Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1239/2019 12.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 12 fevral 2019-cu il № 2(102)-1239/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçıların nümayəndəsi X2 və vəkili X3, cavabdehin vəkili X4 iştirakları ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(001)-xx/18) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Şirkətinə qarşı «torpaq sahəsinin boşaldılması və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair, yəni cavabdeh "Cavabdeh" şirkəti tərəfindən 2011-ci il mart ayından Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi, 80 ünvanında onlara məxsus torpaq sahəsinin boşaldılaraq onlara qaytarılması, onlara dəyən 40056,85 manat maddi ziyan və 50000 manat mənəvi ziyanın ödənilməsi barədə iddiası, eləcə də Cavabdeh Şirkətinin İddiaçı1 və İddiaçı2 qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddiası, yəni Saziş ərazisinin hüdudları daxilində, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən boşaldılaraq Şirkətin qanuni istifadəsinə qa ytarılması tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Nəbiyev-sədrlik edən və məruzəçi, R.Qurbanov və A.İmanov, iş № 2(103)xx/18) iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, lakin qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunaraq Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qismən, yəni qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, Cavabdeh Şirkətinin İddiaçı1 və İddiaçı2 qarşı “torpaq sahəsindən çıxarılma tələbinə dair” qarşılıqlı iddiası təmin edilmiş, Cavabdeh şirkətinin Saziş ərazisinin hüdudları daxilində, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İd diaçı2 tərəfindən boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması qət edilmiş, qətnamə qalan hissədə yəni, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Şirkətinə qarşı «torpaq sahəsinin boşaldılması və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair» ilk iddia ərizəsinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və Sulu-Təpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 80 ünvanında iddiaçılara məxsus torpaq sahəsinin boşaldılaraq onlara qaytarılması, onlara dəyən 40056,85 manat maddi ziyan və 50.000 manat mənəvi ziyanın cavabdeh tərəfdən tutulması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. İşin halları: İddiaçı lar İddiaçı1 və İddiaçı2 Cavabdeh Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şirkəti tərəfindən 2011-ci ilin mart ayından Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsi 80 ünvanında onlara məxsus torpaq sahəsinin boşaldılaraq onlara qaytarılması, onlara dəyən 40056,85 manat maddi ziyanın və 50000 manat mənəvi ziyanın cavabdeh tərəfindən onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdeh Şirkəti İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Saziş ərazisinin hüdudları daxilində, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 tərəfindən boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmi şdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçıların nümayəndəsi M.Abdullayev və vəkili V.Əhmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili Z.Səmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, işdə işt irak edən şəxslərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edib, qarşılıqlı iddia tələbini təmin edərkən və qətnamənin ilk iddia ilə bağlı hissəsini dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə müəyyən etmişdir ki, bundan əvvəl də mübahisəli torpaq sahəsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuşdur. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh Şirkətinə qarşı Sulu Təpə qəsəbəsində, R.Allahverdiyev küçəsi 80 ünvanında yerləşən torpaq sahəsinin boşaldılması tələbi təmin olunsa da, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə həmin qətnamə iddia tələblərinin təmin olunmuş hissəsində ləğv edilmiş və zəbt olunmuş torpaq sahəsinin boşaldılması tələbi rədd olunmuşdur. Bu qətnamə Ali Məhkəmənin xx xxx 2013-cü il tarixli qərarına əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmçinin müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi rayonu, X1 Səqiqət Yunis qızına torpaq sahəsinin ayrılmasına dair 37 nömrəli, xx xxx 2003-cü il tarixli qərarı etibar sız hesab edilmiş, həmin qərar Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxx 2015-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılsa da, Ali Məhkəmənin İnzibati-İqtisadi Kolegiyasının xx xxx 2016-cı il tarixli qırarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilmiş və iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda adı qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə ekspertiza keçirilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşməklə dövlətin mülkiyyətində saxlanılan torpaqlar kateqoriyasına aiddir. Tədqiq olunan torpaq sahəsi "Cavabdeh" şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İlQD saylı 29 aprel 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmai, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxx 2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən Saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşir. Apellyasiya instansiyası məhkəməsi habelə müəyyən etmişdir ki, analoji ekspertizalar Şirkətin Biləcəri Bələdiyyəsinə qarşı (İddiaçı1 üçüncü şəxs qismində cəlb edilməklə) Biləcəri Bələdiyyəsinin 122 saylı, 06 iyul 2002-ci il tarixli qərarının etibarsız sayılması tələbinə dair iddiası üzrə və Şirkətin Xocəsən Bələdiyyəsinə qarşı (İddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə) Xocəsən Bələdiyyəsinin 37 saylı, xx xxx 2003-cü il tarixli qərarının etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə inzibati işlərə baxılarkən də keçirilmiş və həmin ekspertiza rəyləri ilə də mübahisələndirilən torpaq sahəsinin Şirkətin Saziş ərazisinin hüdudları daxilində yerləşməklə göstərilən bələdiyyələrə aid torpaqlardan kənarda yerləşməsi müəyyən edilmişdir. “Azərbaycan Respu blikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, AZEN X8.Pi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” Azərbaycan Respublikası Qanununun 4-cü bəndinə əsasən Saziş qanun statusunu alır və qüvvədə olan və eləcə də gələcəkdə qəbul olunacaq istənilən qanunlar, sərəncamlar və inzibati göstərişlərdən üstündür. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər h üquq və vəzifələr ləğv edilir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Beləliklə, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” (29.04.2005-ci il tarixli 901-İİQD №-li) Azərbaycan Respublikası Qanununun 4-cü bəndində göstərilir ki, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya ziddi olan Azərbaycan Respublikasının hər hansı mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən isə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Beləliklə, sözügedən Saziş qanuni qüvvəsini aldığı xx xxx 2005-ci il tarixindən Sazişdə nəzərdə tutulan kont rakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün hüquq və vəzifələr ləğv edilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Biləcəri Bələdiyyəsinin 06.07.2002-ci il tarixli, 122 saylı qərarı və Binəqədi rayon Xocəsən Bələdiyyəsinin xx xxx 2003-cü il tarixli qərarı artıq öz qüvvəsini 15.05.2005-ci il tarixdən, yəni sözügedən Sazişin qanuni qüvvəyə mindiyi andan itirmişdir. Qeyd olunanlara və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Binəqədi Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdir ilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ilk iddiaçılar öz tələblərinin əsası kimi istinad etdikləri halları sübut edə bilməmiş, lakin cavabdeh həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları və eləcə də öz qarşılıqlı iddiasını sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinin tələblərinə cavab verir. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli, 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1239/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1239/2019
12.02.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver