkı işdə iddiaçının maddi və mənəvi zərərin əvəzinin müştərək olaraq həm MMC, həm də onu əməliyyat etmiş həkimdən tələb etməsi qanunun tələbləri baxımından əsaslı olmuşdur.
53. Məhkəmə kollegiyası Cavabdeh1 birinci instansiya məhkəməsində iştirakının təmin edilməməsi barədə qeyd edir ki, rayon məhkəməsi tərəfindən cavabdeh E.Əlzadənin qeydiyyat ünvanına (Naxçıvan MR, Babək rayonu, Məmmədrza Dizə kəndi) məhkəmə iclası barədə müvafiq bildirişlər göndərilmiş və həmin bildirişlər ünvana çatdırılmışdır. Cavabdeh1 ö zü də apellyasiya şikayətində məhz həmin ünvanı qeyd etmişdir. Demək ki, Cavabdeh1 apellyasiya şikayətinin həmin dəlili də əsassızdır.
54. Bundan başqa, müəyyən olunur ki, hər iki cavabdehin adından apellyasiya şikayətlərini eyni vəkil, Vəkil2 tərtib etmiş, apellyasiya instansiyası məhkəməsində də hər iki cavabdehi həm nümayəndə, həm də vəkil olaraq eyni şəxs, yəni cənab Vəkil2 təmsil etmişdir. Məsələ həm də ondan ibarətdir ki, rayon məhkəməsində də cavabdehlərdən MMC-ni məhz Vəkil2 təmsil etmişdir. Eyni zamanda, rayon məhkəməsinin məhkəmə iclas protokollarından müəyyən olunur ki, məhkəmə iclaslarında Cavabdeh1 iştirakı məsələsi müzakirə edilərkən cavabdeh MMCnin nümayəndəsi və vəkili hər dəfə Cavabdeh1 iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsinə razı olmuş, etiraz etməmişdir. Apel lyasiya icraatı zamanı Cavabdeh1 məhkəmə iclasında şəxsən iştirakının təmini üçün görülmüş tədbirlər və buna baxmayaraq Cavabdeh1 davranışı (məhkəmə iclasına gəlməkdən yayınması) da təsdiq edir ki, onun məhkəmə iclaslarında iştirak etmək istəyi olmamışdır.
55. Apellyasiya kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1097.2, 1099.1, 1099.2, 1112, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsini n “Vasileva Bolqarıstana qarşı”, AİHM Eugenia Lazar, §§ 78, 80 və S.B. Rumıniyaya qarşı, §§ 70-74 qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
56. Cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 (Vəkil2) birgə kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
57. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlərin (hüquqi şəxsin və ya işçisinin ayrı-ayrılqıda və ya birgə) əməlində təqsirli, hüquqazidd hansı əməlin olması məhkəmələr tərəfindən dəqiq müəyyən edilməmişdir. Ümumiyyətlə, cavabdehlərin iddiaçıya qarşı və ya öz fəaliyyətində hansı təqsirli, hüquqazidd hərəkətinin olması aydınlaşdırılma dan, yalnız iddiaçının mülahizələri və mötəbər sübut kimi qəbul edilməsi mümkün olmayan “həkim rəyləri” əsasında nəticəyə gəlinməsi ədalət mühakiməsinin qanunilik meyarına cavab verməmişdir. Yalnız məhkəmə tərəfindən birmənalı müəyyən olunan işin hallarına seçilmiş maddi hüququn tətbiqi qanunilik prinsipinə cavab verə biləcəyi halda, seçilmiş maddi hüququn dispozisiya şərtinə işin hallarının uyğun gəlibgəlmədiyi yoxlanılmadan maddi hüququn tətbiqi qanunsuz məhkəmə qətnaməsinin qəbulu ilə nəticələnmişdir. Belə ki, iş üzrə cavabdehlər tərəfindən iddiaçıya qarşı təqsirli, hüquqazidd hərəkətin (hərəkətsizliyin) törədilməsinə dair mötəbər sübut yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza (həmçinin, təkrar-komisyon ekspertiza) rəyində iddiaçının üzərində cavabdeh hək im tərəfindən aparılmış cərrahiyyə əməliyyatında tibbi diaqnozun düzgün qoyulduğu, cərrahi müdaxiləyə tibbi göstərişin zəruri olduğu, əməliyyata tibbi göstərişin düzgün seçildiyi və düzgün icra edildiyi qeyd olunmuşdur. Yəni, həkim-cərrahın hərəkətlərində hər hansı təqsirin mövcudluğu inkar olunmuşdur. Bununla yanaşı, iddiaçının üzərində cərrahiyyə əməliyyatı aparmış həkimcərrahın təqsirli, hüquqazidd hərəkətə (hərəkətsizliyə) yol verməsinə dair hər hansı səlahiyyətli dövlət orqanının rəyi, qərarı, tədbiri müəyyən olunmamışdır. Yəni, hər hansı səlahiyyətli orqan tərəfindən (cavabdeh) həkim-cərrah barəsində təqsirə, hüquqazidd əmələ görə məsuliyyət tədbirinin tətbiq edilmədiyi də işin mübahisə olunmayan halıdır. Belə olduğu halda, MM-in 1096, 1097-ci maddələrinin tətbiqi iddia tələbinin r ədd edilməsinə əsas verdiyi halda, məhkəmənin işin müəyyən olunmuş hallarına düzgün hüquqi qiymət verməməsi və maddi hüququ yanlış təfsir edərək tətbiqi mahiyyətcə əsassız və qanuni olmayan qətnamənin qəbulu ilə nəticələnmişdir.
58. İş materiallarına iddiaçının təqdim etdiyi və apellyasiya şikayətində istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi barədə 4 avqust 2023-cü il tarixli qərarından görünür ki, aortal qapağın endovaskulyar dəyişdirilməsi əməliyyatı icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil olmaqla məhz icbari tibbi sığorta tərəfindən qarşılanan tibbi əməliyyatdır. İddiaçının apellyasiya şikayətində “xidmətlər zərfi”ndə bu əməliyy atın qiymətinin 35 000 manat müəyyən edildiyinə istinad olunmuşdur. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, “Xidmətlər zərfi”ndə müəyyən olunan bu əməliyyatın Azərbaycan Respublikasında, həm də icbari tibbi sığorta hesabına həyata keçirilməsi imkanı olduğu halda, iddiaçının öz seçimi (arzusu, istəyi ilə) xarici ölkənin özəl klinikasına müraciət etməsi nəticəsində çəkdiyi xərc ona dəymiş zərər kimi qiymətləndirilə bilməz.
59. Belə ki, rayon məhkəməsinin təyin etdiyi ekspertiza rəyində iddiaçının üzərində keçirilmiş cərrahiyyə əməliyyatının həkim tərəfindən düzgün təyin və icra olunduğu, hər hansı həkim səhvinə yol verilmədiyi müəyyən olunduqda məhkəmə iddiaçının vəsatəti ilə təkrar-komisyon ekspertiza təyin etmişdir. Təkrar-komisyon ekspertizanın rəyində də həkim səhvinə dair dəlil olmadı qda, yenə iddiaçının vəsatəti ilə ekspertləri məhkəmə iclasında dindirmiş, ekspertiza rəyini imzalamış 4 ekspertdən 2-si mütəxəssis olmadığına görə, yalnız cəlb olunmuş mütəxəssis kimi A.Hacıyevin mülahizəsi ilə “iddiaçının ürəyində əməliyyatdan sonra sıxıntının olması və təkrar əməliyyat zərurətinin cavabdeh tərəfindən keçirilmiş əməliyyatın nəticəsində ola bilər” kimi qənaətə gəlinmişdir.
60. Bu ziddiyyətli vəziyyətdə, rəyi imzalayan ekspertlərin öz arasında yekdil mövqe olmamasına apellyasiya məhkəməsi də diqqət yetirməmiş, əksinə, birinci instansiya məhkəməsinin bu qənaətilə razılaşmışdır. Halbuki, eyni Ekspertiza Birliyi tərəfindən verilmiş ilkin rəylə müqayisədə, qoyulmuş suala təkrar-komisyon rəydə birmənalı olmayan ehtimallarla cavab verildiyinə görə cavabdeh tərəfindən əlavə ekspe rtizanın keçirilməsi təşəbbüsünü məhkəmə təmin etməmişdir.
61. Bundan başqa, apellyasiya icraatında cavabdehlərin vəkili/nümayəndəsi vəsatət verərək Respublikada tanınmış və məhz invoziv (cərrahiyyə) kardiologiya üzrə ixtisaslaşmış mütəxəssislərin məhkəmə iclasına dəvət edilməsi və xüsusi bilik tələb edən suallara cavab verilməsini xahiş etmişdir. Qeyd olunmalıdır ki, invoziv kardilogiya sahəsinə aid olan sualların ümumi kardioloq (hətta, tibb üzrə elmi dərəcəsi olsa belə) tərəfindən araşdırılmadan cavablandırılması yanlış qənaətlərə səbəb olmuşdur. Cavabdehin vəkilinin/nümayəndəsinin vəsatətini təmin etməyən məhkəmə kollegiyası Ankara və TəlƏvivdə yaşayan/işləyən 2 professorun yazdığı “arayış, rəy, protokola” istinadla iddianın əsaslı olması qənaətinə gəlmişdir.
62. Qeyd olunmalıdır ki, X 10 xəstəxanası professor Engin Bozkurtun arayış və müayinə protokolu iş materialında olduğu halda, apellyasiya qətnaməsində “sübut” kimi istinad olunan professor Jacob Lavee tərəfindən tərtib edildiyi qeyd olunan “ekspert rəyi” iş materiallarına təqdim olunmamışdır. Cavabdeh tərəfə təqdim olunmamış, iş materialında elan olunmayan, birinci instansiya məhkəməsində tədqiq olunmayan professor Jacob Lavee-nin “ekspert rəyi”nə istinad edən apellyasiya Kollegiyası qənəatini demək olar ki, həmin “rəy”in üzərində formalaşdırmışdır.
63. Apellyasiya Kollegiyası nəzərə almamışdır ki, Məhkəmə Tibbi Anatomiya Ekspertizası səlahiyyətli dövlət orqanıdır və bu cür mübahisəli məsələlərdə rəy verənlərin həm dövlət orqanı, həm qanun qarşısında məsuliyyəti nəzərdə tutulmuşdur. X9 Ekspertlərinə bilə-bilə yala n rəy verməyə, saxta rəy verməyə görə cinayət məsuliyyəti elan edildiyi və ekspertlər bu məsuliyyəti daşıdıqları halda, israilli Jacob Lavee və ya ankaralı professor Engin Bozkurta ekspert qismində hər hansı məsuliyyət elan edilməmişdir və onların verdikləri arayışda (Kollegiya bu arayışlara “ekspert rəyi” adı vermişdir) yazılanların doğruluğuna görə heç bir məsuliyyətləri olmamışdır.
64. İş materialından görünür ki, xx.xx.2024-cü ildə vəkilin vəsatətinə əlavə olunmuş aviabiletlər 24 dekabrdan 25-ə keçən gecə üçün İstanbul-Ankara-İstanbul reysinədir, Cavabdeh1 işlə əlaqədar yaşadığı İstnabuldan gecə ikən Ankaraya getməli olmuşdur. Onun 25 dekabrda Bakıya gəlmək üçün bilet alındığı və ya gəlmək imkanı olduğu bu məlumatlardan görünmür. Kollegiya bilirdi ki, 25 dekabrda Cavabdeh1 Bakıda keçir ilən iclasa gələ bilməyəcəkdir. Məhz 25 dekabr günü elektron qaydada ərizə ilə Kolegiyaya müraciət edən Cavabdeh1 Türkiyədə olduğunu, məhkəmə iclasına gələ bilmədiyini, iclasın 28 dekabra və ya daha gec başqa günlərə təxirə salınmasını və özünün də iclasda iştirakına şərait yaradılmasını xahiş etmişdir. Lakin Kollegiya Cavabdeh1 bu xahişini də “işin uzadılmasına cəhd” kimi qiymətləndirmişdir.
65. Halbuki, özü kardioloq-cərrah olan və məhz onun etdiyi əməliyyatdan doğan mübahisənin məhkəmə iclasında bilavasitə iştirakına şərait yaratmaq, onun mübahisəyə dair izahını, rəyini dinləmək yalnız işin obyektiv, tam, hərtərəfli araşdırılmasına xidmət etmiş olardı, çəkişmə və tərəflərin bərabərliyi prinsipi təmin olunardı.
66. İstanbulda işləməklə yaşayan, həmçinin, Ankarada da ürək əməliyyatları ed ən Cavabdeh1 onun xəstəsi olmuş iddiaçının sağlamlıq vəziyyəti barədə rəy vermiş prof. Engin Bozkurtu yaxşı tanıyır və (əvvəllər) iş əsnasında onların o qədər də xoş olmayan münasibətləri yaranmışdır. Cavabdeh1 məhkəmə iclasında iştirakına şərait yaradılsaydı, o da Uzman dr. Kardioloq-cərrah olaraq mübahisəyə, iddiaçının mülahizələrinə dair öz mövqeyini ifadə edər, Engin Bozkurtun hansı səbəbdən onun etdiyi əməliyyata dair xoş olamayan arayış verməsinə dair zəruri məlumatları verərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
67. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
68. Maddə 6.2 bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqla rını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
69. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
70. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
71. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunlamüdafi ə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
72. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsinşəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
73. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
74. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
75. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandır an halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
78. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
79. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxd ur.
81. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
82. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
83. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallar ında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
84. Hazırki kasassiya baxışının predmetini apellyasiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
85. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
86. Kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
87. Sübutların düzgün qiymətləndirilməsi, iş üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə aktlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, eləcə də verilmiş vəsatətlərin təmin və ya rədd edilməsinin səbəbləri və əsasları göstərilməli, gəlinən nəticə kifayət qədər əsaslandırılmalıdır.
88. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdə olan sübutlar ətraflı ar aşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.
89. İddiaçının üzərində cavabdeh həkim tərəfindən aparılmış cərrahiyyə əməliyyatının uğursuz olması, onun nəticəsində şəxsin sağlamlığına zərər dəyməsi və bunda həkimin təqsiri məhkəmə araşdırması ilə müəyyən edilmişdir. Mülki Məcəllənin 1112-ci maddəsinin dispozisiya şərtlərinə əsasən zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübut etmək yükü daşısa da, cavabdeh tərəfindən bu hal sübut edilməmişdir.
90. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 1096, 1097, 1112-ci maddələrinə əsasən əməlin hüquqazidd, təqsirli, zərərçəkənə birbaşa zərər vurulmasına gətirib çıxaran əməl olmasın ı, vurulmuş ziyanın məbləğini müəyyən edilməsi, həmçinin delikt törətmiş şəxsin mülki məsuliyyətinin müəyyən edilməsi işə baxan mülki məhkəmənin səlahiyyətindədir, bu barədə hər hansı digər dövlət orqanının rəyi, qərarının olmaması məhkəmə üçün zəruri deyil.
91. Bu əməliyyatın respublikada icbari tibbi sığorta hesabına həyata keçirilməsi imkanı olduğu halda, iddiaçının öz seçimi (arzusu, istəyi) ilə xarici ölkənin özəl klinikasına müraciət etməsi barədə dəlillə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təkrar əməliyyat olunduğu tarixdə, yəni xx.xx.2022-ci il tarixdə bu əməliyyat icbari tibbi sığorta zərfinə daxil olmamışdır. Həmçinin şəxsin ödənişli tibbi xidmətdən istifadə etməsində əsas məqsəd ilk aldığı tibbi xidmətin uğursuz olması ilə bağlı güvəndiyi keyfiyyətli tibbi xidmət almasına yönəldiyindən həmin xidmətə çəkilən xərcin əvəzinin alınması hüquqdan suiistifadə hesab edilə bilməz.
92. Cavabdeh1 məhkəmə iclasında iştirakının təmin edilməməsi ilə bağlı dəlilə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlı olmasına baxmayaraq nə birinci instansiya məhkəməsində olan məhkəmə iclaslarında, nə də apellyasiya məhkəməsinin iclaslarında iştirak etməmiş, işlə bağlı kassasiya şikayətində qeyd etdiyi məsələlərlə bağlı yazılı və ya şifahi qaydada münasibət bildirməmiş, birinci instansiya məhkəməsində cavabdehlər ekspertlərin dindirilməsi və ya təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlər verməmişdirlər. Buna görə də, apellyasiya məhkəməsi onların apellyasiya instansiya məhkəməsində verdikləri vəsatəti düzgün olaraq g ecikmiş hesab etmişdir.
93. Həmçinin cavabdehlərin professor Jacob Lavee tərəfindən tərtib edilmiş rəyin iş materiallarında olmaması və onlara təqdim ediməməsi barədə dəlilləri əsassızdır, belə ki, həmin sənədlər birinci instansiya məhkəməsinə təqdim edilmiş, cavabdeh "xxxx" MED Corporation MMC-nin nümayəndəsi həmin rəyin sübut kimi qəbul edilməsinə etiraz etmiş, lakin məhkəmə bu sübutu qəbul etmiş və qətnaməsində həmin sübuta istinad etmişdir. Cavabdehlər birinci instansiya məhkəməsinin qətnaməsindən verdikləri apellyasiya şikayətində isə həmin rəylə bağlı hər hansı dəlilləri irəli sürməmişdirlər.
94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıd ır.
95. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər "xxxx" MED Corporation MMC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6177/2024 nömrəli iş üzrə 25 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.