Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3516/2025 11.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “gəlirin bölünməsi və dəymiş zərərin ödənilməsi, paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması” tələbinə dair ilk və iddiaçı Cavabdeh İddiaçı qarşı “paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi, birgə əmlakdan əldə olunan gəlirlərin paya uyğun hissəsinin tutulması, birgə əmlakın saxlanılması üçün xərclərin paya uyğun bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2025-ci il tarixli, 2(103)2711/2025 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Cavabdeh və İddiaçı 21 noyabr 1995-ci ildə nikaha daxil olmuş, nikahları 01 oktyabr 2018-ci ildə pozulmuşdur.
2. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin edilərək, ünvan 4, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş bin anın zirzəmisindəki 61 nömrəli dayanacaq yerinə İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi, qarşılıqlı iddia təmin edilərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. 3. ünvan 4, 103 saylı mənzil və ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 343,20 kv.m. olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqları hər birinə münasibətdə 1/2 pay hissədə İddiaçı, 1/2 pay hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, paylı mülkiyyətdə olan ünvan 3 ünvanda yerləşən sahəsi 343,20 kv.m. olan qeyri -yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək, gəlirin 50% - 300.000 manatın, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manatın, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli əmlaklar birgə nikah dövründə alınıb və onlardan istifadə etmək hər birinin hüququdur. Buna baxmayaraq, cavabdeh 2018-ci ildən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə iddiaçıya ayrılmış hissənin ona təhvil verilməsinə maneələr yaradır. Cavabdeh 343,20 kv.m. sahəni bütövlükdə icarəyə verərək oradan gəlir əldə edir. Cavabdeh qeyri-yaşayış obyektinin bir hissəsini “Oliva” gözəllik salonuna, bir h issəsini də “Mediplanet” klinikasına icarəyə vermişdir. Qeyri-yaşayış sahəsi şəhərin mərkəzində yerləşir və cavabdeh hər obyekt üçün aylıq 10000 manat kimi icarə haqqı alır. O, icarədarlara və Dövlət Vergi Xidmətinə pretenziya ilə müraciət edərək, icarə müqavilələrinin surətlərinin ona verilməsini xahiş etmişdir. Lakin, icarədarlar cavabdehin tapşırığı ilə həmin icarə müqavilələrini ona təqdim etməmişlər. Cavabdeh qərəzli mövqe sərgiləməklə qəsdən olaraq 6 ildir ki, iddiaçının həmin obyektə sahib çıxmasına maneələr yaradır və belə olan halda əldən çıxan fayda və gəlirin 50% iddiaçıya ödəməlidir. 5 ildir ki, 2019-2024-cü il dövrü üçün cavabdeh həmin obyekti icarəyə verməklə, orta hesabla illik 120.000 manat gəlir əldə edir. 5 ildə həmin məbləğ 600.000 manat edir. Cavabdehin əldə etdiyi gəli r aralarında bölüşdürülməlidir. Eyni zamanda, həmin məbləğ vaxtında ona verilsəydi, o, onu daha da səmələri istifadə edərək gəlirini artıra bilərdi. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qətnaməsi ilə aralarında bəzi əşyalar bölüşdürülmüşdür. Həmin əşyaların arasında qiyməti 80.000 ABŞ dolları olan “Candella” lazer aparatı da mövcuddur. Cavabdeh həmin aparatı ayrıca icarəyə verərək, gəlir əldə edir. Həmin aparatın aylıq icarə haqqı 2000 manat cuvarındadır.
6. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsinin təmin edilməməsi, paylı mülkiyyətdə olan ünvan 4, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin onun tərəfindən i stifadəsi üçün maneələrin aradan qaldırılmasının cavabdeh İddiaçı üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə cavabdeh İddiaçı qadağa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən 103 saylı mənzil və həmin mənzilə uyğun "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisində 61 No-li dayanacaq yeri (qaraj) tərəflərin paylı mülkiyyətindədir. Qarşılıqlı tələb üzrə cavabdeh həmin mənzili vaxtaşırı icarəyə verir, mənzilin qıfılını dəyişmiş, həmin tələb üzrə iddiaçıya məxsus olan bütün əşyalarını həmin mənzildən çıxartmış, taksi sürücüsünün vasitəsi ilə onun əşyalarını atasının evinə göndərmiş, mülkiyyətçi olan Cavabdeh ümumiyyətlə həmin mənzilə buraxmamış, eyniliklə mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerini də vaxtaşırı icarəyə vermiş, onu paylı mülkiyyətdə olan mənzilin və dayanacağın istifadəsindən maneələr törədərək məhrum etmiş, bununla da onun mülkiyyət hüququnu pozmuşdur.
8. Daha sonra, ilk iddia üzrə İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh paylı mülkiyyət olan ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manatın, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manatın, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğinin al ınaraq iddiaçıya ödənilməsi, ünvan 3 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən istifadəsi üçün maneələrin qaldırılmasının cavabdehin üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına cavabdehə qadağa edilməsi, ünvan 4, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin 34 ay üzrə iddiaçı tərəfindən ödədiyi 17.000 manat MTK-nın saxlanma xərcinin 50%-nin - 8500 manat məbləğinin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. Həmin ərizə belə əsaslandırılmışdır ki, ilk iddiaçı ünvan 4, 103 saylı mənzildə 3 övladı ilə yaşayır, eyni zamanda 2018-ci il tarixdən o, həmin ünvanda yerləşən mənzil ə və qaraja görə hər ay 500 manat üzvlük haqqı ödəyir. Həmin məbləğ 42.000 manat təşkil edir. Həmin məbləğin 50% cavabdehə aid olsa da, sonuncu heç bir vəsait ödəməmişdir. Cavabdehin qarajdan istifadəsini heç kim məhdudlaşdırmayıb, ancaq sonuncu heç bir üzvlük haqqını ödəməmişdir. Beləliklə, cavabdeh iddiaçıya faktiki olaraq 21.000 manat vəsait ödəməlidir. 2022-ci ilin fevral ayından hesablanaraq, 34 ay MTK-nın saxlama xərci 500 manatdan 17000 manat təşkil edir. Belə olan halda, cavabdeh iddiaçıya 8.500 manat ödəniş etməlidir. Cavabdeh ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən iddiaçıya aid hissəni qanunsuz olaraq icarəyə verərək, ondan istifadəsinə maneələr yaradır.
10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-cü il tarixli, 2(009)202/2025 nömrəli qətnaməsi ilə (hakim Ş.Abdullayev) ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan məhkəmə qətnaməsi qəbul edilən tarixədək keçən müddət ərzində əldə edilən 50.000 manat gəlirin bölüşdürülərək gəlirin, 50%-ni təşkil edən 25.000 manat məbləğində pulun tutulması, ünvan 3 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən istifadəsi üçün yaradılan maneənin aradan qaldırılması, gələcəkdə maneələrin yaradılmasının Cavabdeh qadağa edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına gö rə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin Cavabdeh tərəfindən istifadəsi üçün yaradılan maneənin aradan qaldırılması, gələcəkdə maneələrin yaradılmasının İddiaçı qadağan edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında nikah rəsmi qaydada pozulduqdan sonra ünvan 4, 103 saylı mənzildə İddiaçı övladları ilə birl ikdə yaşayır. ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüquqları yarananadək cavabdehin atası tərəfindən icarəyə verilmiş, icarə müqaviləsində icarədar qismində Qəhrəmanov Nadir Fərrux oğlu çıxış etmiş, icarəyə götürən "xxxx" MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə 1500 manat, sahibkar fiziki şəxs Gülnarə Zeynalova isə 300 manat icarə haqqı ödəmişdir, tərəflərin həmin qeyriyaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarandığı vaxtdan sonra icarə müqaviləsi bağlanılmamışdır.
12. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, İddiaçı paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar, Cavabdeh paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan Bakı ş əhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilindən istifadə edilməsi ilə əlaqədar maneələr mövcuddur. Qanunvericiliyin mülkiyyətlə bağlı normaların tələbləri baxımından məhkəmə hesab etmişdir ki, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri olan tərəflər (iddiaçı və cavabdeh) ümumi mülkiyyətdə olan daşınmaz əmlaklardan istifadə qaydası haqqında razılığa gələ bilmədikləri üçün onların həmin tələblə bağlı məhkəməyə müraciət etmələri əsaslı hesab edilməli, həmçinin tərəflərin paylı mülkiyyətdə olan əmlakdan istifadə edilməsinə qarşı tərəfin maneçilik törədilməsi əsassız hesab edilməli, əmlakdan istifadəyə maneə yaradılması paylı mülkiyyətçinin əmlak üzərində olan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Göstərilənlər nəzərə alınaraq, ilkin iddia tələbi tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən istifadəsi üçün maneənin aradan qaldırılması hissəsində və qarşılıqlı iddia əsaslı olduğu üçün təmin edilməlidir.
13. Birinci instansiya məhkəməsi ilkin iddianın tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən 600.000 manat gəlirin 50%-ni təşkil edən 300.000 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilənədək və daşınmaz əmlakın dövlət reyestrində tərəflərin paylı mülkiyyət hüququ qeydiyyata alınanadək, qeyriyaşayış sahəsi Cavabdeh atası Nadir Qəh rəmanov tərəfindən icarəyə verilmiş, icarəyə verilmiş əmlaklara görə aylıq cəmi 1800 manat icarə haqqı alınmışdır.
14. Məhkəmə cavabdehin nümayəndəsi, Vəkil2 göstərilən qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ yaranandan sonra həmin sahənin əvvəlki icarəyə götürənlər tərəfindən təmənnasız, yəni icarə haqqı vermədən istifadə etdikləri səbəbindən ilkin iddia tələbinin cavabdehdən icarə haqqının yarısının tutulması hissəsində iddianı əsassız hesab edilməsinə dair dəlillərini məntiqli hesab etməyərək qeyd etmişdir ki, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarananadək icarə haqqı ödəyən icarəçinin sonradan əvəzsiz icarəyə götürdüyü əmlakdan istifadə etməsi inandırıcı və ağlabatan mühakimə kimi qəbul edilə bilməz.
15. Bu səbəbdən, məhkəmə he sab etmişdir ki, iddiaçının icarəyə verilmiş əmlakın icarə haqqının yarı hissəsinin cavabdehdən tutulması barədə tələb irəli sürməsi əsaslı hesab edilməlidir. Lakin, məhkəmə iclasında iddiaçının icarəyə verilmiş əmlakın icarəsindən əldə edilən vəsaitin 600.000 manat təşkil etməsi barədə dəlilləri əsassızdır. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş məlumata əsasən mübahisəli qeyriyaşayış sahəsi 1800 manata icarəyə verilmişdir. Tərəflərin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Təqdim olunan çıxarışda qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququnun 26 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilsə də, məhkəmə hesab etmişdir ki, payların müəyyən e dilməsinə dair qətnamə 05 aprel 2023-cü il tarixdə qüvvəyə mindiyi üçün tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüququnun yaranması da həmin tarixdən qəbul edilməlidir.
16. Məhkəmə, mübahisəli qeyri-yaşayış sahəsinin 1800 manata icarəyə verilməsini, həmin qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından qətnamə qəbul edilən tarixədək olan müddətin 21 ay 21 gün təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin müddət ərzində əldə edilən icarə haqqı – 50.000 manatın ½ hissəsini təşkil edən 25.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinin cavabdehdən “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat məbləğində pulun tutulması hissəsində əsassız hesab edər ək qeyd etmişdir ki, həmin lazer aparatının aylıq 2000 manata icarəyə verilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz.
18. Məhkəmə, iddia tələbinin 30.000 manat əldən çıxmış faydanın tutulması tələbləri üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmçinin bu tələbin təmin edilməsinə dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir.
19. Birinci instansiya məhkəməsi iddia tələbinin tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilin və zirzəmidəki 61 No-li dayanacaq yerinin saxlama xərci kimi ödədiyi pul vəsaitinin 50%-ni təşkil edən 8500 manatın cavabdehdən tutulması hissəsi ndə qismən əsaslı hesab edərək qeyd etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ("xxxx" MMMC-nin arayışı), həmçinin iddiaçının nümayəndəsinin izahatı və məhkəməyə təqdim etdiyi ərizə ilə 34 ay üzrə qeyd edilən mənzilin ümumi istifadə sahələrinin saxlanılmasına görə iddiaçı tərəfindən aylıq 412,55 manat olmaqla, cəmi 14.026 manat ödənişin edilməsi müəyyən edilmişdir. Bu səbəbdən, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən 14.026 manat ödənişin edilməsi nəzərə alınaraq həmin məbləğin 50% təşkil edən 7.013 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
20. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 60, 125-ci; Mülki Məcəllənin 21.1, 21.2, 152.1, 213.1-213.3, 216-cı; “Daşınmaz əmlakın dövlət reyestri haqq ında” Qanunun 11-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 216220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin təmin edilən hissədə ləğv edilməsi və ilkin iddia tələbinin tam şəkildə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 iyul 2025-ci il tarixli, 2(103)-2711/2025 nömrəli qətnaməsi ilə (hakim G.Axundovanın sədrliyi və məruzəsi ilə, hakimlər S.Bəhrəmzadə və F.Qasımov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 21 fevral 2025-cü il tarixli, 2(009)-202/2025 nömrəli qətnaməsi mübahisələndirilən - Cavabdeh İddiaçı xey rinə paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan məhkəmə qətnaməsi qəbul edilən tarixədək keçən müddət ərzində əldə edilən 50.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-ni təşkil edən 25.000 manat məbləğində pulun tutulması və Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissələrində dəyişdirilməklə, Cavabdeh İddiaçı xeyrinə 17.400 manat və 6098,41 manat məbləğində pul vəsaitinin tutulm ası, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş rüsumun əvəzi olaraq 60 manatın İddiaçı Cavabdeh xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun qalıq məbləğinin apellyatora aid edilməsi qət edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi paylı mülkiyyətdə olan əmlakın icarəyə verilməsindən əldə edilən gəlirin yarısının tutulması ilə bağlı iddiaçının tələbini əsaslı hesab edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin payların a uyğun surətdə onlar arasında bölüşdürülür.
24. İş materiallarından göründüyü kimi ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilənədək və daşınmaz əmlakın dövlət reyestrində tərəflərin paylı mülkiyyət hüququ qeydiyyata alınanadək həmin qeyri-yaşayış sahəsi Cavabdeh atası Nadir Qəhrəmanov tərəfindən icarəyə verilmiş, icarəyə verilmiş əmlaklara görə aylıq cəmi 1800 manat icarə haqqı alınmışdır.
25. Məhkəmə sorğusu nəticəsində təsdiq olunmuşdur ki, mübahisə predmeti olan qeyri-yaşayış sahəsindən hazırda da istifadə olunur. Təqdim edilmiş Qəhrəmanov Nadir Fərrux oğlu ilə "xxxx" MMC arasında bağlanmış 22 avqust 2018-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İcarəyə verən Bakı şəhəri, Səbail rayonu, 129 -cu məhəllə, Əhməd Cavad küçəsi ünvanında yerləşən və ümumi sahəsi 343.20 kv.metr olan qeyri-yaşayış sahəsindən ibarət mülkün 250 kv.metrini aylıq 1500 icarə haqqı müqabilində 5 il müddətinə İcrarəçiyə icarəyə verir. Qəhrəmanov Nadir Fərrux oğlu ilə X1 arasında bağlanmış 17 avqust 2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, icarəyə verən ünvan 1 ünvanında yerləşən 93 kv.metr sahəni İcarəçiyə aylıq 300 manat icarə haqqı müqabilində 3 il müddətinə İcarəçiyə icarəyə verir.
