Məhkəmə qərarları › İş №2(102)-3681/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3681/2025

09.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3681/2025 09.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ("xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “müəyyən edilmiş payın ayrılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4046/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərardadından İddiaçı (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 9 dekabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı Cavabdeh ilə xx.xx.2016-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-711/2022 nömrəli, xx.xx.2022ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə X5 arasında 2 sentyabr 2016-ci il tarixdə Rusiya Federasiyası, Kabardino-Balkariya Respublikası, X4 Yerli İdarəetm ə VVAQ şöbəsinə 388 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2018-ci il təvəllüdlü X8 anası iddiaçı X3 yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Cavabdeh X3 xeyrinə hər ay 200 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qətnaməsi ilə, lizinq obyekti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmış, Bakı şəhəri Yasamal rayonu Həsən b əy ünvan 2 ünvanında olan 2 saylı mənzilində yerləşən qonaq otağı üçün nəzərdə tutulmuş üçlü divan, ikiqat divan, kreslo, televizor altı tumba, jurnal üçün masa, kondisioner, iki çilçıraq, xaça, yataq otağı üçün nəzərdə tutulmuş xalça, kamod, iki yataq masası, çarpayı, mətbəx üçün nəzərdə tutulmuş bütün mətbəx mebeli, Ariston markalı mikrodalğalı soba, paltaryuyan, qabyuyan, soba, aspirator, plitə, “Samsung” markalı soyuducu, qəhvə maşını, elektrik çaydanı, masa və dördlü stul dəsti, mətbəxdə olan pərdə, 12 nəfərlik qab dəsti, çay dəsti, uşaq otağı üçün nəzərdə tutulmuş yorğan, yastıq, dəhliz üçün nəzərdə tutulmuş mebel (şkaf), şəxsi əşyalar olan çantalar, ixtisas üzrə kitablar, qırmızı çamadan, “Babylis” markalı qara rəngli fen, tozsoran Cavabdehdan alınaraq İddiaçı verilmişdir. İş üzrə q əbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh (bundan sonra cavabdeh) iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, iddiaçının birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin 1/2 hissəsi üzərində tanınmış payının-24.758,50 manatın ayrılması və ayrılmış payın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflərin birgə nikah müddətində lizinq verən "xxxx" QSC ilə lizinq alan X7 və Cavabdeh arasında bağlanılmış xx.xx.2016-ci il tarixli öhdəliklərin verilməsi haqqında müqaviləyə əsasən Bakı şəhəri, Ya samal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilə dair lizinq verən "xxxx" QSC ilə lizinq alan X7 arasında bağlanılmış xx.xx.2016-ci il tarixli, 1074/182/2016-1 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə hüquq və vəzifələr X7 tərəfindən Cavabdeh ötürülmüşdür. Tərəflər həmin ünvanda nikah dövründə yaşayaraq, birgə təsərrüfat aparmışlar. Nikahın pozulmasından sonra İddiaçı Cavabdeh qarşı "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin e-2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, o cümlədən lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində İddiaçı pay hüququ tanınmışdır. Pay tanındıqdan sonra pul şəklində tanınmış 24.758,5 manatın ayrılaraq ona ödənilməsi üçün iddiaçı cavabdehə müraciət etməsinə, mübahisənin həlli üçün 12 saylı Mediasiya Təşkilatına müraciət etməsinə baxmayaraq, cavabdehlə razılıq əldə edilməmiş, buna dair xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00263 saylı arayış əldə edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə istinad edərək, İddiaçı daşınmaz əmlaka görə ödə nilmiş pulun yarısının tələbinə dair iddiasını həmin maddədə nəzərdə tutulmuş ardıcıllıqla irəli sürməli olduğunu izah etmişdir. Hazırda iddiaçı ödənilmiş məbləğ üzərində müəyyən edilmiş 24.758,5 manat payının ayrılaraq, ona naturada-pul şəklində ödənilməsini tələb edir.

6. Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi etiraz ərizəsi ilə qeyd etmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli iş üzrə araşdırılma aparılmış və müəyyən edilmişdir ki, iddiaçı ilə arasında xx.xx.2016-ci il tarixdə nikah bağlanmış və həmin nikah xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur. Eyni zamanda məhkəmə qaydasında müəyyən edilmişdir ki, birgə nikah zamanı X1 xx.xx.2016-ci ildə lizinq alınmış olan Rüfə t Məmmədovla arasındakı razılaşmaya əsasən onun lizinq təşkilatı qarşısında hüquq və vəzifələr özünə ötürülmüşdür. xx.xx.2016-cı ildən xx.xx.2023-cü ilədək (nikah pozulanadək) tərəfindən lizinq təşkilatına 76.973 manat vəsait ödənilmişdir ki, həmin vəsaitdən 49.517 manatı iddiaçı ilə birgə nikahda olub faktiki ailə münasibətlərində yaşadıqları dövrə təsadüf edir. İddiaçının tələbi ilə ona qarşı və "xxxx" QSC-yə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi barədə işə baxan məhkəmə hazırkı iddiaçının Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 1 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi, yəni 24.758,5 manat üzərində İddiaçı pay hüququ tanınmışdır. Həmin qətnamə ilə razılaşaraq şikayət verməmiş və həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçının hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. İddia ərizəsində “tətbiq edilməli hüquq normaları” başlığı altında qeyd edilmiş və adı çəkilən normaların heç birində hazırkı iddia tələbinin əsası öz əksini tapmır, yəni iddiaçının ondan müəyyən edilmiş payının tələb edilməsinin əsası yoxdur. Belə ki, adı çəkilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq onun tərəfindən ödənilmişdir və həmin məbləğ lizinq təşkilatının əmlakıdır. O, isə ödəməkdə davam etsə də, barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi deyildir. Göstərilənləri nəzərə alıb iddiaçının ona qarşı müəyyən edilmiş payın ayrılmasına dair tələbinin təmin olunmamasını xahiş et mişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-802/2025 nömrəli, 11 mart 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddianın təmin edilməsi, iddiaçının birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin 1/2 hissəsi üzərində tanınmış payının 24.758,5 AZN ayrılması və ayrılmış payın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində iddiaçının pay hüququnun olması işin mü bahisəsiz halıdır və qarşı tərəf bu faktın artıq mübahisəsiz olmasını inkar etmir, buna dair qətnamə ilə razılaşaraq şikayət verməmiş və həmin qətnamə də qanuni qüvvəyə minmişdir. Lakin cavabdeh tərəf hazırda iddiaçının tələbinin əsası kimi istinad etdiyi normaların (Mülki Məcəllənin 220.1-220.6-cı maddələr) heç birində hazırkı iddia tələbinin əsasının öz əksini tapmamasına, yəni iddiaçının cavabdehdən müəyyən edilmiş payının tələb edilməsinin əsasının iddia tələbinin hüquqi əsasına uyğun olmamasına istinad etməklə iddianın təmin edilməsinə etiraz etmişdir. Məhkəmə cavabdeh tərəfin tələbə etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı cavabdehə qarşı, "xxxx" QSC müstəqil tələb irəli sürməyən üçünçü şəxs qismində cəlb olunmaqla “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərkən tələblərdən biri də lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy Zərdabi prospekti ev 190 ünvanında yerləşən 2 saylı mənzil üçün xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 68.943 manat pulun yarı hissəsi olan 34.471 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə olmuşdur. Sözügedən qətnamədən görünmüşdür ki, məhkəmə tələbin “ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, belə bir tələb (payın ayrılması, payın dəyərinin ödənilməsi) Mülki Məcəllənin 220-ci maddəsinə istinad edilməklə, həmin maddədəki ardıcıllıqla irəli sürülə bilərdi. Həmçini n bildirilməlidir ki, mübahisə predmeti olan mənzil lizinq obyekti olaraq lizinq verənin mülkiyyətindədir və müqavilə münasibətləri davam etdiyindən həmin mənzil cavabdehin tam mülkiyyətinə keçməmişdir. Hazırda iddiaçı ödənilmiş məbləğ üzərində müəyyən edilmiş 24.758,5 manat payının ayrılaraq, ona naturada-pul şəklində ödənilməsini tələb etmişdir. Məhkəmə cavabdehin lizinq şirkətinə ödədiyi 49.517 manat pul vəsaitinin lizinq təşkilatının əmlakı olmasına və Mülki Məcəlləsinin qeyd edilən normalarının mənasına görə iddiaçının tələb etdiyi məbləği ancaq lizinq təşkilatının ödəmələrini tam həyata keçirdikdən sonra yaşayış sahəsinə tam mülkiyyət hüququ əldə edib həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi hesabına ödəyə bilməsinə dair dəlilləri ilə razılaşmamışdır.

9. Məhkəmə hesab etmişdir k i, tələb edilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilməsinə və müqaviləyə uyğun mənzilə görə digər ödənişlərin də davam etməsinə baxmayaraq, cavabdehin barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi olmamasından və gələcəkdə də onun mülkiyyətində olacağının da bəlli olub-olmamasından asılı olmayaraq qeyd edilən normaların məzmununa əsasən (analoji olaraq) iddiaçının cavabdehdən pay hüququ tanınmış məbləğin tələbi üçün hüququ vardır və öz payını almaq üçün ödəmələrin cavabdeh tərəfindən tam həyata keçirdikdən və yaşayış sahəsinə tam mülkiyyət hüququ əldə etdikdən sonra həmin yaşayış sahəsinin özgəninkiləşdirilməsi hesabına ödənilməsini gözləməli olmasına dair hüquqi əsaslar yoxdur.

10. Məhkəmə göstərilən nəticəyə gələrkən həmçinin məhkəmə qətnaməsi əsasında 49.517 manat lizinq ödənişinin birgə mülkiyyət sayılmaqla, həmin pul vəsaitinin 1/2 hissəsini, yəni 24.758,5 manat üzərində iddiaçının pay hüququnu mülkiyyət hüququ kimi qiymətləndirmiş və bu hüququn da onun qanunla tanınan və qorunan hüquq olmasını da mütləq nəzərə alınmalı olmasını da qeyd etmişdir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2, 220.3, 220.4, 220.5-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehə qarşı və "xxxx" QSC-yə qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi barədə iddia tələbi üzrə işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi e-2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının Bakı şəhəri, Yasamal rayonu, H.B.ünvan 3 ünvanda olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsinə, yəni 24.758,5 manat üzərində iddiaçının pay hüququnu tanınmışdır. Cavabdeh də həmin qətnamə ilə razılaşmış, qətnamədən şikayət verməmişdir. Beləliklə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. İddiaçının hazırkı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Doğrudur, iddia ərizəsində “tətbiq edilməli hüquq normaları” başlığı altında qeyd edilmiş və adı çəkilən normaların heç birində hazırkı iddia tələbinin əsası öz əksini tapmır, yəni iddiaçının cavabdehdən müəyyən edilmiş payının tələb edilməsinin əsası yoxdur. Belə ki, adı çəkilən məbləğ lizinq təşkilatına lizinq müqaviləsinin şərtlərinə uyğun olaraq cavabdeh tərəfindən ödənilmişdir və həmin məbləğ lizinq təşkilatının əmlakıdır. Cavabdeh isə ödəməkdə davam etsə də, barəsində ödənişi həyata keçirdiyi yaşayış sahəsinin hələlik mülkiyyətçisi deyil. Bu tələblə bağlı ödənişlərin mülkiyyətçinin üzərinə qoyulması göstərildiyi halda, hazırkı işdə mülkiyyətçi mövcud deyildir. Ona görə də ödəmənin cavabdehə həvalə ol unması qanunsuzdur. Çünki, cavabdeh mülkiyyətçi deyil və mülkiyyətçi ola biləcəyi isə yalnız ehtimal olunur.

14. Məhkəmə kollegiyası tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-4046/2024 nömrəli, 30 sentyabr 2024-ci il tarixli qərardadı ilə (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Səadət Səlimova) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi ləğv edilmiş, iddiaçının cavabdehə qarşı birgə nikah dövründə Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1, 2 saylı mənzilin alınmasına sərf edilmiş pul vəsaitinin 1/2 hissəsi üzərin də tanınmış payının – 24.758,50 manatın ayrılması və ayrılmış payın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair işin icraatına eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması əsası ilə xitam verilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı bundan əvvəl də eyni cavabdehə, yəni Cavabdeh qarşı eyni əsasla, yəni mübahisəli mənzillə bağlı “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, o cümlədən lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində iddiaçının pay hüququ tanınmışdır. Həmin qətnamədə iddiaçının tələbinin “ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edilmişdir ki, belə bir tələb (payın ayrılması, payın dəyərinin ödənilməsi) Mülki Məcəllənin 220-ci maddəsinə istinad edilməklə, həmin maddədəki ardıcıllıqla irəli sürülə bilərdi. Həmçinin, mübahisə predmeti olan mənzil lizinq obyekti olaraq lizinq verənin mülkiyyətindədir və müqavilə münasibətləri davam etdiyindən həmin mənzil cavabdehin tam mülkiyyətinə keçməmişdir. Göründüyü kimi, lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində iddiaçının pay hüququnun tanınması Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddia tələbinin qalan hissəsi, yəni ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi isə həmin qətnamə ilə rədd olunmuşdur.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı iş üzrə iddia tələbini təmin edərkən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə həmin tələbə artıq qiymət verilmiş olduğunu nəzərə almamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddia tələbinə mahiyyəti üzrə baxıb iddianı təmin etməklə səhvə yol vermişdir. Belə ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması iş üzrə icraata xitam verilməsi üçün əsas yaradır.

18. Məhkəmə öz mövqeyini Avropa İnsan Hüquqları Məhkəməsinin “Brumaresku Ruminiyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarına, Avropa İnsan Hüquqları Məhkəməsi “X2 Partiyası və başqaları Rusiyaya qarşı” işi üzrə 11 yanvar 2007-ci il tarixli qərarına və Mülki Prosessual Məcəllənin 261.0.2, 384.0.4, 391, 400, 402, 405-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qərardaddan iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının l əğv edilməsini və mülki işin cavabdehin vermiş olduğu apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işin hallarından göründüyü kimi tərəflər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin zamanında mübahisələndirməmiş, qətnamə qanuni qüvvəsini almış və tərəflər üçün məcburi öhdəliklər yaratmışdır. Yuxarıda da qeyd edildiyi kimi məhkəmə həmin qətnaməsində iddiaçıya birgə mülkiyyətdə payının müəyyən edilməsindən sonra həmin payın naturada ayrılması və ya pulla kompensasiya edilməsi prosedurunu izah etmiş və bu səbəbdən Mülk Məcəllənin 220-ci maddəsində nəzərdə tutulmuş ardıcıllıqla iddia qaldırmalı olduğuna istinad etmişdir. Bu baxımd an MPM-nin 261.0.2-ci maddəsində eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadının olduğu halda iş üzrə icraata xitam verilməsi əsasının hazırkı işdə keçərsiz olduğunu hesab edirik. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı etiraz verərək, iş üzrə apellyasiya instabnsiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

22. Maddə 261.0 və 261.0.2. Eyni tərəflər ar asında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir.

23. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir.

24. Maddə 402.2.4. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri:

29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş ma teriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən e dilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Apellyasiya instansiyası məhkəməsinin işin icraatına xitam verilməsi barədə gəldiyi nəticənin düzgün olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.

33. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, iddiaçı bundan əvvəl də eyni cavabdehə, yəni Cavabdeh qarşı eyni əsasla, yəni mübahisəli mənzillə bağlı “birgə nikah dövründə əldə edilmiş əmlakın pul ilə kompensasiya edilməsi və əmlakın bölünməsi” tələbinə dair iddia qaldırmış, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, o cümlədən lizinq obyekti olan Bakı şəhəri Yas amal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində iddiaçı Hacıyeva (Qasımova) Ayşə Sədaqət qızının pay hüququ tanınmışdır. Həmin qətnamədə iddiaçının tələbinin “ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi” hissəsi ilə bağlı qeyd edilmişdir ki, belə bir tələb (payın ayrılması, payın dəyərinin ödənilməsi) Mülki Məcəllənin 220-ci maddəsinə istinad edilməklə, həmin maddədəki ardıcıllıqla irəli sürülə bilərdi. Həmçinin, mübahisə predmeti olan mənzil lizinq obyekti olaraq lizinq verənin mülkiyyətindədir və müqavilə münasibətləri davam etdiyindən həmin mənzil cavabdehin tam mülkiyyətinə keçməmişdir. Göründüyü kimi, lizinq obyekti olan Bakı şəhəri Yasamal rayonu Həsən bəy ünvan 2 ünvanında olan 2 saylı mənzilin lizinq yolu ilə alınmasına birgə nikah dövründə sərf edilmiş 49.517 manat pul vəsaitinin 1/2 hissəsi (24.758,5 manat) üzərində iddiaçının pay hüququnun tanınması Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. İddia tələbinin qalan hissəsi, yəni ödənilmiş pulun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsi hissəsi isə həmin qətnamə ilə rədd olunmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşaraq qeyd edir ki, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlük də hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər. Bu cür iddianın predmetini iddiaçının cavabdeh tərəfindən müvafiq öhdəliyin könüllü olaraq yerinə yetirilməməsi ilə əlaqədar müəyyən hərəkətləri tələb etmək hüququ təşkil edir. Məsələn, cavabdehdən pul vəsaitinin tutulması barədə iddianın predmetini iddiaçının bu pul məbləğinin alınmasına dair maddi subyektiv hüququ (tələb etmək hüququ) təşkil edir; 2) iddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əş yaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir; 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (MPM-in 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.

35. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti – iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, yaşayış, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir.

36. Bu baxımdan ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənm əsi iddianın predmetinin fərqli olduğu barədə qənaətə gəlmək üçün əsas ola bilməz. Oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından qiymət verilməlidir.

37. Həmçinin iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlar a, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. İddianın hüquqi əsasının dəyişdirilməsi dedikdə, iddiaçının cavabdehə olan tələblərini əsaslandırdığı halların dəyişdirilməsi nəzərdə tutulur.

38. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hazırkı iddia tələbində “müəyyən edilmiş payın ayrılması” barədə iddia irəli sürməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1271/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi nin qəbul edilməsindən sonra yaranmış yeni əsas kimi qəbul edilə bilməz.

39. Beləliklə, baxılan iş üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının başqa mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur.

40. Bu hal Azərbaycan Respublikası MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə hazırkı iddia ərizəsini icraata qəbul etməkdən imtina üçün, yaxud MPM-in 261.0.2-ci maddəsinə əsasən artıq icraata qəbul edilmiş iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

41. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsas ola bilməz.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər han sı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4046/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar