Məhkəmə qərarları › İş №2(102)-1238/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1238/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1238/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı (hüquqi varisi X6) cavabdehlər Cavabdeh2 və Cavabdeh1, iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaçı (hüquqi varisi X6) qarşı tələblərinə dair bir icraatda birləşdirilmiş işlər üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüquqlarının itirilmiş hesab edilməsi və s.” tələbinə; iddiaçılar Cavabdeh2 və Cavabdeh1 cavabdeh İddiaç ı qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair bir icraatda birləşdirilmiş mülki işlər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2790/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi, ev 21, 73 saylı mənzilin (bundan sonra – mübahisəli mənzil) icarədarı olmuş, xx.xx.2001-ci ildən mənzil xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır.

2. İddiaçının oğlu X6 1996-cı ildə X3 ilə nikaha daxil olmuşdur.

3. Cavabdeh2 xx.xx.1997-ci il tarixdə, Cavabdeh1 xx.xx.1999-cu il tarixdə doğulmuşdur, hər ikisi mübahisəli mənzildə qeydiyyatdadır.

4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 may 2010-cu il tarixli, 2(006)1856/10 saylı qətnaməsi ilə X6 və X1 mübahisəli mənzilə istifadə hüquqları itirilmiş, həmin mənzildən çıxarılmışlar və iddiaçı mübahisəli mənzilə köçürülmüşdür. Qətnamə qanuni qüvvəyə minmişdir.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən 30 nömrəli mənzilin ½ hissəsinə X1, ½ hissəsinə X4, “İnfiniti G25” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı, “BMW 745” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı, “Mercedes S600” minik markalı, **-NH*** dövlət qeydiyyat nişanlı və “Porsche Panamera” minik markalı, **-MM -*** dövlət qeydiyyat nişanlı avtomobillərin ½ hissəsinə X1, ½ hissəsinə X4 paylarının müəyyən edilməsi, X2 adına olan “Vaz 21214” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə münasibətdə xx.xx.2019-cu il tarixdə bağlanmış və İddiaçı adına olan “Range Rover sport” minik markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair xx.xx.2019-cu il tarixdə bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin avtomobillərin ½ hissəsinə X1, ½ hissəsinə X4 paylarının müəyyən edilməsi, xx.xx.2019-cu il tarixə borc öhdəliyi kimi yaranmış 483105,82 manatın ½ hissəsinin qaytarılması öhdəliyinin X5 aid edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh2 və Cavabdeh1 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələbini belə əsaslandırmışdır ki, cavabdehlər nəvələridir. Onlar mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Yəni iddiaçıya məxsus mənzildə onların qeydiyyatları sadəcə formal xarakter daşıyır, bu hal bir mülkiyyətçi kimi hüquqlarını pozur.

8. Cavabdehlər ayrıca icraatda iddiaçıya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən cavabdehlərin hər birinə 28.800 manat kompensasiya ödənilməklə onların mübahisəli mənzildəki yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. Cavabdehlər işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə, tələblərini belə əsaslandırmışlar ki, iddiaçı kompensasiya verilmədən onların həmin mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi niyyətindədir. Onun iddia ərizəsinin mətnindən də göründüyü kimi mübahisəli mənzildən istifadə hüquqlarının olmasını qəbul edir, lakin həmin mənzilə ehtiyaclarının olmadığı və valideynlərinin nikahının pozulduğu üçün onlara kompensasiya verilmədən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Mübahisəli mənzildə qeydiyyatları heç də formal xarakter daşımır. İddiaçı onların xarici ölkədə yaşadıqlarını, özlərinə məxsus, xaricdə və Azərbaycanda yaşayış və qeyriyaşayış sahələrinin olmasını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim edə bilməmişdir. Cavabdehlər bir neçə dəfə mübahisəli mənzilə gəlmiş, iddiaçı ilə nəinki mənzildə yaşamalarına icazə vermiş, heç mənzilin qapısını belə onlara açmamışdır. Cavabdehlərin mübahisəli mənzildə hazırda yaşaya bilməmələri məhz iddiaçının qərəzli olaraq yaratdığı maneələrə görədir.

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-4373/2022 nömrəli, 29 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddiaçının cavabdehlərə qarşı iddia tələbi təmin edilmiş, cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməsi, cavabdehlərin mənzilə istifa də hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinin rədd olunması qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, qanunvericilik hətta şəxs mənzildə qeydiyyatda olarsa belə, onun qeydiyyatda olmasını yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi əsası olaraq nəzərdə tutmamış, həmin hüququn əmələ gəlməsi mülkiyyətçi ilə bağlanan və notariat qaydasında təsdiqlənən müqavilənin olması ilə şərtləndirilmişdir.

13. Məhkəmə cavabdehlərin tələbinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 160804-1222 saylı cavab məktubundan göründüyü kimi Cavabdeh2 adına xx.xx.2020-ci il tarixdə “PORCHE CAYENNE-GTS” markalı **-ME-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeyd iyyata alınmış, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından çıxarılaraq özgəninkiləşdirilmişdir. Eyni zamanda xx.xx.1999-cu il təvəllüdlü Cavabdeh1 adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitəsi qeydiyyatdan keçməmişdir. Əlavə olaraq, “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində olan sərhəd keçmə məlumatlarından da göründüyü kimi Cavabdeh2 və Cavabdeh1 uzun müddətdir ki, ölkə xaricindən kənardadırlar. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, cavabdehlərin tələbi təmin edilməməlidir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152.1, 152.5, 153.4, 157.2, 228.2-ci maddələri, xx.xx.2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsi, Azərbaycan Respublika sı Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiaçının tələbinin rədd, onların tələbinin təmin olunmasını xahiş etmişlər.

16. Apellyasiya şikayəti cavabdehlərin tələbinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə xx.xx.2009-cu ildən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsinin istinad edilən maddəsini hazırkı iş üzrə tətbiq edə bilməzdi.

17. Apellyasiya baxışı zamanı iddiaçının xx.xx.2023-cü il tarixdə öldüyü müəyyən edilmiş və iddiaçı onun prosessual hüquqi varisi X6 ilə əvəz edilmişdir. Həmin şəxsin nümayəndəsi apell yasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, cavabdehlər Bodrumda evləri var, orada da yaşayırlar. 2021-2022-ci illərdən yəni valideynlərinin nikahı pozulandan cavabdehlər mübahisələndirilən mənzildə yaşamırlar.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-2790/2023 nömrəli iş üzrə 22 noyabr 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Babayev (məruzəçi), Cəmilə Musayeva və Günay Axundova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçının tələbi təmin edilmiş, cavabdehlərin tələbi rədd edilmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdehlər 2013-cü ildən mübahisəli mənzildə yaşamasalar da, onlar doğulandan, yəni 20 00-ci il 01 sentyabrdan əvvəl qeyd edilən mənzilə qeydiyyata düşmüşlər və həmin tarixdən də istifadə hüquqları yaranmışdır. Ona görə də hazırki iddia üzrə mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

20. Cavabdehlərin mübahisəli mənzildə 6 aydan çox müddətə yaşadıqları hazırda onların ümumiyyətlə ölkə xaricində yaşadığı ilə təsdiq olunur Mübahisəli mənzilə ehtiyacları müəyyən olunmadığı üçün onların həmin mənzilə istifadə hüququ itirilmiş hesab olunmalıdır. Həmçinin, qeyd edilənlər hazırkı halda mübahisəli mənzilə dair hüquqlarının itirilməsinə münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğunu təsdiq edir.

21. Məhkəmə cavabdehlərin tələbini əsassız hesab edərək, qeyd etmişdir ki, “komp ensasiya verilməklə istifadə hüququna xitam verilməsi” tələbi mülkiyyətçiyə məxsus hüquqdur və məhz mülkiyyətçi tərəfindən irəli sürülə bilər. Digər tərəfdən yuxarıda qeyd olunduğu kimi, cavabdehlər mübahisəli mənzilə istifadə hüquqlarını artıq itirmişlər.

22. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53, 54, 60, 87ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh2 və Cavabdeh1 (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddiaçının tələbinin rədd edilməsi, cavabdehlərin tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.

24. Kassasiya şikayəti onu nla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsini tətbiq edərkən həmin Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsasların olub-olmamasını müəyyən etməli idi, həmin əsaslar mövcud olmadığı halda isə cavabdehlərin mübahisəli yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmədiyi qənaətinə gəlməli idi.

25. Apellyasiya instansiyası məhkəməsi, həmçinin Mənzil Kommunal İstismar Sahəsinin müvafiq arayışına istinad edərək, cavabdehlərin mübahisəli mənzildə qeydiyyatda olmalarına baxmayaraq, yaşamadıqları qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, həmin arayış həqiqəti əks etdirməməklə yanaşı, həm də qeyrimüəyyəndir. Cavabdehlərin mübahisəli mənzildə yaşayıb-yaşamamaları fak tının nəyə əsasən müəyyən edilməsi halı məhkəmə tərəfindən araşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

28. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bil ər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi

29. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürm ək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

31. Maddə

60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

32. Maddə

87. Kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Mülki Prosessual Məcəllə

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qəra rdadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehlərin kassasiya şikayə ti əsasında tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Nəzərə alınmalıdır ki, iddiaçının hüquqi varisinin nümayəndəsi apellyasiya baxışı zamanı verdiyi izahatında cavabdehlərin 2021-2022-ci illərdən mübahisəli mənzildə yaşamadıqlarını, Türkiyədə (Bodrumda) evlərinin olduğunu və orada yaşadıqlarını bildirmişdir.

45. Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2790/2023 nömrəli, 22 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar