Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1235/2025 15.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddiası ilə bağlı birinci mülki iş, iddiaçı Maraqlı şəxs Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ilə bağlı ikinci (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abduləzimov Araz Əzim oğlu cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: (kassasiya şikayətinin qaytarılması, kassasiya şikayətinin verilməsi üçün prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “qeyri-yaşayış sahəsinin sahibinə təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı birinci mülki iş, iddiaçı Maraqlı şəxs Cavabdehnə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2025-ci il tarixli 2(105)-35/2024 saylı qərardadından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abduləzimov Araz Əzim oğlu tərəfindən verilmiş kassasiya şikayətinə tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı (bundan sonra birinci iş üzrə iddiaçı) Cavabdehnə (bundan sonra birinci və ikinci iş üzrə cavabdeh) qarşı “qeyri-yaşayış sahəsinin sahi binə təhvil verilməsi” tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MMCnin üzərinə 5 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Abşeron Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(012)-1312/2020 nömrəli, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva), iddia tələbi təmin edilmiş, 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M. Hüseynzadə 1 ünvanda inşa edilən yaşay ış binasının 4-cü blok, 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil edən qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir.
3. İkinci iş üzrə: İddiaçı Maraqlı şəxs (bundan sonra ikinci iş üzrə iddiaçı) Cavabdehnə qarşı “öhdəliklərin icrasının həvalə edilməsi, mülkiyyətə maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə X3 arasında bağlanılmış və xx.xx.2017-ci il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsinin - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.metr qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Səfiyeva), iddia təmin edilmiş, xx.xx.2016-cı il tarixdə "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış və xx.xx.2017-ci il "xxxx" MMC ilə Müzəffər Məmmədli arasında bağlanılmış (yenilənmiş) müqavilələr üzrə öhdəliklərin yerinə yetirilməsi vəzifəsi - Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanı A və B blok, İİ (üst) mərtəbəni 1 pay kimi, ümumi sahəsi 780 kv.metr, 176 kv.metr əlavə lift və pilləkən yeri olmaqla, cəmi 956 kv.m. qeyri-yaşayış sahəsinin və ünvan 3 ünvanı V blok 12-ci mərtəbəsində yerləşən 329 nömrəli izolə olunmuş 3 otaqdan ibarət mənzilinin iddiaçıya təhvil verilməsi və mülkiyyətə yaranan maneənin aradan qaldırılması vəzifəsi cavabdehin üzərinə qoyulmuş, Cavabdeh MMC-dən 20 manat dövlət rüsumunun tutulub iddiaçı Maraqlı şəxs ödənilməsi qət edilmişdir.
5. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən narazı qalan Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-471/2022 nömrəli, 15 mart 2022-ci il tarixli (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Qətnamədən Cavabdeh MMC (Vəkil4 Zakir qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3971/2022 nömrəli, 17 oktyabr 2022-ci il tarixli (hakimlər Z.Əliyev (məruzəçi), A.Hüseynov və Ə. Nurməmmədov) qərarı ilə, kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 15 mart 2022-ci il tarixli qətnaməsi qismən – qeyri yaşayış sahəsinə aid hissədə ləğv edilmiş və həmin hissədə işin yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Sumqayıt Apellyasiya Məhkəməs inin Mülki kollegiyasının 2(105)-35/2024 nömrəli, 22 iyul 2024 il tarixli qətnaməsi ilə (hakimlər L.Rəhimli (sədrlik edən və məruzəçi), A. Mahmudov və F.Məmmədov) Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1312/2020 nömrəli, xx.xx.2020-ci il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-4031/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnamələri ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı “Cavabdeh MMCnin üzərinə 05 sentyabr 2019-cu il tarixli, 010 nömrəli müqavilə üzrə öhdəliyi olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının B bloku üzrə 2-ci mərtəbəsində sahəsi 264 kv.metr təşkil ed ən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin qoyulması barədə” iddiasının təmin olunmaması, Maraqlı şəxs iddiasının qismən təmin edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə 1 ünvanında inşa edilmiş yaşayış binasının A(4) blokunun 2-ci mərtəbəsində yerləşən 135,7 kv.metr qeyri-yaşayış sahəsinin, B(5) blokunun 2-ci mərtəbəsində yerləşən 469,7 kv.metr qeyri-yaşayış sahəsinin Cavabdeh MMC tərəfindən Maraqlı şəxs təhvil verilməsi və maneələrin aradan qaldırılması, Maraqlı şəxs iddiasının qalan qeyri-yaşayış sahəsinə aid hissədə təmin olunmaması qət edilmişdir.
12. Qətnamədən birinci iş üzrə İddiaçı (Vəkil4) və ikinci iş üzrə iddiaçı Maraqlı şəxs (Vəkil3) ayrı-ayrılıqda kassasiya şikayətləri vermişlər.
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarix li, 2(102)3986/2024 nömrəli qərarı ilə (hakimlər- Z.B.Babayev (sədrlik edən və məruzəçi), Ə.M.Xıdırov, V.Ə.Baxışova) birinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir, ikinci iş üzrə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 35/2024 nömrəli, 22 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
14. Bundan sonra, yəni xx.xx.2025-ci il tarixdə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abduləzimov Araz Əzim oğlu tərəfindən kassasiya şikayəti verilmişdir.
15. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(105)-35/2024 nömrəli qərardadı ilə (hakimlər – L.E.Rəhimli (sədrlik edən və m əruzəçi), A.M.Süleymanova, F.Ə.Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-35/2024 nömrəli qətnaməsindən Abduləzimov Araz Əzim oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsində nəzərdə tutulmuş 2 aylıq müddət ötürülməklə verilmişdir.
17. Belə ki, iş materiallarının 4-cü cildin 49-cu səhifəsində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə X2dan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-35/2024 nömrəli qətnaməsi Abduləzimov Araz Əzim oğluna məxsus elektron kabinetə xx.xx.2024-cü il tar ixdə yerləşdirilmişdir. Beləliklə, kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bununla belə, kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni MPM-in 408.5-ci maddəsinə əsasən 101.3., 74.1.,130.1.,130.3.,135.5.,135.6.,405.0.1,408.1.1-408.1.5 və 408.1.7-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri:
19. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abduləzimov Araz Əzim oğlu (onun vəkili Vəkil4) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-35/2024 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan 2(105)-35/2024 saylı iş üzrə məhkəmə iclaslarında sadəcə 1 dəfə iştirak edib və iş üzrə yekun məhkəmə aktı olaraq qətnamə çıxarılmasından məlumatı olmamışdır. Fiziki şəxs olaraq, “Elektron məhkəmə informasiya sistemindən” istifadə edə bilmir. Qeyd edib ki, o, adı çəkilən icraatda üçüncü şəxs kimi iştirak etməsinə baxmayaraq, məhkəmənin şikayət olunan qətnaməsi ona təqdim edilməyib. Həmçinin, ona qətnamənin elektron sistemə əlavə edilməsinə dair heç bir SMS bildirişi göndərilməmişdir. Bu səbəbdən, müvafiq məhkəmə qətnaməsindən xəbərdar olmamışdır. Bu da öz növbəsində, onun prosessual hüquqlarının pozulmasına gətirib çıxarmışdı r.
21. Kassasiya şikayəti AR Mülki Prosessual Məcəlləsinin 135.6 və 135.7-ci maddələrinə istinad olunaraq əsaslandırlmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə:
22. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
24. Maddə 133.1. Məhkəmə qanunla müəy yən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
25. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
26. Maddə 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır.
27. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edə n şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.
28. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir.
29. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yer li özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
30. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci və 135.3-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
31. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində ondan kassasiya şikayəti verilə bilər.
32. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, geri qaytarılır.
33. Maddə 408. 1.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu apellyasiya məhkəmələrində bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında kassasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə, kassasiya şikayəti qaytarılır.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrı: Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya M əhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsi zlik bаxımındаn şübhə аltınа аlınmаsın. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarı: MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara Apelyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlar ından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Kassasiya baxışının hədləri:
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qərar dad mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.
38. Kassasiya şikayətinin dəlilləri Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.
39. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.4-cü maddəsini tətbiq etmişdir.
40. Həmin normanın tələ binə görə kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə, şikayət geri qaytarılır.
41. Belə ki, “AZEMİS” “Elektron Məhkəmə” İnformasiya Sisteminə baxış keçirilərkən müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)- 35/2024 nömrəli, 22 iyul 2024 il tarixli qətnaməsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abduləzimov Araz Əzim oğlunun şəxsi elektron kabinetinə “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq xx.xx.2024-ci il tarixində saat 16:06-da yerləşdirilib.
42. Bununla bağlı “AZEMİS” “Elektron Məhkəmə” X2 iş materiallarına əlavə edilib. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Abduləzimov Araz Əzim oğlunun kassasiya şikayəti verilməsi üçün nə zərdə tutulmuş müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə yerləşdirilmiş, bununla da, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır və müddətin bərpası barədə vəsatət verilməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən məsələyə baxılarkən hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilməmişdir.
44. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
45. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(105)-35/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.