Məhkəmə qərarları › İş №2(102)-1241/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1241/2021

08.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1241/2021 08.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: “xxxx” ASC Üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X3 İddia ödənilməsi» tələbi: «sığorta haqlarının əmək haqqına uyğun hesablanıb Açar sözlər: sığorta haqlarının hesablanması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Tağıyev Araz Ad il oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3526/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 08 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -“X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 may 2008-ci il tarixli əmrinin surətindən görünür ki, 01 may 2008-ci il tarixdən əmək haqqı ştat cədvəlinə uyğun ödənilməklə, əmək müqaviləsinə əsasən 3 (üç) sınaq müddəti ilə İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan Resursları Departamentinə koordinator vəzifəsinə təyin edilmişdir; -İddiaçı “X4” Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 02 noyabr 2 009-cu il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 03 noyabr 2009-cu il tarixdən “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnsan Resursları Departamentində koordinator vəzifəsindən azad edilməsini xahiş etmişdir; -“X4” Açıq Səhmdar Cəmiyyətinin 03 noyabr 2009-cu il tarixli əmrinin surətindən görünür ki, İddiaçı 03 noyabr 2009-cu il tarixdən cəmiyyətin İnsan Resursları Departamentində koordinator vəzifəsinə dair bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin öz təşəbbüsü ilə) eyni məcəllənin 69-cu maddəsinin 3-cü hissəsi ilə nəzərdə tutulmuş qaydada xitam verilmişdir; -İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətindən və məzmunundan görünür ki, 01 may 2008-ci il tarixdən 03 noyabr 2009- cu il tarixədək olan müddət ərzində İddiaçı “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (təsisçinin 30 iyun 2008-ci il tarixli 06 nömrəli qərarına əsasən təşkilatın hüquqi formasının dəyişməsi ilə əlaqədar cəmiyyət “X4” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir) İnsan Resursları Departamentinə koordinator vəzifəsində çalışmışdır; -İddiaçı aid 2008-ci ilə dair məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın surətindən və məzmunundan görünür ki, 2008-ci ilin may ayından ilin sonunadək olan müddət ərzində 653,56 (altı yüz əlli üç manat əlli altı qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir; -İddiaçıya aid 2009-cu ilə dair məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın surətindən və məzmunundan görünür ki, 2009-cu ili n yanvar ayından noyabr ayınadək olan müddət ərzində 1.586,12 (bir min beş yüz səksən altı manat on iki qəpik) manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir; -“xxxx” Açıq Səhmdar Cəmiyyətinin İddiaçıya ünvanladığı 16 aprel 2019-cu il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, cəmiyyətdə işlədiyi qeyd olunan müddət ərzində aldığı əmək haqqına uyğun olaraq məcburi dövlət sığorta haqları onun hesabına ödəniş edilmişdir; -“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X2 ünvanladığı 20 may 2019-cu il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, İddiaçı 01 may 2008-ci il tarixdən 01 mart 2009-cu il tarixlərində cəmiyyətdə insan resursları üzrə koordinator və zifəsində çalışmışdır. Çalışdığı müddət ərzində əmək müqaviləsi ilə müəyyən olunmuş əmək haqqısını almış və bu əmək haqqına uyğun olaraq məcburi dövlət sosial sığorta hesabına ödənişlər edilmişdir; -“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X2 ünvanladığı 29 may 2019-cu il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, İddiaçı 01 may 2008-ci il tarixdən 01 mart 2009-cu il tarixlərində cəmiyyətdə insan resursları üzrə koordinator vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində əmək müqaviləsi ilə müəyyən olunmuş əmək haqqısını almış və bu əmək haqqına uyğun olaraq məcburi dövlət sosial sığorta hesabına ödənişlər edilmişdir. Tələb olunan sənədlər keçmiş dövrə aid olduğundan, həmin mü ddətdən sonra korporasiyada bir neçə dəfə struktur dəyişikliyinin olduğunu, arxivi yerinin bir heçə dəfə dəyişdirildiyini nəzərə alaraq, qeyd olunan sənədləri təqdim etmək hələ ki, mümkün olmamışdır; -“xxxx” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X2 ünvanladığı 17 iyul 2019-cu il tarixli məktubunun surətindən və məzmunundan görünür ki, İddiaçı 01 may 2008-ci il tarixdən 01 mart 2009-cu il tarixlərində cəmiyyətdə insan resursları üzrə koordinator vəzifəsində çalışmışdır. Çalışdığı müddət ərzində əmək müqaviləsi ilə müəyyən olunmuş əmək haqqısını almış və bu əmək haqqına uyğun olaraq məcburi dövlət sosial sığorta hesabına ödənişlər edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdeh “xxxx” ASC-yə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X3 cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 01 may 2008-ci il tarixindən 03 noyabr 2009-cu il tarixə qədər “xxxx” ASC-də çalışdığı dövr ərzində məcburi dövlət sosial sığorta haqlarının faktiki əmək haqqıma uyğun hesablanıb ödənilməsi öhdəliyinin cavabdeh “xxxx” ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.01.2020-ci il tarixli, 2(005)499/2020 saylı qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia tələbinin təmin edilməsi və İddiaçı 01 may 2008-ci il tarixdən 03 noyabr 2009-cu il tarixə qədər “xxxx” Açıq Səhmdar C əmiyyətində çalışdığı müddət ərzində məcburi dövlət sosial sığorta haqlarının əmək haqqına uyğun hesablanıb ödənilməsi öhdəliyinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən cavabdeh “xxxx” ASC apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3526/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Qurbanov (sədrlik edən və məruzəçi), C.A.Yusifov və V.Ə.Baxışova) cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-499/2020 saylı mülki iş üzrə qəbul etdiyi 08.01.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatla rı Cavabdeh “xxxx” ASC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının 500 manat əmək haqqı aldığına dair əmək müqaviləsinin təsdiq edilmiş surətinə hüquqi qiymət verməmiş, cavabdehin “imza mənə məxsus deyil, müqavilə cavabdeh tərəfindən saxtalaşdırılmışdır” izahatı ilə kifayətlənmiş, işə birtərəfli yanaşmış, ekspertiza təyin etməmiş,cavbabdeh tərəfin ifadəsi təhrif edilmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan mad di və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə iclasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəkili Tağıyev Araz Adil oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti 2 saylı region üzrə X1 nümayəndəsi hər hansı üzrlü sə bəb göstərmədən iclasa gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “j” və “l” bəndlərinə əsasən əmək müqaviləsi üzrə işçinin işəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək; sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 54.1-ci maddəsi nə əsasən işçilər tərəfindən əmək funksiyasının yerinə yetirilməsi üçün işəgötürən işçilərin qanunvericiliklə müəyyən olunmuş məcburi dövlət sosial sığorta edilməsini təmin etməlidir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə əsasən sığortaolunanların onları məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək hüquqları vardır. Həmin Qanunun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir (14.1). Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir (14.2). Bu qanunun 14.4-cü maddəsinin müddəaları nə zərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi (14.3.1); sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi (14.3.2). Məcburi dövlət sosial sığorta haqqı hər ay üçün hesablanır, əməkhaqqı və digər gəlirlər üzrə ödənişlərlə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq, tam məbləğdə yalnız nağdsız hesablaşma qaydasında ödənilir (14.6). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.2-ci maddəsinə görə digər tərəf sübutları özündə saxlayıb məhkəməni n tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yo xlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassas iya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının işlədiyi ayrı-ayrı illər və aylar üzrə müxtəlif məbləğlərdə (500, 280, 230, 108,95, 732, 843, 38,53 manat və s.) əmək haqları göstərilmiş və həmin məbləğlərə də uyğun olaraq məcburi dövlət sosial sığorta haqları hesablanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin əsli, həmçinin əmək haqqının ödənilməsi ilə bağlı sənədlər cavabdehdə mövcuddur, lakin o, sübutları özündə saxlayıb və məhkəmənin tələb etməsinə baxmayaraq, təqdim etmir. Əks yanaşma fərdi əmək mübahisəsində tərəflərin qeyri-bərabər vəziyyətdə, yəni işəgötürənin işçidən daha üstün vəziyyətdə olmasına səbəb olduğundan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək haqqının 1000 manat olması qəbul edilməli və onun məcburi dövlət sosial sığorta haqları da məhz həmin əmək haqqına uyğun olaraq hesablanmalıdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, sübutların yoxlanılmadığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamas ı halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3526/2020 nömrəli iş üzrə 25 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar