Məhkəmə qərarları › İş №2(102)-1228/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1228/2025

16.04.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1228/2025 16.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehə qarşı iş üzrə QƏRARI (Açar sözlər: Öhdəliklərin icrası; sübutetmə yükü ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdehə qarşı “pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 17 sentyabr tarixli 2(103)- 3627/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayətinə Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Ali İşin halları:

1. İddiaçı və Cavabd eh doğma bacılardır.

2. Onların anasından miras qalmış Bakı şəhəri Binəqədi rayon Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küşəsi 11A saylı evin 22 saylı mənzili, vərəsələrin qarşılıqlı razılığı əsasında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə X9 adına qeydiyyata alınaraq, RX seriyalı, ******* nömrəli çıxarışla rəsmiləşdirilmişdir.

3. X19, xx.xx.2014-cü il tarixdə Biləcəri qəsəbəsi Mikayıl Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilin 63500 manata X1, habelə "xxxx" ASC-yə ipoteka qoyulması barədə müqavilə bağlamışdır. Müqaviləyə əsasən, mənzilin dəyərinin 19100 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 44400 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən ödənilmişdir.

4. Qeyd olunan alğı-satqı və ipoteka müqaviləsi bağlanarkən, X20 xx.xx.2014-cü il tarixli, İddiaçı xx.xx.2014-cü il tarixli və X23 xx.xx.2014-cü il tarixli notariat qaydada təsdiqlənmiş ərizələrində, həmin müqavilə əsasında mənzilin satılmasına və ipotekaya qoyulmasına razı olduqlarını bildiriblər.

5. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PŞ-nın xx.xx.2020-ci il tarixli qərarına əsasən, iddiaçının müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından, toplanmış material üzrə Nümayəndə barəsində həmin maddə ilə cinayət işinin və Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında icraatın başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh İbadova (Qasımova) Ləman Faiq qızına qarşı iddia ərizəsi ilə məhkəməyə mür aciət edərək, anaları X6 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M. Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzilinin satışından cavabdeh tərəfindən əldə olunmuş 63500 manat vəsaitin ¼ hissəsini təşkil edən 15875 manatın kompensasiya olaraq, dövlət rüsumuna görə isə 138 manatın cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, anaları X6 Bakı şəhəri, Binəqədi rayonu. Biləcəri qəsəbəsi, M. Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzili miras qalmışdır. Miras şərikləri iddiaçı, cavabdeh, X23 və X21 olmuşdur. Miras qalan mənzilin üzərində cavabdehin mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan RX № ******* seriyalı çıxarış əsasında tanınmışd ır. Cavabdeh miras qalmış mənzili xx.xx.2014-cü il tarixdə 12 saylı notariat kontorunda bağlanmış alğısatqı və ipoteka müqaviləsi əsasında X14 63500 manata satmışdır. İddiaçı və bacıları X23 və X21 xx.xx.2014-cü il tarixdə xx.xx.2014-cü il tarixdə bağlanmış alğı-satqı və ipoteka müqaviləsinin bağlanmasına, mənzilin satılmasına və ipoteka qoyulmasına razılıqlarını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda mənzili könüllü boşaltmağı və göstərilən ünvandan qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Mənzilin satışından əldə olunan vəsaitdən onların hər birinə miras şərikləri olaraq düşən 15875 manatı cavabdeh hazırki tarixədək iddiaçıya ödəməkdən yayınmışdır. Bu azmış kimi, cavabdeh sonradan qaytaracağı vədi ilə iddiaçının xx.xx.2020-ci il tarixdə Azərbaycan Beynəlxalq Bank ASC-dən 9300 manat kredit götürməsinə nail olmuş, bu vəsaiti iddiaçı tam olaraq cavabdehə vermişdir.

8. İddiaçı məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi 11A saylı, evin 22 saylı mənzili onlara analarından miras qalmış, mənzilin sənədi order olduğuna görə mənzil L.F.Qasımovanın adına özəlləşdirilmiş, 2014-cü ildə isə satılmışdır. Bundan sonra Biləcəri qəsəbəsində 2 otaqlı mənzil alınmış, sonuncu mənzil cavabdeh tərəfindən satıldıqdan sonra da, cavabdeh ona və böyük bacısına pay verməmişdir. Bundan sonra o, cavabdehin təklifi ilə bankdan 9300 manat kredit götürmüş, bu vəsaitlə cavabdeh "xxxx" MMC-dən ilkin ödəniş edib ev almışdır. Lakin həmin mənzildə ona yaşamağa icazə verilmə diyindən, o, mənzili tərk edib və son 3-4 ildə kirayədə yaşayır. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən döyüldüyünə görə o, Yasamal Rayon Polis İdarəsinə şikayət etmiş, evin onun adına keçiriləcəyi halda şikayətini geri götürəcəyini demiş, Ziya söz verdiyindən şikayətini geri götürmüş, lakin mənzil onun adına keçirilməmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsini xahiş edir.

9. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazında göstərib ki, iddia ərizəsini qəbul etmir. Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov keçəsi 11A saylı, evin 22 saylı mənzili onun anası X8 məxsus olmuş, anası vəfat etdikdən sonra həmin mənzil ona və digər bacıları - X18, iddiaçıya, X15 miras qalmış, onlar hamısı həmin mənzildə qeydiyyatda olmuşlar. Anasının vəfatından sonra üç bacı mənzilə olan paylarından onun xeyrinə imtina etmiş və o mənzili öz adına sənədləşdirmişdir. Bundan sonra isə o, mənzil xx.xx.2014-cü il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X2. Bacılar həmin mənzildə qeydiyyatda olmaqla mənzilin satılmasına razılıq vermiş, satışdan əldə olunan pul dörd bacı arasında bölünmüşdür. Bacıları öz paylarını aldıqları üçün evin satılmasına razılıq vermişlər. Hazırda iddiaçının ondan yenidən pul istəməsi tamamilə əsassızdır. Belə ki, onlar öz paylarını almışlar. Əgər onların aralarında razılıq olmasaydı, mənzilin onun adına sənədləşdirilməsinə, 2014-cü ildə satılmasına razılıq verməzdilər. O, mənzili qeydiyyatda olan bacılarının razılığı əsasında 2014-cü ildə öz adına sənədləşdirmiş və evin satılmasından artıq 9 ilə yaxın bir müddət keçdikdən sonra idd iaçı ona qarşı iddia qaldırmışdır. Mübahisəli ev onun mülkiyyəti olmuşdur. Bundan başqa, iddiaçı iddia ərizəsində guya Azərbaycan Beynəlxalq Bankından 9300 manat götürüb ona verdiyini və sonradan həmin pulu özü ödədiyini göstərsə də, həmin pulu ondan tələb etməməsi iddiaçının ona qarşı şər və böhtan atmasına bir sübutdur. Bütün bunlar iddiaçının tələbinin əsassız olduğunu göstərir və iddianın təmin edilməməsi üçün əsaslar yaradır. Ona görə də iddia ərizəsinin təmin edilməməsini xahiş edir.

10. Cavabdeh iddia müddətinin tətbiqinə dair məhkəməyə təqdim etdiyi ərizəsində iddiaçının iddia müddətini ötürməsini bildirərək, iddia tələbinə iddia müddəti təbiq edilməklə rədd olunmasını xahiş etmişdir.

11. X7 ifadəsində göstərmişdir ki, məhkəməyə gəlməməsi üçün Nümayəndə onun evinə gələrək onun təhd id etmişdir. O, 2002-ci ildə nikaha daxil olduqdan sonra ərinin evində yaşayır. Ləmana inanmadığından o, iddiaçıya mənzilə dair sənədləri cırmasını tapşırmışdır. Analarından onlara miras qalan mənzilinin satılmasına özü razı olmasa da, cavabdeh mənzili satmışdır. Cavabdeh iddiaçı üçün mənzil alacağına vəd verdiyindən o, mənzilin satılmasına razılıq vermişdir. Mənzil satılandan sonra cavabdeh iki mənzil almalı idi. Həmin mənzillərdən biri kirayəyə verilməli, digərində isə bacıları yaşamalı idilər. Mənzil satıldıqdan sonra Ləmanın ev almaq istəmədiyini gördüyündən o, cavabdehdən payını tələb etmişdir. Cavabdeh Biləcəridə 2 otaqlı mənzil alsa da, bir müddətdən sonra həmin evi də satdığından onun cavabdehlə münasibəti kəsilmişdir. Kiçik bacısı Mələk də cavabdehin tərəfindədir.

12. X20 (Faiq qı zı Mələk Erdoğan) Türkiyə Respublikası Kemer (Antalya) 2 notarius ofisi tərəfindən təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Mikayılov küçəsi 11A saylı evin 22 saylı mənzili onun anası X8 məxsus olmuş, anası vəfat etdikdən sonra həmin mənzil onlara, yəni dörd bacıya miras qalmış, hər biri həmin ünvandakı mənzildə qeydiyyatda olmuş, anası vəfat etdikdən sonra onlar üç bacı həmin mənzildəki paylarından X9 lehinə imtina etmiş, mənzil 2014-cü ildə onların razılığı ilə satılmış, əldə olunan vəsait hər birinə 15000 manat olmaqla dörd bacı arasında bölünmüşdür. İddiaçının iddiası tamamilə əsassızdır. Bu iddia onların digər bacıları X10 təşəbbüsü ilə irəli sürülmüşdür.

13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) 2(001)-867/2024 saylı 28 mart 2024-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia tələbi təmin edilməmişdir. 14.Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şahid ifadəsi və məhkəməyə təqdim olunan səs yazıları, iddiaçının iddia tələbində istinad etdiyi halları təsdiq edə biləcək mötəbər sübut növü olaraq qiymətləndirilə bilməz. Belə ki, tərəflərin bacıları olan şahid L.F.Məmmədova ifadəsində cavabdehlə münasibətinin pis olmasını bildirmiş, X4 yazısı olaraq məhkəməyə təqdim olunan səs yazısında deyilənlər, sonuncunun notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd etdikləri ilə ziddiyyət təşkil edir. Bundan başqa, iddiaçı mənzil satılandan sonra mənzilin pulunun bacılar arasında bərabər bölünəcəyini bild irsə də, şahid L.F.Məmmədova satılmış mənzilin puluna iki mənzil alınmalı olması barədə aralarında razılıq olduğunu bildirmişdir. İddiaçı özü də izahatında mənzil satılandan sonra cavabdeh tərəfindən mənzil alındığını göstərmişdir. 15.Həmçinin məhkəmə cavabdehin iddia müddətinin təbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, tərəflər arasında daşınmaz əmlakın satışından əldə olunan pul vəsaitinin öz aralarında razılaşdıqları paya uyğun bölünməsi ilə bağlı şifahi razılaşmaya əsasən iddiaçı cavabdehdən pul tələb etdiyindən, müqavilə tələbləri üzrə iddia müddəti isə üç il olduğundan, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsi üçün iddia müddətini də ötürmüşdür. Ona görə də iddia ərizəsinin iddia müddətinin ötürülməsi səbəbindən də, təmin edilməsi qeyri-mümkündür.

16. Bi rinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 646.1, 372.1, 372.2, 373.1, 373.2, 373.3, 373.4, 373.5, 375.1, 375.2, 389.1, 390.1, 390.2, 390.5-ci maddələrinə və Azərbaycann Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 2(001)-867/2024 saylı 28 mart 2024-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişd ir ki, məhkəmə qətnaməsində Mülki Məcəllənin 1279-cu maddəsinin tələbindən yan keçmişdir. Cavabdeh ona kompensasiya verməyə borcludur. Cavabdeh miras əmlakının satışından əldə olunan məbləği tək mənimsəmişdir və bu səbəbdən aralarında ixtilaflar yaranmışdır. Məhkəmə ona miras əmlakdan ödənilməli olan payı almasını hazırki qətnamə ilə məhdudlaşdırmış, hüquq və azadlıqlarını pozmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, məhkəmə bu sübutun qəbul edilməməsini əsaslandıra bilməmişdir. Məhkəmə həmin sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməmişir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi olmadığı halda, məhkəmə cavabdehin formal mülahizələrini sübut kimi qiymətləndirmiş və düzg ün nəticəyə gəlməmişdir. Tələbini əsaslandıran və işi düzgün həll etmək üçün əhəmiyyəti olan halların mövcud olduğunu sübut edən alğı-satqı və ipoteka müqaviləsini, miras şəriklərindən olan X16 şahid ifadəsini, X5 yazılarını məhkəmə sübut kimi qiymətləndirməmişdir. Cavabdeh tərəfindən bu sübutların əksini təsdiq edən heç bir sübut təqdim edilməmişdir.

19. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, ev satıllandan sonra cavabdeh 40 min manat dəyərində Biləcəridə öz adına ev almış, həmin evdə 1 il müddətinə yaşamışdır. Sonra cavabdeh Ziya ilə tanış olub, həmin evi qarşı tərəf öz adına alıb. Türkiyədəki bacısı da, cavabdeh də ona söz vermişdilər ki, haqqına düşən payı verəcəklər, onu arxayınlaşdırmışdılar. Payını pul formasında verəcəkdil ər. Həm onun payını verməyiblər, həm də böyük bacısının payını verməyib, özləri öz aralarında bölüşdürüblər. Qarşı tərəf həmin evi satıb, 2-ci evi alıb. Evi ya 2016-da, ya da 2017-də satıb. Cavabdeh deyib ki, bankdan götürdüyü kredit də, haqqına düşən pay da veriləcəkdir. Sonda ona yalan vəd verdiklərini başa düşüb və məhkəməyə müraciət edib. Məhkəməyə gec müraciət etməyinin də səbəbi onların onu illərlə arxayınlaşdırmaları olub. O, 16 ildir ki, dövlət idarəsində mühəndis vəzifəsində çalışır. Onun adına 1 milyon dəyərində inventar mal var. Aparıcı mühəndisdir, öz işinin öhdəsindən gəlir. Böyük bacısı özünə düşən payı ona düşən payın üstünə qoyub ona ev almaq istəyir. 20.Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirmişdir ki, Onlar evin satılmas ı, razılıq, bölünmə - bunların hər biri ilə razıdır. Dövlət proseduru necə olubsa onu qəbul edir. Qarşı tərəf qeyd edir ki, ev 60 minə satılıb, amma əsl dəyəri iki qat baha olub. 6-7 min məbləği gizlətmək mümkün deyil. Qarşı tərəfin evin satılması, razılıq, bölünmə ilə bağlı dediyi şeylərlə onlar razıdır. Həqiqətən də razılaşdırılıb ki, ev satılacaq, bölünəcək. Onlar o vaxt Ləman xanımla bir yerdə deyildi, amma indi 10 ilə yaxındır ailəlidir. Alğı-satqıdan 3 gün sonra Lalə, yoldaşı Ləman, Gülüş və Türkiyədəki bacı Mələk bankdan pulu götürüblər. Hətta Mələk öz ifadəsinə bildirir ki, o, bankdan pulu götürüb, amma qarşı tərəf bildirir ki, Mələk pulu götürməyib. Onların Gülüş xanımla heç bir problemi yoxdur. Problem Lalə xanımladır. Lalə xanım məhkəmədə onların əleyhinə ifadə verib. 1 həftə bu ndan qabaq Lalə yoldaşına (cavabdehə) zəng edib deyib ki, onu məhkəmələrdə süründürəcək. Mələyin təkidi ilə Gülüş xanım polisə şikayət edir. Belə ki, pul bölünəndə bu xanım pulu götürüb Lalənin yoldaşına verir. Lalə də deyir ki, “mən evin böyük qızıyam, mənə 15 min yox 25 min verilməli idi, mənim pulumu verin”. Xanım 10 il boyu bir dəfə də olsun pulla bağlı nəsə deməmişdir. Deyirlər ki, Biləcəridə ev alınmışdır. Bu söhbət bankdan pul götürülməzdən qabaq olub. Evi o alıb, sənədlər yox idi. Xanım bir müddət gəlib onlarla yaşadı, çünki xəstə idi. Onun dərmanlarını da o alıb. "xxxx" məsələsi ilə bildirir ki, bu məsələyə yoldaşı Ləmanın heç bir aidiyyəti yoxdur. Onlar özü Xırdalanda kirayədə qalır. Məbləğ bölünüb, Gülüş də gedib o pulu Lalənin yoldaşına verib. Təxmini 15 min pul verib. Hər bir bacıya 15 min manat bölünərək verilmişdir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra-apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixi 2(103)-3627/2024 nömrəli qətnaməsi iə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), F.Babayev, G.Axundova ibarət tərkibdə) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin Binəqədi Rayon Məhkəməsinin 2(001)-867/2024 nömrəli, 28 mart 2024-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilmişdir.

22. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, işin mübahisələndirilməyən hallarından göründüyü kimi tərəflərin anaları X13 dövlət mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.Mikayılov küçəsi 11A saylı evin 22 saylı mən zilin daimi istifadəçisi olmuşdur. X13 vəfat etdikdən sonra onun birinci növbəli vərəsələri olan X23, İddiaçı və X21 mənzilin X9 adına özəlləşdirilməsinə etiraz etməməklə, mənzilin satılacağı, satışından əldə olunacaq vəsaitin aralarında bölünəcəyi barədə razılığa gəlmişlər.

23. Məhkəmə kollegiyası hesab edib ki, cavabdeh şifahi qaydada ona verilmiş tapşırıq ilə üzərinə düşən öhdəliyi lazımi qaydada icra etdiyini, əmlakın satışından əldə edilmiş pul vəsaitinin bir qismini iddiaçıya verdiyini sübut etmək yükünü daşıdığına baxmayaraq, bu halları sübuta yetirə bilməmişdir. O, iddiaya etirazın əsasını təşkil edən halların sübutu kimi X11 notarial qaydada təsdiq olunmuş ərizəsinə istinad etsə də, sonuncunun notarial qaydada təsdiq olunmuş ərizəsində qeyd etdikləri məhkəməyə təqdim olunan səs ya zısında deyilənlərlə ziddiyyət təşkil edir. Məhkəmə kollegiyası istinad olunan faktların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək cavabdeh tərəfindən təqdim edilmiş bu sübutu inandırıcı hesab etmir.

24. Mübahisələndirilən qətnamədən isə görünür ki, məhkəmə iddiaçının cavabdeh tərəfindən ona 15.875 manat məbləğində pulun verilmədiyini təsdiq edə biləcək kifayət qədər mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilmədiyini qeyd etmiş, bu əsasla iddianın rədd edilməli olması qənaətinə gəlmişdir. Halbuki, yuxarıda sadalananlardan göründüyü kimi hazırkı iddia əsaslıdır, birinci instansiya məhkəməsi isə iddianın məhz əsassız olduğundan rədd edilməsi ilə bağlı gəldiyi qənaəti düzgün olmamışdır. Belə ki, məhkəmə işin həqiqi hallarını düzgün müəyyən etməmiş, madd i və prosessual hüquq normalarını işin hallarına uyğun şəkildə tətbiq etməmiş, hazırkı mübahisəni həll edərkən sübutetmə yükünü tərəflərin arasında düzgün bölüşdürməmişdir.

25. Bununla belə, əsaslı olan hazırki iddia, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən rədd olunmalıdır.

26. İddiaçı cavabdehdən üzərinə düşən öhdəliyin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə ilə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Lakin iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

27. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırıb ki, cavabdehlə bacıları arasında şifahi tapşırıq müqaviləsindən irəli gələn mülki hüquq münasibətləri 2014-cü ildə yaranmışdır. Belə ki, o, aral arında mövcud olmuş razılaşmaya əsasən bacılarına müvafiq məbləğdə pul verəcəyi barədə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəyə, müqavilə münasibətlərindən irəli gədiyi üçün MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddiaçı Mülki Məcəllənin 337.2-ci maddəsində nəzərdə tutulan üç illik müddəti ötürməklə məhkəməyə müraciət etmiş, cavabdeh də məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir.

28. Məhkəmə tərəfindən həmçinin iddia müddətinin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu müəyyən edilməmişdir.

29. Beləliklə də iddiaçının malik olduğu müvafiq subyektiv hüququ cav abdeh tərəfindən pozulduğuna baxmayaraq, iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyindən və bu da məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğundan, məhkəmə kollegiyası hesab edib ki, hazırki iddia məhz iddia müddətinin keçməsi əsası ilə rədd edilməlidir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373.2., 375, 377.1, 377.3, 385.1, 386.1, 425, 432.4, 432.4, 442, 777.1, 777.2 və 782.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1 və 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

31. İddiaçı (onun vəkili Vəkil) kassasiya şijkayəti verərək, apellyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixi 2(103)-3627/2024 nömrəli qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi miras əmlak satılıb və pul vəsaitini cavabdeh götürmüşdür. İddiaçının miras əmlakın satışından əldə olunan pul vəsaitini almaması Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində sübut olunmuşdur. Apellyasiya instansiya məhkəməsi iddiaçının təqdim etdiyi sübutlara, iş üçün əhəmiyyət kəsb edən hallara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verməmişir. Məhkəmə kollegiyası sübutları düzgün qiymətləndirməmiş və səhv nəticəyə gəlmişdir. Hazırki mübahisəyə 3 illik iddia müddətinin tətbiqi barədə mövqe əsassızdır, çünki iddiaçı paydan imtina etməmişdir və payını istənilən vaxt tələb edə bilər. Hazırki tələb isə mənzil satıldığı üçün kompensasiya tələbidir. Əgər iddiaçı miras payından imtina etmiş olsa idi, o vaxt onun kompensasiya tələb etmək hüququ olmazdı.

33. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274, 1278, 1279, 1291-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddələrinə istinad etmişdir. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

36. Maddə

372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

37. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

38. Maddə

375. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Müba hisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

39. Maddə 377.1 və 377.3. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.

40. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

41. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

42. Maddə 432.4. Əgər borclu əsas ö hdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır.

43. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

44. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinəgötürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etm əyi öhdəsinə götürür.

45. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər.Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

46. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etd iyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur

50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır.

51. Maddə 218.1 Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirdiyindən apelyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişd irilməsi üçün əsas yoxdur.

57. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

58. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya ş ikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

59. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə r azılaşır.

60. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

62. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 17 sentyabr tarixli 2(103)-3627/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar