Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1244/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İsgəndərov Akif Əsgər oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Nümayəndə, cavabdeh X2, tərcüməçi X7 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)13491/2019 saylı,13 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kass asiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 avqust 2019-cu il tarixli, 2(007)2277/2019 saylı qətnaməsi ilə (hakim H.M.Əhmədova) İddiaçı cavabdeh X1rşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, cavabdeh X2 XXX mənzilinə istifadə hüququna xitam verilməsi və onun həmin mənzildən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13491/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və A.N.İmanov), cavabdeh X2 apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2277/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdeh X1rşı “mənzilə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdeh X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi, 35 saylı evin 23 saylı mənzilinə cavabdehin istifadə hüququna xitam verilməsi və onun mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin 23 saylı mənzili onun xüsusi mülkiyyətindədir, mübahisəli mənzilə dair ona ******* saylı qeydiyyat vəsiqəsi verilmişdir. Özü 2-ci qrup əlildir. Mənzildə ondan başqa qızı X8 qeydiyyatdadır, 2013-cü ildə onu öz mənzi linə qeydiyyata salmışdır. Cavabdeh indi onu incidir, rahatlıq vermir, onu təhqir etməklə yanaşı kommunal xərclərin ödənilməsində iştirak etmir, hətta mənzilə kənar şəxsləri gətirir. Cavabdehin onun mülkiyyətində olan mənzildə qalması yaşayış sahəsinə sahiblik, istifadə və sərəncam vermək hüquqlarını pozur, əlavə kommunal xərclər ödəməsi maddi vəziyyətini pisləşdirir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xa hiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X8 vəkilsiz iştrak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, İddiaçı və vəkili Nümayəndə izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən İddiaçı kassasiya şikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsaslanıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 16.08.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 35 saylı evin 23 saylı mənzili 04.01.1996-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. İşdə olan 13.05.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi 35 saylı evin 23 saylı mənzilini İddiaçı 01.03.2009-cu il tarixdə vəfat etmiş həyat yoldaşı X4 irs almışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seryalı, ******* saylı, 06.06.2012-ci il tarixli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsi, 35 saylı evin 23 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İşdə olan Mənzil Kommunal Təsərrüfat Departamentinin Nizami rayon MKTB-nin 57 saylı MKİS-nin 02.05.2019-cu il tarixli, 382 saylı forma 2 arayışından görünür ki, X8 27.09.2013-cü il ta rixdə XXX mənzilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Kommisiyasının 7 saylı Tibbi Sosial Ekspert Kommisiyasının 598RO890001 saylı, 25.11.2015-ci il tarixli məlumatından görünür ki, İddiaçı «hipertoniya xəstəliyi İİİ mərhələ, tez-tez krizislərlə, Baş beyin sol yarım kürəsində keçirilmiş insultun qalıq əlamətləri, Sağ tərəfli hemiparez. Xr. Otit Presbiopiya» diqanozu ilə 2-ci dərəcəli əlildir. İş materiallarında olan Şaumyan Rayon Məhkəməsinin 2-842 saylı, 1986-cı il tarixli qərarından görünür ki, İddiaçı uşaqları – 1975-ci il təvəllüdlü YYY, 1978-ci il təvəllüdlü XXXvə 1980-ci il təvəllüdlü VVVmünasibətdə valideynlik hüquqlarından məhrum edilmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə cavabdeh arasında ailə münasibətlərinə 1986-cı ildən xitam verildiyindən, həmçinin mülkiyyətçi ilə cavabdeh arasında mübahisəli mənzildən istifadəyə dair razılaşma olmadığından cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 1994-cü ildə X6 faktiki nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Həmin ərəfədə Belyayevlər ailəsinə məxsus olmuş mənzil yandığından, iddiaçı özü ilə birlikdə uşaqlarını, o cümlədən hazırki iş üzrə cavabdeh olan yetkinlik yaşına çatmayan qızı Tamaranı da özü ilə T.Səfərova məxsus mənzilə köçürmüşdür. Sonradan cavabdeh ərə gedib mübahisəli mənzili tərk etsə də, bir müddətdən sonra ərindən ayrılaraq yenidən mübahisəli mənzilə qayıtmış və müəyyən fasilələrlə həmin mənzildə yaşamışdır. İddiaçının oğlu VVV 2004-ci il tarixdən, qızı YYY (hazırki iş üzrə cavabdeh) isə 2013-cü il tarixdən mübahisəli mənzilə qeydiyyata alınmışlar. Göründüyü kimi, mənzilin mülkiyyətçisi olmuş LLL hələ sağ ikən cavabdehin həmin mənzilə köçməsinə razılıq vermiş, onlar birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Cavabdeh arada başqa ünvanlarda yaşasa da, bu müvəqqəti xarakter daşımış və onun daimi yaşayış yeri məhz mübahisəli mənzil olmuşdur. 2013-cü ildən isə cavabdeh fasiləsiz olaraq həmin mənzildə yaşamağa başlamışdır. Mübahisəli mənzili iddiaçı 01.03.2009-cu il tarixdə vəfat etmiş əri X4 irs almışdır. Həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzil 04.01.1996-cı il tarixdə X5 adına qeydiyyatdan keçmişdir, yəni hazırki iş üzrə tərəflər həmin mənzilə köçdükləri vaxt (1994-cü ildə) mənzil dövlət mənzil fonduna aid olmuş, tərəflər arasında mənzillə bağlı mülki-hüquq münasibətləri də məhz həmin dövrdə yaranmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki mübahisəyə 2009cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. -54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin ra zılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. -123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin 1994-cü ildə mübahisəli mənzilə köçməsi və həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququnu əldə etməsi mübahisə doğura bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə 2013-cü ildə qeydiyyata düşməsi heç də onun məhz həmin tarixdən mənzilə istifadə və ya mə hdud əşya hüququ əldə etməsi anlamına gəlməməlidir və yaşayış sahəsinə qeydiyyat istifadə hüququnun yaranması və ya itirilməsi üçün əsas hesab oluna bilməz, qeydiyyat statistik xarakter daşıyır. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı özü mübahisəli mənzilə yalnız 2009-cu ildə qeydiyyata düşmüş, mənzilə mülkiyyət hüquqlarını isə 2012-ci ildə əldə etmişdir. Göründüyü kimi, cavabdeh 1994-cü ildə qüvvədə olmuş mənzil qanunvericiliyinin tələblərinə müvafiq olaraq XXX saylı mənzilindən istifadə etmək hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin həmin mənzildən istifadə hüquqlarını itirilmiş hesab edilməsi üçün isə hər hansı əsas müəyyən olunmamışdır. 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı madd əsinə əsasən, kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 (altı) ay saxlanılır. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikası nın digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı cavabdehin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsini və ya həmin yaşayış məntəqəsindən başqa yaşayış sahəsinə köçməsini sübut edə bilmədiyindən cavabdeh mübahisəli mənzilə istifadə hüquqlarını itirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının cavabdehə münasibətdə valideynlik hüquqlarından məhrum edilməsi heç də onların «keçmiş ailə üzvü» statusunda olmalarını ehtiva etmir və iddiaçının valideynlik hüquqlarından məhrum edilməsi onu uşaq larına münasibətdə valideynlik öhdəliklərindən azad etməmişdir. Eləcə də valideynlik hüquqlarından məhrum edilmiş valideynlərin (onlardan birinin) uşaqları mənzilə xüsusi mülkiyyət hüququna və ya ondan istifadə hüququna, uşağın valideynlərlə və başqa qohumlarla qohumluq faktına əsaslanan əmlak hüquqlarına, o cümlədən vərəsəlik hüququna malikdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəl i tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaətinə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13491/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1244/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-1244/2020
10.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver