Məhkəmə qərarları › İş №2(102)-3601/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3601/2025

03.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3601/2025 03.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi (iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1024/2025 nömrəli, 7 okt yabr 2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların ananın himayəsində saxlanması və aliment tələbi” barədə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılması və İddiaçı xx.xx.2013-cü i l təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilmişdir.

2. İddiaçı Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəza tədbiri seçilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddiaçıdan tutulmalı olan və xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmış aliment borcunun 9000 manat hissəsində azaldılması, İddiaçı Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ödəməli olduğu aliment öhdəliklərindən azad edilməsi və uşaqların yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası qismən təmin edil ərək Cavabdeh ilə İddiaçı arasında xx.xx.2018-ci tarixdə Hacıqabul rayon qeydiyyat şöbəsində 139 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması və tərəflərin nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 Əfsanə Mahir qızının yanında saxlanılması, İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qətnam əsi ilə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə üzrə icra vərəqəsi verilmişdir. Qətnamədən görünür ki, uşaqların hər üçü hazırda Bakı şəhərində yerləşən 8 saylı internat məktəbində oxuyurlar. Hazırkı vəziyyətdə uşaqlar faktiki olaraq ata-ana qayğısından məhrumdurlar. Cavabdeh isə uşaqlarına baxa biləcəyini bildirir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə tərəflərin nikahından doğulmuş uşaqların Cavabdeh yanında saxlanılması və İddiaçı onların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 200 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi qət edilsə də, uşaqlar faktiki olaraq internat mək təbində olmuş, uşaqların bütün ehtiyacları internat məktəbi tərəfindən qarşılanmışdır. Hazırda cavabdeh yenidən nikaha girmiş və bu baxımdan yeni ailəsi ilə birlikdə yaşayır, uşaqlarına şənbə və bazar günləri uşaqların ana nənəsi və babası baxır. Uşaqlar həftənin şənbə və bazar günləri nənə və babaları ilə qalsa da, uşaqların bir çox ehtiyacları atası İddiaçı tərəfindən qarşılanmışdır. Bu müddət ərzində Cavabdeh uşaqlara laqeyd münasibət göstərmiş, uşaqlar faktiki olaraq ana qayğısından məhrum olmuşdur. Həmçinin icra sənədində aliment ödənilməsinin başlandığı tarixdən, bu günə kimi 15 ay ərzində yığılmış ümumi aliment borcu 9000 manat məbləğ təşkil edir. Uşaqlar faktiki olaraq cavabdehin himayəsində deyil, ünvan 1 ünvanında 8 nömrəli sanatoriya tipli internat məktəbində təhsil alırlar və c avabdeh tərəfindən onlara hər hansı qayğı göstərilmir. Bu baxımdan, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçıdan tutulmalı olan və xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmış, ümumilikdə 9000 manat məbləğdə aliment borcunun silinməsi zərurəti yaranmışdır. Cavabdehin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə uşaqlarının saxlanması məqsədi ilə aliment tələb etməsi iddiaçını ağır maddi duruma salır və cavabdehin əsassız varlanması ilə nəticələnir.

5. Hacıqabul Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli 2(071)-46/2025 saylı qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (hakim O. Bayramov).

6. Məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd e tmişdir ki, iş materialları və cavabdehin nümayəndəsi və vəkilinin izahatından aydın olur ki, cavabdeh ana uşaqlarla müntəzəm olaraq əlaqə saxlayır, həftə sonları onları internatdan götürür, şəxsi qayğı və nəzarət göstərir və bu vəzifələrin icrasından yayınmır. Beləliklə, uşağın yalnız internat məktəbində təhsil alması faktı onun üzərində valideyn məsuliyyətinin ortadan qalxması və ya aliment öhdəliyinin ləğv edilməsi üçün hüquqi əsas yarada bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin müvafiq normaları valideynin aliment öhdəliyini uşağın maddi rifahı, mənəvi inkişafı və sosial hüquqlarının müdafiəsi məqsədilə müəyyən etdiyindən, sadəcə təhsil müəssisəsində yerləşdirilmə faktı bu öhdəliyin aradan qalxmasına səbəb ola bilməz.

7. Bundan əlavə, iş materiallarından aşkar edilir ki, iddia çı tərəfindən aliment öhdəliyi faktiki olaraq icra edilməmiş, təyin olunmuş aliment məbləği ödənilməmiş və nəticə etibarilə yüksək məbləğdə aliment borcu yığılmışdır. Mövcud durumda, aliment məbləğinin təyinatı üzrə xərclənməsini təsdiqləyən sübutlar təqdim edilməsi qeyri-mümkün olmuşdur, çünki faktiki olaraq aliment məbləği ödənilməmişdir. Başqa sözlə, aliment vəsaitinin necə xərcləndiyini müəyyən etmək texniki və hüquqi baxımdan mümkün olmamışdır, çünki ortada ödənilmiş vəsait mövcud deyildir.

8. Həmçinin, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslandırmalara – uşağın internat məktəbində saxlanılması səbəbi ilə aliment ehtiyacının aradan qalxdığı və cavabdehin aliment vəsaitini mənimsədiyi iddialarına gəldikdə isə, məhkəmə tərəfindən bu arqumentlər əsassız hesab edilmişdir. Belə ki, in ternat məktəbində saxlanma uşağın yalnız təhsil və gündəlik ehtiyaclarının qismən qarşılanmasına xidmət edir, lakin uşağın ailə mühitində mənəvi və psixoloji ehtiyaclarının ödənilməsi, valideynlə ünsiyyətin davam etdirilməsi, şəxsi qayğı və nəzarətin təmin olunması kimi hüquqları valideyn öhdəliyinin dəyişməz məzmununu təşkil edir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2-ci maddələrinə və “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.14-cü bəndinə istinadla əsaslandı rmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun uşaqları xəstə deyildir. Onların valideyn himayəsində böyümək hüquqları var. Lakin bu gün onlar hər iki valideynin himayəsindən məhrum halda internatda böyüyürlər və uşaqlarını tərbiyə edib böyütmək istəyi nəzərə alınmır. Övladları ailə tərbiyəsindən məhrum olmaqla onların bu hüquqları pozulur. Bu gün qərəzli formada cavabdeh onu uşaqlarından ayrı tutur. Bu məsələdə ona internat məktəbinin rəhbərliyi köməklik edir. Övladları internat məktəbinə yerləşdirildiyi üçün artıq onlar dövlətin himayəsindədir. Məhkəmə ən azından tutulacaq alimentin həmin müəssisənin hes abına köçürülməsi məsələsini həll etmək əvəzinə alimentin cavabdehə ödənilməsini qət etməklə həm dövləti uşaqlar üçün xərclənmiş və bundan sonra xərclənəcək pul məbləği yükündə qoymaqla cavabdehin əsassız varlanmasına şərait yaratmışdır. İddia tələbinin biri də uşaqlarının atanın himayəsinə verilməsi tələbidir ki, məhkəmə işə baxıb qətnamə çıxararkən bu məsələyə dair müvafiq rəyin alınması üçün işi qəyyumluq və himayəçilik komissiyasına göndərməmiş, sadəcə övladının birinin yazısı olduğunu güman etdiyi bir məktuba əsaslanmışdır. Halbuki, uşaqların hansı valideynə bağlılığı, onlara kənar psixoloji təsirin olub-olmaması suallarını dəqiqləşdirmək məqsədilə psixoloji ekspertizasının keçirilməsi labüd idi. Qətnaməni qəbul edərkən hakim uşaqların sanatoriya tipli internat məktəbində 2024-cü ilin yay tətilində olub-olmamalarını dəqiqləşdirməmiş, məlumatları sadəcə 2024-cü ilin noyabr-dekabr ayı üçün tələb etmiş və ananın uşaqlarla görüşünü dəqiqləşdirmişdir. Hansı ki, bu mobil nömrə uşaqların xalasına məxsusdur və tədqiq zamanı dəqiqləşmiş ünvan da şübhəlidir. Onda olan məlumatlara görə uşaqların xalası Buzovna qəsəbəsində yaşayır, həmin ünvan da onun ya yaşayış ya da iş yeridir. Məhkəmə bu məsələni tam araşdırmadan qətnamə qəbul etmiş nəticədə uşaqların saxlanılması xərcləri dövlət tərəfindən qarşılanmış və bununla yanaşı cavabdehə ödənilən pul məbləği də onun əsassız varlanmasına xidmət edəcəkdir.

12. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1024/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin 25 aprel 2025-ci il tarixli, 2(071)-46/2025 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə icraata xitam verilməsi qərara alınmışdır (hakimlər P.Əhmədov – sədrlik edən və məruzəçi, İ. Əsədov və T. Heydərov).

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(071)-35/2024 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş, azyaşlı uşaqların Cavabdeh verilməsi barədə iddia tələbi qismən təmin edilmiş və eyni zamanda iddiaçıdan cavabdehin xeyrinə aliment ödənilməsi müəyyən olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır.

14. Beləliklə, iş üzrə həm birinci instansiya məhkə məsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən azyaşlı uşaqların analarının yanında saxlanılması qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə təsbit edilmişdir. Lakin bundan təqribən 6 ay sonra İddiaçı yenidən iddia qaldırmış, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh ödəməli olduğu aliment öhdəliklərindən azad edilməsi və uşaqların yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsini xahiş etmişdir.

15. İşdən açıq-aydın görünür ki, hazırkı iddianın xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsi hissəsində təmin edilməsi üçün yeni əsaslar yoxdur. Belə ki, məhkəmə tərkibi hesab etmişdir ki, uşaqların hal-hazırda faktiki olaraq atalarına getmək istəməmələri, məhkəmə qətnaməsinin icrasının çətinliyi yeni əsas hesab edilərək işə mahiyyəti üzrə baxılması və müvafiq qətnamə çıxarılması üçün əsas sayıla bilməz.

16. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-688/2024 saylı qərarından təqribən 6 ay sonra İddiaçı yenidən iddia qaldıraraq irəli sürdüyü dəlillər hazırkı tələb üzrə işə yenidən baxılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbinə baxarkən iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları nəzərə alınmamış və yuxarıda sad alanan məhkəmə aktlarında müəyyən edilmiş işin halları ilə hazırkı mülki işin müəyyən edilmiş faktiki halları müqayisəli şəkildə təhlil edilməmiş və qərar qəbul edilərkən nəzərə alınmamışdır.

17. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbinin məktublarından müəyyən edilmişdir ki, xx.xx.2013-cü il təvəllüdlü X8, xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 xx.xx.2023-cü il tarixində 85 nömrəli əmrə əsasən məktəbinin 1-ci sinfinə daxil olmuşlar. Uşaqlar tətil günlərində anaları Cavabdeh tərəfindən məktəbə gətirilərək qeydiyyat olunmuşdur. Uşaqlar tətil günlərində anaları Cavabdeh və yaxud bəzi vaxtlarda ana nənə və babasına təhvil verilmişdir. Bu baxımdan uşaqların hələ xx.xx.2023-cü il tarixdə, yəni Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(071)-35/2024 saylı və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(106)-688/2024 saylı qətnamələrindən əvvəl Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbində təhsil alması tərəflərə bəlli idi. Hətta bu fakt Şirvan Apellyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsində - cavabdehin izahatında əksini tapmışdır. Beləliklə, işdən də göründüyü kimi, müəyyən edilmiş hallar yeni əsasın mövcudluğunu aşkara çıxarmamışdır.

18. Bundan başqa, iddiaçı tərəfindən qaldırılmış digər tələb - aliment məbləğinin azaldılması məsələsinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, aliment borcundan tam və ya qismən azad edilmə barədə tələbə iddia icraatı qaydasında baxılması mümkündür. Lakin bu zaman id dia tələbinin mahiyyətinə diqqət yetirilməli və nəzərdə saxlanılmalıdır ki, qanunvericiliyin tələblərinə görə aliment borcunun silinməsi ilə bağlı tələb yalnız iddiaçının bu borcun şəxsin xəstəliyi, maddi vəziyyəti və ya digər üzrlü səbəblərə görə ödəmək iqtidarında olmaması ilə bağlı verilmiş olsun. Hazırkı halda iddiaçı bu tələbini uşaqların ananın himayəsində olmadıqları və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbində qalmaları ilə əsaslandırmışdır.

19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi 8 nömrəli internat tipli sanator ümumtəhsil məktəbindən Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş 2 oktyabr 2025-ci il tarixli, 163 nömrəli məktuba görə uşaqlar tam dövlət təminatında olmamaqla həftənin şənbə, bazar, tətil və bayram günlərində anası Cavabdeh tərəfindən evə aparılır.

20. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə, 71-ci maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “İcra haqqında” Qanunun 87.2-ci və İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinin şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarına, “İcra haqqında” Qanunun 14.1, 20.5, 87.1-ci maddəsinə, MPM-nin 4.1, 5.1, 261.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı X7 (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1024/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı əsassız olduğu üçün ləğv edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə tərəflərindən təqdim edilmiş sübutlar təkzib ediləcək sübut olmadığı halda apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmamış və qərardadda istinad edilməmiş və nəticədə düzgün olmayan qənaətə gəlmişdir.

23. Məhkəmə aktları qanuni və əsaslı olmamışdır. İddiaçının təqdim etdiyi sübutlara qiymət verilməmiş, iş birtərəfli olaraq cavabdehin lehinə əsaslandırılmışdır.

24. Məhkəmələrin hazırkı iş üzrə aktları MPM-in 2, 218, 390-cı maddələrinin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, onun hüquq və mənafelərinin təsdiqi ilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, təqdim etdiyi sübutlara isə düzgün qiymət verilməmişd ir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 25.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

26. Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı

27. İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 261.0.1.İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

29. Maddə 262.1.İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.

30. Maddə 402.2.4.Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kas sasiya şikayəti verilə bilər.

31. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 417.1.5.Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3, 259.0.8 və 259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. Hazırkı kassasiya şikayətlərində qərardad tam mübahisələndirildiyindən apellyasiya ins tansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

38. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,hazırkı iddianın xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi atası İddiaçı himayəsinə verilməsi hissəsində təmin edilməsi üçün yeni əsaslar yoxdur. Belə ki, uşaqların hal-hazırda faktiki olaraq atalarına getmək istəməmələri, məhkəmə qətnaməsinin icrasının çətinliyi yeni əsas hesab edilərək işə mahiyyəti üzrə baxılması və müvafiq qətnamə çıxarılması üçün əsas sayıla bilməz.

39. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-688/2024 saylı qərarından təqribən 6 ay sonra İddiaçı yenidən iddia qaldıraraq irəli sürdüyü dəlillər hazırkı tələb üzrə işə yenidən baxılmasına əsas verən hal kimi qiymətləndirilə bilməz.

40. Digər tərəfdən işə baxan apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırkı işin halları baxımdan iddianın digər hissəsi iddia icraatı qaydasında deyil icra qaydasında h əll olunmalıdır.

41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

42. Qeyd olunanları nəzərə alaraq belə məhkəmə kollegiyası qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1024/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar