Məhkəmə qərarları › İş №2(102)-1237/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1237/2020

02.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1237/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili X oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 dekabr 2019-cu il tarixli qərardadından cavabdeh X3 və vəkili V oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Ünvan küçəsində yerləşən 300 kv.m torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırkı iş üzrə 13 fevral 2018-ci ildə qiyabi qətnamə çıxarılmışdır. Cavabdehin qiyabi qətnamənin ləğvinə dair ərizəsinə əsasən Suraxanı Rayon Məhkəməsi 07 may 2018-ci il tarixli qərardadı ilə 13 fevral 2018-ci ildə qiyabi qətnaməni ləğv etmiş və işə mahiyyəti üzrə baxılmasını təzələmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh X3nun Bakı şəhəri, Ünvan küçəsində yerləşən və icarə hüququ ilə İddiaçı aid olan 300 kv.m-lik torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edi lmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2019-cu il tarixli 2(102)-1726/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin olunaraq Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 11 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 02 dekabr 2019-cu il tarixli 2(103)7703/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki koll egiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi, verilmiş kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh X3 və vəkili V oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, mülki işin materiallarında apellyasiya məhkəməsinin mübahisələndirilən qətnaməsinin 24 iyun 2019-cu il tarixdə şəxsən qəbzə imza etməklə almağını təsdiq edən heç bir sənəd yoxdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsini apellyasiya məhkəməsinə müraciət edib rəsmi qaydada 15.10.2019-cu il tarixdə aldığını qeyd edir. Hesab edirlər ki, kassasiya şikayəti vermə müddəti üzürlü hesab edilməlidir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7703/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilib, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında prosessual müddətin buraxılmasının üzürlü hesab edilərək bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)7703/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası, İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olara q işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7703/2019 saylı 02 dekabr 2019-cu il tarixli qərardadı ləğv edilməli, iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün apellyasiya intansiyası məhkəməsinə qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini geri qaytararkən Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 40 5.0.1 və 408.1.4-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, kassasiya şikayəti verilmə müddətinin üzrlü səbəbdən buraxılması iş materialları ilə öz təsdiqini tapmamış və hazırki iş üzrə çıxarılmış qətnamədən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Belə ki, kassasiya şikayətinin vermə müddətinin üzrlü səbəbdən buraxılması iş materialları ilə öz təsdiqini tapmamış və hazırki iş üzrə çıxarılmış qətnamədən qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbinin üzrlü hesab edilməsi üçün hər hansı bir əsas yoxdur. Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7703/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsindən 24 oktyabr 2019-cu il tarixdə kassasiya şikayəti verməklə, qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 403.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. - 405.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına cavabdehin vəkili Vəkil tərəfindən daxil olmuş ərizə və ərizəyə əlavə edilmiş məktublardan görünür ki, vəkil Vəkil “xxxx” MMC-nin 4 saylı Poçt filialına sorğu ilə müraciət edərək qeyd etmişdir ki: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7703/2019 saylı, 11 iyun 2019-cu il tarixli qətnaməsi 19 iyun 2019-cu il tarixli 2(103)-7703/2019 saylı məktubla poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilsə də məktub ona çatdırılmamışdır. Lakin buna baxmayaraq 14.08.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış AZ1049/********** nömrəli teleqramda SS587291965 saylı sifarişli məktubun Cavabdeh 24.06.2019-cu il tarixdə şəxsən təqdim olunduğu qeyd olunmuşdur. Halbuki, qeyd olunan SS587291965 saylı sifarişli məktub üzrə “xxxx” MMC-yə məxsus “azərpost.az” saytının “poçt göndərişlərinin izlənməsi bölməsində” müvafiq nömrəni qeyd etməklə axtarış etdikdə “məlumat tapılmadı” nəticəsi ekranda görünür. Bundan başqa 4 saylı poçt filialının 49 saylı poçt şöbəsinə müraciət edib qeyd edilən məktubun təqdim olunmasını təsdiq edən sənədi təqdim etmələrini təkidlə xahiş etsələr də elə bir sənədi təqdim edə bilmədikləri qeyd edilmişdir. Qeyd edilənlərə əsasən mövcud vəziyyətə aydınlıq gətirilməsini xahiş etmişdir. Ərizəyə əlavə edilmiş 21 fevral 2020-ci il tarixli məktubla müəyyən edilir ki, sorğuya cavab olaraq “xxxx” MMC-nin 4 saylı poçt filialının rəisi X “göndərişin qəbulu günündən 6 (altı) aydan çox müddət keçdiyinə görə, müfəssəl informasiya verilməsinin imkanları xaricində olduğunu” qeyd etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin vaxtında verilib- verilmə məsi məsələsi ətraflı araşdırılmamışdır. Belə ki, Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan “xxxx” MMC tərəfindən 14 avqust 2019-cu il tarixdə verilmiş AZ1049/********** №-li teleqrama istinad etsə də nəzərə almamışdır ki, mülki işin materiallarında Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2019-cu il tarixli qətnaməsinin 24 iyun 2019-cu il tarixdə cavabdeh X3 tərəfindən şəxsən qəbzə imza edilməklə alındığını təsdiq edən heç bir sənəd yoxdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsaslı sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilərək, iş kassasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh X3nun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 dekabr 2019-cu il tarixli 2(103)7703/2019 saylı qərardadı ləğv edilərək iş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402-407-ci maddələrini tələblərinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar