Məhkəmə qərarları › İş №2(102)-1240/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1240/2020

02.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1240/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı vəkili X6, Cavabdeh X1 vəkili X4 iştirakı ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12435/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin (hakim Elnur Nuriyev) xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X1 Bakı şəhə ri Nizami rayonunun E.Süleymanov üçəsindəki 49 saylı evin, 387 saylı mənzildən istifadə hüququnun itirilməsi, iş üzrə ödənilmiş 10 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi və eyni zamanda qətnamənin həmin şəxsin həmin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas olması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Elşad Şamayev, Şeyda Məhərrəmova) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Vəfaddin İbayev - sədrlik edən və məruzəçi, Mehparə Əhmədova, Ələsgər Əliyev) xx xxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi rədd olunmuşdur. İşin halları İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 onun xü susi mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu, E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzilə istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayonunun E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzili onun xüsusi mülkiyyətindədir. Mübahisəli mənzilə dair Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Aparatı tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixində 025027 saylı order verilmişdir. Cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə pasport qeydiyyatında qalması səbəbindən iddiaçının yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqları məhdudlaşdırılır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kas sasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmdışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır və nəticədə qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. O, həmin mənzili öz vəsaiti hesabına almış, cavabdehin isə həmin mənzilin əldə edilməsində iştirakı olmamışdır. Cavabdehin həmin mənzilə qeydiyyata düşməsi onun həmin mənzilə mülkiyyət hüququnun yaranması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı maddi hüquq normasın ın tələblərini pozmuşdur. Cavabdehlə onun arasında heç bir qohumluq əlaqələri olmamış, həmçinin onunla cavabdeh arasında istifadə hüququnun yaranması ilə bağlı notarial razılaşma bağlanmamışdır. Məhkəmə bu hallara diqqət verməyərək iş üzrə səhv nəticəyə gəlmişdir. Cavabdeh X7 məhkəmə kollegiyasına yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı vəkili X9 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh X1 vəkili X8 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasın ı xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə k ollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,xx xxxxxx 2008-ci il tarixli 025027 saylı orderə əsasən İddiaçı Bakı şəhəri Nizami rayonunun E.Süleymanov küçəsindəki 49 saylı evin 387 saylı mənzildə sahiblik və istifadə hüququ verilmişdir. Azərbaycan Respublikasının DİN-in “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx xxxxxxxx 2018-ci il tarixli 5-031 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh xx. xx.2009cu il tarixdən bu günədək İddiaçı ilə birlikdə Bakı şəhəri Nizami rayonunun E.Süleymanov küçəsindəki 49 saylı evin, 387 saylı mənzildə qeydiyyatdadır. Hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsini ləğv edərək və mülki işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxx 2019-cu il tarixli qərarında göstərmişdir ki, mübahisəli mənzilə dair İddiaçı mülkiyyət hüququ əldə etməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqinə və mübahisənin hüquqi həllinə əsaslı təsir göstərə bilər. Ona görə də iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququna malik olub-olmaması məsələsi araşdırılmalı və faktiki vəziyyətə müvafiq olaraq maddi hüq uq normaları tətbiq olunmalıdır. Apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin iş üzrə göstərişlərinə münasibətdə qeyd etmişdir ki, apellyasiya baxışı zamanı iddiaçı tərəf Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 49 saylı evin 387 saylı mənzilinə dair iddiaçının adına verilmiş Hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* saylı çıxarışın surətini təqdim etmişdir. Həmin çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsindəki 49 saylı evin 387 saylı mənzili xx.xx.2019-cu il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyatdan keçmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmaqla hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquq a malik olmuşdur. Mübahisənin həlli baxımından cavabdehin həmin mənzildən istifadə hüququnun yaranıb-yaranması, daha sonra isə həmin hüququn itirilib-itirilməməsinə qiymət verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki iddia tələbinə 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarını tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, cavabdehin mübahisəli mənzildən istifadə etməsi ilə bağlı hüquq münasibətləri xx.xx.2009-cu il tarixdən yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquqnormalarına uyğun çıxarılmalıd ır. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun yaranıb-yaranmaması məsələsi x xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsininn tələblərinə uyğun şəkildə araşdırılmalıdır. x xxxxxxx 2009-cu ilə kimi qüvvədə olmuş Mənzil Məcəlləsinin 51-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla-mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi-adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin məcəllənin 53-cü maddəsinin birinci hissəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlə r və bütün vəzifələri yerinə yetirməlidirlər. Üçüncü hissəsinə əsasən kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Dördüncü hissəsinə əsasən bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin məcəllənin 54-cü maddəsinin birinci hissəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarın a malikdir. Üçüncü hissəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdeh iddiaçı ilə rəsmi nikah münasibətlərində olmasa da xx.xx.2009-cu il tarixdən mübahisəli mənzildə onunla birgə yaşamış, ailə üzvü kimi birgə təsərrüfatı idarə etmişdir. Göründüyü kimi, cavabdeh uzun illər ərzində mübahisəli evdə yaşa yaraq ümumi təsərrüfat apardığından Mənzil Məcəlləsinin yuxarıda qeyd edilən müddəaları baxımından cavabdeh icarədarın ailə üzvü hesab olunmaqla, digər ailə üzvləri kimi mənzildən istifadə hüququ əldə etmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin həmin mənzilə istifadə hüququnun itirilib-itirilməməsi araşdırılmalıdır. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsinə əsasən icarədar və ya onun ilə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sah əsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamam ağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İş materiallarında isə cavabdehin mübahisəli evdə yaşamaması və bu müddət ərzində mübahisəli evə gəlməməsi müəyyən edilməmişdir. Göründüyü kimi cavabdehin mübahisəli mənzili daimi əsaslarla tərk etməsi öz təsdiqini tapmamışdır və beləliklə də cavabdehin mübahisəli mənzilə dair istifadə hüquqularının itirilməsi üçün əsaslar olmamışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 1 4, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. İddiaçı kassasiya şikayətində göstəmişdir ki, o, həmin mənzili öz vəsaiti hesabına almış, cavabdehin isə həmin mənzilin əldə edilməsində iştirakı olmamışdır. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mübahisəli mənzilin kimin vəsaiti hesabına əldə edilməsi, cavabdehin mənzilin əldə edilməsində iştirakının olub-olmaması əhəmiyyət kəsb etmir. Hazırki iş üzrə tələb cavabdehin yaşayış sahəsindən istifadə hüququnun itirilməsi ilə bağlıdır. İddiaçının kassasiya şikayətinin digər dəlilləri də əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə madd hüquq normalarını düzgün tədbiq etmiş, tərəflər arasında mənzillə bağlı münasibətlərin yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarının tələbi baxımından mübahisəni həl etmişdir ki, məhkəmənin bu qənaəti Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələbinə uyğun olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə mənzilə mülkiyyət hüququnu əldə etməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən həmin mənzildən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Lakin bu hal İddiaçıla (mülkiyyətçi) cavabdeh Sevinc Hacıyevə (mənzildə yaşayış sahəsindən istifadə hüququ olan) arasında hüquq münasibətlərinin yeni müstəviyə keçməsi üçün əsasdır. İddiaçı mülkiyyətçi kimi hüquqdan istifadə edərək cavabdeh Sevinc Hacıyevənin mənzildə yaşayış sahəsindən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsini tələb edə bilər. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə s əbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.” Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-12435/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019- cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar