Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1238/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pozulmuş əmək hüquqlarının bərpası tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2578/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, İddiaçı 06.06.2018-ci il tarixdən Cavabdeh-nin X3 üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. 2. 07.10.2020-ci il tarixində şirkətin daxili nizam-intizam qaydalarının pozaraq məlumat vermədən iş yerinə gec gəldiyi səbəbindən İddiaçı töhmət verilmişdir.
3. Fəsil Turizm” MMC-nin 07.12.2020-ci il tarixli, 235/20 saylı əmri ilə, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) 07.12.2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsi, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndiri lərək ödənilməsi, istirahət və bayram günlərində işlədiyi günlərin Əmək Məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsi, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılması barədə qətnamə, qanun pozuntularına yol verdikləri üçün şirkətin baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibi olduğuna görə, cinayət işinin başlanması üçün Quba Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan iddia ərizəsinə əlavə verərək onun Cavabdeh-də əvvəlki işinə bərpa edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, Cavabdeh -nin (Quba Palas oteli) Qolf şöbəsində Qolf sahəsi üzrə yaşıllaşma mütəxəssisi vəzifəsində çalışmışdır. 26 oktyabr 2020-ci il tarixdə şirkətin İnsan Resurslarına dəvət olunaraq ona şirkət rəhbərliyi tərəfindən 07 oktyabr 2020-ci il tarixdə şirkətin daxili nizam-intizam qaydalarını pozaraq məlumat vermədən iş yerinə gec gəldiyinə görə töhmət verilməsi barəsində əmr təqdim edilmişdir. Eyni zamanda onun pozulan hüquqlarının bərpası barədə rəhbərliyə etdiyi rəsmi və şifahi müraciətlərinə heç bir rəsmi cavab verilmədən ona qarşı şirkətdə rəhbərlik səviyyəsində ayrıseçkilik, istirahət günlərinin mənimsənilməsi, təhdidlər, qanunsuz olaraq əmək funksiyasını dəyişmə cəhdləri həyata keçirilməkdə davam etmişdir. Bu təhdid və təpkilərə dözməyərək 16 noyabr 2020-ci il tarixdə şirkət rəhbərliyinə rəsmi ərizə ilə müraciət edərək onu bir ay müddətinə öz hesabına məzuniyyətə getməyi xahiş etmişdir. 07.10.2020 tarixdə işə üzrlü səbəbdən gecikməyi barədə şöbənin nəzarətçisinə öncədən məlumat vermiş, bu barədə sözü gedən məsələ ilə bağlı rəhbərliyə təqdim etdiyi izahatda müvafiq qeydləri təqdim edərək bildirmişdir ki, şəxsi işi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə çağırılmışdır. Eyni zamanda şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun ona qarşı olan əsassız qərəzli mövqeləri barəsində rəhbərliyə kifayət qədər rəsmi məlumat vermişdir. X.Cabbarovun ona qarşı qərəzli olmasının başlıca səbəbi bu şəxsin əvvələr və indi də Qolf şöbəsində davamlı olaraq etdiyi özbaşnalıqlar, işçilərin əmək hüquqlarını pozması, işçilərin əmək haqlarını mənimsəməsi, qanunsuz ixtisarları, şöbəyə ayrılan pu l vəsaitlərini və əmlakını mənimsəməsi, qolf sahəsinə qəsdən vurduğu zərərlər və sair qanunsuz hərəkətləri və bu hərəkətlərin onun tərəfindən aşkarlanaraq rəhbərliyi məlumatlandırmağı