Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № 2(108)-176/2025 09.12.2025 NAXÇIVAN MR ALİ MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit məbləği üzərində payların müəyyən olunması, kredit məbləğinin ödənilmiş miqdarının ½ hissəsinin və aylıq ödəniləcək kredit məbləğinin qalıq qalan ½ hissəsinin tutularaq ona ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul alınması barədə qarşılıqlı iddia tələbləri (Açar sözlər: birgə nikah dövründə ailənin ehtiyacları üçün yaranmış ümumi borc üzrə payların müəyən edilməsi və onun icra edilmiş hissəsinin tutulması, icra edilməmiş hissəsinin tələb edilməsi anının izah edilməsi) Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri Əliyev Zamiq Xudaverdi oğlu (sədrlik edən və məruzəçi), Allahverdiyev Mehman D ünyamalı oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclas katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit məbləği üzərində payların müəyyən olunması, kredit məbləğinin ödənilmiş miqdarının ½ hissəsinin və aylıq ödəniləcək kredit məbləğinin qalıq qalan ½ hissəsinin tutularaq ona ödənilməsinə dair ilkin, Cavabdeh İddiaçı qarşı pul alınmasına dair qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə çıxarılmış Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şika yətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İ. Birinci instansiya məhkəməsində icraat. a) Məhkəməyə müraciət və tələb üzrə qəbul edilən məhkəmə aktı
1. İddiaçı "27" yanvar 2025-ci ildə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunmaqla ödənilmiş 1760 (bir min yeddi yüz altmış) manat pulun yarısı olan 880 (səkkiz yüz səksən) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi və aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun cavabdeh tərəfindən ödənilməsi üçün onun aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay Cavabdeh tutularaq ona ödənilməsi və 56.13 (əlli altı manat, on üç qəpik) manat dövlət rüsumunun da cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir (iş vərəqə 01-03).
2. Mülki işə birinci instansiya məhkəməsində baxılması zamanı Cavabdeh "24" fevral 2025-ci ildə İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsini məhkəməyə təqdim edərək 4000 (dörd min) manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iş vərəqə 34-36).
3. Naxçıvan Şəhər Məhkəməsinin 24 fevral 2025-ci il tarixli qərardadı ilə mülki işə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə götürülmüş kredit pulunun ödənilmiş ½ hissəsinin və aylıq ödənilə cək kredit pulunun qalıq məbləğinin ½ hissəsinin tutularaq ona ödənilməsi, Cavabdeh İddiaçı qarşı 4000 manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq İddiaçı alınıb ona ödənilməsi tələbi çərçivəsində baxılması qərara alınmışdır (iş vərəqə 53-54).
4. Hər iki tələb üzrə 12 iyun 2025-ci il tarixdə yekun məhkəmə aktı çıxarılmış, (sədrlik edən hakim Gülnar Səfərəliyeva) Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-409/2025 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri kredit borcu üzərində tərəflərin bərabər borc hüququnun müəyyən edilməsi, tərəflər arasında faktiki ailə münasibətlərinin bitməsi vaxtı nəzərə alınmaqla, iddia ərizəsi verilənə qədər ödənilmiş kreditin 1341.91 (bir min üç yüz qırx bir manat, doxsan bir qəpik) manat pulun yarısı olan 671 (altı yüz yetmiş bir) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsi verildikdən sonra aylıq ödənilən və ödəniləcək qalan kredit pulunun-borcunun ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödənilməsi öhdəliyinin müəyyən edilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddianın əsassız olduğundan rədd edilməsi qət edilmişdi (iş vərəqə 93-103).
5. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 04 avqust 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsinin ləğv edilib, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddiasının rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etsə də, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kolegiyasının 27 avqust 2025-ci il tarixli, 2(108)-141/2025 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyrimümkün hesab edilmiş və apellyasiya şikayətinin geri qaytarılması üçün onun mülki işlə birlikdə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır (iş vərəqə 108-113, 136-140).
6. Naxçıvan Şəhər Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qərardadı ilə Məhkəmənin 12 iyun 2025-ci il tarixli 2(078)-409/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarıl ması qərara alınmışdır (iş vərəqə 150-153). b) Məhkəmə aktından verilən apellyasiya şikayəti
7. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 25 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə işə baxan birinci instansiya məhkəməsinə müraciət etmiş, həmçinin ərizə təqdim etməklə yanaşı həmin məhkəmə aktından yenidən apellyasiya şikayəti verərək Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsinin ləğv edilib, ilkin iddianın rədd olunması və qarşılıqlı iddia tələbinin təmin olunmasına dair yeni qərar qəbul edilməsini kollegiyadan xahiş etmişdir (iş vərəqə 156163).
8. Naxçı van Şəhər Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli qərardadı ilə onun ərizəsi təmin edilmiş və Cavabdeh münasibətdə Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması qərara alınmışdı (iş vərəqə 175-178). c) Apellyasiya şikayətinin əsaslandırılması
9. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsi ilə razı deyil, belə ki məhkəmə baxışı iclasında izahatında qeyd etmişdir ki, iddiaçı-cavabdehin nikah dövründə götürdüyü kreditin yarısının ondan tələb etməsi qanunsuzdur. Qeyd edir ki, birgə nikah dövründə avtomo bil almaq məqsədilə 22 yanvar 2024-cü il tarixdə "xxxx" ASC-nin Babək filialı ilə bağladıqları RGRR7233387B299 nömrəli kredit müqaviləsinə əsasən bankdan 60 ay ərzində ödənilməsi şərtilə 5600 manat məbləğində kredit götürmüşlər. Bankdan pulu götürdükdən sonra dəyəri 5500 manat olan “VAZ-21-07” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar. Lakin bir müddət sonra məcburiyyət qarşısında qalaraq avtomobili 5000 manata satıblar. Əldə etdiyi pulu isə elə birgə nikah dövründə yaşadıqları evin kirayəsinə, həmçinin uşaqlar evi yararsız hala saldıqları üçün müəyyən təmir işlərinə, əvvəlcədən yaranmış borclarına və ailənin birgə ehtiyaclarına birlikdə xərcləyiblər. Kredit borcunu isə 2024-cü ilin aprel ayına kimi özü tək ödəyib. Qeyd etmək istəyir ki, iddiaçı-cavabdeh iddia ərizəsin də kredit müqaviləsinin faizinin aşağı düşməsi üçün əlavə olaraq 500 manat məbləğində təkrar kredit götürdüyünü qeyd etsə də, həmin kredit götürmüş olduğu 500 manatdan ümumiyyətlə onun xəbəri olmamışdır, bununla bağlı da hər hansı bir sübutu belə ola bilməz. İddiaçı-cavabdehin iddia ərizəsində qeyd etdiyi bu məlumat tamamilə yanlış və əsassız olsa da, məhkəmə qətnamədə buna düzgün qiymət verməmişdir.
10. Bundan başqa iddiaçı-cavabdehlə birgə nikahda olduqları müddətdə 10 nəfərdən ibarət olmaqla 1 ayı 100 manatdan 5 il lotereya oynamaqla 5000 manat əldə etmişlər, həmin pulları da iddiaçı-cavabdeh mənimsəmişdir. Qarşılıqlı iddia ərizəsində bunları bildirsə də, məhkəmə qətnaməsində bunu qarşılıqlı iddia tələbində tələb olaraq bildirmədiyini qeyd edərək buna münasibət bildirməmişdir. Lakin idd iaçı-cavabdeh lotereya oynamaqla bağlı hissəni təkzib etmir və həmin vəsaitin nikah dövründə xərcləndiyini bildirmişdir.
11. Həmçinin qarşılıqlı iddia tələbi üzrə isə qeyd edir ki, valideynlərinin ona verdiyi 10000 (on min) manat kompensasiya pulundan iddiaçı-cavabdehə 6 aylıq kirayə pulu olaraq 1920 manat ödəmiş, 1000 manata Moskva şəhərinə getmək özü üçün bilet alıb. Əlavə olaraq həmin puldan iddiaçıya 1500 manat verib, o, burada olmadığı müddətdə özünün və uşaqların yemək, geyim digər xərcləri üçün ödəsin.
12. Həmçinin Moskva şəhərində işlədiyi 2 ay müddətində iddiaçı-cavabdehə 600 və 700 manat pul göndərib. İddiaçı-cavabdeh Moskva şəhərində uzun müddət qaldığını və onlara heç bir maddi yardım etmədiyini bildirərək yalan izahat vermişdir. Bununla bağlı pasportunun surətini məhkəməyə s übut olaraq təqdim etsə də, məhkəmə buna ehtiyac olmadığını bildirərək qəbul etməkdən imtina etmişdir. Həmçinin qarşılıqlı iddia tələbində qeyd etdiyi 4000 dröd) min) manat pulu ona verərək pula toxunmamasını, çətin günlər üçün evdə qalmasını bildirmişdir. O, Moskva şəhərinə getdikdən sonra iddiaçı-cavabdeh həmin pulu anasının vasitəsilə Nehrəm qəsəbəsində tanımadığı şəxsə faizə verərək hər ay 150 manat faiz pulu almışdır. İddiaçı-cavabdeh məhkəmə baxışı iclasında həmin 4000 dröd) min) manat pulun onda olduğunu etiraf etsə də, məhkəmə qətnaməsində bunu nəzərə almamışdır. Məhkəməyə təqdim etdiyi səs yazısında da iddiaçı-cavabdeh həmin pulun onda olduğunu və ona qaytarmayacağını nalayiq sözlərlə ifadə etmişdir ki, məhkəmə bu hala da qiymət verməmişdir.
13. Eyni zamanda qətnamədə məhkəmə baxı şı zamanı verdikləri izahatlardan fərqli izahatlar yazılmış, iddiaçı-cavabdehin etirafedici izahatı qətnamədə qeyd edilməmişdir. Məhkəmə, yalnız iddiaçı-cavabdehin haqsız tələbinə əsaslanaraq iddiaçının mənafeyinə uyğun qətnamə qəbul edilmişdi. Bir sözlə məhkəmə qətnaməsi məhkəmə iclasında verilmiş izahatlarla uyğunluq təşkil etmir. Odur ki, məhkəmənin fasiləsiz audio-video çəkilişlərinin tədqiq edilməsini xahiş edir.
14. Həmçinin onun qarşılıqlı iddia tələbi üzrə məhkəmə qətnamədə qeyd etmişdir ki, sözügedən pul məbləğinin, yəni 4000 manatın cavabdeh-iddiaçının öz mülkiyyəti hesab edilən birgə nikah dövründə qazanılan əmlak siyahısına daxil edilməyən kompensasya məbləğinin Moskvaya gedərkən iddiaçıya verməsi, qalan hissənin isə özü tərəfindən xərclənməsi mübahisəsiz haldır. Bu hal iddiaçı -cavabdeh tərəfindən də təsdiq edilir. Lakin həmin vaxtdan sonra keçən bir müddət ərzində tərəflər ailə münasibətlərini davam etdirmişlər və bu halda həmin pulun məhz iddiaçı-cavabdeh tərəfindən faizə verilməsini, qazanc əldə edilməsini və tərəflər ayrılarkən pulun iddiaçı-cavabdehdə qalmasını cavabdeh-iddiaçı sübuta yetirə bilmir. Qeyd edir ki, pulun iddiaçı-cavabdehdə olması onun tərəfindən etiraf edildiyindən, həmin pulu özünə qaytarmasını sübut etmək vəzifəsi də ona məxsusdur. Lakin qətnamədə həmin faktı özünün sübuta yetirə bilmədiyi qeyd edilmişdir. Məhkəmə tərəfindən iş üzrə qeyd edilən nüanslar hərtərəfli və tam şəkildə araşdırılmamışdı. Bu səbəbdən də iş üzrə məhkəmə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
15. Məhkəmə prosesində iştirak edən iddiaçı-cava bdeh onun qarşılıqlı iddia tələbini qəbul etsə də, məhkəmə tərəfindən buna düzgün qiymət verilməyib. Bununla da işə baxan məhkəmə ədalət muhakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozub.
16. İddiaçı-cavabdehin onun tələbini etiraf etməsi onu bu faktları sübutetmə vəzifəsindən azad etmişdir. Buna görə də, birinci instansiya məhkəməsinin onun qarşılıqlı iddia tələbinin rədd etməsi ilə bağlı gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir.
17. İddiaçı-cavabdehin ona qaytarmalı olduğu 4000 manat pulun həqiqətən də onda olduğunu etiraf etməsinə baxmayaraq məhkəmənin qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlməsi işin hallarına uyğun deyil. Məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqində səhv buraxılması tətbiq edilməli ol an qanunun aid olduğu subeyktlərin, həmin qanunun tətbiq sahəsinin və onun tənzim etdiyi hüquq münasibətlərinin obyektinin düzgün müəyyən edilməməsi ilə də ifadə olunur. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
18. Şikayət edən apellyasiya şikayətinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 76.1, 76.2, 76.3-cü və 106.3-cü maddələrinə, prosessual əsası kimi isə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3-cü və 174.2-ci maddələrinə istinad etmişdi. İİ. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İİİ. Apellyasiya şikayətinə baxılmasında iştirak və işdə iştirak edən şəxslər in verdiyi izahatlar.
20. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətini müdafiə edərək verdiyi izahatında bildirmişdi ki, atası və anasına ödənilmiş kompensasiyanın geri qaytarılmasını tələb edir və həmin vəsaiti onların özlərinə təqdim edəcək. Özü hazırda kirayədə yaşayır. İlkin iddia üzrə iddiaçının lotereya oynaması ilə bağlı faktı sübuta yetirmiş və qarşı tərəf də bunu qəbul etmişdir. O, 18 sentyabr 2021-ci il tarixindən etibarən qarşı tərəfin onun valideynlərinin aldığı kompensasiyanı faizə vermiş, həmin vəsaitdən faiz olaraq əldə edilmiş məbləği 2021-ci ilin dekabr ayında ona təqdim etmiş, özü isə həmin məbləğin üzərinə pul əlavə edərək kirayə haqqın ı ödəmişdi. Daha sonra faiz qarşılığında borca pul verməyin düzgün olmadığını bildirərək vəsaiti qarşı tərəfdən almağa çalışsa da, geri ala biməmiş və məhz bu məsələyə görə boşanmışlar. Qarşı tərəf boşanacaqlarını hiss etdiyi üçün götürülmüş kreditin ödənişini ondan tələb etmiş, əlavə olaraq aliment alacağını bildirmiş və bankdan əldə etdiyi 600 manatlıq krediti də ondan istəmişdir, lakin birinci instansiya məhkəməsi həmin iddianı rədd etmişdir. 2024cü ilin yanvar ayında kredit götürüldükdən sonra fevral, mart və aprel ödənişlərini özü ödəmiş, may ayından sonra isə ödənişləri dayandırmışdı.
21. Apellyasiya şikayəti verən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdi ki, qarşı tərəfin götürdüyü kreditin yarısının ondan tələb edilməsini qanunsuz hesab edir. Çünki kredit hesabına alınmı ş avtomobil satıldıqdan sonra əldə olunan vəsait ailənin xərclərinə, evin təmirinə və məişət əşyalarının alınmasına sərf olunmuşdur. Avtomobilin satışından əldə olunan pulun müəyyən hissəsini qarşı tərəfə qaytardığı üçün kreditin ödənilməsində hər hansı öhdəliyinin qalmadığını düşünür. Avtomobili 2024-cü ilin mart ayında satmış, lakin satışdan əldə edilən vəsaitlə krediti bağlamamışdır. Bununla belə, yanvar və fevral aylarında, həmçinin aprel ayında hər ay 200 manat olmaqla kredit ödənişlərini həyata keçirmişdir. O, krediti tez bitirmək məqsədilə ödənişləri 200 manat olaraq etmişdi. Aralarında razılıq əldə olunmadığı üçün avtomobili satmaq qərarına gəlmişdir. Əvvəlcə avtomobili qarşı tərəfə vermək niyyətində olsa da, valideynlərinə məxsus kompensasiya məbləğinin geri qaytarılmaması səbəbin dən bundan imtina etmişdir. O, satışdan əldə etdiyi 5000 manat vəsaitin xərclənmə təyinatını belə izah etmişdi ki, 1100 manat evin təmirinə, 2 ay ərzində hər ay 300 manat olmaqla 600 manat kirayə haqqına xərclənmişdir. Valideynlərinə verilmiş 4000 manat məbləğində kompensasiya vəsaiti qarşı tərəf tərəfindən Nehrəm qəsəbəsində tanımadığı şəxsə faiz qarşılığında borca verildiyi üçün o, həmin vəsaiti ailə ehtiyaclarına istifadə edə bilməmiş, nəticədə məcburiyyət qarşısında qalaraq bankdan kredit götürüb avtomobil almışdır. Həmin pulun faizə verilməsi ilə bağlı sübutu yoxdur.
22. Apellyasiya şikayətinə baxılması ilə bağlı keçirilmiş məhkəmə baxışı iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi izahatında bildirmişdi ki, ilkin iddia üzrə cavabdehi n dediyi hər şey yalandır. Özü ailə həyatı qurarkən 143 manat əmək haqqı alırdı. Qarşı tərəf Rusiya Federasiyasına getsə də oradan onlara pul göndərməyib. İki körpə övladı var, kirayədə qalır və ayda 163 manat kredit ödəyir. Qarşı tərəf maşını satdığını deyir, lakin o, maşını satdıqdan sonra yenidən alaraq atasının adına rəsmiləşdirib. Özü isə bunu sübut edə bilmir. O, ev üçün pul xərcləməyib. Saat yeddinin yarısı evə gələn zaman qarşı tərəf uşaqların evi dağıtdığını dedi, lakin uşaqlar evə gəldikdən sonra 10 dəqiqə parkda oynayıb, daha sonra da yatıblar və buna görə də onun evin təmirinə 1500 manat xərc qoyması barədə dedikləri də yalandır. Elxan ona 4000 manat verməyib, o, yalan deyir və özü heç kimə faizə pul verməyib. Qarşı tərəf evə gələrək ondan pul tələb edib və onun videosunu və sə sini qanunsuz olaraq yazıb.
23. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh ona verilmiş suallara cavab olaraq qeyd etmişdi ki, qarşı tərəf ona 4000 verməyib. O, Moskva şəhərinə getməzdən öncə atası ona 10000 manat pul verib və həmin pulun 6000 manatı nəyə xərclədiyini özü bilmir. Qalan 4000 manatın 1500 manatı ilə bilet alıb, qalan pulu isə nəyə istifadə etdiyini bilmir. O, evə pul qoymayıb. Mən birinci instansiya məhkəməsində qarşı tərəfin mənə 4000 manat verməsini deməmişəm. Qarşı tərəf aliment ödəyir. İlkin iddia üzrə cavabdehlə evli olduğu zaman kredit götürüldüyü üçün düşünür ki, kreditin yarısını da o ödəməlidir, çünki kredit götürüldükdən sonra alınan maşını o, sürür, əlavə olaraq özü kirayə pulu ödəyir və iki körpə uşağa baxır. Kredit götürülən gündən bitənədək özü ö dəniş edib. Birinci instansiya məhkəməsində ona sual verildi ki, qarşı tərəf evdən çıxdıqdan sonra krediti kim ödəyib, özü isə mayın 1-dən sonra da "mən ödəmişəm" deyib, "apreldən sonra mən ödəmişəm" deməyib. Qətnaməni düzgün başa düşmədiyi üçün fevral, mart və aprel aylarında ödənilmiş məbləğlə bağlı tələb irəli sürməyib. İV. İşin halları:
24. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 392.1.4-cü maddəsinin tələbindən (sübutların qısa məzmununa dair hissədən) çıxış edərək kollegiya bildirir ki, iş materiallarına əlavə edilmiş: 25. -Naxçıvan Şəhər Nikah Evi tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli, AZ-İ seriyalı, 946742 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən Cavabdeh ilə X6 arasında 06 sentyabr 2018-ci il tarixdə nikah bağlanması, bunun akt qeydləri kitabında 352 nömrə ilə qeydə alınması, nikah bağlanması zamanı ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin özünə ərinin soyadını-“Nağıyeva” soyadı seçməsi (iş vərəqə 07); 26. - Babək Rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli, 2(079)-422/2024 nömrəli qətnaməsindən İddiaçı ilə Cavabdeh arasında 06 sentyabr 2018-ci ildə Naxçıvan Şəhər Nikah evində bağlanmış nikahın pozulmasının, tərəflərin birgə nikahından olan 10 iyun 2019-cu il təvəllüdlü X3 və 19 oktyabr 2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmasının, 08 iyul 2024-cü il tarixdən hesablanmaqla X7 və X1 üçün Cavabdeh hər ay bir uşağın saxlanılması üçün 140 (bir yüz qırx) manat olmaqla, iki uşağın saxlanılmasına görə 280 (iki yüz səksən) manat məbləğində alimentin tutularaq uşaqların a nası İddiaçı ödənilməsinin qət edilməsi (iş vərəqə 82-90); 27. - Babək rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 yanvar 2025-ci il tarixli, AZ-İ seriyalı, 433952 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikahın pozulmasının dövlət qeydiyyatına alınması (iş vərəqə 09); 28. -Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(108)97/2021 nömrəli, 25 may 2021-ci il tarixli qətnaməsindən iddiaçı X5 Cavabdeh qarşı kompensasiya ödənilməklə yaşayış hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsindən iş üzrə iddiaçı X8 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Naxçıvan Şəhə r Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(078)-128/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı X8 tərəfindən Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya ödənilməklə iddiaçının mülkiyyətində olan Naxçıvan şəhəri, H.Əliyev prospekti, 10 nömrəli binanın 41 nömrəli mənzilin tərkib hissəsinə Cavabdeh yaşayış və istifadə hüququna xitam verilməsi, Cavabdeh yaşayış və istifadə hüququna kompensasiyanın ödənildiyi gündən xitam verilməsinin qət edilməsi (iş vərəqə 38-46); 29. -21 sentyabr 2021-ci il tarixli aktdan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin 2(108)-97/2021 nömrəli, 25 may 2021-ci il tarixli icra sənədi üzrə tələbkar X5 10000 (on min) manat pulu Naxçıvan Şəhər İcra və Probasiya Şöbəsinə təhvil verməsi (iş vərəqə 47); 30. – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək ra yon filialı tərəfindən verilmiş AZ85AİİB410100G**********130 nömrəli hesabdan çıxarışdan, həmçinin "Elektron məhkəmə" informasiya sistemindən İddiaçı barəsində olan kredit məlumatlarından onun 22 yanvar 2024-cü il tarixdə bankdan illik 23 (iyirmi üç) faizlə 5600 (beş min altı yüz) manat məbləğində kredit əldə etməsi (iş vərəqə 04); 31. – "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialı tərəfindən verilmiş AZ23AİİB410100H**********299 nömrəli hesabdan çıxarışdan, həmçinin "Elektron məhkəmə" informasiya sistemindən İddiaçı barəsində olan kredit məlumatlarından onun 08 aprel 2024-cü il tarixdə bankdan illik 20,6 (iyirmi tam onda altı) faizlə 6050 (altı min əlli) manat məbləğində kredit əldə etməsi və həmin kredit məbləği ilə GTK**********130 nömrəli kredit müqaviləsi əsasında əldə edilm iş kreditin tam ödənilərək, bağlanması (iş vərəqə 05); 32. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialı tərəfindən verilmiş 10 yanvar 2025ci il tarixli, 05 nömrəli arayışdan İddiaçı adına "xxxx" ASC-dən 08 aprel 2024-cü ildə RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə 6050 (altı min əlli) manat məbləğində kreditin rəsmiləşdirilməsi, müştərinin 10 yanvar 2025-ci il tarixə 5466.20 manat kredit borcunun olması aydın olur (iş vərəqə 06). V. Apellyasiya instansiyası məhkəməsində işə baxılmasının hədləri
33. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsi ilə “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri” tənzimlənir ki, sözügedən prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sü butlar əsasında mahiyyəti üzrə baxır. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməs ini yoxlayır (372.1, 372.2, 372.6 və 372.7-ci maddələr).
34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apel lyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Kollegiya verilmiş apellyasiya şikayətini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsini yalnız Cavabdeh mübahisələndirir. Bu isə o deməkdir ki, apellyasiya şikayətinin obyektini həmin məhkəmə aktının ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaç ı tərəfdən mübahisələndirilən hissəsi təşkil edir.
36. Cavabdeh verdiyi apellyasiya şikayətindən aydın olur ki, o, sözügedən qətnaməni tam mübahisələndirir.
37. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının verdiyi apellyasiya şikayəti mübahisələndirilən məhkəmə aktının tam ləğv edilməsinə və ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsinə yönəldiyindən, həmin qətnamə apellyasiya şikayətinin dəlillərinə münasibətdə mülki prosessual qanunvericiliyin tələbləri baxımından mübahisə edilən hissədə yoxlanılmalıdır. Vİ. Tətbiq edilən hüquqi aktlar. a) Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 38. - 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir; 39. -9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır; 40. -23.1-ci maddəsindən görünür ki, nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; 41. -29.1-ci maddəsinin tələbinə görə Azərbaycan R espublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər; 42. - 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur; 43. -36.1-36.4-cü maddələrinin mahiyyətindən görünür ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Ərarvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Mübahisə olduqda, ər-arvadın ümumi ə mlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər; 44. -37.1 və 37.3-cü maddələrinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir; 45. -41.2-ci maddəsinə görə ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. b) Azərbaycan Resublikasının Mülki Məcəlləsi 46. - 509.1-ci maddəsinə görə birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. c) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 47. - 2-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusi yasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir; 48. - 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 49. -9.1-ci maddəsinin tələbinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; 50. -15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özü nüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır; 51. -76.1-ci və 76.3-cü maddələri ilə müəyyən edilir ki, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir; 52. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 53. 82.4 -cü maddəsinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir 54. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 55. -392.2-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. ç) Azərb aycan Respublikası Konstitusiya Məhkəməsinin məhkəmə aktı: 56. "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun 23 iyul 2021-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın birbirinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. d) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" 12 mart 2024-cü il tarixli qərarının: 57. -1.3-cü bəndinə görə əmlak şəxs(lər)ə məxsus, iqtisadi dəyəri olan bütün hüquq və öhdəliklərin məcmusudur. Bu baxımdan ər-arvadın ümumi əmlakı dedikdə, ailə birliyində əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Aktivlərə daşınar və ya daşınmaz əşyalar üzərindəki mülkiyyət və digər əşya hüquqları, müqavilədən və ya qanundan irəli gələn tələb hüquqları, hüquqi şəxsdə iştirak payları, əqli mülkiyyət hüquqları, gəlirlər və s. predmetlər, passivlərə isə ümumi öhdəliklər aiddir; 58. - 6.37-ci bəndində qeyd edilir ki, ümumi öhdəlikdə payların müəyyən olunması zamanı borclunun əvəz edilməsi həyata keçirilmir. Belə ki, Mülki Məcəllənin 522-ci maddəsinə (öhdəliklərin verilməsi əsasları və qaydası) müvafiq olaraq, öhdəlik üçüncü ş əxsə yalnız kreditorla (kreditorlar) müqaviləyə əsasən verilə bilər. Əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu, yalnız kreditorun (kreditorların) icazəsi ilə etibarlı olur. Digər tərəfdən kredit təşkilatları məhz borcalan qismində müraciət etmiş şəxsin şəxsiyyətini, maddi imkanlarını, ödəmə qabiliyyətini nəzərə alaraq, həmin şəxslə kredit hüquq münasibətlərinə daxil olduğundan kreditorun iradəsinə zidd olaraq borclunun dəyişdirilməsi kreditorun (kreditorların) mənafeləri uyğun olmamaqla, onun öz risklərini idarə etmək imkanlarına ciddi təsir edə bilər; 59. - 6.38-ci bəndində göstərilir ki, oxşar mübahisələr üzrə ər-arvadın üçüncü şəxslər qarşısında ümumi öhdəliklərinin müəyyən edilməsi heç bir halda kreditorun (kreditorların) razılığı olmadan kred it müqavilələrinin şərtlərinin, o cümlədən kredit müqaviləsi üzrə borcluların və ya onların öhdəliklərinin dəyişməsi kimi başa düşülməməli və mübahisələr bu qaydada həll edilməməlidir. 60. -6.39-cu bəndinə görə ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvadd an) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Vİİ. Apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi və onun həllinə dair mövqeyi apellyasiya şikayətini
61. Kollegiya iş materiallarını tədqiq edərək bildirir ki, hazırkı mübahisə üzrə həm ilkin, həm qarşılıqlı iddia verildiyindən, mübahisə üzrə qəbul edilmiş məhkəmə aktından apellyasiya şikayətini verən tərəf isə ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı olduğ undan, sonuncu hər iki iddia tələbi üzrə Naxçıvan Şəhər Məhkəməsinin gəldiyi hüquqi nəticəni mübahisələndirdiyindən, ilk olaraq ilkin iddia tələbinin hüquqi həllinə aydınlıq gətirilməsi, daha sonra isə qarşılıqlı iddia tələbinə qiymət verilməsi məqsədəmüvafiqdir.
62. İddiaçı verdiyi ilkin iddia tələbindən görünür ki, o, Cavabdeh qarşı aşağıdakı üç iddia tələbini irəli sürüb: 63. - birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunması; 64. - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə ödənilmiş 1760 (bir min yeddi yüz altmış) manat kredit məbləğinin yarısı olan 880 (səkkiz yüz səksən) manat pulun Cavabdeh alınaraq ona ödənilməsi; 65. - həmin kredit müqaviləsi üzrə aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ona ödənilməsi üçün özünün aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay cavabdehiddiaçıdan tutularaq ona verilməsi.
66. Mübahisə obyekti olan məhkəmə aktından görünür ki, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunması tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdi.
67. Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin ona qarşı olan birinci tələbinə dair apellyasiya şikayətinin dəlili kimi "nikah dövründə götürülmüş kreditin yarısının ondan tələb etməsinin qanunsuz olması nı, kredit müqaviləsinin faizinin aşağı düşməsi üçün əlavə olaraq 500 manat məbləğində təkrar kredit götürməsindən xəbərinin olmamasını və bu məlumatın tamamilə yanlış, əsassız olmasını" qeyd edir.
68. Birinci instansiya məhkəməsinin İddiaçı birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunması tələbi ilə bağlı gəldiyi nəticəsinin yoxlanılması ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.
69. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismi ni, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir.
70. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayətləri üzrə 2017-ci il 12 iyul tarixli qərarında bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.
71. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 iyul 2021-ci il tarixli qərarına istinadən)
72. Mülki işin müəyyən edilmiş hallarından aydın olur ki, tərəflər arasında 06 sentyabr 2018-ci ildə nikah bağlanmış və həmin nikah Babək Rayon Məhkəməsinin 28 avqust 2024cü il tarixli qətnaməsi ilə pozulmuşdu. Həmin məhkəmə aktından aydın olur ki, tərəflə faktiki olaraq 01 may 2024-cü il tarixdən ayrı yaşayırlar.
73. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəy yən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
74. Bundan əlavə “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.
75. Kollegiyanın yuxarıda qeyd olunan normativ hüquqi aktları bildirməkdə məqsədi tərəflərin nəzərinə Babək Rayon Məhkəməsinin 2(079)-422/2024 nömrə li, 28 avqust 2024cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş halların hazırkı vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşımasını çatdırmaqdır.
76. İddiaçı isə ilkin olaraq 22 yanvar 2024-cü ildə, yəni tərəflərin rəsmi nikahda olduğu və birlikdə yaşadığı dövrdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək filialından 5600 (beş min altı yüz) manat məbləğində kredit əldə etmişdi. Tərəflərin izahatından aydın olur ki, bankdan əldə edilmiş həmin pul məbləği Cavabdeh nəqliyyat vasitəsinin alınmasına istifadə edilmiş və həmin əşya hazırda satılmışdı. Bu faktlar Cavabdeh verdiyi apellyasiya şikayətində də təsdiq olunur.
77. Cavabdeh İddiaçı bankdan sonradan götürdüyü 500 (beş yüz) manatdan məlumatlı olmamasını qeyd etsə də, birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının au dio-video yazılarından aydın olur ki, bankdan götürülmüş həmin kredit məbləği üzrə aylıq ödənişləri tərəflərin faktiki ayrılmasınadək Cavabdeh icra edib. İlkin müqavilə üzrə əldə edilmiş kredit məbləğinə münasibətdə sonradan əldə edilmiş kredit məbləğinin çox olması özü-özlüyündə buna müvafiq olaraq aylıq kredit ödənişinin də artması ilə nəticələnir ki, bu ödənişi 2024-cü ilin aprel ayında həyata keçirən Cavabdeh sözügedən faktdan məlumatsız olması məntiqi cəhətdən inandırıcı hesab edilmir. Habelə sonuncunun sonradan əldə edilmiş 500 (beş yüz) manat məbləğindən məlumatsız olma ehtimalından çıxış olunsa belə, kollegiya qeyd edir ki, "Elektron məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatlardan və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialı tərəfindən verilmiş hesabdan çıxarış lardan ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin 22 yanvar 2024-cü ildə əldə etdiyi kredit məbləği üzrə illik 23 faiz ödəməli olması, həmin kredit məbləğinin 08 aprel 2024-cü ildə daha aşağı faizli kredit əldə edilərək bağlanılması aydın olur. Kollegiya isə bunları ailənin mənafeyi üçün atılmış addım kimi qəbul edərək birinci instansiya məhkəməsinin 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından əldə etdiyi kredit borcunun tərəflərin ümumi öhdəliyi olması barədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
78. Kollegiya onu da qeyd etmək istəyir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarının 6. 8-ci bəndinə əsasən qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.
79. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsində iddiaçının sözügedən tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qeyri-müəyyən olmaqla, "İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri kredit borcu üzərində tərəflərin bərabər borc hüququ müəyyən edilsin" kimi ifadə edilmişdi. Yəni kredit borcunun nədən ibarət, kimin qarşısında icra edilməli olması və hansı əsasla yaranması göstərilməmişdi. Həmçinin sözügedən mübahisədə Cavabdeh 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsinin tərəfi olmadığından borc hüquq kimi deyil, öhdəlik kimi müəyyən edi lməlidir.
80. Bu səbəbdən də kollegiya belə hesab edir ki, İddiaçı birinci tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə daha düzgün ifadə edilməlidir. 81. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi əsasında əldə edilmiş borc üzrə payların müəyyən edilməsinə gəldikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
82. Tərəflər məhkəməyə payların müəyyən edilməsi ilə bağlı saziş təqdim etmədiyindən, kollegiya payların bərabərliyi prezumpsiyasına əsaslanmaqla birinci instansiya məhkəməsinin 08 aprel 2024-cü il tarixli, RGRR7233387 B299 nömrəli kredit müqaviləsi yaranmış öhdəlik üzrə tərəflərin payının ½ hissə olması ilə bağlı gəldiyi nəticəni qanuni hesab edir.
83. İddiaçı ödənilmiş 1760 (bir min yeddi yüz altmış) manat kredit məbləğinin yarısı olan 880 (səkkiz yüz səksən) manat pulun cavabdehdən alınaraq ona ödənilməsi tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin (Tərəflər arasında faktiki ailə münasibətlərinin bitməsi vaxtı nəzərə alınmaqla iddia ərizəsi verilən qədər ödənilmiş kreditin 1341.91 (bir min üç yüz qırx bir manat doxsan bir qəpik) manat pulun yarısı olan 671 (altı yüz yetmiş bir) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi) ilə bağlı kollegiya aşağıdakıları bildirir. 84. "xxxx" ASC-nin Babək filialının 10 yanvar 2025-ci il tarixli, 05 nömrəli arayışında qeyd edilir k i, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 08 aprel 2024-cü ildə RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə İddiaçı adına 6050 (altı min əlli) manat məbləğində kredit rəsmiləşdirilmişdir. Müştərinin 10 yanvar 2025-ci il tarixə 5466.20 manat kredit borcu var.
85. İddia ərizəsinə əlavə edilmiş və bank tərəfindən verilmiş çıxarışlardan aydın olur ki, 22 yanvar 2024-cü il tarixdə bankdan götürülən 5600 (beş min altı yüz) manat kredit borcu üzrə xx.xx.2024-cü il tarixdə 185 (bir yüz səksən beş) manat, xx.xx.2024-cü il tarixdə 160 (bir yüz altmış) manat kredit ödənilmiş, 08 aprel 2024-cü ildə 5524.24 manat ödənilməklə kredit bağlanmışdır. 08 aprel 2024-cü il tarixdə yenidən kredit verilməklə 6.050 manat məbləğində İddiaçı üçün kredit ayrılmışdır. Həmin kredit üzrə sonuncu xx.xx.2024-cü il tarixdə 200 (iki yüz) manat, xx.xx.2024-cü ildə 160 (bir yüz altmış) manat, xx.xx.2024-cü ildə 160 (bir yüz altmış) manat, xx.xx.2024-cü ildə 163 (bir yüz altmış üç) manat, xx.xx.2024-cü ildə 135 (bir yüz otuz beş) manat, xx.xx.2024-cü il tarixdə 1.50 (bir manat əlli qəpik) manat, xx.xx.2024-cü il tarixdə 160 (bir yüz altmış) manat, xx.xx.2024-cü il tarixdə 0.75 (yetmiş beş qəpik) manat, xx.xx.2024-cü il tarixdə 3.15 (üç manat, on beş qəpik) manat, xx.xx.2024-cü il tarixdə 66.81 (altmış altı manat, səksən bir qəpik) manat, xx.xx.2024-cü il tarixdə 160 (bir yüz altmış) manat, xx.xx.2024-cü il tarixdə 0.48 (qırx səkkiz qəpik) manat, xx.xx.2024-cü il tarixdə 3.42 (üç manat, qırx iki qəpik) manat, xx.xx.2024-cü il tarixdə 160 (bir yüz altmış) manat, xx.xx.2024-cü il tarixdə 0.77 (yetmiş yeddi qəpik) m anat, xx.xx.2024-cü il tarixdə 3.13 (üç manat, on üç qəpik) manat, xx.xx.2024-cü il tarixdə 160 (bir yüz altmış) manat, xx.xx.2025-ci il tarixdə 3.90 (üç manat, dosan qəpik) manat kredit ödənişləri həyata keçirmişdir.
86. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" 12 mart 2024-cü il tarixli qərarının 6.39-cu bəndinə görə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödən ilməsi barədə iddianı təmin edə bilər.
87. Göstərilən normanın tələbindən çıxış edərək kolegiya bildirir ki, Cavabdeh ilə İddiaçı 2024-cü ilin may ayının 01-dən ayrı yaşaması öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi kredit üzrə ödənişlərin tərəflərin birgə təsərrüfat aparmadığı həmin müddətdən başlayaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hazırkı iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edilənə qədər olan müddət ərzində ödədiyi məbləğin yarısının Cavabdeh tutulub İddiaçı verilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdi.
88. İddiaçı ilkin iddia tələbində Cavabdeh qarşı olan sonuncu tələbi isə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ödənilməsi üçün özü tərəfindən aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay ondan tutularaq ona verilməsidir.
89. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin qeyd edilən tələbinin hüquqi həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin qanuniliyinin yoxlanılması zamanı aydın olur ki, Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsinin 8-ci səhifəsində məhkəmə bu tələbin təmin olunması nəticəsinə gəlsə də, qətnamənin nəticə hissəsində bu tələbə münasibətdə hüquqi qiymət olaraq "İddia ərizəsi verildikdən sonra aylıq ödənilən və ödəniləcək qalan kredit pulunun borcunun ½ hissəsinin Cavabdeh tərəfindən İddiaçı ödəməsi öhdəliyi müəyyən edilsin." kimi ifadə edilmişdi. Gəlinən hüquqi nəticə ilə İddiaçı tələbini qarşılıqlı şəkildə araşdırdıqda görünür ki, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin hüquqi marağı-tələbi 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialına hər ay ödəməli olduğu aylıq ödənişin yarısının Cavabdeh alınaraq ona verilməsi, yəni məcburedici iddia tələbi olduğu halda, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin iddia tələbinə verdiyi hüquqi qiymətlə, onun gəldiyi hüquqi nəticə uzlaşmır. Belə ki, məhkəmənin İddiaçı sözügedən iddia tələbinə münasibətdə gəldiyi hüquqi nəticə təsbitedici xa rakter daşımaqla, iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə ziddiyyət təşkil edir.
90. Kollegiya İddiaçı bu tələbinin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli qərarının 6.39-cu bəndində ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsasının olmaması öz əksini tapmışdı. Həmçinin qərarın həmin bəndinin davamı olaraq göstərilir ki, kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam veri ldikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər.
91. Qeyd edilən normanın mahiyyəti ona deməyə imkan verir ki, ər və ya arvad tərəfindən icra edilməli olan öhdəlik ailənin mənafeyi üçün əldə edildikdə, bu onların ümumi öhdəliyi sırasına daxil olur və nikah münasibətlərinin pozulması ilə faktiki ayrılmanın baş verməsi, yəni ailə bütövlüyünün pozulması, ər-arvadın ümumi təsərrüfatı idarə etməsinin aradan qalxması ilə öhdəliyi icra etmiş şəxs tərəfindən yalnız icra edilmiş hissəyə münasibətdə reqress hüququ əmələ gəlmiş olur. Bu nor manın hazırkı mübahisə üzrə tətbiqi onu deməyə imkan verir ki, İddiaçı 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə yalnız icra etdiyi öhdəliyin yarısının qarşı tərəfdən tələb etməsinin hüquqi əsası var. Yəni yuxarıda da qeyd edildiyi kimi, icra edilməmiş öhdəliyin tələb edilməsinin qanuni və müqavilə əsası olmadığından İddiaçı bu tələbi rədd edilməli idi.
92. Yuxarıda qeyd edilənlərə əsaslanmaqla kollegiya belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ödənilməsi üçün onun aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay ondan tutularaq ona verilməsi tələbinin təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdi.
93. Məhkəmə icra edilməmiş öhdəliyin ödənilməsi barədə tələbi təmin etməklə, tətbiq edilməli olan normativ hüquqi aktı (Plenum Qərarını) düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 386-cı maddəsinə görə, məhkəmənin tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməməsi və ya hüququn tətbiqində səhv buraxması maddi hüquq normalarının pozulması hesab olunur. Bu isə həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən qətnamənin ləğvi üçün əsasdır.
94. İddiaçı Cavabdeh qarşı ilkin iddia tələbləri üzrə birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticələri n hüquqi qiymətləndirməsindən sonra Cavabdeh qarşılıqlı iddia tələbinin dəyərləndirməsi ilə bağlı kollegiya aşağıdakıları bildirir.
95. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən aydın olur ki, işə baxan birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı qarşı olan 4000 (dörd min) manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq ona ödənilməsinə dair qarşılıqlı iddia tələbini əsassız hesab edərək rədd olunmasını qət edib. Məhkəmə bu nəticəyə gəlməsini ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının öz tələbini əsaslandıran halları sübut edə bilməməsi ilə əsaslandırmışdı.
96. Kollegiya bildirir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin mahiyyətinə əsasən, mülki prosessual qanunve ricilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Normaya əsasən iddiaçı tələbinin əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdehlər tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. 97. "Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.
98. Cavabdeh verdiyi qarşılıqlı iddia ərizəsində İddiaçı ilə birgə nikahda olduqları müddətdə 10 nəfərdən ibarət, 1 ayı 100 manatdan 5 il lotereya oynamaqla 5000 manat əldə etməsini, həmin pulları da İddiaçı mənimsədiyini göstərsə də, bununla bağlı ona hər hansı iddia irəli sürməmiş, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehdən yalnız 4000 (dörd min) manat məbləğində pulun indeksasiya və faizi ilə birlikdə hesablanaraq ona ödənilməsini xahiş etmişdi. O, həmçinin verdiyi apellyasiya şikayətində qeyd etmişdi ki, qarşı tərəf etiraf etməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi buna m ünasibət bildirməmişdir.
99. Cavabdeh sözügedən dəlili ilə bağlı kollegiya onun nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
100. Hazırkı mübahisə üzrə Cavabdeh qarşılıqlı iddia tələbinin əsaslandırma hissəsində yuxarıda qeyd edilən faktları qeyd etsə də, həmçinin birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclaslarının audio-video yazılarından İddiaçı aldığı əmək haqqı ilə lotereya oynaması və ondan əldə etdiyi pulu saxlaması üçün anasına verməsi, həmçinin ailənin ehtiyacları üçün xərcləməsini bildirməsinə baxmayaraq, qarşılıqlı iddia ərizəsinin məzmunundan (xahiş etdi hissəsindən) Cavabdeh İddiaçı qarşı bununla bağlı hər hansı tələb irəli sürməməsi aydın olur. Bu səbəbdən də kollegiya belə hesab edir ki, sözügedən məsələ iddianın predmetini, habelə özlüyündə apellyasiya icraatının predmetini təşkil edə bilməz.
101. Cavabdeh qarışlıqlı iddia ərizəsində olan tələbi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticənin yoxlanılması ilə bağlı isə iş materiallarından ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının yaşayış sahəsinə olan istifadə hüququnun qarşılığında atasından 10000 manat məbləğində kompensasiya almasının işin mübahisəsiz halı olması öz təsdiqni tapır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı bu məbləğin 4000 manat hissəsini İddiaçı verdiyini, qalan hissəsini ailənin ehtiyacları üçün xərclədiyini, işləm ək üçün Moskva şəhərinə getməsi ilə bağlı ehtiyaclarını qarşıladığını bildirir. İddiaçı isə 4000 manat məbləğində pul vəsaitinin sabiq əri tərəfindən ona verilməsini inkar etməyərək, həmin vəsaiti Cavabdeh işləmək üçün Rusiya Federasiyasına getməsi zamanı ailənin ehtiyaclarının qarşılanması üçün ona verdiyini, özünün də həmin pulu təyinatı üzrə istifadə etdiyini bildirmişdi. Tərəflərin birgə nikahda olmasını, onların nikahından iki ümumi uşağın olmasını, onların birlikdə qaldığı müddətdə kirayədə yaşamasını, həmçinin 2024-cü ildə əldə edilmiş kredit məbləği ilə Cavabdeh nəqliyyat vasitəsinin alınması, həmin ilin may ayının birinədək tərəflərin birgə yaşamasını və belə bir qısa müddətdə yeni alınmış avtomobilin yenidən ailənin ehtiyacları üçün satılmasını nəzərə aldıqda İddiaçı 4000 manat m əbləğində pulu ailə ehtiyaclarını qarşılaması üçün verməsi özü-özlüyündə sübuta yetirilir.
102. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı sözügedən məbləğin İddiaçı tərəfindən faizə verildiyini bildirsə də, bu faktlarla bağlı sübut təqdim etməmişdi. Apellyasiya şikayəti verən şəxs bu faktın sübuta yetirilməsi ilə bağlı məhkəməyə səs yazısı təqdim etdiyini bildirsə də, istər həmin səs yazılarının birinci instansiya məhkəməsində (audio- video yazılardan görünür ki, üç dəfə həmin səs yazısı tərəflərin iştirakı ilə dinlənilərək tədqiq edilib), istərsə də kollegiya tərəfindən araşdırılması zamanı Cavabdeh tərəfindən təqdim edimiş səs yazılarından onun tələbini təsdiq edən sübuta rast gəlinməmişdi.
103. Bu səbəbdən kollegiya qarşılıqlı iddia tələbinin rədd edilməsi ilə bağlı biri nci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
104. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək kollegiya Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini qismən əsaslı hesab edir. Yəni sözügedən qətnamə İddiaçı Cavabdeh qarşı olan aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ödənilməsi üçün onun aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay tutularaq ona verilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və tərəflər arasında olan passivlərin dairəsinin qeyri-müəyyən xarak ter daşımaması üçün İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi ilə birgə nikah dövründə əldə etdiyi kredit məbləği üzərində ½ pay hüququnun müəyyən olunması tələbi daha aydın ifadə edilməlidir.
105. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 384-cü maddəsində işə baxılması ilə bağlı apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri qeyd edilib ki, həmin prosessual normaya görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər; birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər.
106. Bundan başqa Mülki-Prosessual Məcəllənin 119.5-ci maddəsi ilə müəyyən edilir ki, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
107. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
108. Qeyd edilən prosessual normaların tələbindən çıxış edərək kollegiya bel ə hesab edir ki, ilkin iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq (İlkin iddianın ümumi məbləği 3613 manat, onun təmin edilmiş hissəsi isə 671 manat təşkil etdiyindən, təmin edilmiş hissə ümumi iddia məbləğinin 18,57 faizini təşkil edir. Bu isə müvafiq olaraq ödənilmiş iddia üzrə qanunvericiliklə müəyyən edilən və İddiaçı tərəfindən ödənilən 56.13 manat məbləğində dövlət rüsumuna münasibətdə 10,42 manat təşkil edir) 10.42 (on manat, qırx iki qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
109. Həmçinin Cavabdeh verdiyi apellyasiya şikayəti qismən təmin edildiyindən təmin edilmiş hissəyə mütənasib olaraq (Apellyasiya şikayəti ilkin iddianın 2733 manat hissəsinə münasibətdə təmin edilmişdi. Bu isə ilkin iddianın ümumi məbləğinə münasibətdə 76.64 faizini təşkil edir. İlkin iddia üzrə ödənilməli olan dövlət rüsumu 56.13 manat olduğundan, apellyasiya şikayəti verilməsi ilə bağlı ödənilməli dövlət rüsumunun miqdarı qanunverciliyə əsasən onun 50 faizi həddində müəyyən edildiyindən, buna müvafiq olaraq məbləğ 28.65 manat təşkil edir. Sonuncu məbləğin apellyasiya şikayəti üzrə təmin edilmiş hissəsinə mütənasib olan hissəsi isə 12.07 manatdır) 12.07 (on iki manat, 07 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq Cavabdeh ödənilməlidir.
110. Kollegiya hər iki tərəfin bir-birinə məhkəmə xərci-dövlət rüsumu ödəməsini nəzərə alaraq, formallığa yol verilməməsi məqsədi ilə belə hesab edir ki, iki rüsum arasındakı fərq müəyyən edilərək miqdar etibarı ilə daha az rüsum ödəməli olan tərəfdən həmin fərq alınaraq qarşı tərəfə ödənilməlid ir. Bu isə onu deməyə imkan verir ki, 1.65 (bir manat, altmış beş qəpik) manat (12.07-10.42=1.65) miqdarında dövlət rüsumu İddiaçı alınaraq Cavabdeh ödənilməlidir.
111. Göstərilənləri nəzərə alaraq kollegiya yekunda aşağıdakı nəticəyə gəlir: 112. - ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilməli; 113. - Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsi İddiaçı Cavabdeh qarşı olan ilkin iddia tələbi üzrə “birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunması və aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ona ödənilməsi üçün aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay Cavabdeh tutularaq ona ödənilməsi”nə dair hissədə qismən ləğv edilməli və həmin hissələr üzrə yeni qətnamə çıxarılmalı; 114. – 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından əldə etdiyi 6050 (altı min əlli) manat məbləğində kredit borcu İddiaçı və Cavabdeh ümumi öhdəliyi sayılmaqla, bu öhdəlik üzrə onların hər birinin payı ½ hissə müəyyən edilməli; 115. - İddiaçı Cavabdeh qarşı olan 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon fili alına ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ödənilməsi üçün İddiaçı aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay Cavabdeh tutularaq ona ödənilməsinə dair tələbi əsassız olduğundan rədd edilməli; 116. - 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından əldə edilmiş 6050 (altı min əlli) manat kredit məbləğinin 27 yanvar 2025-ci il tarixdən sonrakı dövr (iddia ərizəsinin verilməsindən sonrakı dövr) üçün ödənilməmiş hissəsi tam ödənildikdən sonra icra edilmiş öhdəliyin yarısının Cavabdeh tələb etmək hüququnun olması, həmçinin ümum i öhdəlikdə payların müəyyən olunmasının borclunun əvəz edilməsi ilə öhdəliyin həyata keçirilməməsi və sözügedən kredit müqaviləsi üzrə öhdəliklərinin dəyişməsi kimi başa düşülməməsi İddiaçı izah edilməli; 117. - Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılmalı; 118. - ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti ilkin iddianın tam rədd edilməsi və qarışlıqlı iddianın təmin edilməsinə dair hissədə əsassız olduğundan təmin edilməməli; 119. - İddiaçı 1.65 (bir manat, altmış beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh ödənilməlidir.
120. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
121. Qeyd edilən prosessual hüquq normasını ilkin və qarşılıqlı iddia tələbləri ilə, həmçinin onların təmin və rədd edilmiş hissələrinə mütənasib olaraq araşdıran kollegiya bildirir ki: 122. - kredit borcu üzrə pay hüququnun müəyyən edilməsi: Qətnamənin 6050 manat kredit borcu üzərində ½ pay öhdəliyinin müəyyən edilməsinə dair hissəsi, əmlak xarakterli mübahisə hesab olunur və faktiki olaraq 3025 manatlıq bir öhdəliyin müəyyən edilməsidir. Bu məbləğ 5000 manatdan azdır; 123. - ilkin iddianın dəyişdirilmədən saxlanılan hissəsi: 671 manat təşkil edir. Kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş həddi keçmir; 124. - ilkin iddianın ləğv edilən və rədd edilən hissəsi: Bu hissə 2733 manat pulun ödənilməsinə dair ilkin iddia tələbinin rədd edilməsindən ibarətdir. Bu hissə 5000 manatdan az olduğundan, həmin hissə üzrə birbaşa kassasiya şikayəti vermək mümkün deyil; 125. - qarşılıqlı iddianın rədd edilmiş hissəsi: qarşılıqlı iddianın rədd edilən hissəsi 4000 manatdır və bu hissə kassasiya instansiyasında mübahisə olunan hissə deyil.
126. Kollegiya yuxarıda qeyd olunanları, “Məhkəmələr və hakimlər haqqında" Qanunun 5ci və Azərbaycan Respublikası Mü lki-Prosessual Məcəlləsinin 12.2, 382, 392, 393, 402.1, 403.1, 404.1.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Vİİİ. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayəti üzrə gəldiyi nəticə qətetdi: İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsi İddiaçı Cavabdeh qarşı olan ilkin iddia tələbi üzrə “birgə nikah dövründə əldə edilmiş kredit pulu üzərində ½ pay hüququnun müəyyən olunması və aylıq ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ödənilməsi üçün aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay Cavabdeh tutularaq ona ödənilməsi”nə dair hissədə qismən ləğv edilsin və həmin hissələr üzrə yeni qətnamə çıxarılsın. “08” aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından əldə etdiyi 6050 (altı min əlli) manat məbləğində kredit borcu İddiaçı və Cavabdeh ümumi öhdəliyi sayılmaqla, bu öhdəlik üzrə onların hər birinin payı ½ hissə müəyyən edilsin. İddiaçı Cavabdeh qarşı olan 08 aprel 2024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialına ödəniləcək kredit məbləğinin qalıq hissəsi olan 5466.20 (beş min dörd yüz altmış altı manat, iyirmi qəpik) manat pulun yarısını təşkil edən 2733 (iki min yeddi yüz otuz üç) manat pulun Cavabdeh tərəfindən ödənilməsi üçün İddiaçı aylıq ödədiyi 160 (bir yüz altmış) manat pulun yarısının hər ay Cavabdeh tutularaq ona ödənilməsinə dair tələbi əsassız olduğundan rədd edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh verdiyi apellyasiya şikayəti ilkin iddianın tam rədd edilməsi və qarışlıqlı iddianın təmin edilməsinə dair hissədə əsassız olduğundan təmin edilməsin. Naxçıvan Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(078)-409/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı 1.65 (bir manat, altmış beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Cavabdeh ödənilsin. İddiaçı izah edilsin ki, 08 aprel 2 024-cü il tarixli, RGRR7233387B299 nömrəli kredit müqaviləsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Babək rayon filialından əldə etdiyi 6050 (altı min əlli) manat kredit məbləğinin 27 yanvar 2025-ci il tarixdən sonrakı dövr (iddia ərizəsinin verilməsindən sonrakı dövr) üçün ödənilməmiş hissəsini tam ödənildikdən sonra icra etdiyi öhdəliyin yarısını Cavabdeh tələb etmək hüququna malikdir. Həmçinin ümumi öhdəlikdə payların müəyyən olunması borclunun əvəz edilməsi ilə öhdəliyin həyata keçirilməsi və sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin dəyişməsi kimi başa düşülmür. Qətnamədən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya şikayəti verilməsinə yol verilən hallarda, o işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamiq Əliyev. Hakimlər: Mehman Allahverdiyev və Sənan Qarayev.