Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1234/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması 21.05.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1995/2024 nömrəli mülki iş üzrə 5 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 21 may 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət q eydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-231A nömrəli Şəhadətnaməyə əsasən, Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının 22 iyul 1998-ci il tarixli, 219 saylı sərəncamı ilə Cavabdeh 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edi lməsini xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdeh bu torpaq sahəsini tamamilə qanunsuz olaraq zəbt edərək oranı hasarlamışdır. Bununla bağlı o, cavabdehə dəfələrlə müraciət etmişdir ki, ona məxsus qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxsın. Lakin cavabdeh onun sözlərinə məhəl qoymayaraq torpaq sahəsini tərk etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi əsas götürülməklə, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli mühəndis-texniki ekspertizasının rəyinə, habelə mülki iş materialları nda olan xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, iddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq onun özü tərəfindən istifadə edilmədiyi müəyyən olunmuşdur. Belə ki, həmin 0.06 ha (600 kv.m) torpaq sahəsinin 220 kv.m hissəsi faktiki olaraq ərazidə mövcud olan istifadəsiz sahə, 380 kv.m hissəsi isə cavabdehin faktiki istifadəsində olan həyətyanı torpaq sahəsi ilə üst-üstə düşmüşdür. Cavabdehin faktiki istifadə sahəsi, xx.xx.2021-ci il tarixli X2 ilə eynidir. Belə ki, Texniki Pasportda göstərildiyi kimi cavabdehin faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.06 ha hissəsi xüsusi mülkiyyətindədir. Lakin faktiki istifadəsində olan 0.132 ha torpaq sahəsinin 0.072 ha hissəsi mülkiyyətindən əlavə istifadə sahəsidir. İddiaçıya məxsus 0.06 ha torpaq sahəsinin faktiki olaraq 220 kv.m hissəsi ərazidə yerləşən boş sahə ilə, 380 kv.m hissəsi isə cavabdehin mülkiyyətindən əlavə istifadə etdiyi torpaq sahəsi ilə üst-üstə düşür.
6. Gəncə Şəhər Məhkəməsinin 2(125)-19/2024 saylı mülki iş üzrə 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ədil Məmmədov) iddia qismən təmin edilərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsinin zəbt edilmiş 380 kv.m hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə işə əlavə edilmiş sübutları, o cümlədən Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli mühəndis-texniki ekspertizasının rəyini araşdıraraq müəyyən etmişdir ki, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır. Həmin torpaq sahəsinin 380 kv.m hissəsi cavabdeh tərəfindən istifadə olunmuş və nəticədə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilməmişdir. Cavabdehin həmin torpaq sahəsi barəsində hər hansı hüququ qeydə alınmamışdır.
8. Məhkəmə qeyd etmişdir ki, mülkiyyətçinin qanunla qorunun hüquqları müdafiə edilməlidir. İrəli sürülən hazırkı iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin 157.2-ci, Torpaq Məcəlləsinin 82, 111.1, 111.2, 111.3-cü maddələrində nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəlmişdir ki, irəli sürülən iddia təmin edilməlidir.
9. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci, habelə Torpaq Məcəlləsinin 82, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ic raat
10. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşkəsən rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 219 saylı sərəncamına əsasən ona 0,06 ha torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququnu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən JN-235 saylı Şəhadətnamə verilmişdir. Həmin vaxtdan o, həmin bu torpaq sahəsini, həmçinin bu torpaq sahəsinin qarşısında yerləşən 110 kilovoltluq yüksək gərginlikli elektrik xəttinin altındakı boş torpaq sahəsindən istifadə etmişdir. O, dəfələrlə həmin bu torpaq sahəsinin də onun mülkiyyətinə verilməsinə d air Daşkəsən rayonu Quşçu bələdiyyəsinə müraciət etmişdir. Lakin Quşçu bələdiyyəsindən ona bildirmişlər ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xərcləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli, çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajlarının tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. Torpaq sahəsini Ruzbəh Müqəddimədən alan İddiaçı ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun torpaq sahəsindən çıxmağını tələb etmişdir. Bundan sonra o, Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, həmin bu torpaq sahəsinə dair ve rilmiş qərar və protokolun ləğv edilməsini xahiş etmişdir. X3 Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə onun şikayəti təmin edilməmiş və onun belə bir iddia ilə müraciət etmək üçün subyektiv hüququnun olmadığı bildirilmişdir. Ona görə də, o, Ədliyyə Nazirliyi Gəncə Regional Ədliyyə İdarəsinə qarşı Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Daşkəsən rayonu Quşçu Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 10 saylı qərarının ləğv edilməsi barədə məhkəməyə iddia ərizəsi vermək öhdəliyinin Ədliyyə Nazirliyinin Gəncə Regional Ədliyyə İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş və iddia ərizəsi İnzibati Məhkəmə tərəfindən icraata qəbul edilmişdir. O, birinci instansiya məhkəməsində mülki üzrə icraa tın dayandırılmasını xahiş etsə də, iş üzrə icraat dayandırılmamış və məhkəmə qanunsuz olaraq iddianı təmin etmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1995/2024 nömrəli mülki iş üzrə 5 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Günay Cavadova və İslam Həsənov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sözügedən Çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin 0.06 ha torpaq sahəsinin 380.0 kv. m hissəsi heç bir hüquqi əsaslar olmadan cavabdeh tərəfindən zəbt edilərək istifadə olunmuşdur. İşin həmin halı birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş müvafiq mütəxəssis və ekspertiza rəyləri ilə də təsdiq edilmişdir.
14. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edərək, qeyd etmişdir ki, həmin dəlillər qətnamənin ləğv edilməsinə və iddianın rədd edilməsinə hüquqi əsas verməmişdir.
15. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən, həm də, Azərbaycan Respublikası Mülki Məcəllənin 140-cı maddəsində qeyd edilən daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyasını əsas kimi qəbul etmişdir.
16. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157-ci, habelə Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Şikayət onunla əsaslandırılmışdır ki, bələdiyyələrlə iş Mərkəzində aparılmış araşdırma zamanı müvafiq ekspertiza təyin edilmiş və iddiaçının adına olan torpaq sahəsinin yüksək gərginlikli elektrik xətlərinin altında olduğu müəyyən olunmuşdur. Buna görə də həmin torpaq sahəsinin fərdi yaşayış evi tikilməsi üçün satılması qanunvericilik baxımından qeyri-mümkün olduğuna görə Ədliyyə Nazirliyi tərəfindən həmin bələdiyyə qərarı qanunsuz hesab edilmiş və bu qərarın ləğvi ilə əlaqədar Quşçu bələdiyyəsinə müvafiq tapşırıqlar verilmişdir. Həmin bu sənədləri məhkəməyə təqdim etsə də məhkəmə tərəfindən onlar nəzərə alınmamış və onlara düzgün hüquqi qiymət verilməmişdir. Bununla da məhkəmə tərəfindən “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.4-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçının adına olan torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin altında yerləşməklə qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilmişdir. İddiaçının adına torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış olduğu üçün o, həmin çıxarışın da qanunvericiliyin tələblərinin pozulması ilə əldə etdiyini bildiyi halda, həmin çıxarışdan sui-istifadə edərək onun hüquqlarının pozulması ilə nəticələnən iddia qaldırmışdır. Məhkəmə də həmin bu çıxarışın qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilməsi barədə məlumat olmasına baxmayaraq məhkəmə tərəfindən iddiaya düzgün hüquqi qiymət verilməmiş və bununla da Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə yalnız ekspert rəylərinə istinad etmiş, lakin işin bütün hallarını ətraflı araşdırmamışdır. O, iddiaçının adına olan çıxarışın qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə əldə edilməsini məhkəmənin nəzərinə çatdırmışdır. Bununla da Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinin tələbləri pozulmuşdur. İddiaçının adına olan torpaq sahəsinə dair çıxarışın qanunvericiliyin tələblərinin pozulması ilə əldə edilməsinə dair X 1 cavabını, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin məktubunu və digər sənədləri təqdim etsə də, məhkəmə tərəfindən həmin sənədlər sübut kimi qiymətləndirilməmiş və ümumiyyətlə məhkəmə qətnaməsində onların adı çəkilməmişdir. Bununla da Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Amma mülki işin sənədlərinə görə iddiaçının adına olan dövlət reyestrindən çıxarış qanunvericiliyin tələblərinin pozulması ilə əldə edildiyi halda və həmçinin həmin torpaq sahəsindən istifadə edilməsi qanuna görə qadağan edildiyi halda məhkəmə tərəfindən buna düzgün hüquqi qiymət verilməmiş və iddia təmin edilmişdir. Bununla da Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbləri pozulmuşdur. Mübahisə predmeti olan torpaq sahəsinin ayrılmasına dair qərarın lə ğvinə görə Gəncə İnzibati Məhkəməsinə ünvanladığı iddia ərizəsini məhkəməyə göndərərək, iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuş və qətnamə qəbul edilmişdir. Məhkəmə tərəfindən vəsatəti nəzərə alınmamış, iş üzrə icraat dayandırılmamış və bununla da Mülki Prosessual Məcəlləsinin 254-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bu işlə əlaqədar xx.xx.2024-cü il tarixinə təyin edilmiş sonuncu məhkəmə iclasında məhkəməyə ərizə yollayaraq mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən vəsatəti təmin edilməmiş və həmçinin qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. Qarşılıqlı iddianın baxılmamış sax lanılması üçün onun üzrsüz səbəbdən məhkəmə iclasına gəlməməyi əsas olardı. Amma işin hallarından göründüyü kimi o, məhkəməyə müraciət edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən MPM-in 259-cu maddəsinin tələbləri kobud şəkildə pozularaq, onun müraciəti nəzərə alınmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər.
21. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur. Heç kəs məh kəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
25. Maddə
84. Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur.
26. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
27. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübu tlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayəti ndə irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
36. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
37. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, ka ssasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
38. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəlidyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Reyestr Xidməti tərəfindən verilmiş 21 iyun 2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 2 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir və həmin 0.06 ha torpaq sahəsinin 380.0 kv.m hissəsi heç bir hüquqi əsaslar olmadan cavabdeh tərəfindən zəbt edilərək istifadə olunmuşdur.
39. İşin bu halları birinci instansiya məhkəməsinə təqdim edilmiş mütəxəssis və ekspert rəyləri ilə də təsdiq edilmişdir. Buna görə də cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi üçün əsas hesab oluna bilməz.
40. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsində qeyd edilən daşınmaz əmlakın dövlət reyestrinin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasını əsas kimi qəbul etmiş, həm də cavabdehin mübahisəli 320 kv.metr torpaq sahəsinə hər hansı hüququnun olmamasını da nəzərə almışdır.
41. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 5 dekabr 2024-cü il tarixli, 2(104)-1995/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.