Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1229/2021 22.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh MMC-nə qarşı «mülkiyyətdə olan torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehin çıxarılması, tikililərin cavabdehin hesabına sökülməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyət olan torpaq sahəsindən çıxarılma, çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, iddiaçının vəkili Vəkil oğlunun və cavabdehin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-259/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi X6ması özəlləşdirməsi Departamenti tərəfindən verilmiş 003787 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan1 ünvanında yerləşən 2000,0 kv.m torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətidir. Bu barədə xx.xx.2004-cü il tarixdə 6 nömrəli reyestr kitabının 18 saylı səhifəsində 003787 nömrəli qeyd edilmişdir. Azərbaycan Respublikası İqtisa di İnkişaf Nazirliyi X6ması Özəlləşdirməsi Departamenti tərəfindən verilmiş 003602 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan2 məhəllədə yerləşən yanacaq doldurma məntəqəsi (yarımçıq tikili) İddiaçı xüsusi mülkiyyətidir. Bu barədə xx.xx.2004-cü il tarixdə 5 nömrəli reyestr kitabının 92 saylı səhifəsində 003602 nömrəli qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə tərtib edilmiş reyestr nömrəsi **********62-12301 nömrəli texniki pasportun surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi Cavabdeh MMC-nə məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömr əli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 7280,6 kv.m, o cümlədən 1,2345 kv.m torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh MMC-nə məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1913 nömrəli vərəqində qeydiyyata alınmışdır. xx xxx 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, cinayət işinin istintaqı zamanı ünvan 2 ünvanında yerləşən və İddiaçı istifadəsində olan torpaq sahəsinin Cavabdeh MMC-nin direktoru X2 göstərişi ilə sökülmüş hissəsinin iş üzrə təyin edilmiş məhkəmə tikinti - texniki və torpaqşünaslıq ekspertizasının rəyinə əsasən Cavabdeh MMCyə məxsus olması müəyyən edilmişdir. Bununla yanaşı, istintaq zamanı sökülmüş torpaq sahəsi üzərində tikinti materi allarının satışı ilə məşğul olan icarədarlar, yəni X7, X4, X12 və X10 istintaqa ərizə ilə müraciət edərək, həmin hadisə ilə bağlı heç bir şikayətlərinin və tələblərinin olmamasını göstərmişlər. Azərbaycan Respublikası CM-nin 186.1 və 188.1-ci maddələri ilə istintaq olunan ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. xx xxx 2017-ci il tarixli, 6044 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinin surətindən görünür ki, Cavabdeh MMC-nin mülkiyyətində **********62 daşınmaz əmlakın dövlət reyestr nömrəsi ilə qeydiyyata alınmış 1,2345 ha torpaq sahəsi vardır. Lakin, həmin ərazidə İddiaçı mülkiyyətində torpaq sahəsinin olması barədə heç bir məlumat yoxdur. Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində mövcud vəziyyəti üzrə 1,1648 ha torpaq sahəs indən istifadə edir. İddiaçı 0,2463 ha torpaq sahəsini hasarlayaraq istifadə edir. Cavabdeh MMC-nin mülkiyyətində olan, lakin istifadə etmədiyi 0,0697 ha torpaq sahəsinin 0,0467 hektarı İddiaçı tərəfindən istifadə edilir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı torpaq sahəsindən çıxarılma, hasarın cavabdehin vəsaiti hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus ünvan1 ünvanında yerləşən 2000,0 kv.m torpaq sahəsinin zəbt olunmuş hissəsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin çıxarılması, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, dövlət rüsumu qismində ödənilmiş 20 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulma sı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan1 ünvanında yerləşən 2000,0 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Həmin torpaq sahəsinə dair xx.xx.2014-cü il tarixdə 003787 saylı şəhadətnamə verilmişdir. Həmçinin torpaq sahəsi xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək X3 və xx.xx.2015-ci ildən xx.xx.2016-cı il tarixədək X1 icarəyə verilmişdir. 2016-cı ilin noyabr ayının 13-dən 14-nə keçən gecə Cavabdeh MMC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə heç bir qanuni əsas olmadan, özbaşına şəkildə ağır tonnajlı texnika yeridilərək elektrik, mexaniki və avtomatik avadanlıqları, mühafizə otağını, elektrik xətlərini, elektrik qurğularını və sahədə yerləşən digər əmlakları tam yararsız vəziyyətə salaraq mülkiyyətçi olaraq iddiaçıya külli miqdarda ziyan vurmuşlar. Həmçinin torpaq sahəsinə bu qanunsuz müdaxilə 75 metr uzunluğunda hasarın uçurulması və dəmir qapının sındırılması ilə nəticələndirilmişdir. İddiaçı həmçinin qeyd etmişdir ki, torpaq sahəsi icarədə olmuş və sahədə icarəçiyə məxsus əmlaklar da mövcud olmuşdur. Cavabdeh MMC-nin əməkdaşları icarəçiyə məxsus əmlakları da yararsız vəziyyətə salmışlar. Cavabdeh MMC-nin əməkdaşları təkcə iddiaçıya məxsus torpaq sahəsi qanunsuz olaraq zəbt edilməmiş, həmin ərazidə ətraf sahələrə də bu cür qanunsuz müdaxilə baş vermişdir. Hazırda torpaq sahəsinə cavabdehin qanunsuz müdaxiləsi davam edir və cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin daxilində hasar inşa olunur. Bu da iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nətic ələnir. Cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsi üçün hər hansı qanuni əsaslar mövcud deyil, cavabdehin bu hərəkətləri nə məhkəmə aktına, nə də digər hüquq müəyyən edici sənədə əsaslanmır. Müdaxilə tam özbaşınadır, mülkiyyətdən məhrum etmə ilə əlaqədar mülkiyyətçi ilə heç bir danışıq aparılmamış, hər hansı kompensasiya ödənilməmişdir. Bütün bunlar isə iddiaçının Konstitusiya ilə təminat altına alınan hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə ona məxsus ünvan1 ünvanında yerləşən 2000,0 kv.m torpaq sahəsinin zəbt olunmuş hissəsindən Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin çıxarılması, torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, dövlət rüsumu qismində ödənilmiş 20 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması və cavabdeh verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, ******* nömrəli çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim R.Quliyev) xx xxxxx 2018-ci il tarixli 2(005)-157/2018 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Məhkəmə tərəfindən aparılmış yerində müayinə zamanı müəyyən edilmişdir ki, ünvan1 ünvanının ərazisində mövcud hasar (Azərbaycan Respublikası X11 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət R eyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********62-12301 nömrəli texpasporta əsasən) Cavabdeh MMC-nin mülkiyyətində olan torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsi zəbt olunmamışdır. Məhkəmə xx xxx 2017-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarına və həmin araşdırma zamanı Məhkəmə ekspertiza Mərkəzindən alınmış xx xxx 2017-ci il tarixli, 6044 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə müəyyən etmişdir ki, iddiaçının iddia ərizəsində əsaslandığı hallar öz təsdiqini tapmamışdır. Mübahisəli torpaq sahəsi mülkiyyət hüququ ilə Cavabdeh MMC-nə məxsusdur. Cavabdeh MMC mülkiyyətçi statusu ilə həmin sahədən maneəsiz istifadə hüququna malikdir, cavabdeh t ərəfindən həmin sahədən istifadə başqa şəxslər üçün, o cümlədən iddiaçı üçün hər hansı maneə yaratmır. Həmçinin, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindəndir, mülkiyyət hüququ Konstitusiya ilə təminat altına alınır və mülkiyyət hüququna əsassız müdaxilə yolverilməzdir. Bundan başqa məhkəmə araşdırması zamanı cavabdehin ona mülkiyyət hüququ əsasında məxsus torpaq sahəsindən başqa şəxslərin mənafelərinə zidd olaraq istifadə etməsi, konkret olaraq orada hasar inşa etdirərək həmin sahədən istifadənin iddiaçıya hansısa maneələr yaratdığı öz təsdiqini tapmamışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddia tələbi çıxarışın ləğv edilməsi hissəsində, çıxarışın ləğv edilməsi üçün hər hansı bir hüquqi əsasın müəyyən olunmaması ilə əlaqədar təmin edilməməlidir. Belə ki, idd iaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın ləğv olunmasını xahiş etsə də, bu tələbini əsaslandırmamış, eyni zamanda həmin çıxarışın verilməsinə əsas olmuş sənədləri (müqavilə, akt və s.) mübahisələndirməmiş, yəni cavabdehin mülkiyyət hüququnun yaranmasına əsas olmuş sənədlərin etibarsız hesab edilməsi barədə tələb irəli sürməmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 228.1 və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43, 60, 125 və 127-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun qərarlarına istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayo n Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli, 2(005)-157/2018 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elşən Kazımov sədrlik edən, məruzəçi, Tofiq Səmədov və İkram Şirinov) xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8933/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin faktiki halları tələbin qanuni əsasının şərtlərinə, yəni dispo zisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də apellyasiya baxışı zamanı hansısa mötəbər dəlilə istinad etməmişdir. İddiaçı cavabdehin onun torpaq sahəsini zəbt etdiyini iddia etsə də, bu barədə onun izahatından başqa iş materiallarında hər hansı bir sübut mövcud deyildir. İddiaçının izahatı isə iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir. Əksinə, işdə olan X11 Komitəsi yanında Daşınmaz Əmla kın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli **********49 saylı mütəxəssis rəyinə əsaslanan xx xxx 2017-ci il tarixli, 6044 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi müəyyən edilməmişdir. Ona görə də, mülki hüquq pozuntusunun tərkibi yaranmadığından, yəni iddiaçının bildirdikləri mülki hüquq pozuntusu olmadığından, cavabdehin mülki hüquqi məsuliyyətə cəlb olunması üçün də əsas ola bilməzdi. Ekspertiza rəyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində CM-in 186.1 və 188.1-ci maddələri ilə istintaqı aparılmış ********* saylı cinayət işi üzrə keçirilərək alınması və hər hansı şəxsin əməlində cinayət tərkibinin olmaması əsası ilə xx xxx 2017-ci ildə cinayət işinin icraatına xitam verilməsi, həmin rəyə hazırki mülki iş üzrə sübut növü kimi istinad olunması və qəbul edilməsi üçün maneə deyildir. İddiaçı apellyasiya şikayətində “qanunda nəzərdə tutulmadığı üçün, icraatına xitam verilmiş cinayət işinin istintaqı zamanı alınmış ekspert rəyi hazırkı işdə sübut kimi qəbul edilə bilməzdi” dəlilini irəli sürsə də, bu dəlil əsaslı hesab edilə bilməz. Çünki, mütəxəssis rəyinə əsaslanmaqla tərtib edilmiş ekspert rəyi kifayət qədər aydın və tam olduğuna görə cinayət mühakimə icraatı zamanı istintaq orqanı tərəfindən mötəbər sübutlardan biri kimi qəbul edilmiş və cinayət işinin icraatına xitam verilməsi üçün əsaslardan biri olmuşdur. Məhz həmin rəylə mübahisəli torpaq sahəsinin ərazilərinə, ölçüsünə, aidiyyətinə(hansı şəxsin mülkiyyətində olmasına), faktiki olaraq hansı şəxslər in hansı ölçüdə istifadə etmələrinə aydınlıq gətirilmişdir. Birinci instansiya məhkəməsi də prosessual qənaət prinsipinə riayət edərək ekspert rəyi ilə müəyyən edilmiş halların, yenidən ekspertiza keçirilməsinə lüzum görməmişdir. Çünki, qeyd olunan ekspert rəyi ilə nəinki cavabdehin iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi, əksinə iddiaçının cavabdehin mülkiyyətində olan 0,0467 hektar torpaq sahəsindən istifadə etməsi təsdiq olunmuşdur. Ona görə də, artıq müəyyən edilmiş halın təkrarən yoxlanılmasına ehtiyac qalmamışdır. Zəbt olunması iddia edilən torpaq sahəsi hər hansı bir hüquqla iddiaçıya məxsus deyilsə yaxud ona məxsus torpaq sahəsinin zəbt olunması təsdiq olunmursa, iddiaçının hər hansı bir hüququ və qanunla qorunan mənafeyi pozulmursa belə bir iddia qaldırmaq üçün subyektiv hüqu qu olmamışdır. İddia tələbinin digər hissələri törəmə tələblər olduğundan, yəni onların əsaslılığı bilavasitə əsas tələbin əsaslılığı ilə bağlı olduğundan, əsas tələbin isə əsassız olduğu qənaətinə gəlindiyindən digər tələblərdə əsassız hesab edilir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55, 66.2, 67, 68, 111, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 146.2, 157.2, 180, 180.2, 180.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8933/2018 nömrəli qətnaməsinin ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassa siya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər – Əhməd Əhmədov - sədrlik edən və məruzəçi, Akif İsgəndərov və İlqar Dəmirov) xx xxxx 2019-cu il tarixli, 2(102)-961/2019 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2(103)-8933/2018 nömrəli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya məhkəməsi qərarında qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəf li və obyektiv araşdırmamışdır. Belə ki, əvvəla, iddiaçı iddia edib ki, cavabdeh təşkilat onun mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin müəyyən hissəsini zəbt edib və o, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə ünvan 3 ünvanda yerləşən 2000 kv.metr torpaq sahəsinin onun mülkiyyətində olmasına dair xx xxxxxx 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” Şəhadətnamənin surətini, eləcə də həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikinti altı sahəsi 89,8 kv.metr, ümumi sahəsi 67,4 kv.metr, əsas sahəsi 60,7 kv.metr, köməkçi sahəsi 6,7 kv.metr olan qeyri-yaşayış sahəsinə-yanacaq doldurma məntəqəsinə dair xx xxxxxx 2004-cü il tarixli Texniki Pasportun surətini təqdim etmişdir. Eləcə də işə əlavə edilmiş xx xxxxxxxx 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa və xx xxxxxxxx 2017-ci il tarixdə tərtib edilmiş “əmlak kompleksi kimi müəssisənin Texniki Pasportuna görə ünvan 3 ünvanda yerləşən, 1.2345 ha torpaq sahəsi və ümumi sahəsi 7280,6 kv.metr olan qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə cavabdeh təşkilatın adına qeydə alınmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəflərin mülkiyyətində olan torpaq sahələrinin yerində sənəd üzrə, eləcə də faktiki ölçülərini, sərhədlərini, koordinatlarını və sair müəyyən etmədən, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə məhkəmə tikinti-texniki, məhkəmə torpaqşünaslıq ekspertizaları təyin edib müvafiq əsaslandırılmış rəylər almadan, eləcə də iddiaçının bu barədə vəsatətini əsassız olaraq təmin etmədən, yaln ız istintaq orqanının “cinayət işi üzrə icraata xitam verilməsinə dair” xx xxx 2017-ci il tarixli qərarına və həmin cinayət işi üzrə alınmış məhkəmə mühəndis-texniki ekspertizasının xx xxx 2017-ci il tarixli rəyinə əsaslanaraq, cavabdeh təşkilatın iddiaçıya məxsus torpaq sahəsini zəbt etməməsi, əksinə iddiaçının həmin təşkilata məxsus olan 0,0697 ha torpaq sahəsinin 0,0467 ha hissəsini zəbt etməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sözügedən rəydə iddiaçının mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh təşkilat tərəfindən zəbt edilib-edilməməsi məsələsi ekspert tədqiqatının predmeti olmamışdır. 0,0697 ha torpaq sahəsinin 0,0467 ha hissəsini zəbt etməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sözügedən rəydə iddiaçının mülkiyyətində olan 2000 kv.metr torpaq sahəsinin hər hansı hissəsinin cavabdeh təşkilat tərəfindən zəbt edilib-edilməməsi məsələsi ekspert tədqiqatının predmeti olmamışdır. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi və MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmək üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmadan, işdə iştirak edən şəxslərin prosessual hüquqlarının həyata keçməsinə bilavasitə kömək göstərmədən, sözügedən ekspert rəyini işə əlavə edilmiş digər sübutlarla, o cümlədən 2000 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasına dair “Mülkiyyət hüququ haqqında” Şəhadətnamə, Texniki Pasport və işdə iştirak edən şəxslərin izahatları ilə müqayisəli şəkildə təhlil edib tədqiq etmədən, həmin süb utlara Azərbaycan Respublikası MPM-nin 88, 218.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət vermədən, istintaq orqanının sözügedən qərarının hazırkı mülki iş üzrə tərəflər üçün predyusial əhəmiyyət daşımamasını nəzərə almadan, xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmədən, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmə iclasında sübuta yetirə bilməməsi barədə səhv nəticəyə gəlmişdir. Halbuki, sadalanan normaların mənasına görə, qətnamə çıxarıldıqda məhkəmə ilk növbədə sübutları qiymətləndirməli və onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125 (Vİİ bəndi), Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111, Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 157.2-ci maddələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarına istinad edərək əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Zaur Əliyev - sədrlik edən və məruzəçi, Fuad Talışinski və Rafael Eyvazov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi 2(103)259/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-157/2018 saylı iş üzrə xx xxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh MMC-yə verilmiş RX seriyalı, ******* №-li çıxarışın (reyestr nömrəsi **********62-12301, qe ydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il) mübahisəli torpaq sahələrinin üst-üstə düşən 45 kv.m. hissəsində ləğv edilməsi, (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2020-ci il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemə uyğun olaraq), Cavabdeh MMC, ünvan 1 ünvanında yerləşən, mübahisəli 2000 kv.m. torpaq sahəsinin üst-üstə düşən və İddiaçı məxsus olan 45 kv.m. hissəsindən çıxarılması, həmin sahədə Cavabdeh MMC tərəfindən inşa edilmiş hasarın həmin MMC-nin vəsaiti hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi iş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 555 manatın 542,6 (beş yüz qırx iki manat altmış qəpik) manatı İddiaçı, 12,4 (on iki manat qırx qəpik) manatının isə Cavabdeh MMCdən tutul araq Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Ali Məhkəmənin iş üzrə mövqeyini nəzərə alaraq iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin **********00 nömrəli, xx.xx.2020-ci il tarixli məktubu və ona əlavə edilmiş ünvan 4 ünvanında olan torpaq sahələrinin yerləşmə sxeminə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi X6ması və Özəlləşdirilməsi Departamentinin 003787 №-li mülki yyət hüququ haqqında şəhadətnaməsinə əsasən, xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 2000 kv.m. torpaq sahəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı, ******* №-li çıxarışına əsasən, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən 1.2345 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmiş, İddiaçı məxsus 2000 kv.m. torpaq sahəsi ilə Cavabdeh MMC-yə məxsus 1.2345 ha torpaq sahəsinin mülkiyyət sənədləri üzrə 45 kv.m. hissəsi üst-üstə düşür. Mülkiyyət sənədi üzrə mübahisələndirilən 543 kv.m. torpaq sahəsinin 45 kv.m. hissəsi İddiaçı, qalan hissəsi isə Cavabdeh MMC-yə məxsusdur. Mübahisəli hissədən hal-hazırda Cavabdeh MMC istifadə edir. Kollegiya, bu halın xüsusi bilik tələb etdiyini nəzərə alıb ekspertiza rəyləri əsasında belə qənaətə gəlir ki, hər iki tərəfə mülkiyyət şəhadətnaməsi verilən eyni torpaq sahəsindən cəmi 45 kv.m. hissəsi üst-üstə düşür. Məhkəmə kollegiyası, daşınmaz əmlakın dövlət reyestrində həmin 45 kv.m. sahə üzərində İddiaçı mülkiyyət hüququnun daha əvvəl - xx.xx.2004-cü ildə qeydə alındığını (“Cavabdeh MMCnin hüququ isə xx.xx.2017-ci ildə qeydə alınmışdır) və yuxarıda qeyd edilən mütəxəssis rəyində sözügedən sahənin İddiaçı məxsus olduğunun göstərildiyini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, mübahisəli torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh MMC-nin adına olan qeydiyyat, üst-üstə düşən 45 kv.m. sahə hissəsində əsassızdır. Belə olan halda, iddia məhz həmin hissədə təmin edilməlidir. Bu qənaətə gələrkən Kollegiya onu da nəzərə almışdır ki, Cavabdeh MMC-nin nümayənd əsi ərizə verərək iş üzrə keçirilmiş ekspertizaların rəyləri ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşən 45.kv.m. hissəsində İddiaçı iddiasının təmin olunmasına etiraz etmədiklərini bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 157.4, 141.1 141.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(103)-259/2020 nömrəli qətnaməsinin ləğv edilib işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasi ya Məhkəməsi təkrar işə baxarkən həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, lakin ekspert qarşısında suallar qoyarkən işin faktiki hallarını nəzərə almamışdır. Məhkəmə 2(103)-259/2020-saylı mülki iş üzrə xx xxxxxx 2020-cı il tarixli qətnaməsində tikinti - texniki ekspertizasının rəyini sübut kimi göstərsə də, onun hansı tarixli və hansı nömrəli sənədə istinad etməsi aydın deyildir. İş materiallarında ekspertiza təyin olunmasına dair qəbul edilmiş qərardada əsasən ekspertizanın icrası Ədliyyə Nazirliyinin Ekspertizalar Mərkəzinə həvalə edilsə də, alınmış ekspert rəyindən görünür ki, sənədin əsasını Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestrinin mütəxəssislərinin verdiyi arayış təşkil etmişdir. Həmin dövlət qurumu işin nətic ələrində birbaşa maraqlı olduğu üçün ekspertiza keçirilməsinə cəlb edilə bilməzdi. Hazırkı mübahisə cinayət işinin və mülki məhkəmə icraatının araşdırma predmeti olduğu mərhələdə, istər iddiaçının, istərsə də Cavabdeh MMC-nin mülkiyyət hüququnu təsdiq edən sənəd Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi X6ması özəlləşdirməsi Departamenti tərəfindən verilmiş Mülkiyyət Hüququ Haqqında Şəhadətnamə və onun əsasında verilmiş Texniki Pasport olmuşdur. Cinayət işinin İstintaqı və məhkəmə icraatı gedişində hər iki mülkiyyət üzərinə həbs qoyulması, o cümlədən əmlakların hüquqi qeydiyyatı ilə bağlı hər hansı hərəkətin qadağan edilməsinə baxmayaraq mübahisə bitməmiş, yuxarıda adı çəkilən qurum tərəfindən qanuna ziddi olaraq Cavabdeh MMC-nin torpağa dair mülkiyyət hüquqları reyestr xidmətində qeydiyyata alınmış, tərəflər arasında mübahisələndirilən torpaq sahəsinin Cavabdeh MMC-nin mülkiyyəti kimi qeydiyyata almaqla, “Torpaq sahəsinin plan və ölçüsünə” dair AM131806 saylı sənəd verilmişdir. Belə olan halda, həmin Dövlət qurumun mütəxəssislərinin verdiyi arayışa əsaslanmaqla alınmış ekspert rəyinin obyektivliyi və tamlığından söhbət gedə bilməz. Hazırkı mülki işə baxılması zamanı, yəni mübahisə baş verdikdən sonra verilən reyestrdən çıxarışda Cavabdeh MMC-nin istifadəsində olan torpaq sahəsinin sərhədləri ilkin torpaq ayırma sənədlərinə əsasən deyil, onun mövcud vəziyyətdə, o cümlədən iddiaçıya münasibətdə hazırda yerləşdiyi əraziyə uyğun götürülmüşdür. Eyni zamanda ekspert rəyində Cavabdeh MMC-nin faktiki yerləşdiyi ərazi tam yox, qismən, yalnız verilmiş çıxarışa uyğun ölçülər də əks etdirilmişdir. «xxxx» MMC-dən alınmış mütəxəssis rəyindən görünür ki, Cavabdeh MMC-nə məxsus ilkin Texniki Pasporta əsasən ona ayrılmış torpaq sahəsinin Ziya Bünyadov prospekti tərəfindən uzunluğu 112,1 metr olmuşdur. Hazırda Reyestr Xidməti tərəfindən Cavabdeh MMC-nə xx.xx.2017ci il tarixdə verilmiş A№131806 saylı, “Torpaq sahəsinin plan və ölçüsünə” əsasən həmin hissədə uzunluq 125,8 metr təşkil edir. Əvvəlki ölçü ilə indiki ölçülər arasında fərq 13,7 metr təşkil edir. Nəzərə alınmalıdır ki, mübahisənin baş verdiyi dövrdə şirkətə məxsus 0,06 ha torpaq sahəsi Azərbaycan Avtomobil yolları” Dövlət Agentliyi tərəfindən “Ziya Bünyadov prospektinin genişləndirilməsi və yenidən qurulması» məqsədilə dövlət ehtiyacları ilə bağlı alınmışdır, yəni Cavabdeh MMC-nin istifadəsində olan torpaq s ahəsi həmin həcmdə azalmışdır. Apellyasiya baxışı onların iştirakı olmadan keçirildiyi üçün həmin sənədi məhkəməyə təqdim edə bilməmişlər. Ona görə də sənəd kassasiya şikayətinə əlavə edilmişdir. Cavabdeh MMC-nin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydin (onun əsasında verilmiş çıxarışın) qeyri-dəqiqliyi hazırkı mübahisənin predmetini təşkil etdiyi üçün sözü gedən mütəxəssis arayışınin vacib əhəmiyyəti vardır. Göründüyü kimi, ekspert rəyi, mübahisə yarandıqdan və artıq məhkəmə araşdırmasının predmeti olduqdan sonra verilmiş reyestr çıxarışına əsaslandığı üçün sübut kimi qiymətləndirilə bilməzdi və ekspertiza hazırkı mülki işin obyektiv həlli üçün, Cavabdeh MMC-nin ilkin torpaq ayırma sənədləri əsas götürülməklə keçirilməli idi. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-259/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili X8 iş üzrə verilmiş kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-259/2020 nömrəli iş üzrə xx xxxxxx 2020ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məl umat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 141.1. Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəz iyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Maddə 141.2. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfl i və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh iddianın təmin edilən hissəsindən kassasiya şikayəti vermədiyindən, iddiaçının kassasiya şikayəti əsasında apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın təmin edilməmiş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, qətnamənin yoxlanılan hissəsi üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edə bilər. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcud luğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əmlakın mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əmlaka sahiblik hüququ qanunsuz olmalıdır. Hazırki iş üzrə cavabdeh tərəfindən zəbt edildiyi iddia edilən torpaq sahəsinin (mübahisəli sahə 543 kv.m) 45 kv.m hissəsi istisna olmaqla, qalan hissəsinin iddiaçının mülkiyyətində və ya qanuni istifadəsində olması iş üzrə müəyyən edilmir. Belə ki, iddiaçının mülkiyyətində hüquqmüəyyənedici sənədlərinə əsasən 2000 kv.m torpaq sahəsi vardır və həmin 2000 kv.m torpaq sahəsinin koordinatları mütəxəssislər tərəfindən xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilmişdir. İddiaçının cavabdeh tərəfindən zəbt edildiyi göstərilən müba hisəli 543 kv.m torpaq sahəsi (45 kv.m istisna olmaqla) həmin 2000 kv.m torpaq sahəsinin sərhədlərindən kənarda yerləşir. İddiaçı həmin torpaq sahəsindən əvvəllər faktiki istifadə etsə də, həmin torpaq sahəsinin qanuni istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğvi üçün əsas vermir. Belə ki, apellyasiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması kassasiya şikayətində qeyd edilən kimi Məhkəmə Ekspertiza Mərkəzinə deyil, Azərbaycan Respublikası X11 Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə və Daşınmaz Əmlakın Dövlət Resestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Hər iki qurum qərardadda qoyulan suallar barədə müvafiq rəylərini məhkəməyə təqdim etmişdirlər. Məhkəmə kollegiyası həmin dövlət orqanlarının işin nəticəsində birbaşa maraqlı olması barədə qeyd edilənlərlə bağlı razılaşmır. Həmin dövlət qurumları hazırki iş üzrə tərəf deyillər, iddiaçının kassasiya şikayətində göstərməsinə baxmayaraq, cavabdehə məxsus torpaq sahəsinə müvafiq çıxarış və texniki pasportun verilməsinin həmin dövlət qurumlarına qadağan edilməsi barədə iş materiallarında hər hansı sübut mövcud deyildir. Müvafiq ekspertiza zamanı mübahisə baş verdikdən sonra verilmiş çıxarışın koordinatlarına deyil, cavabdehin ilkin torpaqayırma sənədlərinə əsasən rəy verilməli olması barədə dəlili də məhkəmə kollegiyası hazırki qətnamənin ləğvinə əsas verən dəlil kimi qiymətləndirmir. Belə ki, hazırki tələbin həlli üçün ilk növbədə iddiaçının mülkiyyətində olan 2000 kv.m torpaq sahəsinin torpaq ayırma sənədlərinə əsasən koordinatları müəyyən edilməli və həmin koordinatlar daxilində yerləşən torpaq sahəsinin hansı hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi araşdırılmalıdır. Bu araşdırma zamanı cavabdehin iddiaçının yalnız 45 kv.m torpaq sahəsini zəbt etməsi müəyyən edilmişdir. Qalan torpaq sahəsi iddiaçıya məxsus 200 0 kv.m sahəsinə aid olmadığından, həmçinin həmin torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasına dair hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilmədiyindən iddiaçının həmin sahənin boşaldılmasını tələb etmək üçün qanuni əsası mövcud deyil. Belə olan təqdirdə, ekspertiza keçirilərkən cavabdehin ilkin torpaq ayırma sənədlərinin, yoxsa mübahisə yaranandan sonra alınmış çıxarışının əsas götürülməsinin ekspertizanın nəticəsinə heç biri təsiri yoxdur. Məhkəmə kollegiyası yuxarıda göstərilən iş üçün mühüm əhəmiyyəti olan halları tədqiq edərək, yekun olaraq belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsinin tələbin təmin edilməmiş hissəsində gəldiyi nəticə iş üzrə müəyyən edilmiş həqiqi hallara və maddi və prosessual hüquq normalarına uyğundur. Məhkəmə kollegiyası mü lki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik ed ilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-259/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.