Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1232/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin təmirinə çəkilmiş xərclərin vicdanlı alıcıya ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı, Cavabdeh1, cavabdehlərin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7474/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və “xxxx” MMC tərəfindən verilm iş kassasiya şikayətinə dair işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İş materialları ilə müəyyən olunur ki, “xxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 05 iyun 2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə ilə Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzil İddiaçı satılmışdır.
2. Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 30 mart 2016-cı il tarixli, 2(051)-266/2016 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 05 iyun 2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzirildən çıxarılması, həmin mənzilin Cavabdeh1 qaytarılması, ödənilmiş 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir.
3. Həmçinin iş materiallarından görünür ki, 08 aprel 2017-ci ildə həmin mənzil “xxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh1 tərəfindən 26000 manata X1.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2019-cu il tarixli ekspert rəyi ilə Mingəçevir şəhəri, Nizami 12A saylı evin, 8 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17706 manat məbləğində müəyyən edilmişdir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25.11.2019-cu il tarixli ekspert rəyi ilə Mi ngəçevir şəhəri, Nizami 12A saylı evin, 8 saylı mənzilində aparılmış tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17706 manat məbləğində müəyyən olunmuşdur.
1. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı mənzilin təmirinə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllədə inşa olunan binanın 8 saylı mənzilində aparılmış təmir işləri zamanı xərclənən 25000 (iyirmi beş min) manat pulun, məhkəməyə ödənilmiş 30 manat (otuz) məbləğində dövlət rüsumunun və məhkəmədə hüquqlarının müdafiə edilməsi məqsədilə fərdi qaydada fəaliyyət göstərən vəkil X1yə ödənilmiş 200 (iki yüz) manat məbləğində müqavilə pulunun cavabdeh X7 və “xxxx” MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin (hakim: Rasim Kazımov) icraatında iddiaçı X8 cavabdeh İddiaçı qarşı “müqaviləyə xitam verilməsi, mənzildən çıxarılma və ödənilmiş pul məbləğinin geri qaytarılması" tələbinə dair mülki işə baxılmışdır. İddiaçı Cavabdeh1 iddia tələbində cavabdeh İddiaçı ilə onun arasında Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzilnə dair bağlanmış müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı həmin mənzildən çıxarılması, həmin mənzilə görə ona ödənilmiş 14850 manat məbləğində pul vəsaitinin isə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş e tmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(051)-266/2016 saylı qətnaməsi ilə iddiaçı X10 ilə İddiaçı arasında bağlanmış 05 iyun 2012-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin ləğv edilməsi, cavabdeh İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzirildən çıxarılması, həmin mənzilin X9 qaytarılması, ödənilmiş 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 26 avqust 2016-cı il tarixli, 2(107)-860/2016 saylı Qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsini n 30 mart 2016-cı il tarixli, 2(051)-266/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 30 mart 2016-cı il tarixli, 2(051)-266/2016 saylı qətnaməsinin icrası ilə əlaqədar Xəlilova X5 şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzildən çıxarılmışdır. Hazırkı iddianın əsası ilə bağlı qeyd edilir ki, 05 iyun 2012-ci il tarixdə İddiaçı ilə “xxxx” MMC-nin direktoru X10 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “xxxx” MMC ümumi sahəsi 62,83 m2, ümumi dəyəri 25132 manat olan mənzili ona satmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsaslanaraq o, mənzilin ilkin ödənişinin 20% olması şərti ilə ödəniş etmiş və yerdə qalan məbləği müxtəlif tarixlərdə “xxxx” MMC-nin kassa ödəniş qəbzləri əsasında ödəmişdir. Hissələrlə ödədiyi məbləğlər və ödəniş ta rixləri aşağıdaki kimidir: 26.09.2013-cü il tarixdə- 2.350 manat; 02.01.2014cü il tarixdə - 1.500 manat; 06.08.2013-cü il tarixdə - 3.500 manat; 25.09.2012-ci il tarixdə - 1.000 manat; 05.08.2012-ci il tarixdə - 1.500 manat; 05.06.2012-ci il tarixdə - 5.000 manat. Ödədiyi məbləğə əsasən “xxxx” MMC-nin direktoru X7 aldığı Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllədə inşa olunan binanın 8 saylı mənzilində yaşamaq hüququ əldə etmişdir. İddiaçı həmin mənzildə yaşadığı müddətdə evi faktiki olaraq öz şəxsi mülki hesab etdiyi üçün qeyd olunan mənzildə təmir işləri apararaq 25000 (iyirmi beş min) manat məbləğində pul xərcləmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı m əhəllədə inşa olunan binanın 8 saylı mənzilində aparılmış təmir işləri zamanı iddiaçı tərəfindən xərclənmiş 25000 (iyirmi beş min) manat məbləğində pul Cavabdeh1 və “xxxx MMC”-dən məhkəmə qaydasında tutularaq iddiaçıya qaytarılmalıdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.B.Cavadzadə, iş 2(004)-300/2019) İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” MMC-yə qarşı mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək Mingəçevir şəhəri, Nizami küçəsi, 12 “A” saylı evin 8 saylı mənzilində aparılmış təmir-tikinti işlərinin dəyəri olan 17.706,0 manat məbləğində pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 30 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin olunm aması qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə mənzilin təmirinə sərf edilmiş vəsaitin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etmişdir.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18.03.2019-cu il tarixli 32813 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri Nizami küçəsi 14 saylı binanın arxa hissəsindəki 126-cı məhəllədə inşa olunan binanın 8 saylı mənzildə aparılmış tikinti-təmir işlərinin mövcud bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 17706,0 manat məbləğində müəyyən edilmişdir.
11. Göründüyü kimi, Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzilin təmirsiz vəziyyətdən mövcud vəziyyətə gətirilməsi üçün aparılmış təmir işləri ilə bağlı tikinti materialların a çəkilmiş xərclərin dəyəri və həmin işlərin görülməsi üçün xərclər 17706,0 manat təşkil edir.
12. Məhkəmə qeyd etmişdir ki, mənzilə çəkilmiş xərcin məbləğinin müəyyənləşdirilməsi məqsədilə təyin olunmuş ekspertizanın rəyində mənzilinin təmirsiz vəziyyətdən hazırkı vəziyyətə gətirilməsi üçün görülmüş təmir işlərinin dəyərinin 17706,0 manat olduğu təsbit olunmuş, cavabdeh isə bu məbləğin daha az olması barədə hər hansı başqa sübut təqdim etməmişdir. Ekspert rəyinin xüsusi bilik tələb edən suallara aydınlıq gətirilməsi ilə bağlı olduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, onunla razılaşmamaq üçün əsas yoxdur və həmin rəyə istinadla müvafiq nəticəyə gəlinməlidir.
13. Digər tərəfdən məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı mənzili alarkən mənzil tam təmirsiz olmaqla istifadəyə yararsız vəz iyyətdə olmuş, iddiaçı həmin mənzili təmir etdirməklə orada uzun müddət yaşamışdır. Məhkəmə prosesi dövründə işə cəlb olunmuş müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 məhkəməyə məktub ünvanlayaraq sözügedən mənzili satın aldığını, aldıqdan sonra ona 8000 manatdan yuxarı təmir xərcləri çəkdiyini bildirsə də, bununla bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının təmirsiz mənzili istifadəyə yararlı vəziyyətə gətirmək üçün müyyən məbləğdə xərc çəkməsi daha ağlabatandır və məhkəmədə o, öz iddiasını qismən sübut edə bilmişdir.
14. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2-ci, Mülki Prossesual Məcəllənin 4.1, 77.1, 82.3, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. Qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər.
16. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: V.N.Sadıqov, İ.Ə.Kərimli və A.N.İmanov) cavabdehlərin apelyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 07 may 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, məhkəmə işin halları və maddi hüquq normasının tətbiqi ilə bağlı səhvə yol vermişdir.
18. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə isə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, Mülki Məcəllənin 21-ci maddəsi ümumi normadır və zərərin ümumi anlayışını verməklə, zərərin əvəzinin hansı həcmdə ödənilməsindən bəhs edir. Həmin norma mülki qanunvericikdə nəzərdə tutulmuş zərərvurmanın ayrı-ayrı növləri üzrə (müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində vurulmuş zərər, əsassız varlanma nəticəsində vurulmuş zərər, hüquq pozuntularından (deliktlərdən) əmələ gələn zərər və s.) vurulmuş zərərin tutulması zamanı parallel şəkildə tətbiq olunur. Hazırki işdə isə cavabdehlərin hansı qanunsuz hərəkətləri ilə iddiaçıya zərər vurulması aydın deyildir və belə bir hal işdən müəyyən olunmur.
20. Məhkəmə Kollegiyası hesab etmişdir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi yalnız Mülki Məcəllənin 157.7-ci maddəsi (iddiaçı özü də tələbinin qanuni əsası kimi məhz həmin normaya istinad etmişdir) və əsassız varlanma ilə bağlı müddəalarının tələbləri daxilində aparıla bilər.
21. Mülki Məcəllənin 157.7-ci maddəsinin tələbinə görə, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bi lər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Göstərilən norma ümumən mülkiyyətin müdafiəsinə yönəlsə də, vindikasiya tələbləri üzrə əmlakı mülkiyyətçiyə qaytarmalı olan vicdanlı sahibin sahiblik dövründə əmlakı yaxşılaşdırmaqla bağlı çəkdiyi xərclərin əvəzini mülkiyyətçidən tələb etmək üçün qanuni əsas kimi çıxış edir və bu normanın təhlili «əsassız varlanma» normaları ilə parallel şəkildə aparılmalıdır, belə ki, vicdanlı sahibin yaxşılaşdırmalarını özündə saxlayan mülkiyyətçi onun hesabına əsassız varlanmış olur və mülkiyyətçidən həmin yaxşılaşdırmanı və ya onun dəyərini tələb etmək üçün «əsassız varlanma» normalarının dispozisiya şərtlə rinin mövcudluğu da tələb olunur. Bu tələb Mülki Məcəllənin 1094-cü maddəsindən də aydın olur (Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.).
23. Mülki Məcəllənin: 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə görə isə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
24. Göründüyü kimi, qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etmiş şəxs əsassız varlanmış şəxs hesab olunur və o, məhrum olanın tələbi ilə əldə etdiklərini və ya onların dəyərini ödəməlidir.
25. Mülki Məcəllənin 157.7-ci maddəsinin tətbiq olunması üçün aşağıdakı dispozisiya şərtləri müəyən edilməlidir: iddiaçı vicdanlı sahib (və ya keçmiş sahib) olmalı, əşyanı yaxşılaşdırmaq üçün xərc çəkmiş olmalı, əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır. Qeyd olunan şərtlərdən hər hansı biri aşkar edilmədikdə həmin normaya əsaslanan iddia təmin oluna bilməz.
26. Eyni qa yda üzrə, əsassız varlanmış şəxsə (hazırki halda MMC-yə) qarşı göstərilən tələb o zaman verilə bilər ki, əsassız varlanma obyekti onun sərancamında olsun. Baxılan işdə isə təmir xərclərinin sərf olunduğu mənzil 08.04.2017-ci ildə X2 və sonuncu mənzilin dəyərini tam ödəməklə mənzilə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi, hazırki iddia qaldırıldığı vaxt mənzil cavabdeh “xxxx” MMC-nin sahibliyində və ya mülkiyyətində olmamışdır. Bu statusda olmayan şəxsdən yaxşılaşdırma xərclərinin tələb edilməsinə isə Mülki Məcəllənin 157.7-ci və 1092.1-ci maddələri yol vermir. Beləliklə, iddiaçının tələbi üzrə nəzərdən keçirilən MM-nin 157.7-ci maddəsinin üçüncü dospozisiya şərti (əşya cavabdehin sahibliyində və ya mülkiyyətində olmalıdır) aşkar edilmədiyindən həmin maddə ilə iddianın təmin edilməs i mümkün deyil. Eləcə də cavabdeh “xxxx” MMC Mülki Məcəllənin 1092.1-ci maddəsinin dispozisiya şərtləri daxilində «varlanmış şəxs» hesab olunmadığından, həmin norma ilə də iddia təmin oluna bilməz.
27. Cavabdeh1 münasibətdə isə Kollegiya hesab edir ki, o, hazırki tələb üzrə cavab verməli olan şəxs deyildir və ona qarşı yönəlmiş tələbin heç bir əsası yoxdur, belə ki, mənzil “xxxx” MMC-yə məxsus olmuş və həmin mənzillə bağlı mülki hüquq münasibətləri də məhz həmin cəmiyyətlə İddiaçı arasında yaranmışdır, hazırki tələbə də cavab verməli olan şəxs yalnız cəmiyyət olmalıdır. Cavabdeh1 isə “xxxx” MMC-nin direktoru (qanuni təmsilçisi) kimi onun adından iddiaçı ilə müqavilə bağlamış və sonrakı hadisələrdə cəmiyyəti təmsil etmişdir. Cavabdeh1 şəxsi maraqları hazırki işdə müəyyən olunmur. Buna görə də ona münasibətdə iddia təmin oluna bilməz.
22. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
28. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3267/2020 saylı, 05 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: İ.Xələfov, G.Quliyev və Z.Əliyev) kasasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 21 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
30. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi mənzilin Hikmət İsmayılova satılmaqla MMC-nin mülkiyyətində qalmamasını iddianın rədd olunması üçün əsas kimi qəbul edərkən Mülki Məcəll ənin 157.7-ci maddəsini düzgün təfsir etməmişdir. Məhkəmənin istinad etdiyi həmin hal tətbiq olunan maddi hüquq normasının dispozisiya şərtinə uyğun deyildir. Müəyyən olunduğu kimi iddiaçı mübahisəli mənzildə təmir işləri apardıqdan sonra məhkəmə qətnaməsi əsasında oradan çıxarılarkən onun tərəfindən görülmüş yaxşılaşdırma işləri MMC-də qalmışdır. Belə vəziyyətdə kollegiya hesab edir ki, yaxşılaşdırma işlərinin dəyərinin ödənilməsi vəzifəsi MMC-nin üzərinə düşür. Mənzili sonradan təmirli vəziyyətdə satması onu iddiaçı qarşısında maddi məsuliyyətdən azad etmir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
31. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7474/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Mərdanova, E.Həsənov və F.Babayev) ca vabdehlər Cavabdeh1 və “xxxx” MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-300/2019 saylı, 07.05.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı Mingəçevir şəhəri Nizami küçəsi 12A saylı evin 8 saylı mənzilindən çıxarılması, həmin mənzilin X9 qaytarılması, ödənilmiş 14850 (on dörd min səkkiz yüz əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh1 cavabdeh İddiaçı xeyrinə ödənilməsi məhkəmə qərarları ilə müəyyən edilsədə, İddiaçı mübahisəli mənzildə təmir işləri apardıqdan sonra məhkəmə qətnaməsi əsasında oradan çıxarılarkən onun tərəfindən görülmüş yaxşılaşdırma işləri Cavabdeh1 və MMC-də qalmışdır. Ona görə də yaxşılaşdırma işlərinin d əyərinin, yəni 17706 manat pulun ödənilməsi vəzifəsi cavabdehlərin üzərinə düşür. Mənzili sonradan təmirli vəziyyətdə satması onları iddiaçı qarşısında maddi məsuliyyətdən azad etmir.
33. Bununla yanaşı kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Cavabdeh1 birinci instansiya məhkəməsində izahat verərkən İddiaçı tərəfindən mənzildə təmir işləri aparıldığını, sonra isə həmin mənzili kirayə verdiyini bildirmişdir. Eyni zamanda, Cavabdeh1 əvvəlki apellyasiya baxışı zamanı da, İddiaçı tərəfindən mənzildə təmir işlərinin aparılmasını bildirmişdir.
34. Bundan başqa kollegiya qeyd etmişdir ki, hazırkı mübahisənin və ya bu qəbilədən olan mübahisələrin məhkəməyə qədər pretenziya qaydasında həll edilməsi müəyyən edilməmişdir. Həmçinin artıq mübahisəli mənzil ilə bağlı tərə flər arasında məhkəmə mübahisələri mövcud olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdehlər Cavabdeh1 və “xxxx” MMC kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul ediməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesinin başqa vaxta təxirə salınması barədə teleqram göndərsə də apelyasiya instansiyası məhkəməsi maddi və prossesual hüquq normalarını pozaraq məhkəmə iclasını təxirə salmamışdır. Nəticədə cavabdehlər tərəfindən sübutlar məhkəməyə təqdim olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Ka ssasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
38. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir
39. Cavabdeh1 və cavabdehlərin vəkili Vəkil kassasiya şikayətinin təmin olumasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul ediməsini xahiş etdilər. Kassasiya baxışının hədləri
40. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fakti ki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
41. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
42. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində iş üzrə cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mənzil Məcəlləsi
44. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün ol madıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. (maddə 157.7) Mülki Prossesual Məcəllə
45. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
46. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
47. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
48. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
49. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
51. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Cavabdeh1 səhhəti ilə əlaqədar olaraq məhkəmə prosesinin başqa vaxta təxirə salınması barədə teleqram göndərsə də apelyasiya instansiyası məhkəməsinin məhkəmə iclasını təxirə salmaması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında məhkəmə iclasının təxirə salınması barədə teleqram olsa da, Cavabdeh1 xəstə olmasını və bu səbəbdən məhkəmə iclasına gələ bilməməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
54. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
52. Qərara aldı: Cavabdehlər Cavabdeh1 və “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mü lki kollegiyasının 2(103)-7474/2020 nömrəli iş üzrə 20 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.