Məhkəmə qərarları › İş №2(102)-1238/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-1238/2025

21.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1238/2025 21.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə nikah vaxtı əldə edilmiş özbaşına tikiliyə köçürülmə, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və NurCavabdeh2 Gülxxx oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 oğlu, Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-6086/2024 nömrəli qətnaməsindən Cavabdeh1 kassas iya şikayətinə 21 aprel 2025-ci iltarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh2 2012-ci ildə rəsmi nikaha olublar, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı iki uşaqları vardır.

2. İddiaçı ilə Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 86-da yaşayıblar, evin qeydiyyatı yoxdur.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-96/2023 nömrəlqətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmaları qət edilmişdir.

4. İddiaçı 10 noyabr 2023-cü il tarixdən yuxarıda adı çəkilən evdə n çıxarılıb.

5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa görə ünvan 1 ünvanında X10 və Cavabdeh1 qeydiyyatdadır.

6. Mübahisə həmin evə köçürülmə ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 86-ya köçürülmələri, 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbini belə əsaslandırmışdır ki, iddiaçı gəlin köçərkən özü ilə cehiz əmlakla rı qayınatasının evinə aparmışdır. 2012-ci ilin mart ayından sonra iki ay qayınata evində yaşamış, iki aydan sonra Bakı şəhərinə köçərək Alatavada kirayədə yaşamışlar. Digər əmlakları qayınatasının evində, qızıl-zinət əşyaları qayınanasında qalmışdır. İki il Bakı şəhərində kirayədə yaşadıqdan sonra həmin ərazidə 35.000 ABŞ dollarına iki otaqlı bir mətbəxdən ibarət, hamam və tualet həyətində olmaqla ev almışlar. Həmin evin dəyəri olan 35.000 ABŞ dollarının 24.000 ABŞ dollarını birgə nikah dövründə əldə etdikləri pul, 11.000 ABŞ dolları isə valideynləri tərəfindən evin alınmasından ötrü ona kömək üçün verilmiş pul idi. Evi aldıqdan sonra iddiaçıya məxsus bütün cehiz əmlakları evə gətirilmiş və həmin vaxt qayınanası onda olan bütün qızılları iddiaçıya vermişdir. 10 noyabr 2023-cü il tarixdə s aat 12 radələrində gəlini qonaq gəldiyi və evin ünvanını xatırlamadığı üçün gəldiyi taksini qarşılamağa görə rəfiqəsi və qızı evdə qalmış, digər övladı iddiaçı birlikdə çıxmışdır. Evə qayıdanda iddiaçı görmüşdür ki, qapı arxadan bağlıdır. Rəfiqəsindən qapının nə üçün bağlı olduğunu soruşduqda, rəfiqəsi iddiaçının nömrəsinə 10 noyabr 2023-cü il tarixdə saat 11-47 mesaj yazmışdır ki, qaynı qapını bağlayıb açmağa qoymur. Həmin vaxt iddiaçı 102 xidmətinə zəng edib məsələni demiş, zəngdən sonra polis əməkdaşları gəlmiş, evə daxil olmuş, nə danışdıqlarını bilməmiş, sonra polisə getmiş və ona polisdə bildirmişlər ki, iddiaçı məhkəməyə müraciət etməlidir. Birgə nikah dövründə olduğu müddətdə 2023-cü ilin aprel ayına kimi evə dair kommunal xidmətlərin – qaz işıq, su pulunu iddiaçının sabiq əri Cava bdeh2, həmin vaxtdan sonra isə iddiaçı kartından ödəmişdir. İddiaçı evə buraxılmadıqdan sonra bütün əmlakları, zinət əşyaları, zinət əşyalarının yanında qalan 1000 manat pul, sənədləri pul qabında 120 manat pul evdə qalmışdır. Telefonu və telefonunun kaburasının içində olan bank kartı qalmışdır. Sonradan iddiaçı təhqiqatçının köməyi ilə pul qabını uşaqların şəxsiyyət vəsiqələrini, öz vəsiqəsini sabiq əri Cavabdeh2 götürmüşdür. Nikahın pozulması dövründə evin qaz, işıq, su pulu keşmiş ərinin yeznəsi Cavabdeh1 adın keçirilmişdir. Belə bir hərəkətdə məqsəd də iddiaçının həmin evə olan bütün hüquqlardan məhrum etmək olmuşdur. Cavabdeh1 heç bir zaman iddiaçı birlikdə yaşamamış və hazırda da xxx kirayədə yaşayır. Daimi yaşadığı evdən idiaçını qaynı Cavabdeh3 qovmuş, iddiaçı qovulandan sonra id dia ərizəsində qeyd etdiyi cavabdehlər həmin evə köçmüşlər. İddiaçıya aid olan bütün əmlaklar və qızıl-zinət əşyaları cavabdehlərin yaşadığı evdə qalmışdır. Hazırda evin ümumi dəyəri 62.300 manat təşkil edir. İddiaçı polisin köməyi ilə evdən ona aid bəzi geyim əşyalarını götürsə də, qızıl-zinət əşyaları həmin evdə olmamışdır.

9. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, sözügedən mənzil 2013-cü ildə alınmışdır və onun yeznəsinin evidir. Ailə qurduqdan sonra yeznəsi ona evi kirayə vermişdir. Orada tək mətbəx mebeli olmuşdur. Başqa bir şey olmamışdır. İstər-istəməz orada yaşamaq üçün müəyyən əşyalar gətirmişlər. Həmin əşyaların hamısı eyni vaxtda gətirilməmişdir. O, 2012-ci ilin mart ayında evlənmiş və evləndikdən sonra da Ucar rayonunda yaşamışd ır. Sonra burada işlədiyi üçün Bakıya şəhərinə köçmüşdür. Müəyyən müddət Alatava ərazisində yerləşən müxtəlif evlərdə kirayədə yaşamışlar. Sonra bacısının ailəsi bu evi aldılar. Bacısıgil 2006-cı ildən evli idilər və 20-ci sahədə özlərinin evləri var idi. Boşandıqdan sonra iddiaçıya bir neçə dəfə demişdi ki, xxx öz evini istəyir. xxx sözügedən evi xxx adlı şəxsdən 25000 dollara almışdır. Onlar həmin evə 2014-cü ilin yanvar ayında köçmüş və, o, xxxə işindən asılı olaraq hər ay əlbəəl kirayə haqqı vermişdir. Bəzən gecikdirmələri də olmuşdur. xxx özünə başqa yerdə ev tikdirdiyindən onlara yaşamaq üçün evi kirayə vermişdir. Hazırda, o, həmin evdə yaşamır.

10. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, bildirmişdir ki, mənzil özbaşına tikili kateqoriyasına aid olsa da, onun sahibi Cavabdeh1dur. Buna dair bir sıra sübutları var ki, onları məhkəməyə təqdim edə bilər. Qarşı tərəf evin iddiaçıya aid olmasına dair sübutlar təqdim etməlidir. Mənzil Cavabdeh1 tərəfindən alınmışdır. Cavabdeh1 evi xxx adlı şəxsdən almışdır. Cavabdeh1 müəyyən əmlakları vardır. Cavabdeh2 Cavabdeh1 arvadının qardaşıdır. xxxin iddiaçı ilə heç bir əlaqələri yoxdur. Sona xxxdən xahiş etmişdir ki, öz evləri olduğundan Alatavada yerləşən və onlara məxsus olan şəraitsiz özbaşına tikilini yaşamaq üçün müvəqqəti olaraq qardaşı xxx və iddiaçıya versin. Həmin evdə qaz plitəsi belə olmamışdır. xxx həmin evi 2013-cü ildə almışdır. Evdə bir neçə yararsız vəziyyətdə olan mətbəxə aid şkaflar olmuşdur. Orada başqa hər hansı ev əşyası olmamışdır. İd diaçı keçmiş ərinin atasının Ucar rayonunda yerləşən evinə gəlin köçmüşdür. Cavabdeh2 iddiaçını Ucar rayonuna gəlin aparmışdır. xxx və Sona Ucar rayonundan Bakıya gəlmişlər. İddiaçı da cehiz əşyalarını Ucar rayonuna aparmışdır. xxx və xxxin arasında danışıq olmuşdur ki, ayda nə qədər pul tapa bilsə, mənzildə yaşamasının əvəzinə ona versin. xxx və xxx fərqli yerlərdə “parkovşik” kimi çalışırlar. Onlar bahalı restoranlarda işləyirlər. xxxin xxxə yaşamaq üçün verəcəyi ev boş olduğundan təklif etmişdir ki, onlar Ucar rayonunda olan əşyaları bura gətirsinlər. Bu minvalla orada müəyyən müddətdə yaşamışlar. Yasamal Rayon Məhkəməsində tərəfindən çıxarılmış qətnamədən də məlum olur ki, tərəflər xəyanət səbəbindən boşanmışlar. xxx iddiaçını boşamışdır. xxx boşandıqdan sonra iddiaçı ilə yad insanlar olublar. xxx də xxxə deyib ki, iddiaçı evi boşaltsın. xxxin Qobu şəhərciyində apardığı tikinti işləri yarımçıq qalmışdır və xxx də öz evini geri istəmişdir. Ailə münaqişəli kimi qeydiyyata alınmışdır. İddiaçı cavabdeh xxx xxxun aldığı evdə yaşamağa davam edir. xxx evinin açarını dəyişdirmək məcburiyyətində qalmışdır. İddiaçı polisə müraciət etmiş və bununla bağlı araşdırma aparılır. xxxlə razılaşdırdıqdan sonra polis iddiaçı ilə birlikdə həmin mənzildə olan ona məxsus əşyaları götürməsi üçün şərait yaratmışdır. Bununla bağlı müvafiq çəkiliş də aparılmışdır. Həmin evdə yalnız iddiaçının daşıya bilməyəciyi əşyaları qalıb. İddiaçı bildirir ki, bu mənzili əri ilə birlikdə almışlar, məbləğin 11000 dolları onun ailəsi ödəmiş, 25000 dolları isə yoldaşı ilə birlikdə ödəmişlər. Halbuki bu evdə nə i ddiaçının, nə də onun keçmiş əri xxxin vəsaiti yoxdur. Ev xxx tərəfindən alınmışdır. Kommunal ödənişlərin edilməsi ilə bağlı olan qəbzlərdə də xxxin adı qeyd edilmişdir. Hazırda da, ödənişləri xxx edir. İddiaçı öz iddiasını sübut etməlidir. İddiaçının belə bir hüququ yoxdur. Evi satan şəxs də evin xxxə satıldığını bildirir. Buna görə də, iddia rədd edilməlidir.

11. Cavabdeh1 göstərmişdir ki, sözügedən evi 2014-cü ilin yanvar ayında almışdır. Həmin vaxt Yasamal ərazisində yaşayır və bir şəxsin evində ora baxdığı üçün pulsuz qalırdı. Həmin ev yiyəsiz qalmasın deyə orada qalırdı. 24000 ABŞ dolları məbləğində pul vəsaitini o və qayınatası vermişlər. Pul manatla olmuş, onu dollara çevirmişlər. Həmin evi özü üçün almışdır. Həm Vişnevka, həm Qobu ərazisində ev tikdirir. Həmin vaxt əlavə olaraq mühafizədə də işləyirdi. Qayınatası ona evin alınmasında köməklik etmişdir. O, yoldaşı ilə birlikdə mebel almış, onun əvəzinə də yoldaşının atası ona ev almağına köməklik göstərmişdir.

12. Birinci instansiya məhkəməsində şahid X14 bildirmişdir ki, adı Sifadə olsa da, tanışları ona xxx deyə müraciət edir. O, Cavabdeh1 və onun qayınatasını tanıyır. X11 metrosu ilə üzbəüz yerləşən pul dəyişmək üçün nəzərdə tutulmuş yerlərin birində ona 24000 ABŞ dolları məbləğində pul vermişlər və onlara sözügedən evi satmışdır. Onların üstündə olan pul manat olmuşdur. O, isə həmin vaxt Türkiyə Respublikasına əməliyyat olmaq üçün gedirmiş və ona pul dollar olaraq lazım idi. Onlara demişdir ki, sonra Türkiyədə olan zaman məzənnə fərqinə görə çətinlik çəkmək istəmir və pulu ona dollarla verilməsini istəyir. Həm in ərazidə adını dəqiq xatırlamadığı şəxs onun yanına gələrək satışa çıxardığı evi xxxin almaq istədiyini bildirmişdir. Eləcə də, JEK-də evin sənədinin onun adına çıxmadığını demişdir. O isə evin onun mülkiyyətində olduğunu bildirmişdir. Mənzilin “Lider” telekanalının yanından döndükdə Alatava adlanan ərazidə yerləşirdi. Ev iki otaqdan ibarət idi. İlk olaraq evə baxmağa xxx və onun həyat yoldaşı gəlmişdilər. xxx həyat yoldaşı ilə evə baxdıqdan sonra dedi ki, “qayınatasına zəng edəcək, o da gəlsin”. Daha sonra da xxxin qayınatası və qaynanası gəldilər və evə baxdılar. O evi satan vaxt həmin evdə yaşayırdı. Qazi olduğundan və həmin vaxt əməliyyat olunmaq üçün başqa ölkəyə getməli olduğuna görə evi satmaq məcburiyyətində qalmışdır. Türkiyə Respublikasına gedib qayıtdıqdan sonra evin kommunal ödənişlərini Cavabdeh1 adına keçirmişdir. Tarixi dəqiq xatırlamır. xxx adlı şəxsi bir dəfə görmüşdür. xxx Alatavada kirayədə qalırdı. O, yaşadığı evi tanıyırdı, o isə onu tanımırdı. O, iddiaçını tanımır. Evi xxxə satmış və xxxin qayınatası da evin qızı üçün alındığını demişdir. xxx ona zəng edərək, onun evini əlindən almaq istədiklərini demişdir. O isə həmin vaxt Maştağada yerləşən xəstəxanada idi və gəlib məhkəmədə şahidlik edəcəyini bildirmişdir. xxxə etibarnamə verməmiş, evə baxdıqdan sonra xxx xxxə zəng etmşdir ki, atasını evə baxmaq üçün qarşılasın, evə baxdıqdan sonra halallaşmış evi xxxə satmışdır, xxx xxx r adlı xanımı tanımır, iddiaçını tanımır, adın da eşitməmişdir. İkinci dəfə xxx və onun yoldaşının yanında evə baxmağa gələndə xxx də olmuşdur.

13. Birinci instansiya məhkəməsində şahid X3 bildirmişdir ki, iddiaçı onun qardaşı qızıdır. Ev alınan zaman qardaşı qızının körpə uşağı var idi. Onlar Bakıya gələn zaman 1 il kirayədə yaşamışlar. Sonra xxx və xxx dedilər ki, Bakıda ev almışlar. Onlar da şəhərə gəzməyə gələn zaman həmin evə baxmağa getmişlər. Həmin ev də Alatavada yerləşirdi və onların kirayədə yaşadıqları evə yaxın idi. Evə baxmaq üçün gedən zaman orada evin yiyəsini görmüşdür. O, həmin vaxt evdə yaşayırdı. Onlar evi bəyənmişlər. Ev üçün 35000 ABŞ məbləğində pul verilmiş və həmin məbləğin 11000 ABŞ dollarını onun qardaşı, yəni xxxun atası vermişdir. Həmin pulu ona vermiş və o da gətirib xxxa vermişdir. Hadisənin üstündən 12 ilə yaxın vaxt keçib. Evin köhnə yiyəsinin siması yadında deyil. Onun yoldaşı da evə gedən vaxt orada olmuşdur. xxxun atası ev almaları üçün onlara köməklik etmişdir. Evin və həyətin quruluşu yadındadır. Həyətin girəcəyində uzun yol var idi və güllər düzülmüşdü, eləcə də orada ev var idi. O, 11000 ABŞ dollarında pulu qardaşından aldıqdan sonra gətirib xxxa vermişdir. xxxa pulu təzə aldıqları evdə vermişdir. Pulu ondan alıb hara qoyduğunu deyə bilməz. İddiaçı 12 il ərzində həmin evdə yaşamışdır.

14. Birinci instansiya məhkəməsində şahid X5 bildirmişdir ki, iddiaçı onun qızıdır. İddiaçı Ucara gəlin köçmüşdür. xxx və xxx dedilər ki, Bakıda ev alırlar. Onların pulları çatmırdı. xxxun atası da 11000 ABŞ dolları məbləğində onlara köməklik etmişdir. 24000 ABŞ dolları məbləğində pulun xxxin haradan aldığı barədə məlumatı yoxdur. xxxun bibisi Bakıya gəlmişdi və onlar xxxin anasının da iştirakı ilə almaq istədikləri evə baxmağa g etmişlər. Evə baxmağa gedən zaman orada bir kişi olmuşdur. Evi aldıqdan sorna cehizlərini də gətirib ora yığmışdır.

15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 avqust 2024-cü il tarixli, 2(004)2634/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Gülnar Babazadə)

16. Birinci instansiya məhkəməsi müəyyən qeyd etmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında 2012-ci il tarixdə Ucar qeydiyyat şöbəsi tərəfindən nikah bağlanmış və həmin nikahdan iki övladları doğulmuşdur. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-96/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. İşin mübahisəsiz halına görə iddiaçı və əri xxx nikaha daxil olduqdan sonra bir müddət Ucarda yaşamış, cehiz əmlakını Ucarda qayınatasının evinə gətirmiş, daha son ra Bakıya köçmüş, iki il Alatava ərazisində digər bir evdə kirayə yaşamış, daha sonra mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Həmin vaxtdan 10 noyabr 2023-cü il tarixinədək yaşamışlar. Fərdi yaşayış evinin daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınmamış özbaşına tikili olması da işin mübahisəsiz halıdır. 17.İşin mübahisəli halı isə sözügedən özbaşına tikilinin kimə məxsus olması ilə əlaqədardır.

18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, şahid X7 ifadəsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi X14 özbaşına tikilini Cavabdeh2 deyil, Cavabdeh1 satmışdır, yəni iddiaçı tərəfindən özbaşına tikilinin Cavabdeh2 satılması, həmçinin özbaşına tikilinin birgə nikah dövründə alınmış əmlak olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

19. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə dinlənilmiş CD-dən iddiaçı ilə Cavabdeh2 arasında aparılan danışıqlardan xxxin məlumatlı olmaması görünür və həmin danışıqlarda mübahisəli tikilinin Cavabdeh2 və iddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsi barədə etiraf olunması müəyyən edilmir. Belə olan halda, CD işin faktiki halını müəyyən edən legitim və mötəbər sübut kimi nəzərə alına bilməz. Bununla da iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi üçün hər hansı əsas yoxdur.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 180.1, 180.2, 180.3-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, işin mübahisəsiz hallarından biri odur ki, mübahisəli yaşayış evi mülkiyyət hüququ ilə heç kəsə məxsus deyildir, bu yaşayış evinin (tikilinin) özbaşına tikili olub-olmaması iş materialları ilə təsdiq edilmir. Mübahisəli yaşayış evində uzun müddət yaşamışdır, iddiaçı keçmiş əri Cavabdeh2 ilə orada birgə təsərrüfat aparmışlar. Hətta nikahlarına xitam verildiyi vaxtdan sonra da həmin evdə yaşamışlar. Ancaq iddiaçı heç bir əsas olmadan və hüquqi əsas gətirilmədən bu yaşayış evindən əsassız olaraq çıxarılmışdır. İddia rədd edilərkən, məhkəmə iş üzrə şahid qismində cavabdeh tərəfdən məhkəmədə di ndirilmiş X7 (xxx kimi özünü təqdim etmiş) ifadəsini rəhbər tutmaqla həyata keçirmişdir. Hələ məhkəmə müəyyən edə bilməmişdir ki, həqiqətən də haqqında danışılan yaşayış evi Sifadənin olub, ya yox? Daha sonra yaşayış evi Sifadənin olmuşdursa, kimə satılıb? Məhkəmə ancaq cavabdeh tərəfindən məhkəməyə cəlb edilmiş şahidələrin sözlərinə əsaslanmışdır. Bununla belə, məhkəmə iddiaçının dəvət etdiyi şahidlərin ifadələrini əhəmiyyətsiz saymış, ümumiyyətlə, digər şahidlərin ifadələrinə hüquqi cəhətdən qiymət belə verməmişdir. Məhkəmə tərəfindən aydınlaşdırılmayan digər hal isə, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş X6 həmin evdə pasport qeydiyyatının hüquqi əsaslarının araşdırılmamasıdır. İşin əsas hallarından biri mübahisəli yaşayış evinə məhkəmə tərəfindən yerdə baxışın keçirilməməsidir. Çünki bəzi əşyalar var ki, bu gün də ona aid olmaqla həmin evdədir. Hətta bu barədə cavabdehlərin vəkili və nümayəndəsi bunu məhkəmədə öz çıxışında belə qeyd edir. Bununla belə, məhkəmə maraqlı olmur ki, yaşayış evinə baxış keçirsin və işin həqiqi tərəflərini müəyyənləşdirsin.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 dekabr 2024-cü il tarixli 2(103)-6086/2024 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2634/2024 nömrəli iş üzrə 27 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilərək İddiaçı uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi 86 nömrəli evə köçürülməsi qət edilmişdir. (hakimlər Vahid Sad ıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)

24. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikilidir, iddiaçı və Cavabdeh2 ailə qurduqdan sonra əvvəlcə Ucarda yaşamış, daha sonra Bakıya köçərək, iki il kirayədə yaşadıqdan sonra, təxminən 2014-cü ildən mübahisəli evdə yaşamışlar.

25. İddiaçı hazırda uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir və tələbini onunla əsaslandırır ki, mübahisəli evi birgə nikah dövründə əldə etmişlər, evin dəyəri olan 35.000 ABŞ dollarının 24.000 ABŞ dollarını birgə nikah dövründə əldə etdikləri, qalan 11.000 ABŞ dollarını isə valideynləri tərəfindən evin alınmasından ötrü ona kömək üçün verilmiş pul hesabına ödəmişlər. Cavabdeh2 isə bildirir ki, ev onların birgə nikah dövründə əldə edilsə də, ev bacısının əri Cavabdeh1 tərəfindən alınmış, sonuncuya məxsus olmuşdur, onlara yaşamaq üçün evi kirayəyə vermişdir.

26. İddiaçının nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş “Azəriqaz” İB-nin cavab məktubunda göstərilmişdir ki, göstərilən mənzildə quraşdırılan məişət qaz sayğacı X1 Sistemində istehlakçı kimi ilk dəfə xx.xx.2014-cü il tarixdə xxx xxxovun adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 adına və daha sonra xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh1 adına keçirilmişdir. 27. "xxxx" ASC-nin cavab məktubunda göstərilmişdir ki, elektron bazada qeyd olunan ünvanın 21 noyabr 2007-ci il tarixində **********70012 nömrəli abunə kodu ilə X2 adına qeydiyyatda alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Əhali istehlakçı sının ad dəyişdirilməsi xidməti həyata keçirilərək 18 fevral 2014-cü il tarixində abunə kodu üzrə qeydiyyat X2 adından Cavabdeh2 adına, 16 aprel 2022-ci il tarixində Cavabdeh2 adından Cavabdeh1 adına dəyişdirilmişdir.

28. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X15 Xidməti” PHŞ-nin cavab məktubunda göstərilmişdir ki, elektron bazada vətəndaş Cavabdeh2 adına (abonent kodu:**********30, müqavilə nömrə 10658549, müqavilə tarixi xx.xx.2000-ci il) müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə vətəndaş Cavabdeh1 (abonent kodu **********030 müqavilə nömrə 45610436 müqavilə tarixi xx.xx.2022-ci il) adına ad dəyişikliyi olmuşdur.

29. Yasamal Rayon MKTB 24 nömrəli MKİS tərəfindən verilmiş arayışda göstərilmişdir ki, ünvan 1fərdi ev özbaşına tikilidir. 2014-cü il tarixdən 202 2-ci ilə qədər qeydiyyatda olmaqla yuxarıda göstərilən ünvan Cavabdeh2 məxsus olmuşdur. Məişət tullantılarının xərcləri Cavabdeh2 tərəfindən ödənilmişdir. Aşağıdakı ailə üzvləri ilə birgə yaşamışdır: İddiaçı – həyat yoldaşı, qeydiyyatsızdır, X10-qeydiyyatdadır, X9qeydiyyatdadır.

30. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş məktubda göstərilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X10 xx.xx.2018-ci il tarixdə atası Cavabdeh2 qeydiyyatda olduğu ünvan 2 ünvanı üzrə sənədləşdirilmiş və hal-hazıradək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.

31. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, mübahisəli evə dair kommunal xidmətlərin (qaz, işıq və su ilə təchiz edilməsinə) göstərilməsinə dair müqavilələr 2014-cü ildən Cavabdeh2 ilə bağlanmış, istehlakçı sonuncu olmuşdur. Tər əflər arasında münasibətlər faktiki olaraq 2022-ci ildən pozulmuşdur. Məhz həmin dövrdə, xx.xx.2022-ci il tarixdə kommunal xidmətlər üzrə dəyişiklik edilərək Cavabdeh1 adına keçirilmişdir.

32. MKİS tərəfdən verilmiş arayışda da göstərilmişdir ki, 2014-cü il tarixdən göstərilən ünvanda qeydiyyatda olmaqla ev Cavabdeh2 məxsus olmuşdur.

33. Digər tərəfdən iş materiallarında olan CD diskdəki iddiaçı ilə Cavabdeh2 arasındakı səs yazılarını dinlədikdə məlum olur ki, danışıq mübahisəli evlə bağlı olmuşdur, iddiaçı bildirir ki, “sən məni evlə üzbəüz qoymusan, mənim ev məsələm var.... Sən getdin evi çıxartdın adından, mənim sənə etibarım yoxdur. Sabah söküntü oldu, məni çıxartdılar burdan, mən onda harda qalacam...” Cavabdeh2 bildirir ki, “Onlar hamısı düzələndir. Mən uşağımı çöldə qoyan deyiləm. Ora neçə kvadrat oldu?” İddiaçı bildirir ki, “76 kv.m deyəsən...” Cavabdeh2 bildirir ki, “orada olmuş olsam qabağı bağlayardım, ora da ölçülərdi, 85 kv.m edərdi, nəsə edərdik.... Mən səni ordan çıxara bilərəm. Prinsipə qalsa səni çıxara bilərəm.... Sənədsiz olduğuna görə nə məhkəmə, nə 102 yaxın durmayacaq.” İddiaçı bildirir ki, “Mən axıra kimi gedəcəm, mən də çıxmayacam, bildirəcəm bu ev sənin olub, sən indi adından çıxarmısan.”

34. Apellyasiya instansiyası məhkəməsi vurğulamışdır ki, danışıqlardan aydın olur ki, iddiaçı ilə Cavabdeh2 mübahisəli evlə bağlı danışırlar, iddiaçı evdən çıxmayacağını bildirir, xxx evin sahibi kimi danışır və istəsə çıxara biləcəyini bildirsə də, evin ona məxsus olmadığını, xxx Səfərəova məxsus olduğunu danışıq zamanı ümumiyyətlə bildirmir.

35. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “orada olmuş olsam qabağı bağlayardım, ora da ölçülərdi, 85 kv.m edərdi, nəsə edərdik” kimi fikirləri yalnız mənzilin sahibi söyləyə bilər.

36. Bütün bu sadalananlar apelyasiya instansiyası məhkəməsinə belə qənaətə gəlməyə əsas vermişdir ki, iddiaçının istinad etdiyi hallar doğrudur, mübahisəli ev onlara məxsus olmuşdur, birgə nikah dövründə əldə etmişlər və uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh2 ilə arasında münasibətlər faktiki pozulduqdan sonra kommunal xidmətlər üzrə dəyişiklik edilmiş və hamısı Cavabdeh1 adına keçirilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi şahid X7 ifadəsinə tənqidi yanaşmış və bunu onunla əsaslandırmışdır ki, şahidin ifadəsi sadalanan hallara əsasən hadisələrin real axarına uyğun gəlmir, aydın olur ki, şahid ifadə si cavabdehlərin mənafeyinə uyğun verilməklə obyektiv həqiqəti əks etdirmir.

38. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının tələbi təmin edilməlidir.

39. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 180.1., 180.2, 180.3.-cü və Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ləğv, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı birgə nikah dövründə Bakı şəhəri Yasamal rayonu, 1-ci Alat ava ərazisində ünvanda yerləşən, iki otaq, bir mətbəxdən, hamam və tualetdən ibarət (həyətində olmaqla) olan mənzili 35.000 ABŞ dollarına aldıqlarını, hətta həmin məbləğin 11.000 ABŞ dollarının onun yəni, iddiaçının atasının verdiyini söyləmişdir. Lakin, məhkəməyə bu hissə ilə bağlı heç bir sübut təqdim etməmişdir. Əslində bu gün mənzilə köçürülmə tələbi irəli sürən şəxsin məhkəməyə verdiyi izahatında ziddiyyətlər mövcuddur. "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması v acibdir. 1)əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2)əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Qanunvericiliyin və Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən görünür ki, əmlakın ümumi mülkiyyət olması onun nikah dövründə alınması və ər-arvadın ümumi gəlirləri hesabına alınması şərtinin hər ikisi mövcud olmalıdır. Mövcud olan iddiada mübahisəli mənzil iddiaçının həyat yoldaşı Cavabdeh2 tərəfindən alınmamış və ona məxsus olmamışdır. Yəni həmin ev birgə vəsaitlə, əldə edilməmişdir. Həmin əmlak iddiaçının yoldaşı xxxin yeznəsi Cavabdeh1 məxsus olmuşdur. Və iddiaçının həmin mənzil ə köçürülməsi ilə bağlı tələbi özü-özlüyündə yalnış bir tələbdir. Belə ki, Cavabdeh1 2013-cü ildə 24.000 ABŞ dolları dəyərində mənzil almışdır. Evə verilən 24.000 ABŞ dollar şəxsən özünün olmuş və heç bir kənar şəxsin köməyi olmamışdır. Hazırda yaşadığı mənzili şəxsən özü evi satan xxx (Sifadə) adlı şəxsdən almış və 24.000 ABŞ dollarını nəgd şəkildə ona təqdim etmişdir (evi satan şəxs yəni, xxx məhkəmədə şahid kimi izahat vermişdir). Məhkəmə üçün zəruri sübutlar təqdim olunsa da (kommunal ödənişlərə dair qəbzlər, MKİS-dən arayış, cavabdehin yəni evin sahibi xxxin polis orqanlarına iddiaçının evindən çıxarılmasına dair müraciətlər və digər), apellyasiya instansiya məhkəmə buna önəm verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. Kassasiya şikayətinə qarşı yazılı etiraz dax il olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdəpozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikl əri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamil ə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

43. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

45. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir k i, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

48. İddia tələbi özbaşına tikinti hesab edilən evə köçürülmə barədədir. İddiaçı mübahisəli evin keçmiş əri ilə birgə vəsait hesabına alınmasına, uzun müddət ailə olaraq orada yaşamalarına, evin kommunal xidmətlərinin də münasibətlər pozulana qədər keçmiş ərinin adına olmasına istinad etmişdir.

49. İşin apellyasiya instansiya sı məhkəməsi tərəfindən müəyyən edilən halına görə də mübahisədə adı keçə ev iddiaçı ilə onun keçmiş ərinin birgə vəsaiti hesabına alınıb, həmin evin digər cavabdeh E.xxxa aidiyyəti müəyyən edilməmiş, mübahisəli evin məhz cavabdeh E.xxx tərəfindən alınması təsdiqini tapmamış, əksinə, işdəki sübutlar əsasında evin iddiaçının keçmiş əri ilə birgə yaşadıqları dövrdə ümumi vəsait hesabına alınması sübuta yetmişdir.

50. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 159-cu maddəsinə görə sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Mülki Məcəllənin 164.1-ci maddəsinə görə isə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır.

51. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-38-ci bəndlərində əks ed ilən qiymətləndirməsi ilə razılaşır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

53. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

54. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər cavabdeh E.xxxun iddia tələbinə etirazının dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, iddianı təmin etmiş, cavabdeh in etirazını qəbul etməmişdir.

55. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6086/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar