Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-123/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-123/2023 (Açar sözlər: iddianın predmeti, iddianın əsası, eyni tərəflər arasında eyni əsaslar üzrə eyni predmet barədə iddia, iş üzrə icraata xitam verilməsi) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X19 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər C avabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1295/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-009F seriyalı, kod 30311028 saylı şəhadətnaməyə əsasən X4 mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı qərarı ilə 0,20 ha torpaq sahəsi verilmişdir.
2. Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arxiv arayışından görünür ki, Quba rayonu RİHB-nın Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-ci illər üzrə təsərrüfat başına kitabında X9 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 19911995-ci illərdə ümumu 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-ci illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən RX seriyalı, ******* №-li, reyestr nömrəsi **********35-10301 olan, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci tarixli Çıxarışa əsasən Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən, 2 mərtəbəli, 3 otaqlı, 54,9 kv.m yaşayış, 128,0 kv.m yardımçı və 182,9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi 27,7 kv.m sahədən ibarət təndirxana, hin, 16,0 kv.metrdən ibarət sanitar qovşağı, 6,5 kv.metrdən ibarət hasar (mişar daşı), 6,7 kv.metrdən ibarət hasar (metal tor), darvazadan (metal) ibarət cəmi 56,9 kv.metr həyətyanı tikili və qurğular tam mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 32 nömrəli reyestr kitabının 25 nömrəli vərəqində qeydiyyata alınmışdır.
4. Qanun üzrə vərəsəlik hüququ haqqında 21 fevral 2015- ci il tarixli Şəhadətnaməyə əsasən, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X5 vərəsələri, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, ev 5-da qeydiyyatda olanlar arvadı Cavabdeh1, qızı Cavabdeh3, yetkinlik yaşına çatmayan xx.xx.1997-ci il təvəllüdlü qızı Cavabdeh2, xx.xx.2003-cü il təvəllüdlü oğlu X10r və onların hər biri miras əmlakdan bərabər hissələrdə miras almalıdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı ******* nömrəli, 03 mart 2017-ci il tarixli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 182,9 kv.metrdən ibarət fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh1, 1/ 4 hissədə Cavabdeh2, 1/4 hissədə X13 və 1/4 hissədə Cavabdeh3 adına qeydə alınmışdır.
6. Quba Rayon Məhkəməsinin 2(027)-184/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamə əsasında rəsmiləşdirilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair JN-009F seriyalı, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddiaçıya JN-009F seriyalı, kod 30311028 saylı şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hər hansı qeydi və hər hansı rəsmiləşdirilmiş sənədin ləğvi və ya etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qət edilmişdir.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3349/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-184/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia rədd edilərək, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun iddiaçıdan tutularaq, cavabdehə verilməsi qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102 )1115/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-941/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-434/2017 saylı, 02 fevral 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, tərəflər arasında hüquq haqqında mübahisə olması müəyyən edildiyindən, ərizəçi İddiaçı “mirasın qəbul edilməsi barədə faktın müəyyən edilməsinə dair” ərizəsi baxılmamış saxlanmışdır.
10. Quba Rayon Məhkəməsinin 2(027)-1837/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraq lı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsi tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-650/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin 2(027)-1837/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı Hacıbala oğlu tərəfindən verilmiş apellyasiya şikayəti (Azərbaycan Respublikası MPM-nin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədiyinə görə) qeyri-mümkün hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci in stansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı əqdin və qeydin mövcud olmaması faktının müəyyən edilməsinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Da şınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mərhum X1 adına Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Quba rayonu Tİ və MHQ İdarəsinin reyestrində edilmiş 81 reyestr nömrəli qeydiyyat əsasında qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin, həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tə rəfindən 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” haqqında heç bir məlumat aşkar edilməmişdir. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətinə əsasən Quba rayon Aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı ilə Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsi qardaşı X5 mülkiyyətinə verilmişdir. Hazırki iddia ərizəsi ilə bağlı mübahisəyə səbəb ondan ibarətdir ki, mərhum qardaşı İlyas Abasovun mülkiyyətinə torpaq sahəsinin verilməsinə dair mövcud olmayan 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhad ətnamə”nin surətində göstərilən torpaq sahəsi, həmin dövrə qədər, Quba rayonu Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyatı İdarəsinin reyestrində edilmiş 81 nömrəli qeyd və həmin qeyddən verilmiş qeydiyyat vəsiqəsi əsasında mərhum X1 mülkiyyətində olan Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə üst-üstə düşür. Vərəsəlik və ya bağışlama hüququ olmadan, X1 mülkiyyətində olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi, atasının qanuni istifadəsində olan həyətyanı torpaq sahəsi qardaşı İlyasın mülkiyyətinə verilə bilməzdi. Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X5 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə d air Şəhadətnamə” və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı mövcud deyildir, həmin şəhadətnamə ilə bağlı hüquqlar uydurmalardır. Göründüyü kimi, Aqrar islahat komissiyaları yaradıldığı dövrə qədər Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən mübahisəli fərdi yaşayış evinə X1 mülkiyyət hüququ Quba rayonu Tİ və MHQ İdarəsində 81 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış və həmin qeyd əsasında atasının adına 81 reyestr nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Məhkəmə aktlarından göründüyü kimi Quba rayon Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin qardaşı X5 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixi JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dar Şəhadətnamə” rəs miləşənə və həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı qəbul edilənə qədər həmin torpaq sahəsi X5 istifadəsində olmamış, torpaq üzərindəki ev isə ona məxsus olmamışdır. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətinə əsasən şəhadətnamə iki nüsxədən ibarət tərtib edilib və 009 nömrə ilə kitabda qeydə alınmışdır. Şəhadətnamənin bir nüsxəsi X6 verilib, ikinci nüsxəsi rayon şöbəsində saxlanılmışdır. Lakin, ikinci nüsxəsinin hansı şöbədə saxlanıldığı müəyyən deyildir. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” həmin Şəhadətnamənin surətindən göründüyü kimi şəhadətnamə Dövlət Yerquruluşu Layihə İnstitutunun, səlahiyyəti bəlli olmayan şəxsi F.Cəfərovun imzası və institutun möhürü ilə təsdiq olunsa da, həmin hüquqverici sənədin doğruluğunu təsdiq etməli digər dövlət orqanı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müdiri Allahverdi Xudaverdiyevin imzası və Komitənin möhürü ilə təsdiq edilməmişdir. 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” mövcud olmadığı həm də onunla təsdiq olunur ki, həmin şəhadətnamənin əsli yoxdur. Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”-nın surətinə əsasən Quba RİHB-mn Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X11 təsərrüf at başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş 02 may 2014-cü il tarixli, 934 saylı “Arxiv çıxarışı”nın surətinə əsasən Quba rayonu Vladimirovka kəndi X16 İcraiyyə Komitəsinin 1986-1990-cı illərə aid Vladimirovka kəndi üzrə təsərrüfatbaşına kitabında X7 təsərrüfat başçısı olub. Onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 1986-1990-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3349/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən həmi n mülki iş üzrə materiallarda olan Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli “Arxiv arayışı”na əsasən Quba rayonu Vladimirovka kəndi X16 İcraiyyə Komitəsinin 1977-1979-cu illərə aid Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitabında X7 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. Həmin məhkəmə aktlarından göründüyü kimi Dövlət X18nın 03 mart 2014-cü il tarixli, 421 saylı “Arxiv çıxarışı”na əsasən Quba RİHB-mn Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında vətəndaş X11 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1991-1995-cı illərdə ümumi sahəsi 130 kv.metr, o cümlədən yaşayış sahəsi 60 kv.metr olan yaşayış evi və şəxsi istifadəsində 1990-1995-cı illərdə 0,20 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Yenə də həmin məhkəmə aktlarından göründüyü kimi həmin mülki işlər üzrə iş materiallarında olan Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 1797 saylı “Arxiv arayışı”na əsasən Quba rayon Aqrar İslahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı, qərarı Aqrar islahatın aparılması ilə əlaqədar “Xınalıq” kolxozunun fəaliyyətnə xitam verilməsi haqqında “Xınalıq” kolxozunun ümumi yığıncağının 23 dekabr 1997-ci il tarixli, 06 saylı qərarının təsdiqi barədədir. Həmin qərarda Vladimirovka kəndində aqrar islahatın aparılması barədə heç bir qeyd yoxdur. Lakin, hazırki iddia ərizəsinə əlavə edi lmiş Bakı şəhəri 4 saylı “ASAN xidmət” Mərkəzində notariat kontorunda olan V-390/2024 vərəsəlik işinin materiallarında olan Bakı şəhəri, Sabunçu rayon İHB-nın A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin 2014-cü il tarixli arayışının surətindən göründüyü kimi X11 1991-ci ildən Bakıxanov qəsəbəsində pasport qeydiyyatında olmuş, xx.xx.2014-cü il tarixdə vəfat etmiş, vəfat edənə kimi həmin ünvanda yaşamışdır. Həmin fakt X5 ünvan 1zibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 1991-1995-cı illər üzrə təsərrüfatbaşına kitabında təsərrüfat başçısı olması barədə qeydin uydurma olduğunu təsdiq edir. Hazırki iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş 26 may 2014-cü il tarixli, 1194 saylı “Arxiv çıxarışı”ndan göründüyü kimi Quba rayon Aqra r islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir. Azərbaycan Respublikası Dövlət X18 tərəfindən verilmiş 16 oktyabr 2017-ci il tarixli, 1797 saylı “Arxiv çıxarışı”ndan göründüyü kimi Quba rayon Aqrar islahat Komissiyasının 09 fevral 1998-ci il tarixli, 03 saylı protokolunun 03 saylı qərarı aqrar islahatın aparılması ilə əlaqədar “Xınalıq” kolxozunun ümumi yığıncağının qərarı “Gülüstan” sovxozu ərazisində aparılan torpaq islahatına aiddir. Göründüyü kimi 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin verilməsinə əsas olmuş aqrar islahat komissiyasının qərarı mövcud deyildir.
14. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstər mişdir ki, İddiaçı əvvəl də eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iddaçının iddiası Quba Rayon Məhkəməsinin qətnaməsi ilə təmin olunsa da, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Quba Rayon Məhkəməsinin qətnaməsi ləğv olunaraq, İddiaçı iddası rədd edilmişdir. Həmçinin, İddiaçı özü Rusiya vətəndaşı olub, Azərbaycan vətəndaşlığını 2016-cı ildə almışdır. Mübahisə olunan torpaq 2015-ci ildə yoldaşının adına çıxarış əsasında rəsmiləşdirilmiş, daha sonra yoldaşının vərəsələri kimi 2017-ci il tarixli çıxarışa əsasən onun, uşaqları Cavabdeh2, X8 və Cavabdeh3 adına rəsmiləşdirilmişdir. İddia tələbinin rədd edilməsini xahiş edir.
15. Quba Rayon Məhkəməsinin 2(027)-1837/2021 saylı, 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Vüqar Seyidov) İddiaçı iddia tələbi təmin e dilməmişdir.
16. Məhkəmə müəyyən etmişdir ki, Quba rayonu Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən X7 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. X7 xx.xx.1990-cı vəfat etmişdir. Bundan sonra təsərrüfatbaşı kitabda qeyd edilən torpaq sahəsi və orada inşa edilmiş yaşayış evinin istifadəçisi kimi X11 qeyd edilmişdir. Aparılmış torpaq islahatı zamanı qeyd edilən 0,20 ha torpaq sahəsi qanuni istifadəçi kimi 30311028 saylı şəhadətnamə ilə X5 mülkiyyətinə verilmişdir.
17. Torpaq islahatı aparılan zaman iddiaçı özünün izahatına əsasən Azərbaycan Respublikasında yaşamamış, Azərbaycan Respublikası vətəndaşı olmamışdır. X11 xx.xx.2014-cü ildə vəfat etmiş və miras əmlak - Quba rayo nu Mirzəməmmədkənd kəndində yerləşən, 0,20 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 21 fevral 2015-ci il tarixli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun vərəsələri, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X8 mülkiyyətinə keçmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsində yerləşən, 182,9 kv.metrdən ibarət fərdi yaşayış evi 1/4 hissədə Cavabdeh1, 1/4 hissədə Cavabdeh2, 1/4 hissədə X13 və 1/4 hissədə Cavabdeh3 adına qeydə alınmışdır.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Quba rayonu Mi rzəməmmədkənd kəndi ərazisində 0,20 ha torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamənin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli, qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə iddia qaldırsa da, iddia tələblərinin əsasını təsdiq e dən heç bir sənədi yoxdur.
19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
20. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 14.2 və 77.1-ci maddələrindən əleyhinə istifadə edərək həmin qanunları düzgün tətbiq etməmiş, iddia tələbinin əsasını təsdiq edən heç bir sübutun olmadığını əsassız göstərmişdir. Halbuki iş materi allarında iddia tələbinin əsası olan mötəbər sübutları məhkəməyə təqdim etmişdir. Həmçinin iddia ərizəsinə Bakı şəhəri, Sabunçu rayon İHB-nın A.Bakıxanov qəsəbəsi üzrə nümayəndəsinin 2014-cü il tarixli arayışının əsli nin həmin nümayəndəlikdən tələb edilməsinə dair vəsatət əlavə etmişdir. Lakin məhkəmə həmin vəsatətinə hüquqi qiymət verməmişdir.
22. Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin 09 sentyabr 2016-cı il tarixli, **********69 №-li arxiv sənədlərinə əsasən mərhum X3 adına Quba rayonu, Mirzəməmmədkənd kəndində yerləşən fərdi yaşayış evinə Quba rayonu Tİ və MHQ İdarəsinin reyestrində edilmiş 81 reyestr nömrəli qeydiyyat əsasında qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Lakin həmin evin yerləşdiyi torpaq sahəsinə dair DTXK tərəfindən 5 saylı Ərazi İdarə sinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabında “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” haqqında heç bir məlumat aşkar edilməmişdir. 23. 13 mart 2003-cü il tarixli, JN-009 nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” və həmin şəhadətnaməyə dair dövlət qeydi mövcud deyildir.
24. İddia ərizəsi ilə birgə iş materiallarına əlavə edilən Sumqayıt Apellyasiya Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(105)-941/2020 nömrəli qərardadı ilə əlaqəli mülki iş materiallarında olan AR ƏMDK DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, **********69 saylı arxiv sənədlərində mübahisəli evin yerləşdiyi torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamə", ləğv edilmiş DTXK tərəfindən 5 saylı Ərazi İdarəsinə təhvi l verilmiş arxiv məlumatları və şəhadətnamələrin verilməsi kitabında heç bir məlumatın olmadığı, Şəhadətnamədə göstərilən AİK-nın xx.xx.1998-ci il tarixli qərarının Vladimirovka kəndində aqrar islahata aid olmaması (“Xınalıq” kolxozunun qərarının təsdiqi barədə olması), X5 1991-ci ildən Bakıxanov qəsəbəsində qeydiyyatda olması və 2014-cü ilədək - vəfat edənədək həmin ünvanda yaşaması barədə məlumatları əks etdirən sübutlar İddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1295/2022 saylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – İlqar Dəmirov (sədrlik edən və məruzəçi), Zaur Məmmədov və Zahid Məmmədov) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanı lmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
27. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, işin araşdırılmış halları və İddiaçı cavabdehlər Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı şəhadətnamənin etibarsız hesab edilməsi və sair tələblərinə dair mülki iş üzrə qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3349/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunur ki, Quba rayonu Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən X7 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. X7 xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Bundan sonra təsərrüfatbaşına kitabda qeyd edilən torpaq sahəsi və orada inşa edilmiş yaşayış evinin istifadəçisi kimi X11 qeyd edilmişdir. Quba rayonu RİHB-nın Vladimirovka kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin Mirzəməmmədkənd kəndinə aid 19911995-ci illər üzrə təsərrüfatbaşına kitabında X9 təsərrüfat başçısı olduğu Dövlət X18 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli arxiv arayışı ilə də təsdiq olunur. Belə olduğu halda iddiaçının mübahisələndirilən torpaq sahəsinə dair hər hansı subyektiv hüququ olmadığından, mübahisələndirilən torpaq sahəsinə dair hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün də subyektiv hüququ yoxdur. Məhz buna görə iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri
28. İddiaçı (Vəkil) apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi 1965-ci ildən X1 mülkiyyətində, 0,20 ha torpaq sahəsi isə şəxsi mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi və fərdi yaşayış evi heç bir qanuni əsas olmadan yeni sənədlərdə qardaşı X5 adına müəmmalı formaqda qeydiyyata alınmış dır. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydasını müəyyən edən bu qanununun tələblərinə görə aqrar islahat komissiyasının qərarları ilə vətəndaşların istifadəsində və icarəsində olan torpaq sahələri yalnız həmin şəxslərin mülkiyyətinə verilə bilər. X1 mülkiyyətində olan evin yerləşdiyi torpaq sahəsi digər şəxsin X5 mülkiyyətinə verilə bilməzdi.
30. İş materiallarından aydın olur ki, Azərbaycan Respublikası ƏMDK DƏDRX-nin 5 sayli Əİ-nin arxiv sənədlərinə əsasən mübahisəli fərdi yaşayış evinə X1 mülkiyyət hüququ Quba rayonu, Tİ və MHQ İdarəsinin reyestrində 81 reyestr nömrə ilə qeyd edilərək həmin qeyddən vəsiqə verilmişdir. X7 12 fevral 1990-cı ildə vəfat etmişdir. Mubahisəli əqdlərlə əlaqəli olan fərdi yaşaýış evi atasından miras qalmişdır. Qanunvericiliyə əsasən ölmüş şəxsin ölduyü anda, mülkiyyət hüququ əsasında malik olduğu əmlak, qanun və ya vəsiyyətnamə üzrə vərəsələrə vərəsəlik haqqında şəhadətnamə əsasında keçir, Aqrar İslahat Komissiyasının qərarı əsasında keçmir.
31. Hazırkı işin hallarından görundüyü kimi tələb, hansısa digər əqdlərin etibarsızlığı və ya qeydlərin ləğvi barədə deyil, Quba rayonu Mirzəməmməd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X5 mulkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon Aqrar İslahat Komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarın və Azərbaycan Respublikası DT və XK tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təhv il verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F KOD 30311028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədədir. Kassasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri.
32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
33. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
35. Maddə 153.2.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.
36. Maddə 261.0.2. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir.
37. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntus u hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
41. Maddə 417.1.5. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Kassasiya instansiyası məhkəmə si işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa hakim iş üzrə icraata xitam verir.
46. Baxılan iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Quba Rayon Məhkəməsində baxılmış 2(027)-184/2019 saylı mülki iş üzrə də tərəflər olmuşlar. Həmin mülki iş üzrə İddiaçı cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı irəli sürdüyü iddia tələbində “şəhadətnamənin etibarsız hesab edilməsi və şəhadətnamə əsasında rəsmilə şdirilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsi” tələbinə dair iddiasında, Quba rayonu, Mirzəməmmədkənd kəndində 0,20 ha torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair JN-009F seriyalı, kod 30311028 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsini və şəhadətnamə əsasında rəsmiləşdirilmiş sənədlərin müəyyən edilərək etibarsız hesab edilməsini xahiş etmişdir.
47. Qeyd olunan iddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayonu Mirzəməmmədkənd kəndi üzrə təsərrüfatbaşına kitaba əsasən X2 təsərrüfat başçısı olub, onun şəxsi mülkiyyətində 1965-ci ildə tikilmiş yaşayış evi, şəxsi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsi olmuşdur. X2 xx.xx.1990-cı ildə vəfat etmişdir. Atasının ölümündən sonra o, miras qalmış əmlakı faktiki olaraq idar ə və qəbul etmişdir. Digər vərəsələr isə miras açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmiş, əmlaka sahiblik etməmiş, bununla da mirası qəbul etmədiklərini açıq nümayiş etdirmişlər. 2014-cü ilin fevral ayında qardaşı İlyasın arvadı Cavabdeh1 miras qalmış evin və torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, oranı tərk etməsini tələb etmişdir. Daha sonra ona məlum olmuşdur ki, 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin surətinə əsasən Quba rayon Aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı ilə Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsi qardaşı X5 mülkiyyətinə verilmişdir. Həmin şəhadətnamədən görünür ki, çəhadətnamənin verilmə si Quba rayon Aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarına əsaslansa da, Torpaq şöbəsi şəhadətnaməni təsdiq etməmişdir.X12 Quba filialı tərəfindən verilmiş 09 mart 2017-ci il tarixli, 1797 saylı arxiv arayışından görünür ki, Quba rayon Aqrar islahat komissiyasının 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarı tamam başqa məsələ ilə əlaqədardır. Hesab edir ki, Quba rayonu Mirzəməmmədkənd kəndində yerləşən atasına məxsus, atasının ölümündən sonra onun sahibliyində və istifadəsində olan 0,20 ha həyətyanı torpaq sahəsi heç bir halda Quba rayon Aqrar islahat komissiyası tərəfindən qardaşı İlyas Abasovun mülkiyyətinə verilə bilməzdi.
48. Həmin mülki iş üzrə iddia Quba Rayon Məhkəməsinin 2(027)-184/2019 saylı, 07 mart 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin olunsa da, adı çəkilən qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3349/2019 saylı, 24 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ləğv edilərək iddia rədd edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1115/2020 saylı, 18 fevral 2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Odur ki, İddiaçı iddia tələbinin rədd edilməsi ilə bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə minmişdir.
49. Hazırkı iş üzrə də İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verdiyi iddia ərizəsində, Quba rayonu Mirzəməmmədkənd kənd ərazisində 0,20 ha torpaq sahəsinin X5 mülkiyyətinə verilməsinə dair 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin, həmin şəhadətnamə ilə əlaqəli Quba rayon AİK-nın 03 saylı, 09 fevral 1998-ci il tarixli qərarın və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təhvil verilmiş arxiv sənədləri və şəhadətnamələrin verilməsi kitabında 13 mart 2003-cü il tarixli, JN-009F nömrəli, KOD 30311028 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə dair qeydin mövcud olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia tələbi, əvvəlki işdə olan tələblə eyni qaydada əsaslandırılm ışdır.
50. Göründüyü kimi tərəfləri eyni olan hər iki iş üzrə iddianın predmeti və əsasları eynidir. Qeyd olunan tələblərin predmetinin və hüquqi əsaslarının fərqli olması barədə iddiaçının dəlilləri əsassızdır.
51. Belə ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müə yyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir..
52. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.
53. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.
54. Həmçinin iddianın ə sasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktik i əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.
55. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.
56. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsas olmuşdur.
57. Buna baxmayaraq birinci instansiya məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və işə ma hiyyəti üzrə baxaraq qətnamə qəbul etmişdir.
58. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayəti əsasında işə baxmış apelyasiya instansiyası məhkəməsi də eyni prosessual pozuntuya yol vermiş, MPM-in iş üzrə tətbiq edilməli olan 261.0.2-ci maddəsini tətbiq etməmişdir.
59. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir.
60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1295/2022 sa ylı, 30 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.