Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1229/2024 14.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2374/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını ara şdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. Cavabdeh ilə (bundan sonra mətndə cavabdeh) İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.2007-ci il tarixdə nikah bağlamışlar. Birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşlar;
3. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, ev 41, 40 saylı mənzil (bundan sonra mətndə mübahisələndirilən mənzil) xx.xx.2012-ci il tarixli mənzilin bağışlama müqaviləsi əsasında X6 tərəfindən cavabdehə bağışlanmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********35 nömrəli məktubuna əsasən mübahisələndirilən mənzil xx.xx.2012-ci il tarixdə cavabdehin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir;
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 - cavabdehin və xx.xx.2016-cı il təvəllüdlü X5 isə iddiaçının himayəsinə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı cavabdehə qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun cavabdehə məxsus mübahisələndirilən mənzilə istifadə hüquqlarının tanınması və iki uşağı ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh onunla ailə həyatı qurduqdan bir neçə il sonra, kiçik övladının təxminən iki yaşı olanda onunla pis rəftar etməyə başlamışdır. Hər bir övlad valideynlərinə baş çəkdiyi kimi o, da hərdən bir valideyninin evinə gedərək onları ziyarət etmişdir. Bu halı iddiaçı pis qəbul edərək və onunla münasibətlərini gərgin vəziyyətə gətirib çıxardaraq sonunda isə Nizami Rayon Məhkəməsində ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. Cavabdeh son vaxtlar ona bir qadın kimi, ailəsi kimi diqqətini dəyişmişdir, sonda isə ona başqa qadınlarla xəyanət etməyə başlamışdır. Uşaqlarına hər zaman diqqətlə yanaşmışdır, onların tərbiyə və təhsili ilə yaxından maraqlanmışdır. Yoldaşının valideynlərinə də hər zaman hörmətlə yanaşmışdır. Qarşılıqlı münasibətləri normal olmuşdur. Cavabdeh ilə münasibətləri kəskinləşdikdən sonra dözülməz hal almış və o, valideynlərinin evinə qay ıtmağa məcbur qalmışdır. Onu alçaltmağa, əskiltməyə, təhqir etməyə başlamışdır. Bu halda 2021-ci ilin dekabr ayının axırları dözülməz qalaraq atası evinə qayıtmışdır. Kiçik övladı onunla gəlmişdir. İkinci övladını da aparmaq istəyərkən onu polislə hədələməyə başlamışdır. Mübahisəli ünvanda pasport qeydiyyatındadır. Hesab edir ki, həmin mənzilə istifadə hüququ yaranmışdır.
8. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının münasibətlərinin kəskinləşməsi ilə bağlı iddia etdikləri tamamilə yalan və uydurmadan ibarətdir. Belə ki, bütün münasibətlər kənar müdaxilələr nəticəsində iddiaçının evi özbaşına tərk edərək aylarla ata evində məskunlaşmasından sonra korlanmış və vəziyyət daha da kəskinləşmişdir. Mənzildən istifadə hüququnun tanınması və mənzilə köçü rülmə tələbinə gəldikdə isə bu tələbin də heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən mənzil bağışlanma yolu ilə onun mülkiyyətinə keçmişdir. Burada hər hansı birgə mülkiyyətdən ümumiyyətlə söhbət gedə bilməz. Əlavə olaraq qeyd edib ki, iddiaçı həmin mənzildə qeydiyyata 2014-cü ildən düşmüşdür. Ailə Məcəlləsinin 30.4-cü maddəsinin son hissəsindən göründüyü kimi, əgər həqiqətən keçmiş ailə üzvünün maddi və sair cəhətdən imkanı olmadıqda, istifadə hüququ saxlanıla bilər. Lakin bunun iddiaçıya münasibətdə tətbiq edilməsi üçün heç bir əsas yoxdur. İddiaçı işləyir, rəsmi gəlirə malikdir. Bundan əlavə, valideynlərinin mülkiyyətində olan mənzildə uzun müddətdir yaşayır. Həmçinin bildirir ki, onun valideynlərinin Bakı şəhəri ərazisində mənzil və bağ evlərindən ibarət 5 ədəd daşınmaz əmlakı v ardır. Yəni, iddiaçının ev və maddi cəhətdən heç bir sıxıntısı və problemi yoxdur. Buna görə də, iddianın təmin edilməməsi xahiş edilmişdir.
9. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra mətndə birinci instansiya məhkəməsi) 29 noyabr 2022-ci il tarixli, e-2(007)-2424/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Yusifova) iddia qismən təmin edilmiş və iddiaçının övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə cavabdehə məxsus mübahisələndirilən ünvanına köçürülməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə xərcləri iddiaçıya aid edilmişdir.
10. Məhkəmə ilk növbədə qeyd edib ki, mübahisələndirilən mənzil cavabdehin mülkiyyətindədir. Belə ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2012-ci ildə bağışlama müq aviləsi bağlandıqdan sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdeh ilə birgə nikaha daxil olduqdan sonra mübahisəli mənzilə köçmüş, həmin mənzil 2012-ci il tarixdə cavabdehin nənəsi tərəfindən ona bağışlanmışdır. Daha sonra iddiaçı cavabdeh ilə münasibətləri pisləşdikdən sonra, mübahisəli mənzili tərk etmiş və hazırkı vaxtadək orada yaşamır.
12. Məhkəmə belə qənaətə gəlib ki, iddia tələbi “mənzilə köçürülmə” hissəsində əsaslı olduğundan təmin edilməli, İddiaçı övladları xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 ilə birlikdə cavabdehə məxsus mübahisələndirilən ünvanına köçür ülməlidir.
13. Məhkəmə iddia tələbinin “istifadə hüququnun tanınması” ilə bağlı hissəsinə münasibətdə isə qeyd edib ki, iddiaçı mübahisələndirilən ünvanında yerləşən mənzildə pasport qeydiyyatında olması, həmin mənzildə müəyyən müddət yaşaması, hazırkı halda tərəflərin arasında olan nikaha xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olmaması halları da nəzərə alınaraq, 2012-ci il tarixdə mənzil cavabdehin mülkiyyətinə keçdikdən sonra iddiaçının həmin yaşayış sahəsində istifadə hüququnun mövcud olması müəyyən edilir. Buna görə də iddiaçının hazırda istifadə hüququnun sözügedən mənzilə mövcud olması nəzərə alınmaqla, iddia tələbi “mənzilə istifadə hüququnun tanınması” hissəsində təmin edilməməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiya Mə hkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 yanvar 2015-ci il tarixli Qərardadına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarına, Azərbaycan Respubl ikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
15. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 29 noyabr 2022-ci il tarixli 2(007)-2424/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə tamamilə əsassız və yanlış mövqe ilə qətnamə qəbul etmişdir. İddiaçı ilə o faktiki olaraq ayrılmışlar və nikahın pozulması barədə işə baxılması barədə artıq 2022-ci ildən Nizami Rayon Məhkəməsinin icraatında iş mövcuddur. Növbəti məhkəm ə baxışı xx.xx.2023-cü ildə baxılacaqdır. Həmin iş üzrə azyaşlı övladlarından X4 hazırda onun himayəsindədir və onun anasının himayəsinə verilməmiş, məhkəmə gedişində də müvəqqəti təminat tədbiri qismində məhz həmin övlad üçün müvafiq aliment İddiaçı tutulmuşdur. Belə olan halda məhkəmənin bu faktı nəzərə almadan atanın himayəsinə verilmiş azyaşlı övladını da ana ilə birlikdə evə köçürməsi tamamilə anlaşılan deyildir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında ailə münasibətləri faktiki olaraq pozulmuş və məhkəmə müstəvisində mübahisə davam edir. Bu halda iddiaçının onun evinə köçürülməsi barədə qətnamə qəbul etməklə həmdə onun ailə üzvü kimi iddiaçının həmin ev üzərində istifadə hüququnu tanımışdır ki, bu da tərəflərin nikahına xitam verildikdən sonrada iddiaçının mübahisəli mənzildən istifadə hüququnun qalmasına hüququ əsas yaratmış və məhkəmə qərarı əsasında onun mülkiyyətində olan evdən servitut hüququ vermişdir. Hansı ki, nəticə etibarı ilə ən pis halda nikahın pozulması barədə işə baxılmanın nəticəsini gözləmədən iddianı təmin etməsi öz-özlüyündə hazırkı qətnamənin ziddiyyətli olmasını tam təsdiq edir. O, cümlədən məhkəmə iddiaçının mübahisəli evə qeydiyyatda olmasına istinad etmişdir ki, bu da tamamı ilə səhvdir. Belə ki, həmin hal yəni evdə qeydiyyatda olmaq hər hansı bir istifadə hüququnun yaranma əsası kimi çıxış etmir.
17. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2374/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – C.C. Musayeva (sədrlik edən və məruzəçi), F. F. Babayev, G. T. Axundova) apellyasiya şikayəti təmin edi lmişdir və birinci instansiya məhkəməsinin 2(007)-2424/2022 saylı 29 noyabr 2022ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir.
18. Məhkəmə ilk növbədə qeyd edib ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2007-ci ildə yarandığından və iddiaçı mübahisəli yaşayış sahəsinə köçdüyü zaman mənzil cavabdehin nənəsinə məxsus olduğundan işin halları ilk öncə əvvəlki mülkiyyətçiyə münasibətdə Mülki Məcəllənin 228-ci maddəsinin müddəalarına əsasən dəyərləndirilməlidir. Eyni zamanda məhkəmə mübahisəli mənzilin sonradan xx.xx.2012-ci il tarixində xüsusi mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alındığını nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri sayıb. Belə ki, bu hal həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olan hallardandır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil iddiaçının adına dövlət qeydiyyatına məhz 2012-ci ildə alındığından hazırda bu mübahisə həm də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları baxımından nəzərdən keçirilməlidir. İddiaçının mübahisəli mənzildən istifadə hüququ rəsmi nikah münasibətinə daxil olması ilə yaranmış və o, ailə münasibətlərində olduğu müddətdə də həmin mənzildən istifadə hüququnu realizə etmişdir. Lakin tərəflər arasındaki nikah mü nasibətlərinə xitam verilməsi ilə onların ailə münasibətlərinə xitam verilməsinə səbəb olmuşdur. Məhkəmə, iddiaçının mübahisə predmeti təşkil edən mənzildən istifadə hüququnun onun rəsmi nikah münasibətinə girməsi ilə yarandığını və bu hüquqa həmin nikah münasibətinin pozulması ilə də xitam verildiyini, iddiaçının cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının həmin mənzilə ehtiyacı olması iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edib ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququna, hər hansı hüquqi əsası qalmadığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilmişdir.
20. Kollegiya həmçinin tərəflərin birgə nikahla rından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 münasibətdə qeyd edib ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X4 - cavabdehin və xx.xx.2016-cı il təvəllüdlü X5 isə iddiaçının himayəsinə verilmişdir. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun mövcud olmasının hesab edilməsinə müvafiq əsasların olmadığı müəyyən edildiyindən, xx.xx.2016-cı il təvəllüdlü X1 anasınıniddiaçının himayəsinə verildiyindən, hazırkı vəziyyətdə onun cavabdehə məxsus mübahisəli mənzildən istifadə hüququnun saxlanması qeyri mümkündür. Əksinə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-62/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflə rin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2 cavabdehin yanında qalması müəyyən edilmişdir. Uşağın yaşayış yerinin atasının yaşayış yeri olması faktiki olaraq sözügedən qətnamə ilə öz təsdiqini tapmışdır. O, hal-hazırda cavabdehə məxsus mübahisəli mənzildə yaşamaqdadır. Hazırkı məsələyə dair tərəflər arasında mübahisə mövcud deyildir.
21. Qeyd olunanlara uyğun olaraq məhkəmə kollegiyası hesab edib ki, iddia “yaşayış sahəsinə istifadə hüququnun tanınması” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edib ki, mübahisəli yaşayış sahəsinə iddiaçının istifadə hüququnun tanınmasına dair tələb qanuni əsasının olmaması səbəbilə rədd olunduğundan, bu tələb ilə əlaqəli olan “mənzilə köçürülməsi”nə dair hissəyə də hüquqi qiymət verilməsinə “prosessua l qənaət” prinsipi baxımından zərurət qalmayıb, iddia bu hissədə də rədd olunmalıdır.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələrinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 228.1, 228.2, 228.5-ci maddələrinə,“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 88, 217.2-ci maddələrinə əsaslandır mışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(103)-2374/2023 saylı qətnaməsini ləğv edərək yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması haqqında müvafiq qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya məhkəmə kollegiyası iddiaçının mübahisəli mənzilə 2012-ci il tarixdə qeydiyyata düşməsini əsas götürərək 2009-cu il oktyabr ayının 1-dən sonrakı dövrə təsadüf etdiyi üçün hazırki mübahisəyə Mənzil məcəlləsinin normaları baxımından yanlış qiymət vermişdir.Məhkəmə kollegiyası iddiaçının istər köhnə mülkiyyətçi, istərsə də yeni mülkiyyətçi ilə hüquq mübasinətlərinin yarandığı, onun 2007-ci il tarixdə nikaha daxil olmaqla ailə qurduğu və mənzilə köçürüldüyü dövrü səhv qiymətləndirməklə MPM-in 217 maddələrinin tələblərini pozmuşdur. Bununlada mübahisəyə yanlış baxımnan Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin müddəalarını tətbiq etmişdir. apellyasiya kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçının cavabdehin ailə üzvü artıq sayılmadığını və eyni zamanda onların arasında mübahisəli mənzildən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığını, həmçinin iddiaçının həmin mənzilə ehtiyacı olması iş materialları ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı mübahisəli mənzilə istifadə hüququna, hər hansı hüquqi əsası qalmadığından, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən xitam verilmişdir. Bu mövqeyi də əsaslı hesab etmir, məhkəmə kollegiyası iddiaçının valideynlərinin adına mənzil və yaşayış sahəsinin olmasını təsdiq edən sübutun cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsini də düzgün qiymətləndirməmişdir. Belə ki həmin arayışda iddiaçının adına hər hansı bir mənzilin və yaxud yaşayış sahəsinin olması təsdiq edilməmişdir. İddiaçının atasının və anasının mənzilinin olmasının iddiaçıya hər hansı bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının qanunsuz və əsassız olaraq iddiaçının istifadə hüquqları yaranmış mənzildə kompensasiya əsası qoyulmadan hüquqlarının itirilməsinə dair çıxartdığı qətnaməsi Mülki Məcəllənin tələblərinə zidd olmuşdur. İşin faktiki halları məhkəmə kollegiyası tərəfindən təhrif olunaraq mülahizələrə əsasən gəldiyi nəticəni isə düzgün hesab etmir. İstər 01 oktyabr 200 9-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin, istərsə də qüvvədə olan MM-nin 228.5-ci maddəsinin müddəaları baxımından mübahisəyə dair tələblərini və müddəalarını məhkəmə kollegiyası düzgün qiymətləndirməmiş və tədbiq edərkən də səhv nəticəyə gəlmişlər. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin hazırki qətnaməsini qismən qanunsuz hesab edib.
25. İddiaçı kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə, Azərbaycan Respublikası MPM-in 77.1, 106.1, 416.1ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh kassasiya şikayətinə qarşı etirazla müraciət edərək, şikayət əsassız olduğundan onun təmin edilməməsini və Bak ı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2374/2023 saylı, 21 noyabr 2023-cü il tarixli qətnaməsini qanuni və əsaslı hesab etdiyini və dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 27.2 On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
28. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keç irilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mü lkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
31. Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
32. Maddə Maddə 30.2 Əgər yaşayış sa həsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
33. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyət çisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hall arına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası mə hkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
52. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmiş dir ki, Mülki Məcəllənin 228-ci maddəsi və Mənzil Məcəlləsinin 30-cu maddəsi çərçivəsində iddiaçının mübahisəli mənzildən istifadə etməsi üçün əsaslar müəyyən edilməmişdir. Belə olan halda iddianın təmin edilməsi üçün qanuni əsaslar mövcud deyil.
53. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
54. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənl ərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2374/2023 nömrəli iş üzrə 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.