səbəb olmuşdur. Rəhbərlik öz növbəsində ona gözləmə mövqeyində olmağını tövsiyyə edib, o da, buna əməl etmişdir. Əfsuslar olsun ki, bu ilin mart ayından başlayaraq ölkəmizdə baş verən mövcud pandemiya şəraiti səbəbindən bir çox sahələrdə olduğu kimi Cavabdeh də müəyyən problemlər yaşandı. Mart ayından başlayaraq ölkə başçısının fərmanı və nazirlər kabinetinin qərarına əsasən ölkədə karantin rejimi tətbiq olunmağa başladı. Bu səbəbdən işçilər, o da, daxil bir aylıq evə buraxılmışlar, lakin sonradan ara- sıra işə çağırılmışlar. May ayında işə tam olaraq gəldikdən sonra, o, şirkətin İnsan resurslarına dəvət olun araq, karantin müddətində məzuniyyətə göndərilməyi barəsində ərizə yazmaq tələb edilmişdir. Bunun qanunsuz olduğunu və məzuniyyətini may ayı üçün almağını planlaşdırdığını bildirmişdir. Ona bildirilmişdir ki, məzuniyyət günlərinin əvəzini birdəfəlik və ya hissə-hissə istədiyi vaxt yalnız şöbə müdirini məlumatlandırmaqla ala bilər və may ayında aprel ayı üçün məzuniyyət yazmaqda məqsəd şirkətin pandemiya ilə əlaqədar bəzi sənədləşmələrdən özünü maliyyə cəhətdən sığortalamaq məqsədi güdür və bütün işçilərə bu qayda tətbiq edilib. Rəhbərliklə münasibətlərin pozulmaması naminə o, aprel ayı karantin müddəti ərzində güya məzuniyyətdə olmağı barəsində may ayında ərizə yazmışdır. Lakin, məzuniyyət günlərini geri istəsə də üç ay ərzində əmək məzuniyyətini ala bilməmişdir. Buna baxmayaraq ki, şöbə nin digər işçisi onunla eyni vəziyyətdə olmasına rəğmən ona əmək məzuniyyəti verilmişdir. Bununla yanaşı onun razılığı olmadan iyul ayından pandemiya şəraiti bəhanə edilərək, maaşı əlli faiz aşağı endirilir və iyul- avqust ayları ərzində məcburi öz hesabına ödənişsiz məzuniyyətə göndərilir. Baxmayaraq ki, pandemiyadan əvvəlki illərdə şirkət mənfəətlə işləyib və bu mənfəətdən şəxsən onun maaşına heçbir əlavə vəsait ödənilməyib. Maaşının əlli faiz endirilməsi barədə sentyabr ayında işə geri çağrıldıqdan sonra işdən çıxarılacağı hədəqorxusu ilə bağlanan müqaviləsində əlavəyə imza atmışdır. Avqust ayının beşində əmək məzuniyyətinin və əmək hüquqlarının pozulması barədə şirkətin İnsan Resursları menecərinə rəsmi elektron etiraz ərizəsi təqdim etsə də, ərizəsinə bu gün də cavab verilməyib. Yaln ız ona İnsan Rasursunun meneceri şifahi bildirmişdir ki, şirkətin Baş direktoru tapşırıb ki, şirkətin işçi qarşısında hər hansı məsuliyyəti yaranmasın deyə etiraz ərizəsinə heçbir rəsmi izah verilməsin və təkrarən təhdid edərək işdən çıxarılacağı ilə hədələnmişdir. 07 oktyabr 2020-ci il tarixində üzürlü olaraq və xəbərdarlıq əsasında işə gecikməyini X.Cabbarov bəhanə edərək rəhbərliyə məlumat verməsi və ondan izahat alınaraq töhmət verilməsi tam qanunsuzdur. O, izahatla yanaşı rəsmi şikayətini şirkətin İnsan Resurslarına təqdim etmiş və bildirmiş ki, X.Cabbarovun ona qarşı olan əsassız qərəzli mövqeyi, şirkət tərəfindən qanuni əmək məzuniyyətinin mənimsənilməsi, ona qarşı ayrıseçkilik, maaşının iradəsinə zidd aşağı endirilməsi və minimal maaş verilməsi, rəsmi şikayət və etirazlarının cavab landırılmaması Əmək Məcəlləsinin 9-cu və 16-cı maddələrinə əsasən onun məhkəməyə müraciət etmək hüququnu yaradır və ona töhmətin verilməsi tam qanunsuzdur. Belə ki, şirkətin özünün ona kifayət qədər borclu günləri vardır və ən azından həmin günlərdən biri ilə kompensasiya edilə bilərdi, onsuzda şənbə-bazar tətil günləri də işdə olur, baxmayaraq ki, rəsmən beş günlük (qırx saatlıq) iş həftəsi rejimində işləyir. Bu yaxınlarda şəxsi ailə problemiylə əlaqədar olaraq övladları ilə ünsiyyətlə bağlı kassasiya şikayəti vermək üçün Sumqayıt Apellyasiya Məhkəməsinə dövlət hesabına vəkillə təmin olunmağı üçün müraciət etmişdir. Şirkətin maaşını əlli faiz aşağı endirməsi, iki aylıq öz hesabına məzuniyyətə göndərməsi və ona bəzi aylarda verilən minimal əmək haqqı cədvəlini təqdim etdiyindən rəhbərlik 0 7 oktyabr 2020-ci il tarixdə gecikməyinə görə töhmət verməyi yuxarıdakılarla yanaşı bu səbəbi də bəhanə ediblər. O, beş ilə yaxındır ki, şirkətdə işlədiyi müddət ərzində daim nizamintizamlı, məsuliyyətli və dürüst bir işçi kimi fəaliyyət göstərmişdir. Əvvəlki iş yerlərindən və yaşayış yerindən təqdim etdiyi xasiyyətnamələrdə də onun barədə pozitiv qeydlər var. Bu qeydlərin biri X.Cabbarovun özü tərəfindən yazılıb və imzası ilə təstiqlənib. İşə davamiyyətinə gəldikdə, onun işə davamiyyəti həmişə yüksək səviyyədə olub. Belə ki, əmək müqaviləsində rəsmi olaraq beş günük (40 saatlıq) iş həftəsi qrafıkində çalışmalı olmağına baxmayaraq o, şirkətdə işlədiyi müddət ərzində altı günlük (45-48 saatlıq, bəzən isə dahada çox) iş həftəsi qrafıkində çalışmış və buna görə əlavə əmək haqqı da ödənilməyib, bundan əlavə bayram günləri də işdə olan vaxtları kifayət qədər olub ki, bütün bunların hamısı Əmək Məcəlləsinə ziddir və qanunsuzdur.
7. Cavabdeh “Fəsil TurizmMMC-nin nümayəndəsi X4 birinci instansiya məhkəməsindəki icraatda iddia tələbini qəbul etməyərək bildirmişdir ki, əmək müqaviləsinin müddəti bitdiyinə görə iddiaçıya xəbərdarlıq edilərək, onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinin müddətini artırmaq mümkün olmamışdır. Çünki o, işdə nizam-intizam qaydalarına riayət etməmişdir. Belə ki, iddiaçı işə vaxtlı-vaxtsız gəlmiş və ona verilən tapşırıqları lazımi qaydada yerinə yetirməmişdir. Dəfələrlə ona şəxsən bu haqda xəbərdarlıq edilməsinə baxmayaraq iddiaçı qeyd olunan iradlara məhəl qoymamışdır.
8. Üçüncü şəxs Azərbaycan X7 Xidmətinin nümayəndəsi X2 birin ci instansiya məhkəməsindəki icraatda bildirmişdir ki, iddiaçı çalışdığı şirkət tərəfindən onun hüquqlarının və nizam-intizam qaydalarının pozulması barədə dəfələrlə şikayət etmişdir. Onlar da, iddiaçının şikayətinin qanuniliyinin yoxlanması üçün dəfələrlə araşdırmalar aparmışlar. Bu zaman, iddiaçının maaşının cavabdeh şirkət tərəfindən azalması, məzuniyyətə çıxmaması barədə iddiaçının razılığı və yazılı ərizəsinin olduğu müəyyən edilmişdir. Ona görə də, iddiaçının cavabdeh şirkət barədə şikayətlərində qeyd olunan nizam-intizam pozuntuları iddiaçı tərəfindən sübuta yetirilməmişdir. Cavabdeh onlara iddiaçının müqaviləsinə qanuna uyğun qaydada xitam verilməsi barədə rəsmi sənədlər təqdim etmişdir. Lakin, iddiaçının 50-60 saat cavabdeh şirkət tərəfindən əlavə işlədilməsi barədə halın mövcud luğu heç bir sənəddə öz əksini tapmamışdır.
9. Quba Rayon Məhkəməsinin (hakim R.Həsənov) 06 may 2021-ci il tarixli, 2(027)-564/2021 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tələbində Cavabdeh rəhbəri tərəfindən qanunsuz olaraq ona verilən töhmətin ləğv edilməsini, şirkət tərəfindən mənimsənilən qanuni ödənişli məzuniyyətinin dəyərləndirilərək ödənilməsini, istirahət və bayram günlərində işlədiyi günlər əmək məcəlləsinə uyğun iki dəfədən az olmayaraq hesablanıb ona geri ödənilməsini, azalan məvacibinin əvvəlki səviyyədə bərpa edilərək verilməsi və ödənilməyən hissəsinin də tam geri qaytarılmasını xahiş edir. Lakin məhkəmə tərəfindən iş materialları ilə iddiaçının qeyd etdiyi tələblərinin təmin edilməsi barədə hər-hansı bir sübutun olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı şirkətdə daxili nizam intizam qaydalarını pozaraq işə vaxtında getməmişdir. Əmək məzuniyyətlərinə isə hər il öz istəyi və Cavabdeh-nin direktoruna ünvanlandığı ərizəsi ilə müraciəti əsasında buraxılmışdır. İş materiallarında olan əmək haqlarının azalması barədə əmrindən də görünü ki, koronovirus pandemiyası ilə əlaqədar iqdisadi böhran şəraitində Cəmiyyətin maliyyə dayanıqlığının qorunması məqsədi ilə İddiaçı və ondan başqa Cavabdeh-də müxtəlif vəzifələri icra edən 160 nəfər əməkdaşlarının əmək haqları 50% miqdarında endirilmişdir. Bundan başqa iddiaçı qanun pozuntularına yol verdikləri üçün şirkətin Baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllə rində cinayət tərkibi olduğuna görə, cinayət işinin başlanması üçün Quba Rayon Prokurorluğuna göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Lakin, məhkəmə tərəfindən şirkətin Baş direktoru İlham Ağayev, şirkətin İnsan Resursları üzrə meneceri Leyla Əfəndiyeva və şirkətin Qolf şöbəsinin müdiri Xeyrəddin Cabbarovun əməllərində cinayət tərkibinin olması və həmin şəxslər tərəfindən qanun pozuntularına yol verilməsi halları müəyyən edilməmişdir. Həmçinin İddiaçı ilə işəgötürən arasında bağlanmış müqavilə müddətli müqavilə hesab edilmiş və onun bitmə müddəti 07 dekabr 2020-ci il müəyyən edilmişdir. Həmin tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddətinin qurtarması səbəbindən müqaviləyə xitam verilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apellya siya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) 06 oktyabr 2021-ci il tarixli, 2(105)-2578/21 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 06 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində olduğu kimi, Sumqayıt Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edərək əlavə sübutlar və faktların əldə olunması məqsədi ilə 3 saylı Ərazi Vergilər İdarəsinə məhkəmə tərəfindən 2016-2018-ci illər ərzində Cavabdeh-də iddiaçı onun fəaliyyəti və gəlirləri barəsində sorğu verilməsi barədə müraciət etmişdir. Lakin, hər iki instansiyada hakimlər rəsmi müraciətimə hər-hansı münasibət bildirməməklə yanaşı sorğu göndərməkdən yayınıblar. Sumqayıt Apellyasiya Məhkəməsinə birinci instansiya məhkəməsinin Cavabdeh-nin marağına xidmət edərək 3 saylı ərazi Vergilər İdarəsinə sorğunun verilməsi barədə ərizəyə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsini, AR MPM-nin 9-cu maddəsini kobud şəkildə pozaraq baxılmamışdır. Cavabdeh-nin iddiaçının əmək hüquqlarımı pozması və əmək haqqlarının bir hissəsi mənimsənildiyi səbəbindən, iki ilə yaxın müddətdir ki, iddiaçı aliment öhdəliyini icra edə bilmir. Aliment öhdəliyi ilə bağlı birinci və ikinci instansiya məhkəmələrinin hal-hazırki iş üzrə olan birinci və ikinci instansiya məhkəmə hakimlərinin eyni tərkibdə olduğunu və parallel olaraq iddiaçının əmək hüquqlarının pozulması halının olduğunu bildikləri halda - aliment öhdəliyini iki dəfə artırıblar. Belə çıxır ki, həmin hakimlər bir iddianı təmin edib, digər iddianın əsaslı olduğu halda təmin etməməklə, aliment öhdəliyi ilə bağlı olan qətnamənin icrasını qeyri-mümkün vəziyyətə gətiriblər. Daha sonra qətnamədə Cavabdeh-nin İnsan Resurslan üzrə meneceri X1 ifadəsinə istinad edilərək qeyd edilir ki, əmək müqaviləmin bitdiyinə görə mənə guya bu barədə xəbərdarlıq edilərək xitam verilib. İddiaçı guya nizam-intizam qaydalarına riayət etməmişdir, işə vaxtlı-vaxtsız gəlmişdir, ver ilən tapşırıqları lazımi qaydada yerinə yetirməmişdir və bu barədə ona dəfələrlə xəbərdarlıqlar edilib. Lakin, yuxanda sadalanan hallar və ona verilən xəbərdarlıq barədə məhkəməyə və şəxsən iddiaçıya rəsmi məlumat və fakt təqdim etmələrini tələb edilsə də, ona həmin məlumatlar və faktlar təqdim edilməyib. Həmin məlumat və faktlann təqdim edilməməsinin bir səbəbi var, o da ki belə bir fakt və məlumatın olmamasıdır. İddiaçı 31 may 2021-ci il tarixdə Quba Rayon Məhkəməsinə rəsmi ərizə ilə müraciət edərək qətnamədə yuxanda sadalanan faktlar barədə, konkret olaraq: əmək müqaviləsinin bitdiyinə görə ona verilən xəbərdarlıq, onun nizam-intizam qaydalarına riayət etməməyi, işə vaxtlı-vaxtsız gəlməyim, verilən tapşırıqları lazımi qaydada yerinə yetirməməyi və bu barədə ona dəfələrlə edilən xəbərdar lıqlar barədə iş materialında olan faktları rəsmi ərizə ilə tanış olmaq üçün tələb etsə də, məlum olur ki belə bu faktları təsdiq edən hər-hansı sənəd yoxdur və bu səbəbdən məhkəmə özü də etiraf edərək ona həmin sənədləri təqdim etməyib, çünki belə bir sənədlər mövcud deyildir. Məhkəmə cavabdehi və X7 Xidmətinin nümayəndəsinin saxta ifadələrini dinlədikdən sonra, onların iş materialına təqdim etdikləri saxta məlumatları araşdıraraq qeyd etmişdir ki, iddiaçı 06.06.2018 tarixdə Cavabdeh-yə Qolf şöbəsinə Yaşıllaşdırma üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir. Halbuki onun Quba Rayon Statistika İdarəsindən məhkəməyə təqdim etdiyi məktubda onun Qolf şöbəsində 02 may 2016-cı ildə fəaliyyət göstərməyi təsdiqlənir və onun 15 fevral 2021-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəyə əsasən o, məhkəmədən Quba Rayon 3 saylı Ərazi Vergilər İdarəsinə əlavə araşdırmalar və faktların aşkar edilərək obyektivliyin təmin edilməsi məqsədi ilə müraciət etmişdir. X10 həmin ərizənin iş materialında olmadığını iddiaçıya bildirdiyi üçün o, həmin ərizəni ikinci dəfə dəftərxanada qeydiyyatdan keçirərək təqdim etmişdir, hakim isə bu dəfə də təlimatdan kənara çıxaraq ərizəni təmin etmədiyini bildirib. Halbuki, bütün vəsatətlərini təmini və ya rəddi əsaslandırılmalıdır. Məzuniyyətlə bağlı məsələdə, iddiaçının 17.03.2020 tarixdə məzuniyyətə buraxılmağı qanunsuzdur. Belə ki həmin vaxt ölkə ərazisində pandemiya ilə əlaqədar karantin tətbiq edilib və o, də daxil bir sıra işçilər karantinə göndərilib. Hatda həmin vaxt ərzində bir həftə işə cəlb olunmuşdur. May ayında ona və digər işçilərə şirkətin qa nunsuz əməllərini ört-basdır etmək üçün təzyiq edərək aprel ayı üçün karantin dövründə guya məzuniyyətdə olmaqları barədə ərizə yazdırıblar, əvəzində isə karantin müddətində məzuniyyətə göndərildikləri üçün və sonradan bizə ərizə yazdırdıqları üçün hissə-hissə real məzuniyyətlərini verəcəklərini bildiriblər. Lakin, mənimsəmə işlərində əlbir olduqları bəzi işçilərə həmin məzuniyyət verilsə də, iddiaçıya məzuniyyət verilməyib -mənimsənilib. Sübut kimi səs yazıları, yazışmalar və etiraz ərizəsi var. 01.09.2017 tarixli 17/09/00165 saylı xidməti müqavilə iddiaçının həmin şirkətdə işləməyi barədə məhkəmənin özü də etiraf etdiyi halda, qətnamənin digər hissəsində onun şirkətdə guya 06.06.2018-ci il tarixdən işə qəbul olunmağı qeyd edilir. Sonda iddianı təmin etməməsi və şirkət rəhbərliyinin mənim səmə, özbaşnalıqlar və sair qanunsuz əməllərini ört-basdır etməklə X10 təlimatdan kənar çıxaraq ciddi qanun pozuntusuna intizamsızlığa yol vermişdir. Baxmayaraq ki, hakim R.Həsənov iş 2(027)-564/2021 saylı qətnamədə qeyd edir ki, iş materialına əsasən iddiaçı şirkətdə 06.06.2018-ci il tarixdən işə qəbul edilmişdir, halbuki o, özü də dəfələrlə bildirərək Quba Rayon Statistika İdarəsinin məktubunu məhkəməyə təqdim etmişdir və Cavabdeh-də 02 may 2016-cı il tarixindən fiziki şəxs kimi, 06.06.2018-ci il tarixdən isə rəsmi müqavilə ilə fəaliyyətini davam etdirdiyini sübut etmişdir. Daha sonra qətnamədə qeyd edilir ki, şirkətin Qolf Şöbəsinin müdiri Xeyrəddin Cabbarov “Fəsil Turizm MMC-nin direktoruna ünvanladığı 07.10.2020-ci il tarixli təqdimata əsasən 01.10.2020 tarixdən 07.10.2020 tarixədək və əvvəlki dövrlərdə olduğu kimi şöbə rəhbərliyinin verdiyi gündəlik iş tapşırıqlarını yerinə yetirmir. Təqdimatdan açıq-aydın görünür ki, iddiaçı 06.06.2018ci il tarixdən rəsmi müqavilə əsasında Cavabdeh-nin Qölf Şöbəsində qolf sahəsi üzrə yaşıllaşdırma üzrə mütəxəssis olduğu halda, bir müddət şöbə müdirinin vəzifəsini icra etmişdir, ondan əvvəl isə, yəni 02.05.2016-cı il tarixdən 06.06.2018-ci il tarixədək Qolf menecerin köməkçisi vəzifəsində çalışmışdır. İş materiallarından görünür ki, iddiaçı həftədə 50-60 saat işlədilmiş, lakin ona bunun üçün əlavə əmək haqqı ödənilməmişdir. Buna baxmayaraq məhkəmə iddianın bu hissəsinə də heç bir münasibət bildirməmişdir. Hazırkı işdə iddiaçının əmək funksiyasının daimi xarakterli olmasına baxmayaraq onunla müddətli əmək müqaviləsinin bağlanması da qanunsuz olmuşdur. Qeyd edilməlidir ki, hazırkı işdə AR ƏM-nin 47-ci maddəsində sadalanan halların heç biri olmadığından, iddiaçı ilə bağlanan müqavilə bir neçə il təkrarlandığından və iddiaçının vəzifəsi daimi xarakterli olduğundan və hazırda da həmin vəzifə mövcud olduğundan iddiaçı ilə müqavilənin müddətindən asılı olmayayaraq məhkəmə həmin müqaviləyə daimi müqavilə kimi yanaşmamaqda AR ƏM-nin 45-ci və 47-ci maddəsini tətbiq etməklə səhv etmişdir. Belə ki, hazırkı işə mütləq AR ƏM-nin 45-ci maddəsinin 4-cü bəndi və 47-ci maddələri tətbiq edilməli idi. Ona görə də, iddiaçı ilə əmək münasibətlərinə yalnız AR ƏM-nin 68-ci və 70-ci maddələri ilə xitam verilə bilərdi və əmək müqaviləsinin təzələnməsindən imtina edilə bilməzdi. Məhkəmə cavabdehin müqavilə azadlığını qeyd edərkən yanlışa yol vermişdir. Belə ki, müqavilə azadlığı yeni işçi ilə müqavilə bağlamağa aid edildiyi halda hazrıkı işdə iddiaçı artıq 4 ildən çox idi ki, cavabdeh təşkilatda çaılşırdı və burada AR ƏM-nin AR Əm-nin 45ci maddəsinin 4-cü bəndi mövcud idi və AR Əm-nin 47-ci maddəsində göstərilən hallar yox idi. Ona görə də, həmin müqavilənin formal olaraq müddətli bağlansa da, əslində daimi olması nəzərə alınmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək, onun təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8- 1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.
17. Məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Bu səbəbdən işə məhkəmə iclasında baxılmasına dair İddiaçı vəsatəti əsaslı sayılmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
18. Maddə
3. Bənd
5. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
19. Maddə
7. Bənd
2. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır.
20. Maddə 4 5.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
21. Maddə 47, bənd f. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.
22. Maddə 49.1. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.
23. Maddə
68. Bənd “b”. Əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
24. Maddə 73.1. Bu Mə cəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
27. Hazı rkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
31. Fəsil Turizm” MMC-nin 06.06.2018-ci il tarixli, 057/18 saylı işə qəbul haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018ci il tarixdən Cavabdeh-nin X3 üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir.
32. Əmək müqaviləsinin bildirişlərindən görünür ki, İddiaçı ilə bağlanmış müqavilənin bitmə müddəti 07 dekabr 2020-ci il müəyyən edilmişdir.
33. Cavabdeh-nin 26.10.2020-ci il tarixli, 019/20T saylı nizam-intizam qaydaların pozulması haqqında əmrindən görünür ki, şirkətin Qolf Şöbəsinin işçisi İddiaçı AR Əmək Məcəlləsinin 10cu maddəsinin “b” bəndində nəzərdə tutulan davranış qaydalarına riayət etməmişdir. Belə ki, 07.10.2020ci il tarixində şirkətin daxili nizam-intizam qaydalarını pozaraq məlumat vermədən iş yerinə gec gəlmişdir. Ona görə də, İddiaçı töhmət verilmişdir.
34. Cavabdeh-nin 06.07.2020-ci il tarixli, 150/20 saylı əmək haqlarının azaldılması haqqında əmrindən görünür ki, koronovirus pandemiyası ilə əlaqədar iqdisadi böhran şəraitində Cəmiyyətin maliyyə dayanıqlığının qorunması məqsədi ilə İddiaçı və ondan başqa Cavabdeh-də müxtəlif vəzifələri icra edən 160 nəfər əməkdaşlarının əmək haqları 50% miqdarında endirilmişdir. 35. 17.03.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı 2019-2020-ci il üçün 17.03.2020-ci il tarixindən 21 gün müddətinə əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət ödənişini əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi barədə ərizə ilə “Fəsil Turizm MMC-nin direktoruna müraciət etmişdir.
36. Cavabdeh-nin 16.03.2020-ci il tarixli, 117/20M saylı məzuniyyətə getməsi haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2019-cu il tarixdən 06.06.2020-ci il tarixdən olan iş ili üçün 21 gün müddətinə 17.03.2020-ci il tarixdən 06.04.2020-ci il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. Məzuniyyətinin daxilinə 20-21-22-23-24 mart (Novruz bayramı) təsadüf etdiyindən məzuniyyət günləri 5 təqvim günü müddətinə ödənişsiz uzadılmışdır. Ümumilikdə işçiyə 23 gün məzuniyyət verilmişdir. 37. 29.11.2019-cu il tarixli ərizəd ən görünür ki, İddiaçı 2019-cu il üçün 02.12.2019-cu il tarixindən 7 gün müddətinə əmək məzuniyyətinə buraxılmasını və məzuniyyət ödənişini əmək haqqı ilə ödənilməsinə etiraz etmədiyi barədə ərizə ilə “Fəsil Turizm MMC-nin direktoruna müraciət etmişdir.
38. Cavabdeh-nin 02.12.2019-cu il tarixli, 312/19M saylı məzuniyyətə getmə haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək olan iş ili üçün 7 gün müddətinə 02.12.2019-cu il tarixdən 08.12.2019-cu il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır.
39. Cavabdeh-nin 03.05.2019-cu il tarixli, 344/19 saylı əmək haqlarının artırılması haqqında əmrindən görünür ki, İddiaçı əmək haqqısı artırılaraq 878,21 manat məbləğində müəyyən edilmişdir. 40. 25.01.2019-cu il tarixli ərizədən görünür ki, İdd iaçı 2019-2020- ci il üçün 17.03.2020-ci il tarixindən 21 gün müddətinə əmək məzuniyyətinə buraxılması barədə ərizə ilə Cavabdeh-nin direktoruna ərizə ilə müraciət etmişdir.
41. Cavabdeh-nin 18.02.2019-cu il tarixli, 010/19M saylı məzuniyyətə getmə haqqında əmrindən görünür ki, İddiaçı 06.06.2018-ci il tarixdən 06.06.2019-cu il tarixədək olan iş ili üçün 14 gün müddətinə 19.02.2019-cu il tarixdən 04.03.2019-cu il tarixədək növbəti əsas əmək məzuniyyətinə buraxılmışdır. 42. 31.10.2017-ci il tarixli müqavilədə nəzərdə tutulan xidmətlərin tam göstərilmənin təsdiqi haqqında aktdan görünür ki, İddiaçı icraçının 2017-ci il oktyabr ayı üzrə müqavilənin 1 maddəsində nəzərdə tutulan xidmətlərin həqiqətən tam həcmdə və keyfiyyətli göstərilməsini, sifarişçi tərəfindən həmin müddətdə icraçının göstərd iyi xidmətlərlə bağlı heç bir irad, narazılıq və etirazlarının olmamasını, icraçının sifarişçi tərəfindən 1 dəfə yeməklə, “Rixos Quba Azərbaycan” otelinin ərazisində yerləşdirilmə ilə və otelin ərazisinə gəlib-getməsi məqsədilə nəqliyyatla təmin edilməsi təsdiq edilmişdir. 43. 01.09.2017-ci il tarixli, 17/09/00165 saylı xidməti müqavilədən görünür ki, bir tərəfdən baş menecer X5 şəxsində təmsil olunan Azərbaycan Respublikası qanunlarına əsasən təsis edilmiş və fəaliyyət göstərən Cavabdeh və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında xidməti müqavilə bağlanmışdır.
44. Qolf Şöbəsinin müdiri Xeyrəddin Cabbarov tərəfindən Cavabdeh-nin direktoruna ünvanlanmış 07.10.2020-ci il tarixli təqdimatdan görünür ki, İddiaçı şöbə rəhbərliyi tərəfindən verilmiş gündəlik iş tapşırı qlarını 01.10.2020-ci il tarixindən 07.10.2020-ci il tarixinədək olan dövr üçün, öncəki aylarda da olduğu kimi yerinə yetirməməkdədir. İddiaçı eyni zamanda istirahət günlərini şöbənin gündəlik planına uyğun deyil, özünün istəyinə görə seçdiyi günlərdə etməkdədir. Həftə ərzində də seçdiyi istirahət günləri barəsində də şöbə rəhbərliyinə öncədən heç bir məlumat verməmişdir.
45. Cavabdeh-nin 07.12.2020-ci il tarixli, 235/20 saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrindən görünür ki, İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən (müqavilə müddətinin bitməsi) 07.12.2020-ci il tarixdən xitam verilmişdir.
46. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaraq qeyd etmişdir ki, tərəflər müddətl i əmək münasibətlərinə daxil olublarsa müddət bitdikdən sonra bir həftə ərzində onlardan hər hansı birinin təşəbbüsü ilə müqaviləyə xitam verilə bilər, əgər müqaviləyə xitam verilmirsə həmin müddətə yenidən uzadılır. İşçi ilə işəgötürən arasında bağlanmış müqavilənin müddəti bitdiyi gün ona xitam verilmiş və əmək münasibətlərinin davam etdirilməsi barədə tərəflər arasında razılıq müəyyən edilməmişdir.
47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Ləğv edilən əmək müqaviləsinin müddətli bağlanması mübahisə olunmadığı halda həmin müqavilənin Əm ək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən ləğvinin əmək qanunvericiliyinə uyğun olması barədə apellyasiya məhkəməsinin gəldiyi qənaət qanunvericiliyə zidd sayıla bilməz.
48. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
49. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansi yası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
50. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2578/2021 nömrəli iş üzrə 06 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov