Məhkəmə qərarları › İş №2(102)-1237/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1237/2025

16.05.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1237/2025 16.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6585/2024 nömrəli 17 dekabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfin dən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1 ünvanında yerləşən sahəsi 59,20 kv.m. mənzil üzərində Cavabdeh tam mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 2. xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən, satıcı Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m. olan mənzilin tam hissəsini alıcı X4 mülkiyyətinə verməyi, alıcı - X2 - Cavabdeh 110000 manat ödəməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri 32 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin surətinə əsasən, satıcı X6 ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan mənzili, alıcılar İddiaçı1 Ağayar oğlu və İddiaçı2, hər birinə ½ hissə olmaqla, mülkiyyətinə verməyi, alıcılar - İddiaçı1 Ağayar oğlu və İddiaçı2 satıcı - X5 111000 manat ödəməyi öhdəsinə götürmüşdür.

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən, ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerl əşən sahəsi 59,20 kv.m. mənzilin ½ hissəsi üzərində İddiaçı1 və ½ hissəsi üzərində İddiaçı2 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. 5. "xxxx" ASC ilə İddiaçı1 Ağayar oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 48101178 nömrəli müqaviləyə görə, "xxxx" ASC-nin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə DÜİST2874-82 nömrəli Dövlət Standartının tələblərinə uyğun içməli suyun buraxılması, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkə məyə müraciət edərək, Cavabdeh mülkiyyətçisi olduqları ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanındakı evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan xüsusi mülkiyyəti ******* saylı, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X3 dəyəri tam şəkildə ödənilməklə satın almışlar. Həmin mənzilə dair onların adına paylı mülkiyyət hüququ ilə çıxarış verilmişdir. Mənzili satın aldıqları zaman mənzildə cavabdeh yaşayırdı. Onlara bildirib ki, 1 ay müddətində ev boşaldılacaq. Lakin bu günədək cavabdeh mənzildən çıxmaq istəmir. Dəfələrlə xəbərdarlıq edib, polisə şikayət etsələr də bunlar fayda verməmişdir. Nəticədə son çıxış yolu kimi məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdeh konstitusion hüquqları olan mülkiyyət hüquqlarını qanunsuz və əsassız şəkildə məhdudlaşdırmışdır. Hazırda cavabdeh bu qanunsuz hərəkətlərini davam etdirir. Bundan başqa cavabdeh onların öz əmlaklarına daxil olmağa və əmlakdan sərbəst şəkildə istifadə etməyə maneələr törədir. Hesab edirlər ki, Cavabdeh mülkiyyətçisi olduqları ünvan 1 (Yeni qaydalarla AZ 1070 ünvan 2 ünvanındakı evdən çıxarılması, evin onlara təhvil verilməsi və cavabdeh tərəfindən əmlaka daxil olmaqlarına və sərbəst şəkildə istifadə etməklərinə dair törədilən bütün növ maneələrin aradan qald ırılması barədə qətnamə qəbul edilməsi zəruridir.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Sultanova-Məmmədova) 2(004)-1208/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

9. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən İnsan Hüquqları və Əsas Azadlıqları haqqında Avropa Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalə tli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir.

10. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 43cü maddələri; Mülki Məcəllənin 152.1, 152.5, 153.4 və 157.2-ci maddələrinə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvesiyasının xx.xx.1952-ci il tarixli 1 saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat

11. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun kürəkəni Ələkbərоv İbrаhim Аzər оğlu bоrc pulа еhtiyаcı оlduğu üçün 2-3 ildir ki, sələmçi kimi tаnıdığı Lətаfət və Dilbər аd lı şəхslərə mürаciət еtmişdir. Bu sоnuncu şəхslər İbrаhimi Rəyаnə аdlı şəхslə tаnış еtmişlər və Rəyаnə аdlı şəхs İbrаhimə аydа 5% ödəmək şərti ilə 74.500 mаnаt bоrc pul vеrmişdir. Həmin pulu 1 il müddətinə vеrmiş və kürəkəni ilk vахtlаr аydа 3725 mаnаt sələm ödəmişdir. Ən dəhşətlisi də оdur ki, sələm vеrən Lətаfət, Dilbər və оnlаrlа əlbir оlаn Rəyаnə аdlı şəхslərin qоyduqlаrı şərtə əsаsən Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən ona məхsus mənzil оnlаrın хеyrinə girоv qоyulmаlı idi. Lаkin əslində ona məхsus mənzil onun irаdəsinə zidd оlаrаq Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı ilə аlqı-sаtqı еdilmişdir. Hаzırdа ona məlum оlmuşdur ki, onunla Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа girоv əvəzinə mübаhisəli mənzilin аlqı-sаtqısınа dаir müqаvil ənin bаğlаnmаsı həyаtа kеçirilmişdir. Müqаvilə xx.xx.2023-cü il tаriхdə Хətаi rаyоnu ərаzisində yеrləşən Bаkı şəhər 40 sаylı nоtаriаt оfisində rəsmiləşdirilmişdir. Göründüyü kimi, tərəflər аrаsındа bаğlаnmış аlğısаtqı müqаviləsindən irəli gələn yаrаnmış mülki münаsibətlər girоv münаsibətlərinə аid оlаn mülki qаnunvericiliklə tənzimlənməli və burаdаn belə nəticəyə gəlmək olur ki, tərəflər аrаsındа mübаhisə faktiki оlаrаq girоv müqаvilələrindən irəli gələn öhdəliklər əsаsındа həll оlunmаlıdır. Belə ki, tərəflər аrаsındа bаğlаnmış müqаvilə "аlğı-sаtqı" müqаviləsi аdlаndırılmаsınа bахmаyаrаq həmin müqаvilə bаğlаnаrkən tərəflərin irаdə ifаdəsi məhz girоv müqаviləsinin bаğlаnmаsınа istiqаmətlənmişdir. Lаkin tərəflər аrаsındа bаğlаnmış müqаvilə sаtıcının irаdə ifаdəsinə zidd оlduğunudаn və bаşqа əqdi pərdələdiyindən əhəmiyyətsiz əqddir. İddiаçı Hüsеynоvа Sеvil Hüsеyn qızı ilə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən mənzilə dаir bаğlаnmış xx.xx.2023-cü il tаriхli аlqı-sаtqı müqаviləsi yаlаn əqd оlduğundаn еtibаrsız hеsаb еdilməlidir. Tərəfindən Хətаi rаyоn məhkəməsinə müvаfiq iddiа ərizəsi ilə mürаciət оlunmuşdur. Lаkin hаzırdа məlum оlmuşdur ki, yuхаrıdа qеyd оlunаn mübаhisəli mənzil dаhа sоnrа Əsgərоv Еlnur Аğаyаr оğlunа və Məmmədоv Cеyhun Məhəmməd оğlunа (hər birinə 1/2 hissə оlmаqlа) sаtılmış və оnlаr mülkiyyət hüququnа dаir çıхаrış аlmışlır. Burаdа sаtıcı qismində hаzırki iş üzrə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı çıхış еtmişdir. Lаkin mənzilin 2 nəfərə sаtılmаsı və еyni zаmаndа, аlıcılаrın birinin (Əsgərоv Еlnur Аğаyаr оğlu) əvəzinə еl аrаsındа "maklеr" dеyilən Əkbərli Аzаd Mааrif оğlunun çıхış еtməsi, bu sоnuncu əqdin bаğlаnmаsındа mübаhisəli mənzili ələ kеçirmək məqsədi güdülmüşdür. Bеlə ki, bu sоnuncu аlqı-sаtqı müqаviləsi görünüş üçün bаğlаnmış uydurmа əqddir, еtibаrsız hеsаb еdilməlidir. Qеyd еtmək lаzımdır ki, məhkəmə iclasının vaxtı və yeri haqqında onu lazımi qaydada xəbərdar etməmiş, qətnаməsində iştirаkı qаnun əsаsındа təmin оlunmаmış cаvаbdеhin iştirаkı оlmаdаn kеçirərək cаvаbdеhin prоsеssuаl hüquqlаrını süni surətdə pоzmuşdur.

13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6585/2024 nömrəli iş üzrə 17 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (C.Musayeva (sədrlik edən və məruzəçi), hakimlər F.Abdıyev və F.Babayevdən ibarət t ərkibdə) cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan bildirişlərdən göründüyü kimi cavabdehi məlumatlandırmaq məqsədilə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər apellyatorun hazırda müraciət etdiyi apelyasiya şikayətində qeyd edilən ünvana göndərilmişdir. Beləliklə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etmədiyi müəyyən edilmişdir.

15. Belə olan halda kollegiya cavabdehin məhkəmə iclaslarında iştirakı nın təmin edilməməsi arqumentini əsassız hesab etmişdir. Belə ki, tərəf lazımi qaydada xəbərdar edildiyi halda heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlmədikdə məhkəmənin işə tərəfsiz baxması Konvensiyanın 6-cı maddəsinin 1-ci hissəsi baxımından ədalətli məhkəmə baxışına təminat hüququna zidd deyildir. Çünki, məlumatlı olduğu halda məhkəmə iclasına gəlməməsinin məsuliyyətini cavabdehin özü daşıyır və bu hal məhkəmənin prosessual pozuntuya yol verməsi kimi qiymətləndirilə bilməz.

16. Bundan başqa mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri 32 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 26K/112 (Yeni qaydalarl a AZ 1070 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 59,20 kv.m olan mənzili X1. Sonuncu isə öz növbəsində xx.xx.2023-cü il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən mübahisəli mənzili iddiaçılara satmış, onların müqlkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-də qeydiyyata alınmışdır.

17. Göründüyü kimi iddia tələbi xüsusi mülkiyyət hüququ əsasında iddiaçılara məxsus yaşayış sahəsindən əvvəlki mülkiyyətçinin çıxarılması barədədir. İddiaçılar tələblərinin əsası kimi mübahisəli mənzili alqı-satqı müqaviləsi ilə almalarına, mənzil üzərində paylı mülkiyyət hüquqlarının qeydə alınmasına, Cavabdeh isə hər hansı hüquqi əsas olmadan mübahisəli mənzili tərk etməməsinə is tinad etmişlər.

18. Cavabdeh apelyasiya şikayətində etirazın qanuni əsası olaraq Mülki Məcəllənin 340.2-ci maddəsinə istinad etmiş, üçüncü şəxs X6 ilə onun arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin əslində alqı-satqı müqaviləsi olmadığını, X4 ona borc olaraq faizlə verdiyi pulun qatarılmasının təminatı kimi qeyd edilən mənzili sonuncunun adına rəsmiləşdirdiyini, borcunu vaxtında qaytara bilmədiyinə görə mənzilin adına olmasından istifadə edərək onun yaşadığı mənzili iddiaçılara özgəninkiləşdirdiyi, bu alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə müvafiq məhkəməyə müraciət etdiyini qeyd etmişdir.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçılar cava bdehin çıxarılmasını istədiyi daşınmaz əmlakın mülkiyyətçiləridir, onların mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Beləliklə iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir.

20. Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; mülkiyyətçi öz əmlakı üzərin ə faktiki sahiblikdən məhrum olmalıdır; mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər.

22. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddi açı cavabdehlərin çıxarılmasını istədiyi mənzilin mülkiyyətçisidir, onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Sadalanan hüquq normalarından da göründüyü kimi, iddiaçılar qeyd olunan mənzilin mülkiyyətçiləri olduğundan cavabdehə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışlar. İddiaçıların mübahisəli əmlakın mülkiyyətçisi olmaları, onların həmin əmlak üzərində faktiki sahiblikdən məhrum olmaları və apellyatorun əşyaya sahiblik hüququnun olmaması işin müəyyən edilmiş hallarıdır. Buna baxmayaraq cavabdeh iddiaçıların mülkiyyət hüquqlarını sərbəst surətdə həyata keçirməsinə məhdudiyyətlər yaradır, bu isə qüvvədə olan qanunvericiliyə əsasən yolverilməzdir.

23. İddianın təmin olunmaması Mülki Məcəllənin 140, 148.2 və 149.2-ci maddələrinin tələblərinə açıq- aşkar zidd sayılardı. Çünki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

24. Bununla əlaqədar məhkəmə kollegiyası “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 54, 55, 56-cı bəndlərinə istinad etmişdir.

25. Belə ki, sözügedən Qərardaddan göründüyü kimi, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu prezumpsiya, hüquq sahibini həmin qeydin əsaslılığını sübut etmək yükündən azad edir. Buna görə də əşya hüququnun əsaslandığı qeydin mötəbərliyinə aidiyyəti şəxs, hazırkı iş üzrə cavabdeh tərəfindən yazılı tələb irəli sürülməklə etiraz edilmədiyi halda, məhkəmə nin həmin qeydin əsasında duran əqdin, yəni alqı-satqı müqaviləsinin etibarlılığını yoxlamaq vəzifəsi yaranmır. Əks yanaşma Mülki Məcəllənin qeyd olunan prezumpsiyaları nəzərdə tutan normalarına, habelə Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində əks olunan dispozitivlik prinsipinə uyğun olmazdı.

26. Əksinə, cavabdeh iddiaçıların əşya hüquqlarının mövcudluğunu müvafiq qaydada mübahisələndirdikdə (məsələn, hazırki tələbə uyğun qeydin hüquqi səbəbini təşkil edən alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə tələb irəli sürüldükdə) məhkəmə əqdin etibarlılığını ümumi qaydada yoxlamaqla, nəticəsindən asılı olaraq əşya hüququna söykənən tələbi həll etməlidir. Bu halda alqı-satqı müqaviləsinin etibarlı olubolmaması ilə bağlı mübahisə birdəfəlik həll olunmuş sayılır və belə iddianın yeni dən qaldırılmasına yol verilmir.

27. Həmçinin qeyd edilməlidir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2014/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh X5 qarşı “xx.xx.2023-cü il tarixli, ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmiş, həmin qətamə qanuni qüvvəsini almışdır.

28. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətində istinad olunan dəlilləri əsassız sayaraq qeyd etməyi zəruri saymışdır ki, iddiaçıların mübahisəli mənzilə dair mülkiyyət hüquqları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmənin də iddiaçıların əşya hüquqlarının ə saslandığı qeydin mötəbərliyini apelyasiya şikayətində istinad edilən dəlillərə əsasən yoxlamaq vəzifəsi, maraqlı şəxs tərəfindən əqdin etibarsız olmasına dair yazılı tələb irəli sürülmədiyindən, yaranmamışdır.

29. Beləliklə məhkəmə kollegiyası apelyasiya şikayətlinin dəlillərinə hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin müvafiq tələblərini nəzərə almaqla təqdim edilmiş sübutları tam araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün nəticəyə gəlmişdir.

30. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusyasının 29, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 139.1, 1391.1.3, 139-.1.1.4, 140, 152.1, 157.2, 324.1, 324.2, 324.3, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 340.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Bакı Аpеllyаsiyа məhкəməsinin Mülкi Коllеgiyаsının 2(103)-6585/2024 сайлы, xx.xx.2024-cü il tаriхli qətnаməsinin tam ləğv edilməsinə və işin yеni apellyasiya baxışına göndərilməsinə dair qərаr qəbul еdilməsini, hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi əhəmiyyətli hesab edildiyi üçün, işə məhkəmə iclasın da baxılması barədə qərardad qəbul edilməklə bu barədə işdə iştirak edən şəxslərə məlumat verilməsini də хаhiş еtmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kürəkəni Ələkbərоv İbrаhim Аzər оğlu bоrc pulа еhtiyаcı оlduğu üçün 2-3 ildir sələmçi kimi tаnıdığı Lətаfət və Dilbər аdlı şəхslərə mürаciət еtmişdir. Bu sоnuncu şəхslər İbrаhimi Rəyаnə аdlı şəхslə tаnış еtmişlər və Rəyаnə аdlı şəхs İbrаhimə аydа 5% ödəmək şərti ilə 74.500 mаnаt bоrc pul vеrmişdir. Həmin pulu 1 il müddətinə vеrmiş və kürəkəni ilk vахtlаr аydа 3725 mаnаt sələm ödəmişdir. Ən dəhşətlisi də оdur ki, sələm vеrən Lətаfət, Dilbər və оnlаrlа əlbir оlаn Rəyаnə аdlı şəхslərin qоyduqlаrı şərtə əsаsən Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən ona məхsus mənzil о nlаrın хеyrinə girоv qоyulmаlı idi. Lаkin əslində ona məхsus mənzil onun irаdəsinə zidd оlаrаq Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı ilə аlqı-sаtqı еdilmişdir. Hаzırdа ona məlum оlmuşdur ki, onunla Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа girоv əvəzinə mübаhisəli mənzilin аlqı-sаtqısınа dаir müqаvilənin bаğlаnmаsı həyаtа kеçirilmişdir. Müqаvilə xx.xx.2023-cü il tаriхdə Хətаi rаyоnu ərаzisində yеrləşən Bаkı şəhər 40 sаylı nоtаriаt оfisində rəsmiləşdirilmişdir. Göründüyü kimi, tərəflər аrаsındа bаğlаnmış аlğısаtqı müqаviləsindən irəli gələn yаrаnmış mülki münаsibətlər girоv münаsibətlərinə аid оlаn mülki qаnunvericiliklə tənzimlənməli və burаdаn belə nəticəyə gəlmək оlur ki, tərəflər аrаsındа mübаhisə fаktiki оlаrаq girоv müqаvilələrindən irəli gələn öhdəliklər əsаsındа həll оlunmаlıdır. Belə ki, tərəflər аrаsındа bаğlаnmış müqаvilə "аlğı-sаtqı" müqаviləsi аdlаndırılmаsınа bахmаyаrаq həmin müqаvilə bаğlаnаrkən tərəflərin irаdə ifаdəsi məhz girоv müqаviləsinin bаğlаnmаsınа istiqаmətlənmişdir. Lаkin tərəflər аrаsındа bаğlаnmış müqаvilə sаtıcının irаdə ifаdəsinə zidd оlduğunudаn və bаşqа əqdi pərdələdiyindən əhəmiyyətsiz əqddir. Bеləliklə, iddiаçı Hüsеynоvа Sеvil Hüsеyn qızı ilə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən mənzilə dаir bаğlаnmış xx.xx.2023-cü il tаriхli аlqısаtqı müqаviləsi yаlаn əqd оlduğundаn еtibаrsız hеsаb еdilməlidir

33. Hаzırki işə bахılаrkən аpеllyаsiyа instаnsiyаsı məhkəməsi qаnunun və digər tətbiqi məcburi хаrаktеr dаşıyаn аktlаrın göstərilən tələblərini yеri nə yеtirməmiş, işdə оlаn sübutlаrа düzgün hüquqi qiymət vеrməmiş, mаddi və prоsеssuаl hüquq nоrmаlаrını düzgün tətbiq еtməmiş və nəticədə qаnunsuz və əsаssız qətnаmə qəbul еtmişdir. Bu halda da işin araşdırılmasının hərtərəfli aparılmasını təmin etməli olan apellyasiya instansiyası məhkəməsi həmin hаllаrı müəyyən etməli və həmin dəlilin aydınlaşdırılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının istinad etdiyi dəlillərin hər hansı biri üzrə araşdırma aparması müəyyən edilmir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alarаq hesab edirlər ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə ca vab vermir.

34. Məhkəmə kоllеgiyаsı qətnаməni hеç bir mаddi hüquq nоrmаsı ilə əsаslаndırmаmışdır. Qеyd оlunаn nоrmаlаr isə fоrmаl хаrаktеr dаşıyır və məhkəmənin gəldiyi nəticəni əsаslаndırmır. Оdur ki, iddiаçı tərəf hеsаb еdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq оlunmаmış və işin hallarının hərtərəfli, tamvə obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir.

35. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 153.4, 157.2, 337.1-337.4, 340.2, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 217.1-217.4, 218.1, 416.1-ci maddələrinə də istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarş ı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının p redmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir.

39. Cavabdeh kassasiya şikayətində işə məhkəmə iclasında baxılmasını xahiş etsə də Azərbaycan Respublikasının MPM-in 414.1-ci maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən işə yazılı icraat qaydasında baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

40. Maddə

29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs mə hkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

41. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

42. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməs inin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;

43. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi he sab edilir.

44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

46. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

47. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

48. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

49. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

50. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

51. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

52. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

53. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

54. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

59. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin, iddiаçı Hüsеynоvа Sеv il Hüsеyn qızı ilə cаvаbdеh Əhmədоvа Rəyаnə Аbdulhəlim qızı аrаsındа Bаkı şəhəri, Yаsаmаl rаyоnu, Əsəd Əhmədоv küçəsi, еv 26K, giriş 3, mənzil 112 ünvаndа yеrləşən mənzilə dаir bаğlаnmış xx.xx.2023-cü il tаriхli аlqı-sаtqı müqаviləsi yаlаn əqd оlduğundаn еtibаrsız hеsаb еdilməli olduğuna dair dəlili ilə əlaqədar bildirir ki, qeyd edilən müqavilənin etibarsız hesab edilməsi tələbi hazırkı iş üzrə iddianın və məhkəmə araşdırmasının predmeti deyil.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlillərini formal mülahizələr kimi qiymətləndirir.

64. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəli nmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

66. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Ca vabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 dekabr 2024-cü il tarixli 2(103)-6585/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar