Məhkəmə qərarları › İş №2(102)-1231/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1231/2024

07.05.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1231/2024 07.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Kateqoriya: Əmək münasibətlərindən irəli gələn mübahisələr  (Əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi, işə bərpa tələbi)  (ƏM-in 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinə qarşı işə bərpa tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6860/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 7 may 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı ilə xx.xx.1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (hazırki adı Bakı Dövlət Universiteti) baş müəllim vəzifəsinə qəbul olunmuşdur. 2. 26.12.2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin Qərarına əsasən qərarın İddiaçı şikayəti üzrə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir.

3. BDU-nun Filologiya fakültəsi İngilis-dili (Təbiət fakültələri üzrə) kafedrasının xx.xx.2023-cü il tarixli 9 saylı iclas protokolun dan Çıxarışdan görünür ki, 2022-2023-cü tədris ilinin noyabr ayının 10-dan fevral ayının 1-dək kafedranın dosenti İddiaçı dərslərdə iştirak etməmişdir. İddiaçı Tətbiqi riyaziyyat və Biologiya fakültələrində olan dərsləri kafedranın müəllimləri dosent X6 və baş müəllim X10 tərəfindən əvəz edilmişdir. Dərs jurnalları vaxtlı-vaxtında yazılmış və həmin qrupların tələbələri imtahanları uğurla vermişlər. Bu müddət ərzində kafedranın laborantlarının və kafedra müdirinin İddiaçıla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalmış, o, telefon zənglərinə cavab verməmişdir. İddiaçı noyabr, dekabr və yanvar aylarında kafedrada keçirilən heç bir tədbirdə iştirak etməmiş və kafedra ilə əlaqə saxlamamışdır. 2022-ci ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da, kafedra müdirinin göstərişlərinə məhəl qoy mamış, heç bir yoxlamaya gəlməmişdir. Dosent İddiaçı üzrsüz səbəbdən noyabr ayının 10-dan fevralın 1-dək illik dərs yükünə aid olan dərslərə girməməsi və əmək intizamını kobud şəkildə pozması barədə tədbir görülməsinin xahiş olunması qərara alınmışdır. 4. 06.02.2023-cü il tarixli Aktdan görünür ki, Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin İngilis dili (təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçı işə gəlməməyi haqqında təqdimatın araşdırılması ilə əlaqədar İnsan resursları və hüquq şöbəsinin İnsan resursları sektorunun müdiri X5 tərəfindən İddiaçı məxsus telefon nömrəsi ilə əlaqə saxlanılmış (*** *** ** **) və danışan xanım özünü onun həyat yoldaşı kimi təqdim edərək İddiaçı evdə olmadığını bildirmişdir. Onun BDU-ya təqdim etdiyi digər telefon nömrəsinə (***-***-**-**) zəng çatmamış və (***-***-**-**) nömrəsi ilə əlaqə saxlanılmasına müvəffəq olunmuşdur. Telefon danışığı zamanı İddiaçı işə gəlməməsi ilə əlaqədar haqqında təqdimatın olduğu və araşdırılma ilə bağlı izahat yazmaq üçün universitetə dəvət edildiyi bildirilmişdir. Lakin İddiaçı rəhbərliyin ünvanına təhqir və təhdidlər səsləndirərək gəlməyəcəyini və üzrlü səbəb göstərmədən izahat yazmaqdan imtina etdiyini bildirmişdir. 5. “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsin 10 mart 2023-cü il tarixli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 6. 24.05.2023-cü il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal rayon prokurorluğunun qərarına əsasən Bakı Dövlət Universitetinin r əhbər vəzifəli şəxslərinin həmin universitetdə təhsil alan tələbələrdən il ərzində rüşvət qismində ümumilikdə ********* manat pul yığması faktı öz təsdiqini tapmadığından toplanmış 173-C23 saylı material üzrə cinayət işinin bağlanmasının rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə Bakı Dövlət Universitetinin rektoru tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa olunması, məcburi işburaxma dövrü üzrə əmək haqqı, digər ö dənclər və hər gecikdirilmiş gün üçün 1 faiz ödəncin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı X2 heç bir qanuni əsas olmadan iddiaçını auditoriyadan çıxarmaqla universitetin binasından kənarlaşdırmış, onun əmək funksiyaların icrasına maneə yaratmışdır. Bundan sonra iddiaçı Bakı şəhər Yasamal rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. X1 rayon prokurorluğunda verdiyi izahatında guya iddiaçı barəsində tələbələr tərəfindən şikayətlər olması səbəbindən o, bir daha “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsində olan dərslərə buraxılmamışdır. Əmr ona 04 may 2023-cü il tarixind ə təqdim edilmişdir. Noyabr ayının əvvəllərində Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat fakültəsi”nin dekanı əmək funksiyalarının icrasını həyata keçirən zaman, yəni bilavasitə auditoriyada dərs aparan zaman, vəzifə səlahiyyətlərindən açıq aşkar kənara çıxaraq onu auditoriyadan məcburi çıxarmışdır. Bundan sonra o Bakı Dövlət Universitetinin rektorunun qəbuluna girmək istəmiş, lakin ona bunun üçün şərait yaradılmamışdır. O universitetin ərazisindən çıxarılmış və mühafizə xidməti onu bir daha Bakı Dövlət Universitetinin ərazisinə buraxmamışdır. Bu səbəbdən də şikayət ərizəsi ilə Bakı şəhər Yasamal rayon prokurorluğuna müraciət etmişdir. Əmrin məzmunundan belə görünür ki, guya iddiaçı 10 noyabr 2022-ci il tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmişdir. Əmrdə həmçinin qeyd olunur ki, iddiaçı əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirmişdir. Lakin iddia ərizəsinə əlavə edilmiş sübutlardan görünür ki, Bakı Dövlət Universitetinin ”Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı X2 tərəfindən iddiaçının əmək funksiyalarının icrasına qanunsuz və əsassız maneə yaradılmış, iddiaçı bununla əlaqədar hüquq mühafizə orqanlarına şikayət etməklə işəgötürənin bundan xəbərdar edilməsini təmin etmişdir. Əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83, 84 və 187-ci maddələrinin tələbləri pozulmaqla qəbul olunmuşdur. Əmrdə onun konkret hansı hərəkətləri ilə müəssisənin nüfuzuna və mənaf eyinə zərər vurmağı açıqlanmamışdır. Əmrdə müəssisənin hüquqi ünvanı və əmri imzalamış şəxsin ata adı göstərilməmişdir. Əmr verilməmişdən öncə onun izahatı alınmamış, bunun üçün ona təklif göndərilməmişdir. “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanı Məhəmməd Mehdiyev onu əmək funksiyalarının icrasından qanunsuz kənarlaşdırmaqla vəzifə səlahiyyətlərini aşmış, lakin əmrdə onun “xidməti məlumatları”na hüquqi əsas kimi istinad olunmuşdur. Qeyd olunmalıdır ki, X8 rayon prokurorluğunda izahat verərək onu əmək funksiyalarının icrasına buraxmadığını bildirmişdir. Həmin şəxsin xidməti məlumatlarına əsaslanan Bakı Dövlət Universitetinin rektoru isə əmək funksiyalarını icra etmədiyini əsas gətirərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr vermişdir. Əmrdə göstərilən digər xüsusatlar böhtan xarakterlidir və həqiqətə uyğun deyil.

9. Cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsi tamamilə əsassız fərziyələr əsasında tərtib edilmişdir. Ərizədə qeyd edilmişdir ki, guya Bakı Dövlət Universitetinin rektorunda iddiaçıya qarşı qərəzli münasibət yaranmış və buna görə də əmək fəaliyyətinə müxtəlif maneələr yaranmağa başlanmış, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ona zaman-zaman əsassız təkliflər edilmiş, bütün bu təkliflər tərəfindən rədd edilmişdir”. Halbuki iddiaçıya işlədiyi dövr ərzində fəaliyyətinə hər hansı bir maneə yaradılmamış, ona əmək müqaviləsinə xitam verilməsi ilə bağlı heç bir təklif olunmamışdır. Təbii ki, iddiaçının bunu təsdiq edəc ək heç bir dəlil və sübutu yoxdur və ola da bilməz. Əksinə iddiaçı özü əmək vəzifələrini, və funksiyalarını icra etməkdən qəsdən yayındığı, işə məsuliyyətsiz yanaşdığı, əmək funksiyasını kobud surətdə pozaraq 10 noyabr 2022-ci il tarixindən 2023-cü ilin fevral ayına kimi işə gəlmədiyi üçün əmək müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilmişdir. Bu barədə iddiaçının nümayəndəsi də məhkəmə iclasında etiraf etmiş, guya iddiaçının universitetə gəlməyinə mane olunduğunu bildirmişdir. Halbuki onun universitetə (iş yerinə) gəlməsinə heç bir maneçilik yaradılmamış, onun bu müddət ərzində bununla bağlı rektora (işəgötürənə) hər hansı bir müraciəti də olmamışdır. Mühafizə xidmətinin iddiaçını universitetin ərazisinə buraxmaması ilə bağlı iddiası da əsassızdır. Çünki birincisi iddiaçının universitetə buraxılmaması ilə bağlı mühafizə xidmətinə hər hansı bir göstəriş verilməmişdir. İkincisi, BDU-da turniket sistemi tətbiq edilir ki, universitet kartı olan hər kəs, mühafizə xidmətinin razılığından asılı olmayaraq kartını turniketə yaxınlaşdıraraq universitet ərazisinə girmək imkanına malikdir. Yalnız kartı olmayan və ya kənar şəxslərin universitet ərazisinə girişi təhsil alanların və işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırılmış olub, icazə sistemi ilə həyata keçirilir. Bundan başqa il ərzində hər həftənin cümə günləri rektorun rəsmi qəbul günü olmuşdur və qəbul üçün müraciət edən istənilən şəxs rektor tərəfindən qəbul edilmişdir. İddiaçının isə rektorun qəbulunda olmaqla bağlı müraciəti isə ümumiyyətlə olmamışdır. Yasamal rayon prokurorluğuna mürac iətin məzmunu isə ümumiyyətlə iddiaçının universitet ərazisinə daxil olmasına mane olunması və ya işəgötürənin ona qarşı qərəzli davranışı ilə deyil, Məhəmməd Mehdiyevin ona qarşı davranışı ilə bağlı olmuşdur. Bu da təbii ki, iki şəxsin arasında olan münasibət olub işəgötürənin mövqeyini əks etdirmir. Eləcə də iddiaçı BDU Həmkarlar İttifaqı Komitəsinin üzvü kimi hazırki iş üzrə Komitəyə də müraciət etməmiş və hətta onunla bağlı təqdimata baxılarkən rəsmi qaydada dəvət olunmasına baxmayaraq iclasda iştirak etməkdən imtina etmişdir. İddiaçının hər hansı bir şikayətlə başqa orqanlara, o cümlədən prokurorluq orqanlarına müraciət etməsi onun işəgötürənə, həmkarlara müraciət etməkdən azad etmir. İddia ərizəsində qeyd edilmişdir ki, “iddiaçı bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayət etm əklə işəgötürənin bundan xəbərdar edilməsini təmin etmişdir.” Halbuki bu barədə işəgötürənə heç bir müraciət edilməmişdir. İddiaçı BDU-nun Filologiya fakültəsinin İngilis dili kafedrasının əməkdaşı olmuşdur. İddia ərizəsində guya onun universitetdən uzaqlaşdırdığı deyilən Məhəmməd Mehdiyev isə “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinin dekanıdır və onun ümumiyyətlə işçi ilə bağlı universitetdən kənarlaşdırmaq səlahiyyəti yoxdur. Hətta iddiaçı bununla bağlı nə əməkdaşı olduğu fakültənin rəhbərliyinə, nə kafedranın rəhbərinə, nə də BDU-nun rəhbərliyinə heç bir müraciəti olmamışdır. Digər tərəfdən iddiaçı Filologiya fakültəsinin əməkdaşı olaraq Tətbiqi riyaziyyat və kibernetika fakültəsi ilə yanaşı eyni zamanda Biologiya fakültəsində də dərs aparmışdır və o bu 4 aylıq müddət ərizəndə hə min fakültədəki dərslərinə belə gəlməmiş, həmçinin əmək funksiyasına daxil olan digər işləri də yerinə yetirməmiş, fakültənin və kafedranın iclasılarında, koordinatorluqda, imtahan yoxlamalarında, diplom işlərinin müdafiəsində də iştirak etməmişdir. İddiaçı dərslərə, iclaslara, imtahanlara gəlmədiyi üçün tədris prosesində ciddi problemlər yaranmış, dərs yükünün başqa müəllimlər tərəfindən aparılmasına məcbur qalınmışdır. İddiaçı barədə həm Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin, həm də Biologiya fakültəsinin tələbələrinin onlara qarşı qeyri-etik və qeyri-əxlaqi hərəkətlərə yol verməsi, onlara nalayiq ifadələr işlətməsi, keyfiyyətsiz dərs aparması və bu səbəbdən bəzi tələbə qızların onun dərslərində iştirak etməkdən imtina etməsi barədə çox sayda şikayət ərizələri daxil olmuşdur. Bu məsələlərin araşdırılması zamanı dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq İddiaçı BDU-ya dəvət edilsə də o, gəlməyəcəyini, hüquq mühafizə orqanlarına şikayət etdiyini, izahat verməkdən imtina etdiyini bildirmiş və universitet rəhbərliyinə və işçilərinə qarşı nalayiq ifadələr işlətmişdir. İddiaçı 10 noyabr 2022-ci il tarixindən etibarən 2023-cü ilin fevral ayına kimi ümumiyyətlə iş yerinə gəlmədiyi üçün müraciətlərin araşdırılması o yalnız universitetə gəldikdən sonra mümkün olmuşdur. Lakin o, işçiləri təhqir edərək izahat verməkdən yenə də imtina etdiyi üçün bu fakt aktlaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən tələbələrin müraciəti isə 2019-cu ilə aid olmaqla, hazırki əmrin qanuniliyənə heç bir təsir göstərmir. Əksinə iddiaçının hətta 2019-cu ildə də hansısa pozuntulara yol verdiyini təsdiq edir. Əmrdə şəxsin ləyaqətini alçaldan məlumatların daxil edilməsi qadağandır. Ona görə tələbə qızların yazdığı şikayət ərizələrinə əsasən onlara qarşı etdiyi qeyri-etik və qeyri-əxlaqi hərəkətlərin əmrə daxil edilməsi şəxsin ləyaqətini alçaldacağı üçün qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məlumatlar əmrdə göstərilməmişdir. BDU-nun əmr blankı Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş BDU-nun rəsmi blankı olub, rekvizitlər müəyyənləşdirilmişdir. Əmri verən orqan və imzalayan şəxs də əmrdə göstərilmişdir. İddiaçıya əmrin surətini və əmək kitabçasını götürməsi barədə dəfələrlə şifahi məlumat verilsə də o, işçiləri təhqir edərək bundan imtina etmişdir. Ona görə ona yazılı şəkildə də məlumat verilərək əmək kitabçasının poçt vasitəsi ilə göndərilməsinə icazə verməsi xahiş edilmişdir. Əmrdən göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsi ƏM-nin 70-ci maddəsinin ç) bəndi ilə həyata keçirilmişdir. Yəni həmin norma hər hansı inzibati tənbeh tədbiri kimi deyil, əmək müqaviləsinə xitam verilməsinin müstəqil əsası kimi tətbiq edilmişdir.

10. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində göstərmişdir ki, onlar iddiaçı ilə 40 ilə yaxındır ki, ailəlidirlər. 2022-ci ilin noyabr ayının 3-ə iddiaçı vaxtından əvvəl evə gəlmiş, çox pərişan və əsəbi olmuşdur. Səbəbini soruşduqda isə, Tətbiqi riyaziyyat fakültəsinin dekanı Məhəmməd Mehdiyev tərəfindən auditoriyadan kənarlaşdırıldığını bildirmişdir. Dekan içəri daxil olaraq tələbələrin yanında iddiaçını təhqir edərək onu dərsdən kənarlaşdırı b. O, çıxmayacağını bildirdikdə isə, onu zorla kənarlaşdırılacağını bildiriblər. Bundan sonra isə məcbur olub, auditoriyanı tərk edib. Gəlib bunları ona danışdıqda isə ona hüquq mühafizə orqanlarına müraciət etməli olduğunu bildirmişdir. Onlar birinci növbədə Bakı Şəhər Prokurorluğuna müraciət etmişlər. Orada onlara bu əməldə vəzifə səlahiyyətini aşma olduğu bildirilərək, aidiyyatı üzrə Yasamal Rayon Prokurorluğuna müraciət etməli olduqları bildirilmişdir. Onlar iddiaçı ilə ayın 4-ü, yəni həmin günün səhərisi birlikdə universitetə getmişlər. Çünki iddiaçının həmin günü digər fakültədə dərsi olmuşdur. Qapıda dayanan mühafizəçi isə ona təlimat gəldiyini və iddiaçını içəri buraxa bilməyəcəyini bildirmişdir. İddiaçı etirazını bildirdikdə, mühafizəçilərdən biri kənarlaşıb telefonla danışdıqdan sonra, geri gələrək içəri buraxa bilməyəcəyini bildirmişdir. Bundan sonra onlar qayıdıb evə gəlmişlər və yenidən Yasamal Rayon Prokurorluğu ilə əlaqə saxlamışlar. Onlar isə universitetin nümayəndələrinin yayındıqlarını və prokurorluğa gəlmədiklərini bildirmişlər. Bundan sonra isə onlar Bakı şəhər prokurorluğuna yenidən müraciət etmişlər. Bundan sonra Bakı şəhər prokuroru onları qəbul edib, şəxsən dinləmişdir. Lakin lazımi tədbirlər görülmədiyinə görə, Baş Prokurorluğa şikayət etməli olmuşlar. Bundan sonra Məhəmməd Mehdiyevi çağırıb izahatını almışlar. Onlar universitetə mərkəzi qapıdan daxil olmuşlar. Həmkarlar İttifaqının iclasına getməmişlər, lakin əmək kitabçasını şəxsən o may ayının 4-də gedib götürmüşdür. Universitetə buraxılmadığına görə iddiaçı bir daha heç vaxt ora getməyib. Hadisə olduqdan sonra iddiaçı rektorluğa gedərək, rektorla görüşüb məsələni ona bildirmək istəyib. Lakin orada olan Elşən adlı şəxs rektorun iclas keçirdiyini və hal-hazırda münasib olmadığını bildirib. Onlar əmək kitabçasını götürməli olduqlarını bildirdikə, onlar poçt vasitəsilə göndərilə biləcəyini bildirmişlər. Daha sonra kadrlar şöbəsindən qapıda verilməsini bildirdilər. Bundan sonra onlar israr etdikdən sonra mühafizəçilərdən biri yenə də gedib telefonla danışdı və gəlib yalnız onun içəri keçə biləcəyini dedi. O içəri keçmiş və əmək kitabçasını götürüb, qol çəkib gəlmişdir. Düzdür özü də orada dərs demişdir və onu da orada tanıyırlar. Lakin o imza çəkib əmək kitabçasını götürəndə ondan nə şəxsiyyət vəsiqəsi, nə də etibarnamə tələb etmədilər. Onların evinə bir gün poçtalyon olduğunu bildirə n bir şəxs gəldi. Evdə heç kim olmadığına görə qapını o açmışdır. Poçtalyon ona ağ kağıza təhvil aldım qrafasına qol çəkdirdi. Bundan sonra o hansı sənəd olduğunu soruşduqda və sənədi təqdim etməsini tələb etsə də, poçtalyon yanında olan çantanı axtarıb sənədin maşında qaldığını bildirdi. Sonra aşağı düşüb, maşında biraz nəsə axtarıb getdi. Hazırki rektor yeni təyin olunduqdan sonra iddiaçını çağırdı. İddiaçı oraya getdikdə isə rektor daxil 12 nəfərlik komissiyanın təşkil edildiyini gördü. Komissiyada iddiaçıya keyfiyyətsiz dərs aparıldığını və tələbələrin ondan narazı olduqlarınlı bildirdilər. İddiaçı isə buna etiraz edib, belə bir şeyin olmadığını və tələbələrinin onu sevdiyini bildirib. Daha sonra dərs zamanı tələbələrdən belə bir şeyi nə üçün etdiklərini soruşduqda, tələbələr belə bir şeyin olmadığını bildiriblər. Bundan sonra iddiaçı əgər kiminsə şikayəti olarsa bunu yazılı şəkildə etməsini bildirib. Tələbələr isə hamısı yazılı şəkildə heç bir şikayətlərinin olmamasını bildiriblər. Bu hadisə təxmini 2019-cu ildə olmuşdu. Bu 40 il ərzində heç vaxt iddiaçı barədə belə bir şey eşitməmişdir. İndi isə ahıl yaşında iddiaçıya guya qızlara nalayiq hərəkətlər etməsi ilə bağlı belə qara yaxmaqları qəbuledilməzdir. Noyabr ayının 3-dən sonra iddiaçıya hansısa iclas və ya yığıncaq barədə universitetin nə rektorluğundan, nə hansısa dekanlığından, nə də kafedradan zəng edilməyib. Özünü poçtalyon kimi təqdim edən şəxs sənədlərin maşında qaldığını və gedib gətirəcəyini dedi. Bundan sonra aşağı düşdü və geri qayıtmadı. Eyvandan baxdıqda, onun maşına əyləşib, biraz gözləyib, sonra getd iyini gördü. Həmin vaxt təxmini axşam saat 8-9 olardı. Heç bir bildiriş və ya dəvət universitet tərəfindən gəlməyib. Həmkarlar İttifaqının iclası barədə heç bir bildiriş əldə etməmişlər və zəng də vurulmayıb. X4 aralarında elə də ciddi bir problem yox idi. Sadəcə həmin gündən bir neçə gün öncə iddiaçı ağır xəstəlik keçirmişdi və yeriməyində problem yaranmışdı. Çünki 2018-ci ildə 2 dəfə insult keçirmişdi. Bir gün universitetin koridorunda hərəkət edərkən iddiaçı özünü pis hiss edib. Bu zaman tələbələrindən biri kömək təklif edib. İddiaçı da tələbədən onu pilləkənləri düşməsinə kömək etməsini xahiş edib. Tələbə ona pilləkənləri düşməsinə kömək edib. Sonra bu məsələ böyüdülüb ki, iddiaçı tərəfindən burada xoşagəlməz hərəkətlər edilib. Bir dəfə buraxılmadığına görə artıq universitetə getmədi. Rəhbərliyə müraciət etməməsinin səbəbi isə, rəhbərliyin bu məsələdən agah olması idi. Həm də iddiaçını universitetə buraxılmadığına görə o, rəhbərliyə şəxsən müraciət edə bilmirdi. İddiaçı hesab edirdi ki, prokurorluq orqanlarına şikayət etməsi kifayət edirdi. Buna görə də məsələnin həll olunmasını güman edirdi. Universitetə giriş kart vasitəsilədir. Lakin bundan başqa orada 2 mühafizəçi də dayanır. İddiaçı filologiya fakültəsinin müəllimi olsa da, dərslərini tətbiqi riyaziyyat və biologiya fakültələrində deyir. Rektorun iddiaçını işdən kənarlaşdırmaq barədə əmri olmasa da, o faktiki olaraq iddiaçını qəbul etməkdən imtina edib. Bu isə elə həmin mənaya gəlir ki, iddiaçını artıq işdən kənarlaşdırıblar. Səbəb kimi yox, bəhanə kimi isə bayaq cavablandırdığı, tələbənin iddiaçını pilləkənlərdən düşməsinə kömək etməsi olub. Həmin aktı o 18 saylı hüquq məsləhətxanasında, özü yazmışdır, heç kim ona kömək etməmişdir və aktda qeyd edilən tarixdə tərtib etmişdir. Mühafizəçilər olmadığına görə onların adını özü qeyd etmişdir və onlar da əslində aktı imzalamaqdan imtina etməyiblər. Universitetə buraxılmamağı barədə iddiaçı özü yazılı şəkildə prokurorluğa müraciət edib. Ayın 4-2 univeristetə getdikdən sonra, ümumiyyətlə bir də universitetə getməyib. Noyabrın 4-ü saat təxminən səhər 8-9 arası universitetə getmişlər.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3491/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Orxan Məmmədli) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Bakı Dövlət Universitetinin Filol ogiya fakültəsinin İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının tam ştat dosenti vəzifəsində çalışmışdır. O, əmək intizamını kobud şəkildə pozaraq, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi iş yerinə ümumiyyətlə gəlməmiş, illik dərs yükünə aid olan dərslərə girməmiş, bu müddət ərzində kafedrada keçirilən heç bir tədbirdə - kafedra iclaslarında, elmi seminarlarda, akkreditasiya ilə bağlı təlim xarakterli yığıncaqlarda iştirak etməmiş, kafedra ilə əlaqə saxlamamış, 2022-ci il ilin payız imtahan sessiyası yoxlamalarına çağırılsa da kafedra müdirinin göstərişlərinə məhəl qoymayaraq heç bir yoxlamaya gəlməmiş və uzun müddət sonra ilk dəfə xx.xx.2023-cü il tarixində BDU-ya gələrək kafedra, fakültə və universitet rəhbərliyi ilə mübahisə yaşamışdır. Bununla əlaqədar olaraq xx.xx.2023-cü il tarixində İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının iclası keçirilmiş və kafedranın həmin tarixli 09 saylı iclas protokolundan çıxarış dekanlığa təqdim edilmişdir. İclas protokolundan çıxarışdan görünür ki, kafedranın dosenti İddiaçı 2022/2023-cü tədris ilinin noyabr ayının 10- dan fevral ayının 1-dək dərslərdə iştirak etməmiş, onun Tətbiqi riyaziyyat və Biologiya fakültələrində olan dərslərini kafedranın başqa müəllimləri əvəz etməyə məcbur qalmış, İddiaçı bu müddət ərzində kafedrada keçirilən heç bir tədbirdə iştirak etməmiş, kafedra ilə əlaqə saxlamamış, bu müddət ərzində kafedranın laborantlarının və kafedra müdirinin İddiaçıla əlaqə saxlamaq cəhdləri nəticəsiz qalmış, o telefon zənglərinə cavab verməmiş və 2022-ci ilin payız imtahan sessiyası yoxlamalarına ç ağırılsa da kafedra müdirinin göstərişlərinə məhəl qoymamış, heç bir yoxlamaya gəlməmişdir. Nəticədə İddiaçı üzrsüz səbəbdən 2022-ci ilin noyabr ayının 10-dan 2023-cü ilin fevral ayının 1-dək illik dərs yükünə aid olan dərslərə gəlməməsi və əmək intizamam kobud şəkildə pozduğu üçün barəsində tədbir görülməsinin xahiş edilməsi qərara alınmışdır. Buna uyğun olaraq Filologiya fakültəsinin dekanlığı təqdimatla universitet rəhbərliyinə müraciət etmişdir. Həmin məsələnin araşdırılması zamanı İnsan resursları və hüquq şöbəsinin Hüquq sektorunun müdiri Sevinc Rzayeva İddiaçıla telefon vasitəsi ilə əlaqə saxlayaraq məsələnin aydınlaşdırılması və izahat verməsi üçün onu BDU-ya dəvət etsə də o, üzrlü səbəb göstərmədən izahat verməkdən imtina etdiyini və gəlməyəcəyini bildirmişdir. Bununla yanaşı Tə tbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı Məhəmməd Mehdiyevin xx.xx.2022-ci il tarixli, Biologiya fakültəsinin dekanı Afət Məmmədovanın xx.xx.2022-ci il tarixli təqdimatları və tələbələrin ərizələrindən görünür ki, İddiaçı dərs zamanı müəllim adına yaraşmayan qeyri-etik və qeyri-əxlaqi hərəkətlərə yol vermiş, tələbələrə nalayiq ifadələr işlətmiş, keyfiyyətsiz dərs aparmış və bu səbəbdən bəzi tələbə qızlar onun dərslərində iştirak etməkdən imtina etmişdir. Bu səbəblə onun barəsində müvafiq tədbir görülməsi xahiş edilmişdir. Bu məsələlərin araşdırılması zamanı da dəfələrlə telefon vasitəsilə əlaqə saxlanılaraq İddiaçı BDU-ya dəvət edilsə də o, gəlməyəcəyini, hüquq mühafizə orqanlarına şikayət etdiyini, izahat verməkdən imtinaetdiyini bildirmişdir. İddiaçı 10 noyabr 2022-ci il tarix indən 01 fevral 2023-cü il tarixinə kimi heç bir üzrlü səbəb olmadan dərslərə (işə) gəlməməklə və yol verdiyi digər nöqsanlarla əmək vəzifələrini kobud şəkildə pozduğu və bunun nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulduğu üçün qanunvericiliyə uyğun olaraq onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam verilməsi üçün qabaqcadan razılığının alınması məqsədi ilə onun üzvü olduğu BDU Həmkarlar İttifaqı Komitəsinə müraciət edilmişdir. BDU HİK-in 27 fevral 2023-cü il tarixli iclasının (70 saylı protokol) qərarı ilə BDU-nun İngilis dili (Təbiət fakültələri üzrə) kafedrasının dosenti İddiaçıla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsinə razılıq verilmişdir. BDU-nun xx.xx.2023-cü il tarixli 1/106 nömrəli əmrinə əsasən İddiaçı 2022-ci il 10 noyabr tarixindən etibarən heç bir üzrlü səbəb olmadan işə gəlməyərək əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, həmçinin əmək və tədris intizamını, BDU işçilərinin etik davranış qaydalarını kobud şəkildə pozaraq BDU-nun nüfuzuna və qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanılmış əmək müqaviləsinə 2023-cü il 10 mart tarixindən xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. Qeyd olunanlardan göründüyü kimi İddiaçıla bağlanılmış əmək müqaviləsinə qanunvericiliklə müəyyən edilmiş qaydalara uyğun olaraq xitam verilmiş və hər hansı qanun və hüquq pozuntusuna yol verilməmişdir.

13. Məhkəmə göstərmişdir ki, işçi İ ddiaçı 10 noyabr 2022-ci il tarixdən 2023-cü ilin mart ayına kimi 4 aya yaxın bir müddət ərzində işəgötürənə hər hansı bir məlumat vermədən bütün iş günü ərzində işə gəlməmiş, işəgötürəni məlumatlandırmamış, işəgötürənin xəbərdarlıq məktublarına cavab verməmişdir, bununla da özünün əmək münasibətlərindən irəli gələn əmək müqaviləsi ilə müəyyən edilmiş əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Məhkəmə hesab etmişdir ki, “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsi ilə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən (heç bir üzrlü səbəb olmadan işə gəlməməsi) xitam verərəkən hər hansısa qanunsuzluğa yol verməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 2 -ci hissəsinə, 72-ci maddəsinin 2-ci hissəsinə, 70-ci maddəsinin ç bəndinə, 10-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, Həmkarlar İttifaqı Komitəsi tərəfindən düzgün araşdırma aparılmamış, yalnız işəgötürənin təqdimatının dəstəklənməsi barədə fikirlər qeyd olunmuşdur.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6860/2023 nömrəli mülki iş üzrə 6 dekabr 2023-cü il ta rixli qətnaməsi ilə (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh təşkilatın mübahisələndirilən əmri qanunvericiliyə uyğun olmaqla, onun ləğv edilməsi üçün əsas mövcud deyildir, birinci intansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

19. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan bil dirişin surətinə əsasən, iddiaçıya onun barəsində olan təqdimatın əsasında BDU Həmkarlar İttifaqı Komitəsində iclas keçiriləcəyi barədə məlumatlandırılmış, lakin iclasda iştirak etməmişdir. Göründüyü kimi iddiaçının BDU Həmkarlar İttifaqı Komitəsinin iclasında iştirak etmək, özünü müdafiə etmək, arqumentlərini irəli sürmək hüququ olsa da, o bu hüququndan istifadə etməmişdir. Digər tərəfdən kollegiyanın qənaətinə görə BDU Həmkarlar İttifaqı Komitəsinin qərarı lazımi şəkildə əsaslandırılmışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72, 80 və 300.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (Vəkil1) k assasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya və apellyasiya instansiyaları məhkəmələri iddiaçının 4 ay ərzində işə gəlməməsini əmrin qanuni və əsaslı olmasına əsas kimi göstərsələr də, BDU HİK 27 fevral 2023-cü il tarixli qərarında BDU rektorunun təqdimatını həmin əsasla əmək müqaviləsinə xitam verilməsi hissəsində dəstəklənməmiş və bu yöndə əsaslandırılmamışdır. Bütün məclis üzvləri iddiaçıya qarşı tələbələrin yazdıqları şikayət ərizələrini müzakirə etmiş, əmək müqaviləsinə xitam verilm əsinin yeganə əsası kimi bu şikayətlərə istinad etmişlər. Halbuki, həmin şikayət ərizələrinin hamısı xx.xx.2023-cü il tarixində yazılmış və onlara dair iddiaçının mövqeyi işəgötürən tərəfindən öyrənilməmişdir. İşəgötürən tərəfindən həmin şikayət ərizələri ilə bağlı iddiaçıdan izahat alınmasına cəhd edilməmişdir. İş vərəqi 80-də olan aktın məzmunu onu göstərir ki, guya xx.xx.2023-cü il tarixində cavabdeh BDU tərəfindən iddiaçıya zəng olunmaqla işə gəlməməyinin üzrlü səbəbləri barədə izahat yazmaq ona təklif etmişdir (iddiaçı ümumiyyətlə belə zəngin olmadığını israr edir). Lakin “tələbələrin şikayətləri” məsələsi ilə bağlı iddiaçının mövqeyinin öyrənilməsi iş materialları ilə müəyyən olunmur. Bu da bir daha onu göstərir ki, BDU HİK 27 fevral 2023-cü il tarixli qərarı “əsaslandırılmış qərar” meyarına cavab vermir.

23. Kassasiya şikayəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinə, 80-ci maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

25. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbu l edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda;

26. Maddə 71, hissə

2. Bu məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

27. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar.  Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi

28. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya i nstansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Hazırkı k assasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası məruzəçini dinləyibö, iş mateiallarını kassasiya şikayətinin dəlillərini araşdıraqaq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsd iq edilmir. Həmin dəlillər iddia ərizəsində və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu olmaqla sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

38. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6860/2023 nömrəli iş üzrə 6 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar