Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1232/2020 11.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi, vəkillər X1 və X2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən iş üzrə İddiaçı və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Paşayeva, iş № 2(008)-3861/19) İddiaçı Cavabd eh qarşı “əlavə tikililərdən çıxarılma və həmin tikililərə köçürülmə” tələbinə dair iddiası təmin edilərək Cavabdeh ünvan 1 ünvanındakı İddiaçı şəxsi pul vəsaiti hesabına inşa etdiyi iddiaçıya aid tikililərdən və həmin mənzilin altında yerləşən zirzəmidən çıxarılması və İddiaçı həmin tikililərə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-12145/19) apellyasiya şikayəti qismən təmin edilərək hazırkı iş üzrə Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi qismən, yəni İddiaçı ünvan 1 ünvanındakı tikililərə və həmin mənzilin altında yerləşən zirzəmiyə köçürülməsi hi ssəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmiş, qətnamə qalan hissədə yəni, cavabdehin iddiaçıya aid tikililərdən və həmin mənzilin altında yerləşən zirzəmidən çıxarılması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İş üzrə həm iddiaçı, həm də cavabdeh kassasiya şikayətləri vermişlər. İddiaçı şikayətində Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin mübahisəli tikililərə köçürülmə tələbinin rədd olunması hissəsində ləğv ləğv edilməsini və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Cavabdeh isə kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin cavabdehin mübahisəli tikililərdən və mənzilin altında yerləşən zirzəmidən çıxarılması hissəsində ləğv olunmasını və iddianın həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ünvan 1 ünvanında yerləşən şəxsi pul vəsaiti hesabına inşa etdiyi iddiaçıya aid digər əlavə tikililərdən və 17 saylı mənzilin altında yerləşən zirzəmidən çıxarılması və iddiaçının həmin tikililərə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayətləri mübahisələndirilən hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Vəkil M.Abbasov məhkəmə koll egiyasının iclasında iddiaçının kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını, cavabdehin kassasiya şikayətinin isə rədd edilməsini xahiş etdi. Vəkil A.Əliyev isə cavabdehin kassasiya şikayətinin təmin, iddiaçının kassasiya şikayətinin isə rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətlərinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləriqismən təmin olunmalı, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsindəki 7 saylı evin 64,62 kvm ümumi sahəsi olan 2 otaqlı 17-ci mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Onun həmin iki otaqlı mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı bundan əvvəl cavabdehin ona məxsus mənzilə bitişik əlavə tikilmiş bir otaqdan çıxarılması barədə məhkəmədə iddia qaldırmış və Sabunçu rayon Məhkəməsinin 04.06.2018-ci il tarixli qətnaməsi ilə onun bu iddiası təmin olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və artıq icra olunmuşdur. Həmin qətnamə icra olunduqdan sonra cavabd eh çıxarıldığı tikili ilə bir həyətdə yerləşən digər əlavə tikililərə və zirzəmiyə girdiyindən İddiaçı 23.04.2019-cu il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onun tələbi şəxsi pul vəsaiti hesabına inşa etdiyi ona aid digər əlavə tikililərdən və 17 saylı mənzilin altında yerləşən zirzəmidən cavabdehin çıxarılması və özünün həmin tikililərə köçürülməsi barədədir. Birinci instansiya məhkəməsi iddianı əsaslı sayıb tam təmin etsə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli tikililərə və zirzəmiyə köçürülmə hissəsində gəldiyi nəticə razılaşmayaraq qətnaməni həmin hissədə ləğv edib iddianı rədd etmiş, qalan hissədə, yəni cavabdehin iddiaçıya aid tikililərdən və həmin mənzilin altında yerləşən zirzəmidən çıxarılması hissəsində isə qətnaməni də yişdirilmədən saxlamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli tikililərə və zirzəmiyə köçürülməsi tələbinin əsassız olması ilə bağlı gəldiyi qənaəti Mülki Məcəllənin 180.2-ci maddəsi ilə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçının mübahisələndirdiyi tikililərə mülkiyyət hüququnu təsdiq edən sənədlər olmadığına görə onun bu tələbi təmin oluna bilməz. Mənzildən çıxarılma tələbinin əsaslı olmasını isə apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 157.8-ci maddəsi ilə əsaslandırmış və qeyd etmişdir ki, iddiaçının qeyd olunan tikililərə dair mülkiyyə hüquqları öz təsdiqini tapmasa da o, əmlaka sahiblik edən şəxs kimi cavabdehin həmin tikililərdən çıxarılmasını tələb etməkdə haqlıdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi biri digərindən asılı olan ik i tələb üzrə fərqli qərar qəbul etməklə iş üzrə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslılığına qiymət verərkən ilk növbədə İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektib hüquqa malik olub-olmadığını müəyyən etməli idi. Məhkəmə kollegiyası həmin halın müəyyən edilməsinin məhkəmənin gəldiyi nəticəyə əhəmiyyətli təsiri olduğunu nəzərə alaraq hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının mübahisələndirdiyi tikililərin və tikililərin yerləşdiyi torpaq sahəsinin hüquqi statusu və iddiaçının həmin tikililər və torpaq sahəsi üzərində nə kimi hüquqa malik olması aydınlaşdırılmalı, cavabdehin həmin tikililərdən istifadəsini məhkəmə qaydasında mübahisələndirmək üçün iddiaçını n nə kimi subyektiv hüquqa malik olubolmaması müəyyən edilməli və işin müəyyən edilən hallarına uyğun gələn maddi və prosessual hüquq normaları tətbiq olunmaqla iddia tələbinə qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli tikililərin və yerləşdiyi torpaq sahəsinin hər hansı fiziki şəxsin mülkiyyətində olduğu müəyyən edildiyi təqdirdə cavabdehə qarşı mübahisəli tikililərdən çıxarılma tələbi yalnız həmin şəxs tərəfindən, belə hal müəyyən edilmədiyi təqdirdə isə tikililərin, yaxud tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi olan bələdiyyə, yaxud müvafiq icra hakimiyyəti orqanı tərəfindən qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, el əcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Re spublikası Ali Məhkəməsinin MK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafıə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiy mətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır». İşin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli və eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından qiymət verməlidir. Həmin maddənin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələbinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normaların ın pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 07 oktyabr 2019-cu il tarixli, 2(103)-12145/19 saylı qətnaməsi ləğv olunsun və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1232/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1232/2020
11.02.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver