Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1231/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3235/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh "Cavabdeh" MMC tərəfindən verilmiş kassasiya şikayət inə dair işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə "Cavabdeh" MMC-nin direktoru X1 xx xxxxxxx 2019-cu il tarixli əmrinin qanunsuz hesab edilərək ləğv edilməsi və iddiaçının tutuduğu vəzifəyə bərpa edilməsi və xx xxxxxxx 2019-cu il tarixindən etibarən tutuduğu vəzifəyə bərpa edildiyi tarixədək iddiaçıya ödənilməli olan əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) hesablanaraq cavabdeh "Cavabdeh" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarınd an görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli əmrlə cavabdeh Cavabdeh” MMC-yə Xidmət mərkəzi rəhbəri vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2018-ci il tarixli əmrlə MMC-nin ştat cədvəlində edilmiş dəyişikliyə əsasən, vəzifə adı Xidmət mərkəzi rəhbəri (FCA) adlandırılmışdır.
3. Həmçinin o da mübahisə edilmir ki, xx.xx.2019-cu il tarixdə N adlı şəxs **-TK*** dövlət nömrə nişanlı, JEEP GRAND CHEROKEE markalı avtomobili lazımi təmir işlərinin görülməsi üçün Cavabdeh” MMC-yə təqdim etmişdir. Cavabdeh” MMC-nin xx.xx.2019-cu il tarixli iş kartından görünür ki, N, xx.xx.2019-cu il tarixdə **-TK-*** dövlət nömrə nişanlı, JEEP GRAND CHEROKEE markalı avtomobilin lazımi təmir işlərinin görülməsi və ehtiyat hissələrinin dəyişilməsini xidmət mərkəzinə həvalə etmiş və görülən işlərin keyfiyyətinin yoxl anılması məqsədilə avtomobilin yol şəraitində sınağını etibar etmişdir.
4. Eyni zamanda işin mübahisə edilməyən hallarından görünür ki, qeyd edilən avtomobildə lazımi təmir işləri aparıldıqdan sonra xx xxxxxxx 2019-cu il tarixində Xidmət mərkəzinin rəhbəri (FCA) İddiaçı satış nümayəndəsi Y və anbardar köməkçisi A avtomobilə mindirərək sınaq yürüşü aparmışdır. Sınaq yürüşünün aparılması müştərinin avtomobilin salonunda quraşdırdığı videokameraya düşmüşdür. Avtomobili servisdən götürdükdən sonra baş vermiş hadisəni videokamera vasitəsilə görən N bundan çox narazı qalmış və MMC-ni qınayıcı şərhlərlə video görüntünü internetdə yerləşdirmişdir.
5. Həmçinin o da mübahisə edilmir ki, xx.xx.2019-cu il tarixli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bənd inə əsasən (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) həmin tarixdən xitam verilmişdir.
6. İddiaçı bildirir ki, xx xxxxxx 2019-cu il tarixində JEEP GRAND CHEROKEE markalı, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsindən sonra qəzalı vəziyyətdə dəmirçi və rəngsaz işlərinin görülməsi məqsədi ilə "Cavabdeh" MMC-yə aid avtomobillərə texniki xidmət mərkəzinə təqdim edilmişdir. Bununla bağlı zəruri rəsmiləşmələr həyata keçirilərək müvafiq №********** saylı iş kartı tərtib edilmişdir. Sözügedən iş kartında sifarişçi N avtomobilin təmiri üçün lazimi işlərin görülməsini və ehtiyat hissələrinin dəyişdirilməsini xidmət mərkəzinə həvalə etmiş və görülən işlərin key fiyyətinin yoxlanması məqsədilə avtomobilin yol şəraitində sınağını etibar etmişdir. xx xxxxxxx 2019-cu il tarixində JEEP GRAND CHEROKEE markalı, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X küçəsində yerləşən servisdə elektrik sexində diaqnostika olunduqdan sonra xidmət mərkəzinin rəhbəri olaraq avtomobilin qəzadan sonra təmir edildiyini nəzərə alaraq, sifarişçiyə təqdim edilməsindən öncə yol şəraitində sınaq yürüşünün keçirilməsini zəruri hesab etmiş və "Cavabdeh" MMC-nin iki digər əməkdaşı ilə birlikdə sözügedən avtomaşını X küçəsində sınaqdan keçirib, hər şeyin qaydasında olduğuna əmin olduqdan sonra servis mərkəzinin dayanacağında saxlayaraq müştəriyə təhvil verilməsi barədə göstəriş vermişdir.xx xxxxxxx 2019-cu il tarixində JEEP GRAND CHEROKEE markalı, **-TK-*** dövlət nömrə n işanlı nəqliyyat vasitəsinin sahibi N avtomaşında quraşdırılmış videoqeydiyyatçı vasitəsi ilə sınaq yürüşü zamanı qeydə alınmış videomaterialları internet məkanında paylaşaraq "Cavabdeh" MMC-nin servis mərkəzində onun avtomobilin qanunsuz idarə edilməsini bəyan etmişdir. xx xxxxxxx 2019cu il tarixində işəgötürən tərəfindən ondan hadisə ilə bağlı izahat verilməsi tələb olunmuşdur. İzahatında avtomobilin qəzadan sonra təmir edildiyini nəzərə alaraq, sifarişçiyə təhvil verilməsindən öncə yol şəraitində sınaq yürüşünün keçirilməsinin məqsədəuyğunluğunu bir daha rəhbərliyin diqqətinə çatdırmışdır. Eyni zamanda ********** nömrəli iş kartına (sifariş) əsasən müştəri tərəfindən avtomobilin yol şəraitində sınağına razılıq veridiyini bildirmişdir. Qeyd olunanlara baxmayaraq, xx xxxxxxx 2019-cu il ta rixində "Cavabdeh" MMC-nin direktoru V izahatında qeyd etdiyi halları nəzərə almadan onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr imzalamışdır. Lakin sözügedən əmrin nə təsviri və də əsaslandırıcı hissəsində işçi tərəfindən yol verilmiş pozuntunun xarakteri, onun təsviri və ya digər qanunazidd əməllərinin nədən ibarət olması göstərilməmişdir. Bununla yanaşı işçinin hərəkətləri ilə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi arasında səbəbli-əlaqənin mövcudluğu hər hansı formada əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin tələblərinə əsasən Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydala ra müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qanunvericiliyin tələblərinə əsasən əsaslandırılmış əmrdə işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gəlməsi nədən ibarət olması, ziyanın miqdarı onun ölçülmə meyarları göstərilməli, işçinin qanuna zidd hərəkətləri ilə ziyanın əmələ gəlməsi arasında səbəbli-əlaqə təsvir edilməli idi. Göründüyü kimi işəgötürən əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərkən qanunvericiliyin tələblərinin pozulması hallarına yol verərək, müqaviləyə yalnız formal və hər hansı hüquqi əhəmiyyəti olmayan əsaslarla xitam vermişdir.Hesab edirik ki, həmin əmr əsassız və qanunsuz qəbul edildiyindən məhkəmə tərəfindən ləğv edilm əli və işçi işə bərpa edilərək ona dəymiş maddi və mənəvi ziyan ödənilmədir. Buna görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi eləcə də əmək müqaviləsinə xitam verərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin pozulması hallarının müəyyənləşdirilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh bildirir ki, Cavabdeh” MMC-də FCA xidmət mərkəzinin rəhbəri vəzifəsində işləmiş İddiaçı, xx.xx.2019-cu il tarixdə müştəri N yol-nəqliyyat hadisəsindən sonra təmir üçün təqdim etdiyi JEEP GRAND CHEROKEE markalı, **-TK-*** dövlət qeydiyyat nişanlı avtomobili buna zərurət olmadığı halda şəxsən sınaq yürüşünə çıxarmış, bu zaman MMC-nin aparılmış təmir işlərinə heç bir aidiyyəti olmayan iki əməkdaşını da həmin avtomobilə əyləşdirərək, onu yüksək surətlə idarə etmiş və bütün bunlar müştərinin avtomobilin salonunda quraşdırdığı videokameraya düşmüşdür. Avtomobili servisdən götürdükdən sonra baş vermiş hadisəni videokamera vasitəsilə görən müştəri bundan çox narazı qalmış və MMC-ni qınayıcı şərhlərlə video görüntünü internetdə yerləşdirmişdir. Nəticədə, MMC-nin işgüzar nüfuzuna və müştəri etimadına çox ciddi zərər vurulmuşdur. Məhz, şirkətin işgüzar nüfuzuna vurulmuş zərərin miqyasını nəzərə alaraq, şirkətin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ƏM-nin 70-ci maddəsinin “ç” bəndilə xitam verilməsi haqqında qərar qəbul etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7119/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim C.Musayeva) iddia təmin edilmiş, "Cavabdeh" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx xxxxxxx 2019-cu il tarixli, 45K saylı əmrin ləğv edilməsi, İddiaçı "Cavabdeh" MMC-də tutduğu vəzifəyə bərpa edilməsi və ona xx xxxxxxx 2019-cu il tarixindən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının (tarif maaşı və bütün əlavələr daxil olmaqla) ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iş materiallarında olan "Cavabdeh" MMC-ninxx.xx.2019-cu il tarixli, 45 K №-li əmrində İddiaçı tərəfindən yol verilmiş «əmək vəzifələrinin kobud şəkildə pozulması halları»nın konkret olaraq nədən ibarət olması göstərilməmiş, həmin pozuntuların işəg ötürənin qanuni mənafeyinə xələl gətirməsi ilə bağlı hallar lazımi qaydada əsaslandırılmamış və Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən hallardan hər hansı birinin olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
10. Belə ki, iddiaçının həqiqətən də öz əmək vəzifələrini kobud şəkildə pozması faktı ilə əlaqədar cavabdeh tərəfindən hər hansı daxili araşdırmanın nəticəsi və həmin faktın həqiqətən də öz təsdiqini tapdığını sübut edən hər hansı sənəd cavabdeh "Cavabdeh" MMC tərəfindən məhkəməyə təqdim olunmamışdır.
11. Məhkəmənin qənaətinə görə **-TK-*** dövlət qeydiyyat nişanlı JEEP GRAND CHEROKEE markalı avtomobilin iddiaçı tərəfindən sürülməsi tərəf olduğu əmək müqaviləsinin ləğv edilməsinə o halda səbəb ola bilərdi ki, İddiaçı qanuna zidd, cəmiyyətin qanunla müəyyən edilən və mühafizə olunan əmlak maraqlarına və işgüzar nüfuzana xələl gətirən hərəkət və ya hərəkətsizliyə yol versin. Lakin işdə olan "Cavabdeh" MMC-nin ********** saylı, xx.xx.2019-cu il tarixli təhvil alma iş kartının surətindən görünür ki, görülən işlərin keyfiyyətinin yoxlanılması məqsədilə avtomobilin yol şəraitində sınağının həyata keçirilməsi sifarişçi tərəfindən müvafiq qaydada MMC-nin işçilərinə etibar edilmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70, 71, 72, 74, 300-cü maddələri, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-3235/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Şirinov-sədrlik edən və məruzəçi, F.Talışinski və R.Eyvazov) Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7119/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, cavabdeh, birinci instansiya məhkəməsində iştirakının təmin edilmədiyini bildirsə də, işdə olan kommersiya qurumlarının dövlət reyestr məlumatları haqqında çıxarışdan görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1yestrlərindən görünür ki, rayon məhkəməsi iclasların vaxtı və yeri barədə bildirişləri həmin ünvana göndərmişdir. Başqa sözlə, birinci in stansiya məhkəməsi cavabdehin məlumatlandırılması üçün lazımi tədbiri görmüşdür.
16. Bundan başqa apellyasiya şikayətindən görünür ki, cavabdeh qətnaməni, həm də məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan iki halın- 1) iş kartına əsasən yalnız armatur-rəngsaz işlərinin görülməsi üçün təqdim edilmiş avtomobilin hansı zərurətlə əlaqədar yol şəraitində sınağa çıxarılması, 2) aparılmış təmirə heç bir aiddiyyəti olmayan işçilərin sınaq yürüşü zamanı iddiaçı tərəfindən avtomobilə əyləşdirilməsinin araşdırılmaması ilə mübahisələndirir.
17. Kollegiya birinci halla bağlı bildirmişdir ki, N, xx.xx.2019-cu il tarixdə **-TK-*** dövlət nömrə nişanlı, JEEP GRAND CHEROKEE markalı avtomobilin lazımi təmir işlərinin görülməsi və ehtiyat hissələrinin dəyişilməsini xidmət mərkəzinə həvalə etmiş və görülən işlərin keyfiyyətinin yoxlanılması məqsədilə avtomobilin yol şəraitində sınağını etibar etmişdir.
18. Bundan əlavə, apellyasiya baxışında əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili C izahatında bildirmişdir ki, İddiaçı xidmət mərkəzinin rəhbəri olmuş və avtomobillərin sınaqdan keçirilməsinə ehtiyac yaranıb-yaranması barədə qərar qəbul etmək onun səlahiyyətinə malik olmuşdur. Lakin o, səlahiyyət həddini aşaraq, yalnız dəmirçi-rəngsaz işləri keçirilməsinə baxmayaraq, zərurət olmadığı halda, avtomobili təmir işinə aidiyyəti olmayan digər iki işçini də əyləşdirməklə test yürüşü adı ilə sürmüşdür.
19. Göründüyü kimi, Xidmət mərkəzində təmir olunmuş avtomobillərin yol şəraitində sınaqdan keçirilməsinə ehtiyac yaranıb-yaranması barədə qərar qəbul edilməsi xidmət mər kəzinin rəhbəri kimi İddiaçı birbaşa səlahiyyətində olmuş, eyni zamanda, sözügedən avtomobillə bağlı halda müştəri də avtomobilində hansı təmir işlərinin aparıldığını bilməklə, onun sınaqdan keçirilməsini razılıq vermiş və bu iradəsini iş kartını imzalamaqla açıq şəkildə ifadə etmişdir. Başqa sözlə, İddiaçı **-TK-*** dövlət nömrə nişanlı, JEEP GRAND CHEROKEE markalı avtomobilin sınaqdan keçirilməsi zamanı buna səlahiyyətli olmaqla, əmək vəzifələrini pozması halı müəyyən olunmur.
20. Cavabdeh, əksini iddia edirsə, bu halı sübuta yetirmək vəzifəsi onun üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.
22. Lakin cavabdeh, yol şəraitində sınağın keçirilməsinə zərurət olmadığı halda, İddiaçı səlahiyyət həddini aşaraq avtomobilin test yürüşünü həyata keçirdiyini bildirsə də, məhkəməyə bu halları təsdiq edən edən mötəbər sübutlar təqdim etməmiş, əksinə, ziddiyyətli mövqelər irəli sürmüşdür.
23. Belə ki, həm İddiaçı avtomo billərin sınaqdan keçirilməsinə zərurət olubolmamasının müəyyən edilməsi ilə bağlı qərar qəbul edilməsində birbaşa səalahiyyətə malik olduğunu bildirmiş, həm də İddiaçı məhz hazırkı halda sınaqdan keçirilməsi qərarının zərurət olmadığından səlahiyyət həddini aşmaqla qəbul edildiyini bildirmişdir. Kollegiya, həmçinin, bildirir ki, cavabdeh, məhz hansı təmir işlərinin aparıldığı halda avtomobillərinin sınaq yürüşündən keçirilməsinə icazə verilməsi barədə də hər hansı sübut (müəssisə tərəfindən müəyyənləşdirilmiş hər hansı təlimat, qaydalar və s.) təqdim etməmişdir.
24. Məhkəmə kollegiyası, şikayətdə qeyd olunan ikinci halı da, iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması kimi qiymətləndirmir. Belə ki, sözügedən avtomobilin test yürüşü zamanı avtomobildə olan şəxslər kənar şə xslər olmamaqla, Cavabdeh” MMC-nin həmin xidmət mərkəzində çalışan işçiləri olmuşdur. Cavabdeh, mübahisəli əmrinin əsası kimi, həm də həmin işçilərin izahatlarına istinad edərək, onların avtomobilə öz təşəbbüsləri ilə deyil, İddiaçı təkidilə minmələrini və avtomobilin sürülməsində məqsəd sınaqdan keçirilməsi deyil, avtomobilin qeyri-standart xüsusiyyətlərinin onlara göstərilməsi olmasını bildirmişdir. Kollegiya hesab edir ki, qeyd olunan izahatların məzmununu və onları verən şəxslərin Cavabdeh” MMC-nin işçiləri olması halı nəzərə alındıqda, həmin izahatlar bu halın təsdiq edilməsi üçün kifayət qədər mötəbər dəlil sayıla bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh "Cavabdeh" MMC kass asiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yalnız armatur-rəngsaz işlərinin görülməsi üçün təqdim edildiyi halda iddiaçı həmin maşını zərurət olmadığı halda yol şəraitində sınağa çıxarmışdır. Bundan başqa aparılmış təmirə heç bir aiddiyyəti olmayan işçilər sınaq yürüşü zamanı iddiaçı tərəfindən avtomobilə əyləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməsi bu halları nəzərə almamış və iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə qarş ı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. İddiaçının vəkili Vəkil kassasiya şikayətinin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
29. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
30. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki h alların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
31. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
32. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Əmək Məcəlləsi
34. İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsind ə sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. (maddə 70, ç bəndi)
35. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. (maddə 71.3)
36. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cina yət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. (maddə 72) Mülki Prosessual Məcəllə
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
39. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
40. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
41. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi hal ların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
42. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
43. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası izahatları dinləyib, kasa siya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
45. Apelyasiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır. (38-39)
46. Belə ki, cavabdeh kassasiya şikayətində göstərmişdir ki, **-TK-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi yalnız armatur-rəngsaz işlərinin görülməsi üçün təqdim edildiyi halda iddiaçı həmin maşını zərurət olmadığı halda yol şəraitində sınağa çıxarmışdır. Bundan başqa aparılmış təmirə heç bir aiddiyyəti olmayan işçilər sınaq yürüşü zamanı iddiaçı tərəfindən avtomobilə əyləşdirilmişdir. Apelyasiya instansiyası məhkəməs i bu halları nəzərə almamış və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.
47. Bununla bağlı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işdə olan CavabdehMMC-nin xx.xx.2019-cu il tarixli, ********** nömrəli iş kartı ilə xx.xx.2019-cu il tarixdə **-TK-*** dövlət nömrə nişanlı, JEEP GRAND CHEROKEE markalı avtomobilin sahibi N avtomobilin yol şəraitində sınağını etibar etməsi ilə əsaslandırsa da, hazırkı halda sınaq yürüşünə ehtiyyac olub-olmamasını araşdırmamışdır.
48. Bundan başqa iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən həyata keçirilən sınaq yürüşü zamanı **-TK-*** dövlət nömrə nişanlı, JEEP GRAND CHEROKEE markalı avtomobildə satış nümayəndəsi Y və anbardar köməkçisi A də olmuşdur. Apelyasiya instansiyası məhkəməsi Y və A sınaq yürüşü zamanı avtomobildə olmasının zəruri olub-olmamasını, həmin şəxslərin sınaq yürüşü zamanı avtomobildə hər hansı bir qüsuru aşakara çıxarmaq və hər hansı bir qüsur aşkar edilərsə həmin qüsuru aradan qaldırmaq səlahiyyətinə malik olub-olmamalarını araşdırmamışdır.
49. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
50. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. 5
1. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "Cavabdeh" MMC-nin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3235/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.