Məhkəmə qərarları › İş №2(102)-1232/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1232/2025

21.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1232/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh xxx oğluna iş üzrə QƏRARİ Açar sözlər: birgə mülkiyyətdə olan əşyanın bölünməsi və ondan pay ayrılması, payların müəyyənləşdirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 cavabdeh xxx oğluna qarşı “birgə mülkiyyətdə olan 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzrə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Şəki Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-308/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh xxx oğlunun kassasiya şikayətinə 21 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Balakən Rayon Məhkəməsinin 14 avqust 2012-ci il tarixli, 2(019)-271/2012 nömrəli qətnaməsi ilə, İddiaçı2 ilə xxx oğlu arasında 21 yanvar 1993-cü il tarixdə bağlanmış nikah pozulmuşdur.

2. Balakən rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli, 5 saylı qərarı ilə ünvan 3i ərazisindən xxx oğlunun, İddiaçı2, İddiaçı3 və İddiaçı1 ümumi birgə mülkiyyətinə 0.07 ha həyətyanı torpaq sahəsi və ə 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 3. ünvan 3ində 0.07 ha torpaq sahə sində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi xxx oğlunun tam mülkiyyətindədir. 4. xxx oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı1 xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə ümumi birgə mülkiyyətlərində olan 0.58 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0,5014 ha hissəsini X1. 5. ünvan 3ində mülkiyyətində olan 0.4702 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X3 tam mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, ünvan 3ində yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ¾ hissəsinə iddiaçıların paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İdd ia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 cavabdeh xxx oğlunun (bundan sonra “cavabdeh”) keçmiş arvadı, digər iddiaçılar isə cavabdehin uşaqlarıdır. Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı 150 F nömrəli şəhadətnaməyə əsasən, 0.07 ha həyətyanı, torpağa mülkiyyət hüququna dair JN seriyalı 0089 nömrəli dövlət aktına əsasən isə 0.0815 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahələri tərəflərin ümumi birgə mülkiyyətindədir. Hər iki torpaq sahəsi eyni ərazidə yerləşməklə bir-birilərinə bitişikdir. Həmin həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi 2008-ci il tarixdə tam mülkiyyət hüququ əsasında cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. İddiaçılar cavabdehlə bir yerdə yaşamağın mümkün olmaması səbəbindən paylarının naturada müəyyən edilməsi və bölünməsi üçün cavabde hə müraciət etmiş, sonuncu bundan imtina etmiş, evin və torpaq sahəsinin yalnız özünə məxsus olmasını iddia etmişdir. Bundan sonra cavabdeh Şəki İnzibati Məhkəməsində iddia qaldıraraq həmin ünvandan İddiaçı2 qeydiyyatdan çıxarılması vəzifəsinin Balakən RPŞ-nin üzərinə qoyulmasını xahiş etmiş, iddia mümkün sayılmamışdır. Tərəflər payın bərabər bölünməsində razılıq əldə edə bilmədiyindən, onlar arasında yaranmış mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmadığından iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

8. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçılar qeyd olunan torpaq sahələrinin onların və cavabdehin ümumi birgə mülkiyyətində olduğunu qeyd ets ələr də, bunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçıların özlərinin məhkəməyə təqdim etdikləri çıxarışdan da göründüyü kimi Balakən rayonu, Qullar kəndindəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi cavabdehin mülkiyyətində olmuşdur. Bundan başqa, cavabdeh həmin torpaq sahəsini nikaha girməzdən əvvəl əldə etdiyini bildirmişdir. Həmçinin 0.0815 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətində olmasına dair iddiaçılar tərəfindən hər hansı bir sübut (mülkiyyət hüququnu təsdiq edən sənəd) məhkəməyə təqdim edilməmişdir. İddia tələbi əsassız olmaqla yanaşı, həm də iddiaçılar tərəfindən irəli sürdükləri tələbl ər üzrə qanunda nəzərdə tutulmuş iddia müddəti də buraxılmışdır. Belə ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ərarvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Lakin iddiaçılar iddialarının əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, iddialarını əsaslandırmamışlar.

9. Balakən Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, e-2(019)-966/2023 nömrəli qətnaməsi ilə iddiа tələbi təmin edilərək iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 və cavabdeh xxx oğlunun ümumi birgə mülkiyyətində olan, ünvan 3i ünvanında yerləşən 0.07 ha həyətyanı və 0.0815 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən İddiaçı2 ¼ hissə, İddiaçı3 ¼ hissə və İddiaçı1 ¼ hissə olmaqla, ümumilikdə ¾ hissə paylarının mü əyyən edilməsi, 100 manat dövlət rusumu xərci cavabdeh xxx oğlundan alınıb İddiaçı2 verilməsi qət edilmişdir. (hakim Hümbət Səlimov)

10. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə cavabdehin və iddiaçıların ümumi birgə mülkiyyətinə ünvan 3i ərazisindən 0.07 ha həyətyanı və 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahələri verilmişdir. Birgə mülkiyyətçilər 0.58 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsinin 0,5014 ha hissəsini Balakən regional “ASAN xidmət” mərkəzinin Notariat ofisinin xx.xx.2022-ci il tarixli,4Ə-431 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun mülkiyyət hüquqları xx.xx.2022-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Qeyd olunan 0,58 ha torpaq sahəsinin 0,0815 ha hissəsi cavabdehin və ailə üzvlərinin mülkiyyətində qalmışdır. İddiaçılar öz paylarının müəyyən edilməsini istəyirlər, cavabdeh isə torpaq sahələrindən iddiaçıların paylarının müəyyən edilməsinə etiraz edir

11. Birinci instansiya məhkəməsi mübahisəli 0.07 ha həyətyanı torpaq sahəsinin cavabdehin mülkiyyətində olması, iddiaçıların bu torpaq sahəsinin onların ümumi birgə mülkiyyətlərində olmasına dair sübut təqdim etməmələri, iddia müddətinin tətbiq edilməsi barədə cavabdehin etirazları ilə bağlı göstərmişdir ki, işdə olan JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətinə əsasən mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə həm cavabdehin, həm də iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh iddiaçıların sözügedən torpaq sahəsindəki paylarını cavabdehin mülkiyyətinə vermələrinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişlər.

12. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf etirazında iddia müddətinin tətbiq edilməsini qeyd etsə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə verməmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ, 29-cu maddəsinin İ, İİ və İV hissələrinə, Mülki Məcəllənin 152.1, 238.1, 213.1-213.2 və 213.5, 214.1-ci, MPM-nin 77.1, 81 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələblərinin “ünvan 3i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə” dair təmin edildiyi hissədə ləğv, iddia tələblərinin “həmin hissədə rədd edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* saylı Çıxarışdan da göründüyü kimi Balakən rayonu, Qullar kəndindəki 0,07 ha torpaq sahəsi, eləcə də həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli, 5 otaqlı, 112,3 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evi cavabdehin mülkiyyətindədir. Lakin məhkəmə əsassız olaraq 0.07 ha həyətyanı torpaq sahəsinə iddiaçıların hər birinin ¼ hissə olmaqla, ümumilikdə ¾ hissə paylarını tanımışdır. JN-150FA KOD 40107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə əlaqədar qeyd edilməlidir ki, cavabdeh həmin şəhadətnamədə göstərilən torpaq sahəsini nikaha girməzdən əvvəl əldə edib. Belə olan halda həmin torpaq sahəsinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 5 saylı qərarı ilə verildiyi şübhə doğurur. Şübhəli məqam həm də ondan ibarətdir ki, iddiaçıların mübahisələndirdikləri di gər torpaq sahəsinin də Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 5 saylı qərarı ilə verilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair JN-0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 27 noyabr 1998-ci il tarixdə verildiyi və Dövlət aktının kiril əlifbası ilə yazıldığı müəyyən edilir. Mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsinə dair JN-150FA KOD 40107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin isə 2004-cü il tarixdə verildiyi və latın əlifbası ilə yazıldığı müəyyən edilir. Lakin birinci instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdırmamış, irəli sürdükləri dəlillərə, işdəki ziddiyyətli məqamlara düzgün hüquqi qiymət verilməmişdir.

16. Apellyasiya baxışında cavabdeh vəsatət verərək işin dayand ırlmasını xahiş etmiş, vəsatətini onunla əsaslandrımışdır ki, cavabdeh “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli, 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi barədə inzibati məhkəmə qaydasında iddia qaldırıb.

17. Apellyasiya instansiyası məhkəməsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN150F nömrəli, 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi tələbinə dair Şəki İnzibati Məhkəməsinin icraatında olan iş üzrə yekun məhkəmə aktı qəbul edilib və qanuni qüvvəsini alanadək hazırki işin icraatını dayandırmışdır.

18. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2-1(116)-2054/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamış, həmin qərardad yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirlmədən saxlanmışdır. Bu səbəbdən hazırki işin icraatı təzələnmişdir.

19. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-308/2024 nömrəli, 24 dekabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Əyyub Kərimov, Tural Həsənov)

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 152.1, 213.1-və 213.2-ci maddələrinə istinadən göstərmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir.

21. Hazırkı mübahisədə iddiaçılar ümumi birgə mülkiyyətdə olan torpaq sahələrinin ideal bölgüsünü, yəni fiziki cəhətdən bölünmədən torpaq sahəsi üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini xahiş edirlər.

22. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə alaraq tərəflərin ümumi birgə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnda iddiaçıların hər birinin ¼ hissə olmaqla, ümumilikdə ¾ hissədə paylarını müəyyən etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh ər izə verərək, Şəki İnzibati Məhkəməsinin icraatında işə baxılıb qurtarılanadək bu iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Hazırki işin icraatı buna görə dayandırılmışdır.

24. Şəki İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-1(116)-2054/2024 saylı qərardadı ilə xxx oğlunun “Torpağın mülkiyyətə verilməsinə dair” JN150F nömrəli, 2004cü il tarixli şəhadətnamənin ləğv edilməsi tələbi”nə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 20 avqust 2024-cü il tarixli, 2-1(107)420/2024 saylı qərardadı ilə verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərardaddan kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(102)-3123/2024 saylı qərardadı ilə kassasiya mümkün sayılmayaraq kassasiya şikayətinin qəbulundan imtina edilmişdir.

25. Göründüyü kimi, hazırkı iş üzrə tərəflərin ümumi birgə mülkiyyətinə verilmiş 0,07 ha həyətyanı torpaq sahəsi barədə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-150F nömrəli, 2004-cü il tarixli şəhadətnamə qüvvədədir.

26. Digər tərəfdən, ölkədə keçirilən torpaq islahatı nəticəsində mübahisə predmeti olan torpaq sahəsi tərəflərin qanuni istifadəsində olduğu üçün onların mülkiyyətinə verilmişdir. Belə ki, “Torpaq islahatı haqqında” Qanununun 9-cu maddəsində göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, ko llektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.

27. Məhz həmin Qanunun qeyd olunan müddəlarına görə həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə tərəflərin ümumi birgə mülkiyyətlərinə verilmişdir. Cavabdeh tərəf iddiaçıların sözügedən torpaq sahəsindəki paylarını cavabdehin mülkiyyətinə vermələrinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir.

28. Birinci instansiya məhkəməsi tərəfindən iş ə baxılarkən prosessual qanunvericiliyin tələblərinin pozulması barədə apelyasiya şikayətini dəlillərinə münasibətdə apelyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iş materiallarına əsasən birinci instansiya məhkəməsi işə tərəflərin iştirakı ilə baxaraq yekun məhkəmə aktını qəbul etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, iddiaçıların tələblərinin əsası kimi təqdim etdikləri sübutlar iddia tələbinin təmini üçün yetərlidir, cavabdeh isə iddianın təmin olunmasına qarşı əsaslı şübhə yaradan hər hansı bir sübut təqdim etməmişdir.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məclllənin 140, 152.1, 213.1, 213.2, 213.5, 214.1, 225.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

32. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 24 dekabr 2024-cü il tarixli qətnaməsinin qismən – “ünvan 3i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə” dair təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələblərinin “ünvan 3i ünvanında yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə” aid hissədə rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün əsaslandırılmamış, işdəki mövcud olan bir sıra sübutlara düzgün hüquqi qiymət verməmişdir. Apellaysiya instansiyası məhkəməsi 0,07 ha torpaq sahəsinin cavabdehin mülkiyyətində olması barədə hər hansı bir sübutun təqdim edilməməsi dəlili ilə əlaqədar qeyd edilməlidir ki, təqdim edilmiş sübutlardan da göründüyü kimi, Balakən rayonu, Qullar kənd H. Nəsibov adına kolxozun 25 mart 1988-ci il tarixli 2 №-li Ümumi Yığıncağının qərarı ilə iddiaçıya 0,07 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsində cavabdeh tərəfindən 1991-ci il tarixdə fərdi yaşayış evi tikilmişdir. Məhkəmənin istinad etdiyi işdə olan JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə əlaqədar isə qeyd olunmalıdır ki, cavabdeh həmin torpaq sahəsini nikaha girməzdən əvvəl əldə etmişdir. Belə olan halda həmin torp aq sahəsinin Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verildiyi şübhə doğurur. Şübhəli məqam həm də odur ki, iddiaçıların mübahisələndirdikləri digər torpaq sahəsinin də Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə verilməsinə baxmayaraq, həmin torpaq sahəsinə dair JN0089 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının 27 noyabr 1998-ci il tarixdə verildiyi və Dövlət aktının kirill əlifbası ilə yazıldığı müəyyən edilir. Mübahisəli 0,07 ha həyətyanı torpaq sahəsinə dair JN-150FA KOD 40107018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin isə 2004cü il tarixdə verildiyi və latın əlifbası ilə yazıldığı müəyyən edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş dəlillərə və işdəki ziddiyyətli məqamlara düzgün hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ver mək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri ar asındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi tam mübahisələndirilib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsini qətnaməsi Balakən rayonu, Qullar kəndində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinə” dair iddianın təmin edilən hissəsi olub. Bu baxımdan, qətnaməni tam yoxlanılması dedikdə həmin hissə başa düşülür.

38. Məhkəmə k ollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

41. Məhkə mə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

42. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

43. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən hallarına görə ünvan 3i ərazisindən 0.07 ha həyətyanı torpaq sahəsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarı ilə c avabdehin və iddiaçıların ümumi mülkiyyətinə verilib.

44. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbinin təmin edilməsi barədə gəlinən nəticə də əsaslı və qanuni olmuşdur.

45. Məhkəmə kollegiyası JN-150FA KOD 40107018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını təşkil edən Balakən Rayon Aqrar İslahat Komissiyasının 24 aprel 1998-ci il tarixli 05 saylı qərarının şübhə doğurması barədə cavabdehin kassasiya şikayətinin dəlillərini qəbul etmir. Belə ki, işdən görünür ki, cavabdeh “Torpağın mülkiyyətə verilməsinə dair” JN150F nömrəli, 2004-cü il tarixli şəhadətnamənin ləğv edilməsi ilə bağlı mübahisə açmış və Şəki İnzibati Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2-1(116)-2054/2024 saylı qərardadı ilə onun iddiası mümkün sayılmamış, həmin qərardadı apellyasiya və kassasiya instansiyalrı məhkəmələri dəyişdirmədən saxlamışdır.

46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-308/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar