Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1235/2020 21.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi ilə, İddiaçı2 vəkili Vəliyev Ramil Əmirxan oğlunun, X1 və onun vəkili Əliyev Nihad Sahib oğlunun iştirakları ilə, X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: X1 Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qət naməsindən kassasiya şikayəti verərək, qətnamənin ona münasibətdə ləğv edilməsini, onun ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə hüququnun tanınmasını, İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qeyd olunan mübahisəli mənzilin kirayə verilməsi ilə bağlı İddiaçı1 oğlu ilə 37 saylı MKİS-nin rəisi X4 arasında bağlanılmış 01 dekabr 2017-ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. İşin halları: İlkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin bölünməsi” tələbinə dair ilkin və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabd eh1, Cavabdeh2 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair qarşılıqlı, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 qarşı “istifadə hüququnun tanınması və cavabdehlərin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizələriilə məhkəməyə müraciət etmişdilər. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən A.Əliyev, iş 2(005)-887/2018) ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı i ddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin bölünməsi və mənzildən çıxarılma” tələbinə dair ilkin iddia ərizəsinin təmin edilməməsi, Cavabdeh2 qarşılıqlı iddia ərizəsinin təmin edilməsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddiasının qismən təmin edilməsi, ünvan 2 ünvanında yerləşən 120,68 kv.m sahəsi olan 4 otaqdan ibarət sahənin icarəyə götürülməsi haqqında Bakı şəhəri, Nərimanov rayonu, 37 saylı MKİS-nin rəisi X4 ilə İddiaçı1 arasında bağlanmış 01 dekabr 2017-ci il tarixli Kirayə müqaviləsinin etibarsız hesab edilməsi, ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mübahisə predmeti barədə müstəqil tələ b irəli sürən üçüncü şəxs X1 ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə istifadə hüququnun tanınması və mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski (sədrlik edən və məruzəçi), Z.Əliyev və R.Eyvazov, iş № 2(103)-1038/2019) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsinin ləğv edilməklə iş üzrə yeni qətnamə qəbul edilməsi və hər üç iddianın rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 31 iyul 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Xələfov (sədrlik edən və məruzəçi), Q.Allahverdiyev və Ə.Şadıyev, iş № 2(102)-5304/2019) iş üzrə müstəqil tələb irəli sürən 3-cü şəxs X1 kassasiya şikayəti təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Qurbanov və A.Hüseyn, iş № 2(103)-12419/2019) iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Nərimanov Rayon Məhkəməsinin 16 aprel 2018-ci il tarixli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs X1 iddia tələblərinə aid hissəsində ləğv edilmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşı “Bakı şəhəri, ünvan 1 ünvanın da mənzilinin faktiki istifadəsində olan iki otağı üzərində onun istifadə hüququnun tanınması, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bakı şəhəri, ünvan 1 ünvanında mənzildən istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərlə və Evlər İdarəsi arasında bağlanmış kirayə müqaviləsinin etibarsız sayılması” barədə iddiasının rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: X1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ona münasibətdə ləğv edilməsini, onun ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə hüququnun tanınmasını, İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qeyd olunan mübahisəli mənzilin kirayə verilməsi ilə bağlı İddiaçı1 oğlu ilə 37 saylı MKİS-nin rəisi X4 arasında bağlanılmış 01 dekabr 2017-ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: X1 və onun vəkili Əliyev Nihad Sahib oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin X1 münasibətdə ləğv edilməsini, X1 ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə hüququnun tanınmasını, İddiaçı1, İddiaçı2, İddiaçı3 ünvan 1 ünvanında yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsini və qeyd olunan mübahisəli mənzilin kirayə verilməsi ilə bağlı İddiaçı1 oğlu ilə 37 saylı MKİS-nin rəisi X4 arasında bağlanılmış 01 dekabr 2017ci il tarixli kirayə müqaviləsinin etibarsız hesab edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı2 vəkili Vəliyev Ramil Əmirxan oğlu izahatında göstərmişdir ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmay araq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki ha llarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ünvan 2 ilkin iddia ərizəsi üzrə İddiaçı1, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 və üçüncü şəxs X1 ataları olmuş X5 verilmiş və Nərimanov rayon XDS-nin 22 fevral 1980-ci il tarixli, 77 nömrəli qərarı ilə sahəsi 16,5 kv.m olan Nərimanov rayonu,ünvan 1 ünvanında mənzil 5 X5 verilmiş 6 saylı mənzilə birləşdirilmişdir. Üçüncü şəxs X1 mübahisəli mənzilə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eləcə də halhazıra kimi üçüncü şəxs “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsində təsbit olunmuş hüquqlarından istifadə etməmiş və mübahisəli mənzili özəlləşdirməmişdir. Mmübahisəli mənzil üzərində müstəqil tələb irəli sürən üçüncü şəxs X1 mülkiyyət hüququ Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınmamışdır. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 695.1-ci, Mənzil Məcəlləsinin 81.2-ci maddələrini tətbiq etmişdir. X1 kassasiya şikayətində a pelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqınd a” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli Bakıldə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, eyni ünvanda yerləşən 4 saylı dövlət mənzil fonduna məxsus olmuş mənzil X1 tərəfindən özəlləşdirilmiş və onun adına mülkiyyət kimi qeydiyyata alınaraq, ona RX seriyalı ******* saylı, qeydiyyat tarixi 30.10.2017-ci il olmaqla çıxarış verilmişdir. Bundan əlavə Bakı şəhəri Nərimanov rayon XDSİK-nın 29 aprel 1988-ci tarixli qərarı ilə hazırda mübahisəli olan, yaşadıqları mənzil darısqal olduğuna görə Əliyev Əbdüləhəd Hidayət oğlu ilə 3 nəfər ailə üzvlərinə Günəşli yaşayış ünvan 2 ünvanında mənzili verilmiş və bu 266800 saylı orderlə rəsmiləşdirilmişdir. Bakı şəhəri, Nərimanov rayonu XDS-inin İK-nin qərarında hazırda mübahisəli olan mənzildə 7 nəfərin, icarədarın 6 nəfər ailə üzvündən ibarət qızının və oğlu Hüseynin qalması qeyd olunmuşdur. (bax iş. vərəq 81, 60) Beləliklə, müəyyən edilir ki, kassator Ca vabdeh1 mübahisəli mənzilə heç bir subyektiv hüququ qalmamış, onun kassasiya şikayəti əsassız olmaqla təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1235/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1235/2020
21.02.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver