Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-123/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması 15.01.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-456/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 15 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08.09.19 97-ci il tarixidə Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X6, X3, X1, X4 və İddiaçı (bundan sonra- iddiaçı) ümumi birgə mülkiyyətinə verilmişdir.
2. Torpağa mülkiyyət hüququna dair JN-0049 saylı Dövlət Aktının surətinə əsasən Cavabdeh (bundan sonra- cavabdeh ) və ailə üzvləri X7, X11, X12, X10, X8 mülkiyyətinə Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 nömrəli qərarına əsasən Ağdaş rayonu, Şordəhnə kəndi ərazisindən 4,50 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir.
3. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA № 530886 torpaq sahəsinin planı və ölçüsünün təsdiqlənmiş surətinə əsasən Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, özünə məxsus mübahisəli torpaq sahəsi Şordəhnə kənd adlanan ərazidə yerləşir. Ailəliklə onlara məxsus olan torpa q kənd məhsulları becərmək üçün verilən pay torpağıdır və onlar bu torpaqdan səmərəli istifadə edib qarğıdalı və buğda əkib məhsul götürmək məqsədindədirlər. xx.xx.1999-cu il tarixdən bu günə qədər onlara məxsus olan mübahisəli torpaq sahəsindən tam olaraq istifadə edə bilməmişlər, 1 (bir) ha torpaq sahəsini qonşuları, yəni cavabdeh onlardan icazəsiz qanunsuz olaraq istifadə edərək və könüllü olaraq torpaqlarından çıxmamışdır. Ailəsinə məxsus olan pay torpaq sahəsinin sağ tərəfində qonşuları X2 pay torpağı var. Onlar onunla mehriban qonşuluq edirlər. Sağ tərəflərində torpaq sahəsinə yiyəlik edən digər qonşu isə cavabdehin oğludur. Amma, nədənsə cavabdeh qonşuları ilə dil tapıb onu könüllü olaraq torpaqlarından çıxmasına nail ola bilmirlər. Səbəbi isə onlar torpaqdan, torpaq üzrə qonşular ı cavabdeh onların icazəsi olmadan zəbt edərək və onlara məxsus olan torpaqları könüllü olaraq geri qaytarmaqdan imtina etmişlər. Cavabdeh iddiaçının ailəsinə məxsus olan torpaqından istifadə etdiyini etiraf etsə də torpaqdan könüllü olaraq çıxmır. İddiaçı hesab etmişdir ki, torpaq sahəsindən məhkəmə qaydasında məcburi olaraq çıxardılmasını vacib saymışdır. Baş vermiş özbaşınalığın nəticəsində ailəsi ilə birlikdə xeyli əsəb və gərginlik keçirirlər. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun mülkiyətçi hüquqları kobudcasına pozulmuşdur. Torpağının qeyri qanuni yolla zəbt edilməsi nəticəsində ona maddi və mənəvi ziyan dəymışdir. O, cavabdehdən müvafiq sənədləri istəsə də ona heç bir sənəd göstərməmiş və ona məxsus olan torpaq sahəsində öz işlərini aparmaqla qanunu pozaraq və bəzi halla rda onlara hədə-qorxu gəlmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları iddiaçının müraciətinə əsasən mübahisəli torpaq sahəsinin üzərində inventarlaşdırmaq məqsədi ilə ölçü aparılmış və onlara torpaqlarını tanıtmışdır. Qanuna əsaslanaraq cavabdeh tərəfindən torpağın mənimsənilməsi faktı üzə çıxmış və onlar torpaqlarını geri ala bilmirlər. Göstərilənlərə əsasən cavabdehin Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində, iddiaçıya və ailəsinə məxsus olan və sənədləşdirilmiş kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulmuş 1 (bir) hektar pay torpaq sahəsindən məcburi qaydada çıxardılması barədə qətnamə çıxarılması xahiş edilmişd ir.
6. Cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmişdir. Belə ki, iddiaçının iddiası əsassızdır. Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı ilə onun, yəni Cavabdeh 6 nəfərlik ailə üzvlərinə Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində 4,50 hektar pay torpaq sahəsi rəsmi sənədlərlə verilmişdir. Bu minvalla torpaq sahəsi rəsmi sənədlərlə onların adlarına verildikdən sonra onlar orada cizgilər daxilində işlər aparmışlar, torpağı münbit hala gətirərək əkib-becərmişlər. Onlar kiminsə torpağını deyil, dövlətin verdiyi qanuni sənədlərə arxalanaraq öz torpaqlarını əkib-becərirlər. İddiaçı iddiasında qeyd etmişdir ki, 2016-cı il tarixdə torpağını əkib-becərməsi üçün 600 manat qarşılığında ona vermişdir. Bəli, iddiaçı öz torpağını əkib-becərə bilmədiyi üçün torpaq sahəsini 600 manat qarşılığında ona vermişdir. Bundan başqa iddiaçının iddia ərizəsində qeyd etdikləri əsassız və yalandır. Ona görə də iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 24 fevral 2023-cü il tarixli, 10/653 nömrəli ekpsert rəyində qeyd edilmişdir ki,Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən, Ağdaş rayonu, Şordəhnə kəndi ərazisində yerləşən İddiaçı və Cavabdeh naturada göstərdikləri torpaq sahələrinin koordinatları, döngə nöqtələri, ö lçüsü, konfiqurasiyası müəyyən edilmişdir. Həmin torpaq sahələrinin sərhədləri sənəd üzrə üst-üstə düşməmişdir.
8. Mütəxəssis rəyinə əsasən iddiaçının torpaq sahəsini 0,9281 ha sahəsi naturada Cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə əsasən iddiaçı və cavabdehlərə məxsus olan torpaq sahələrinin hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) mövcuddur. Mütəxəssis rəyinə əsasən iddiaçı naturada torpaq sahəsindən istifadə etmir. Cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi 5,36 ha təşkil etmişdir.
9. Ağdaş Rayon Məhkəməsinin (hakim Cavid Sultanov) 22 noyabr 2023-cü il tarixli, 2(014)-41/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edi lmiş, iddiaçının adına rəsmiləşdirilmiş 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,9281 ha hissəsindən cavabdehin məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Daşınmaz əmlakın 4Ə427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmişdir. Hazırda iddiaçı həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,9281 hissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandır mışdır ki, iddia qismən təmin edilməli, Ağdaş rayonu, Şordəhnə kəndində yerləşən Daşınmaz əmlakın 4Ə-427 saylı, xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı adına rəsmiləşdirilmiş 2,1664 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,9281 ha hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
12. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Torpaq Məcəlləsinin 5.3, 110, 111.1 və 111.2-ci maddələrinə, Mülki Məcəllənin 139.1, 157.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77 və 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayətləri verərək, iş üzrə birinci instansiya məhkəməs inin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti işin faktiki hallarına uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, onlar kiminsə torpağını deyil, dövlətin verdiyi qanuni sənədlərə arxalanaraq öz torpaqlarını əkib-becərmişlər. Belə ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın rəyini nəzərdən keçirdikdə aydın olmuşdur ki, rəydə 1-ci suala tam və düzgün cavab verilməmişdir. Bundan başqa Cavabdeh, yəni onun tərəfindən 5.36 ha torpaq sahəsi istifadə etdiyi, idiaçıya məxsus torpaq sahəsinin 0.9281 ha hissəsinin cavabdeh, tərəfindən istifadə edildiyi, lakin iddiaçı tərəfindən naturada torpaq sahəsi istifadə edilmədiyi göstərilmişdir. Lakin iddiaçının iddia ərizəsi ilə tanış olduqda aydın olmuş dur ki, iddiaçı tərəfindən xx.xx.1999-cu il tarixdən 2.1664 ha torpaq sahəsindən istifadə edilir. İddiaçının mülkiyyətində 2.1664 ha torpaq sahəsi olduğu təqdirdə və rəydə guya onun iddiaçıya məxsus 0.9281 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə etdiyi qeyd edilsə, iddiaçıya məxsus yerdə qalan 2.1664-0.9281=1.2383 ha torpaq sahəsini kim istifadə etmişdir. Əslində iddiaçıya aid torpaq sahəsini o zəbt etməmişdir. Həmin torpaq sahəsi iddiaçi ilə onun torpağının aralığında yerləşən kolluq ərazidə yerləşirdi. Belə bir nəticəyə gəlmək olar ki, mütəxəsis rəyi düzgün verməmişdir. İddiaçı da mütəxəsisə düzgün məlumatlar vermədiyi üçün mütəxəsis səhv rəy vermişdir. Həmin rəy əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyinidə şübhə altına almışdır. O, ümumiyyətlə nəyinki, kənar şəxslərin, hətta iddiaçıya aid torpaq sahələrini zəbt etməmişdir və istifadə etməmişdir. Hesab etmişdir ki, iş üzrə həmin ərazidə torpaq sahələri olan şəxslərin, kənd bələdiyyəsinin iştrakı ilə yenidən baxış keçirilərək rəy verilməlidir. Əgər dediyi formada ekspertiza təyin edilərsə, onun haqlı olduğu açıq-aşkar bilinəcəkdir. Buna görə də iş üzrə düzgün ekspertiza təyin edilməlidir, mübahisəli ərazi düzgün ölçülməlidir və bundan sonra məlum olacaqdır ki, idiaçının iddia tələbi əsassız hesab etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elçin Mehdiyev - sədrlik edən və məruzəçi, Ələddin Məcidov və Mahir Əsədli) 30 aprel 2024-cü il tarixli, 2(107)456/2024 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə biri nci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin 1 hektarının cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin 0,9281 hahissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
17. Məhkəmə kollegiyası cavabdehin iddiaçıya aid torpaq sahəsini zəbt etməməsi, istifadə etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, ekpsert və mütəxəssis rəylərinə sasən torpaq sahələrinin sərhədlərini naturada tanıdılması zamanı iddiaçı naturada torpaq sahəsindən istifadə etməmiş, cavabdehin faktiki is tifadəsində olan torpaq sahəsi 5,36 ha təşkil etmişdir. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi istifadə edilərək iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
18. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, məhkmə tikinti-texniki ekspertizasının 10/653 nömrəli rəyi ekspertiza rəyi nəzərdən keçirilərkən rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamış, cavabdeh tərəfindən də bununla bağlı sübutlar təqdim edilməmişdir.
19. Məhkəmə kollegiyası ekspertiza rəyinə münasibətdə hesab etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
20. Məhkəmə kollegi yası əlavə olaraq qeyd etmişdir ki, cavabdehin iddiaçının ümumi birgə mülkiyyətində olan torpaq sahəsinin 0,9281 ha hissəsindən çıxarılması cavabdehin həmin 0,9281 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması kimi şərh edilə bilməz.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən təqdim etdiyi sübutlara obyektiv və hərtərəfli qiymət verilməməsi, işin hallarının və sübutların düzgün araşdırılmamasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahələri qonşuluqda yerləşir. Məhkəmə təyin edilərək alınmış ekspert rəyinə uyğun olaraq iddiaçıya məxsus torpaq sahəsinin 0,9281 ha hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi nəticəsinə gəlmişdir.
22. Məhkəmə kol legiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas olmamış. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılmalıdır.
24. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi və 29-cu maddəsinin 2 və 3-cü hissələrinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.2, 213.6-cı maddələrinə, Torpaq Məcəlləsinin 82, 84, 111-ci maddələrinə, habelə MPM-in 14, 77.1, 88, 217.3, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh (vəkil X5) kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi, İddiaçı Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri P ublik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı qanunsuz zəbt edilmiş torpağın məcburi qaydada sahibinə qaytarılması tələbinə dair 2(107)-456/2024 saylı iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları məhkəmə tərəfindən düzgün tətbiq edilməmiş və pozulmuşdur. Nəticədə qanunsuz məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin mad di hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
28. Maddə 13. 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur.
29. Maddə 29.2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
30. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
31. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
32. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
33. Maddə 152.4. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
34. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
35. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
36. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irə li sürə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
37. Maddə
82. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar.
38. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
39. Maddə
111. Azərbaycan Respublikasın da torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalı dır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
49. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
50. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
52. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi v ə prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
53. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı mübahisəli torpaq sahəsinin 1 hektarının cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin 0,9281 hahissəsi Cavabdeh tərəfindən naturada istifadə edilir.
54. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin iddiaçıya aid torpaq sahəsini zəbt etməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd etmişdir ki, cavabdehin faktiki ist ifadəsində olan torpaq sahəsi 5,36 ha təşkil edir. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsindən istifadə edilərək iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
55. Apellyasiya instansiyası məhkəməsi, məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyini nəzərdən keçirərək qeyd etmişdir ki, sözügedən rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud olmamışdır və cavabdeh tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Lakin, ekspertin rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
56. Apellyasiya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayət i ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsi qonşuluqda yerləşir və ekspertin rəyinə əsasən, iddiaçıya məxsus torpaq sahəsinin 0,9281 ha hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Belə olan halda iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsaslar yoxdur. Ona görə də iş üzrə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən, kassa siya instansiyası məhkəməsi, Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Qeydə olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(107) -456/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.