26. Apellyasiya kollegiyası apellyatorun həmin əmlakların onun tərəfindən deyil, tərəflərin həmin qeyri-yaşayış sahəsinin üzərində payı müəyyən edilməmişdən əvvəl qeyriyaşayış sahəsinin mülkiyyətçisi olmuş Qəhrəmanov Nadir Fərrux oğlu tərəfindən icarəyə verilməsi, payları müəyyən edildikdən sonra isə qeyri -yaşayış yerinin əvəzsiz istifadəyə verilməsi ilə bağlı cavabdehin dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, qeyriyaşayış sahəsinin Qəhrəmanov Nadir Fərrux oğluna bağışlanması barədə müqavilə etibarsız sayılmış və tərəflərin payının müəyyən edilməsi barədə məhkəmənin qərarı 05 aprel 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Hazırda da təsdiq olundu ki, qeyriyaşayış sahəsindən istifadə edilməsi davam etdirilir.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsi icarəyə verilmiş əmlakın icarə haqqının yarı hissəsinin cavabdehdən tutulması üzrə tələbin əsaslı olması barədə məhkəmənin mövqeyi ilə razılaşsa da, tutulmalı olan vəsaitin məbləği hissəsində razılaşmamışdır.
28. Belə ki, birinci instansiya məhkəməsi mübahisəli qeyri-yaşayış sahəsinin 1800 manata icarəyə verilməsini, həmi n qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından qətnamə qəbul edilən tarixədək olan müddətin 21 ay 21 gün təşkil etməsini nəzərə alaraq hesab etmişdir ki, həmin müddət ərzində əldə edilən icarə haqqı – 50.000 manatın ½ hissəsini təşkil edən 25.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hətta 22 ay 1800 manatdan hesablanarsa belə, məbləğ 39600 manat edir. İşə baxan məhkəmənin 50000 manat məbləği necə hesablamasını qətnamədən müəyyən etmək mümkün deyil.
29. Bundan əlavə, iddiaçı iddia tələbi ilə 15 noyabr 2024-cü il tarixdə müraciət edərək 2019-2024-cü illər üzrə əldə edilmiş gəlirin yarısı, yəni 60000 manat tələb etmişdir. Apellyasiya kollegiyası hesab etmişdir ki, icarə haqqı məbləği iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etdiyi 15 noyabr 2024-cü il tarixədək hesablanmalı, həmin qeyri- yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından (payların müəyyən edilməsinə dair qətnamənin qanuni qüvvəyə mindiyi 05 aprel 2023-cü il tarixdən) 15 noyabr 2024-cü il tarixədək olan dövr 1 il, 7 ay, 10 gün (19 ay, 10 gün) təşkil etdiyindən 19 ay üçün – 34200 (1800x19=34200), 10 gün üçün 600 manat (1800/30=60) (60x10=600) olmaqla, cəmi 34800 manat icarə haqqının yarısı 17400 manat təşkil edir.
30. Buna görə də, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan iddiaçının hazırkı təl əblə məhkəməyə müraciət etdiyi tarixədək keçən müddət ərzində əldə edilən 34800 manat gəlir bölüşdürülərək, gəlirin 50%-ni təşkil edən 17.400 manat məbləğində pul tutulmalıdır.
31. Daha sonra, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, işə baxan rayon məhkəməsi "xxxx" MMMC tərəfindən verilmiş 05 fevral 2025-ci il tarixli arayışını əsas götürərək, İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulmasını qət etmişdir. Arayışın surətindən görünür ki, İddiaçı ünvan 4 “Saatlı ev” yaşayış kompleksi adlandırılmış "xxxx" MMMC-nin istifadəsində olan binanın 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanmasına görə 16 fevral 2022-ci il tarixdən etibarən (34 ay) aylıq 412,55 manat dəyişilməz qiymətd ən kommunal ödənişləri və sayğac göstəricilərinə əsasən aylıq soyuq su ödənişlərini ödəmişdir. Hazırkı işin hallarından görünür ki, tərəflərin birgə mülkiyyətində olan ünvan 4, 103 saylı mənzildə yalnız İddiaçı tərəflər arasında nikah rəsmi qaydada pozulduqdan sonra övladları ilə birlikdə yaşayır və həmin mənzilin saxlanması üzrə xərcləri iddiaçı təkbaşına qarşılayır.
32. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xərclərin bölüşdürülməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, mənzil qanunvericiliyinə əsasən yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaş ayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Nəsimi-10 Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin ümumi yığıncağının 02 fevral 2019-cu il tarixli 2 saylı Protokolundan çıxarışa əsasən müəyyən edilir ki, ümumi sahənin hər 1 kv.metrinə görə tək tarif olaraq 1,45 manat məbləğin təyin olunması qərara alınmışdır. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı ev, 103 saylı mənzilin ümumi sahəsi 247,40 kv.m təşkil edir. 247,40x1,45=358,73 manat edir. 34 ay x 358,75=12.196,82 manat edir. Deməli, 34 ay ərzində mənzilin saxlanması üçün çəkilmiş xərcin yarısı 6098,41 manat məbləğində pul ilkin iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
33. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllə nin 215.1, 216-cı, Mənzil Məcəlləsinin 135.2.4, 137.10, 140.2-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
34. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2025-ci il tarixli, 2(103)-2711/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddianın tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 26, 60-cı, Mülki Məcəllənin 213.2, 213.3, 216, 217.1, 217.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 88, 174.2-ci maddələrinin tələbləri pozulmu şdur.
36. Belə ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin yol verdiyi səhvləri təkrarlamış, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hazırda tərəflərin arasında mübahisəli əmlakların üzərində natura qaydasında bölünməsinə dair iddia tələbləri üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsində mülki iş mövcuddur və baxılma mərhələsindədir. Apellyasiya məhkəməsi bu halı nəzərə almamışdır. Apellyasiya məhkəməsi işə baxarkən birtərəfli mövqe tutmuş, işdə olan sənədləri yalnız ilkin iddia üzrə iddiaçının xeyrinə izah vermişdir. Bundan əlavə, apellyasiya məhkəməsi öz qətnaməsini Mənzil Məcəlləsinin 135.2.4, 137.10, 140.2-ci maddələri ilə əsaslandırmış, halbuki həmin qanun normalarının hazırkı mülki mübahisəyə tətbiq olunması heç bir aidiyyəti yoxdur.
37. Kassasiya şikayətinə Azərbayc an Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
38. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
39. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
40. Apellyasiya instansiyası məhkəməsi qətnaməsi cavabdeh tərəfindən ilk iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının hədlərini həmin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğunluğunun kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən həmin hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
41. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2-ci maddəsinə əsasən pa ylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. 217.1-ci maddəsinə əsasən paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməs ində öz payına uyğun surətdə iştirak etməlidir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü mad dəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.
46. Qeyd olunmalıdır ki, kassasiya şikayətində bir neçə maddi və prosessual hüquq normalarının pozulmasına istinad olunsa da, kassasiya şikayətinin yeganə əsaslandırılmış dəlilləri tərəflərin paylı mülkiyyətində olan daşınmaz əmlakların naturada bölünməsi ilə bağlı başqa məhkəmə mübahisəsi olduğu üçün, apellyasiya məhkəməsinin hazırkı tələb üzrə qətnamənin qəbulu qanunsuz olması ilə bağlıdır.
47. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlili ilə razılaşmayaraq qeyd edir ki, hazırkı qətnamə ilə cavabdehin fakt iki sahibliyində və istifadəsində olan daşınmaz əmlakdan artıq əldə olunmuş gəlirin və iddiaçının faktiki sahibliyində və istifadəsində olan əmlakın saxlanılması üçün artıq çəkilmiş xərclərin iddiaçının payına düşən hissəsinin cavabdehdən tutulması qət olunmuşdur. Odur ki, gələcəkdən bu əmlakların naturada bölünməsi hazırkı qətnamənin əsaslılığına təsir etmir.
48. Apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamədə Mənzil Məcəlləsinin 135.2.4, 137.10, 140.2-ci maddələrinin dispozisiyasını sadalaması da qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, ilk tələbin qanuni əsasını Mülki Məcəllənin 215-216-cı maddələri təşkil edir ki, məhkəmə bu maddələri mübahisəyə düzgün tətbiq etmişdir.
49. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam raz ılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 iyul 2025-ci il tarixli, 2(103)2711/2025 nömrəli qətna məsi ilk iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.