Məhkəmə qərarları › İş №2(102)-1228/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1228/2024

25.04.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1228/2024 25.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil hüququnun habelə əmlakdan istifadə, sahiblik mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr, mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə məcburi qaydada köçürülmə” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4079/2023 nömrəli, 12 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh1 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh1 Bakı şəhəri, Şərifzadə 166 ünvanı, 2 otaqlı mənzilə gəlin köçmüş, həmin mənzil 2 ədəd 1 otaqlı mənzilə dəyişdirilmiş və tərəflər Şərifzadə küçəsi, ev 180 ünvanında yaşamışlar.

2. Notarial qaydada tərcümə və təsdiq edilmiş 074005 nömrəli xx.xx.1987-ci il tarixli orderin surətinə əsasən, ünvan 2 ünvanında sahəsi 29,33 kv.m. olan iki otaqdan ibarət mənzildə yaşayan İddiaçı verilib və onunla birgə həmin mənzildə yaşayan iki nəfərə ondan ötrü ki, onlar K.İ.Qrapovskaya ilə dəyişdirmə qaydasında ünvan 3 ünvanında yerləşən sahəsi 16,22 kv.m. olan, ayrıca bir otaqlı mənzilə köçmək hüququna malikdir. Yaşayış sahəsinə hüquqları olanlar İddiaçı, Cavabdeh1 və Cavabdeh2dur. 3. 56 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli 300 nömrəli arayışına əsasən, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. Həmçinin, İddiaçı həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 sözügedən ünvanda qeydiyyatdadırlar.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)2649/2018 nömrəli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 3 ünvanına istifadə hüququnun itirilməsi” tələbinə dair iş üzrə iddia tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənz ilə məcburi qaydada köçürülmə” tələbinə dair iddia qaldırmışdır.

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə xx.xx.1987-ci il tarixdə nikaha daxil olmuşdur. Cavabdeh1 Bakı şəhəri, Şərifzadə 166 ünvanı, 2 otaqlı mənzilə gəlin köçmüş, həmin mənzil 2 ədəd 1 otaqlı mənzilə dəyişdirilmiş və tərəflər Şərifzadə küçəsi, ev 180 ünvanında yaşamışlar. Həmin mənzil iddiaçının adına mənzil kirayə müqaviləsi əsasında rəsmiləşdirilmiş və onun adına order verilmişdir. Mənzil dövlət mənzil fonduna aiddir. 1993-cü ilin sonu 1994-cü ilin əvvələrində iddiaçının cavabdeh ilə aralarında olan münasibətlər pisləşmişdir. Həmin vaxtdan cavabdeh tərəfindən iddiaçı evə buraxılmamışdır. İddiaçı həmin vaxtdan bacısı X2 evində yaşamışdır.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2 023 nömrəli, 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi qət edilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, mübahisəli hüquq münasibəti 1994-cü ildə yaranmışdır və həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları tətbiq edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: MM) 48 və 87-ci maddələri çıxış edir. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil order əsasında İddiaçı verilmişdir. Həmin mənzildə hazırda İddiaçı, arvadı Cavabdeh1, oğlu Cavabdeh2 və qızı Cavabdeh3 qeydiyyatdadırlar. Cavabdeh1 cavabdeh İddiaçı qarşı “ünvan 3 ünvanına istifadə hüququnun itirilməsi ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2649/2018 nömrəli qətnaməsinə əsasən iddia tələbi rədd edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Bu səbəbdən, sözügedən qətnaməsi preyudisial əhəmiyyətə malikdir. Həmçinin, sözügedən mənzildə iddiaçı tərəfindən özünə məxsus olan 1 otağı uzun illər əvvəl satması, digər otaqda isə yaşamayaraq könüllü olaraq başqa ünvana köçməsi halı sübuta yetirilməmişdir

9. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 08 iyul 1982-ci il tarixli Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48, 87, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdehlər qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1063/2023 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanda yerləşən mənzil 1 otaqlı mənzildir. İşin hallarından da göründüyü kimi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə birgə yaşayırlar. Nəzərə alınsa ki, İddiaçı uzun illər ərzində cavabdehlərə etdiyi psixoloji basqı, onların iş yerinə ünvanladığı və onların nüfuzuna təsir edən məktublar cavabdehlərdə stress, əsəb və psixloji gərginlik nəticəsində yaranmış xroniki xəstəliklərə səbəb olmuşdur. Bu isə öz yerində, cavabdehlərin iddiaçı ya qarşı nifrət hissinin oyanmasına səbəb olmuşdur. Nəticə etibarilə, iddiaçının həmin 1 otaqlı mənzilə məcbur olaraq köçürülməsi, onunla cavabdehlər arasında yarana biləcək mübahisələrin qarşısının alınmasını qeyri mümkün edir, belə olan halda isə həmin mübahisələr ağır fəsadlar ilə nəticələnə bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən qətnamə mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış qəbul edilmişdir. Cavabdehlər 1994-cü il tarixdən bü günədək həmin ünvanda yerləşən mənzilin istifadəsindən irəli gələn öhdəlikləri yalnız özləri icra etmişdir, öhdəlikləri isə ondan ibarət olmuşdur ki, həmin mənzil üzrə hesablanmış kommunal ödənişlər, həmçinin mənzilin təmiri və digər zəruri xərcləri onlar tərəfindən həyata keçirilmişdir. İddiaçı isə 29 il müddətində bir dəfə olsun belə, həmin xərclərin ödənilməsində iştirak etməmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, övladları iddiaçıya qarşı çox agressivdir. Lakin oğlu hər ay iddiaçıya 150 manat aliment ödəyir. Hətta lazım gələrsə üzərinə daha 50 manat da əlavə edilə bilər. Mübahisəli mənzil Xuruşovka binada, 5-ci mərtəbədə yerləşn 16 kv.m-lik mənzildir. Hal-hazırda orada o, qızı, qızının iki uşağı, oğlu yaşayır. 30 ildən artıqdır ki, boşanmışlar, iddiaçı rəsmi olaraq həmin evdə yaşamır. Order iddiaçının adınadır. 30 il ərzində bütün kommunal xərcləri o ödəmiş, bütün qəbzlər ondadır. İddiaçıya 10 min manat pul təklif etmiş, oğlu isə hər ay 150 manat aliment verir. 1 il qızı hər ay 100 manat olmaqla aliment vermiş, paralel olaraq oğlu 2018-ci ildən bugünə qədər 150 manat aliment verir. Daha sonra qızı tərəfindən ödənilən alimet məbləği məlum səbəblərdən dayanmışdır. İddiaçı bildiyi qədər hazırda kirayədə yaşayır, kirayədə yaşamamışdan qabaq bir otaqlı mənzili var idi, onu satmışdır. Hazırda iddiaçı bacısı ilə kirayədə yaşayır. Bacısı Turkiyədə yaşayır. İddiaçı özü pensiya alır və hər ay 150 manat oğlu ödəyir. O, iddiaçıya 10 min manat pul təklif edir, ona görə ki, onlardan əl çəksin. İddiaçı hər dəfə onlara mənəvi təzyiqlər göstərir. O, ikinci qrup əlildir, oğlu, qızı xəstədir, iddiaçı onları xəstə salıbdır. Bir otaqlı evin mübahisəsi gedir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin olun mamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, məhkəmə prosesi təxir olunan gündən bu günə qədər bir dəfə də olsun cavabdeh tərəfindən heç bir təklif olmayıbdır. Cavabdeh tərəf sadəcə məhkəmə prosesini uzatmaq istəyir. Bu ev məsələsi bir dəfə də qalxmışdır. Mübahisəli mənzildə 3 nəfər qeydiyyatdadır. Onlar mənzilin satılaraq üç nəfər arasında bölünməsini xahiş edir. Cavabdeh tərəf bundan əvvəl istifadə hüququnun pozulması ilə bağlı məhkəməyə müraciət etmişdilər və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı əsasında iddia rədd edilmişdir. Mənzil dövlət mənzil fondunda olduğuna görə onu satmaq mümkün deyildir. Bununla bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia qaldırmışlar ki, mənzilin özəll əşdirilməsi üçün tərəflərin məcburi razılığı verilsin. Daha sonra iddia geri götürüldü. İddiaçı və cavabdeh hər biri bərabər hüquqlu adamlardır. Belə olduğu halda cavabdeh çıxsın və iddiaçı mənzildə yaşasın.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X3) 2(103)-4079/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

15. Kollegiya qeyd etmişdir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş (mübahisəsiz və mübahisəli) hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və p rosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. 16. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

17. Preyudisiya institutu məhkəmə aktları ilə müəyyən edilmiş halların yenidən baxılmasının qarşısının alınmasına, o cümlədə n sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir.

18. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının yenidən mübahisələndirilməməsi məhkəmə təcrübəsində “res judicata” (artıq həll olunmuş iş) prinsipinin qorunmasına xidmət edir. Res judicata - ümumsahəvi məhkəmə icraatına aid olan prinsipdir. Mübahisəli məsələni mahiyyəti üzrə həll edən məhkəmə qərarının qanuni qüvvəyə minməsi (yəni – res judicata qüvvəsini əldə etməsi) məhkəmə prosesi üçün mühüm nəticələrin yaranmasına səbəb olur.

19. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarı artıq məcburidir, orada konkret faktlar üzrə gəlinən nəticələ r müvafiq subyektlər üçün məcburi qüvvəyə malikdir. Məhkəmə qərarının konkret iş üçün qanun qüvvəsini əldə etdiyini, yaxud eynilə qanun kimi məcburi olduğunu bildirən “qərarın qanuni qüvvəsi” anlayışı da məhz bunu ifadə edir.

20. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(004)-2649/2018 nömrəli qətnaməsi ilə araşdırılmış hallardan göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində istifadə hüququna malik olan şəxsdir. İstinad olunan məhkəmə aktının qəbul edilməsinə əsas olmuş faktiki halların dəyişməsi, yeni halların əmələ gəlməsi də iş materiallarından müəyyən olunmur.

21. Beləliklə iddiaçının Bakı şəhəri, Şərifzadə küçəsi, 180 saylı ev, 60 saylı mənzildən istifadə etmək ixtiyarına malik olması işin mübahisələndirilməyən halı olduğu üçün kollegiy a birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, iddiaçı malik olduğu istifadə hüququnu mənzilə köçməklə həyata keçirmək niyyətindədir.

22. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci il 8 iyul tarixli qanunla təsdiqedilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 48, 53, 62.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri

23. Qətnamədən Cavabdeh1 (Vəkil2) ayrıca, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 birlikdə (Vəkil2) ayrıca kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

24. Kassatorlar kassasiya ş ikayətlərini eyni məzmunda əsaslandıraraq qeyd etmişlər ki, qanunla və ya müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, yaşayış sahəsinin mülkiyyətçisi yaşayış sahəsinin və əgər həmin sahə mənzildirsə, müvafiq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır, kommunal mənzildə otaq mülkiyyətçisi isə əlavə olaraq həmin mənzilin otaq mülkiyyətçilərinin ümumi əmlakının saxlanması yükünü daşıyır. Yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Baxmayaraq ki, İddiaçı həmin mənzili adına rəsmiləşdirmişdir, o 1994- cü ildən bu günədə k, ünvan 6 ünvanda yerləşən mənzilin saxlanması üçün hər-hansı məsrəf çəkməmişdir və kommunal (qaz, su, işıq və sair) xidmətləri üşün nəzərdə tutulan ödənişləri həyata keçirməmişdir. Bildirmişlər ki, 1994-cü ildən bu günədək, yəni 29 ildir ki, Cavabdeh1 həmin mənzilin saxlanılması üçün çəkilən xərcləri, onun təmiri, həmçinin mənzil üzrə olan kommunal ödənişləri üzrə olan xərcləri özü qarşılamışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4079/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən də göründüyü kimi, məhkəmə ümumiyyətlə bu məsələyə münasibət bildirməmişdir, Cavabdehlər 1994-cü il tarixdən bügünədək həmin ünvanda yerləşən mənzilin istifadəsindən irəli gələn öhdəlikləri yalnız özləri icra etmişdir, öhdəlikləri isəondan ibarət olmuşdurki,həmin mənzil üzrə hesablanmış kommunal öd ənişlər, həmçinin mənzilin təmiri və digər zəruri xərcləri onlar tərəfindən həyata keçirilmişdir. İddiaçı isə 29 il müddətində bir dəfə olsun belə, həmin xərclərin ödənilməsində iştirak etməmişdir.

25. Apellyasiya instansiya məhkəməsi tərəfindən nə İddiaçı sözügedən mənzildə 29 ildən çox müddətdir ki yaşamaması, nə onun həmin mənzilə görə hər hansı bir xərc çəkməməsi və mənzilə dair bütün xərclərin cavabdeh qızı tərəfindən qarşılanması nəzərə alınmamışdır. Bundan əlavə olaraq, Cavabdeh3 1 il müddətində iddiaçıya 100 manat məbləğində aliment ödəmiş, Cavabdeh2 isə 2018-ci ildən bu günədək 150 manat məbləğində aliment ödəmişdir. Göründüyü kimi, cavabdehlər tərəfindən iddiaçıya bu qədər xərc çəkilməsinə baxmayaraq, məhkəmə iddiaçının iddia tələbini təmin etmiş və tərəflərin bərabərlik prinsipi ni pozmuşdur. Apellyasiya instansiya məhkəməsi işə yalnız İddiaçı izahatları əsasında baxmış və tərəflər arasında olan mübahisələri nəzərə almadan iddiaçının xeyrinə qətnamə qəbul etmişdir.

26. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildə birgə yaşayırlar. İddiaçı və cavabdehlər arasında olan münasibət artıq uzun illərdir ki gərgindir. İddiaçı uzun illər ərzində cavabdehlərə etdiyi psixoloji basqı, onların iş yerinə ünvanladığı və onların nüfusuna təsir edən məktublar cavabdehlərdə stress, əsəb və psixloji gərginlik nəticəsində onlarda xroniki xəstəliklərin yaranmasına səbəb olmuşdur. Bu səbəbdən, cavabdehlərin iddiaçıya qarşı nifrət hissi yaranmışdır. Məhkəmə tərəfindən sözügedən mənzilin 1 otaqlı mənzil olduğu və ümumi sahəsi 18 kv.m olması, həmçinin iddiaçı və cavabdehlə r arasında olan gərgin münasibətlər nəzərə alınaraq, iddiaçının həmin mənzildə cavabdehlər ilə birgə yaşamasımümkün hesab edilməməli idi. Lakin, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətlərini nəzərə almadan qətnamə çıxarmışlar.

27. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4079/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsində, məhkəmə tərəfimizdən verilmiş apellyasiya şikayətində, iddaçının həmin sözügedən mənzildə uzun müddət yaşamaması, mənzilə aid hər-hansı bir xərcin qarşılanmaması, tərəflər arasında münasibətlərin gərgin olması, cavabdehlər tərəfindən iddiaçıya ödənilən alimentlərin göstərilməsinə baxmayaraq, bu məsələlər ilə bağlı hansı nəticəyə gəldiyinə dair hər-hansı bir qeyd verməmişdir. Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

28. Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi

29. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1982-ci il 8 iyul tarixli qanunla təsdiqedilmiş və 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş)

30. Maddə 48,1-ci hissə. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order veri r və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

31. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

32. Maddə 62-1,2-ci hissə. Müvəqqəti başqa yerə getmiş vətəndaş geri qayıtdıqda yaşayış sahəsinin dərhal azad olunmasını tələb etmək və buraya köçmək ixtiyarına malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmu ş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı

40. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə p rosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

41. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırıl mış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırki kassasiya şikayətində cavabdehlər məhkəmə aktını bütövlükdə mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2649/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş halların preyudisiallığına istinad etməklə qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-2649/2018 nömrəli qətnaməsi ilə araşdırılmış hallardan göründüyü kimi iddiaçı mübahisəli mənzil üzərində istifadə hüququna malik olan şəxsdir. İstinad olunan məhkəmə aktının qəbul edilməsinə əsas olmuş faktiki halların dəyişməsi, yeni halların əmələ gəlməsi də iş materiallarından müəyyən olunmur.Beləliklə, iddiaçının Bakı şəhəri, Şərifzadə küçəsi, 180 saylı ev, 60 saylı mənzildən istifadə etmək ixtiyarına malik olması işin mübahisələndirilməyən halı olduğu üçün kollegi ya birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, iddiaçı malik olduğu istifadə hüququnu mənzilə köçməklə həyata keçirmək niyyətindədir.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarına əsasən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

49. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyi şdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(103)-4079/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar