Məhkəmə qərarları › İş №2(102)-1244/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1244/2021

31.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1244/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: evdən istifadə hüququnun tanınması və evə köçürülmə tələbləri) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh Cavabdeh, nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qəra rı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh 10 mart 20016-cı ildə nikaha girmişlər. Bu nikahdan 28.01.2005-ci il təvəllüdlü Səma adlı uşaqları doğulmuşdur. İddiaçı, ailə qurması ilə bağlı cavabdehə məxsus x kəndində yerləşən yaşayış evinə köçüb yaşamışdır.

2. Quba Rayon Məhkəməsinin 06.07.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Quba RİHB-nın Qamqam kənd ərazi nümayəndəliyi tərəfindən 10 mart 2006-cı ildə 17 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2005-ci il təvəllüdlü X1 anası x qızının yanında saxlanılması və tərəflərin birgə nikahından doğulmuş 28 yanvar 2005-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 18.07.2017-ci il tarixdən başlayaraq hər ay 120 manat sabit pul məbləğində alimentin iddiaçı Cavabdeh tutularaq cavabdeh x qızına verilməsi qət edilmişdir.

3. Hazırda iddiaçı qızı ilə valideynlərinin evində yaşadığını bildirərək, cavabdehə məxsus evə istifadə hüquqlarının tanınmasını və oraya köçürülmələrini tələb edir. 4. x kəndində yerləşən 0,12 ha torpaq sahəsi və 217,2 kv. metr fərdi yaşayış evi 18.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh, x, x, xvə Zərifə Əliyevanın adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı ərizə ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, gəlin köçüb yaşadığı x kəndində yerləşən Cavabdeh məxsus yaşayış evindən onun və X5 istifadə hüquqlarının müəyyən edilərək həmin evə köçürülmələri barədə qətnam ə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda o, qızı Səma ilə məcbur olub valideynlərinin evində yaşayır. Başqa yaşayış yeri yoxdur. Valideynlərinə məxsus yaşayış evi olduqca darısqaldır. Onun qızı ilə həmin evdə yaşamağı mümkün deyildir. Özü heç bir yerdə işləmir, kirayə yaşamağa maddi imkanı çatmır. Onun qızı ilə həmin evdən istifadə hüquqları vardır.

7. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir.

8. Quba Rayon Məhkəməsinin (hakim X.Tağıyev) 24 yanvar 2018-ci il tarixli, x nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı 28 yanvar 2005-ci il təvəllüdlü X2 ilə birlikdə Quba rayonunun Qamqam kəndində Cavabdeh mə xsus fərdi yaşayış evinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə 01 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Mənzil Məcəllənin 53-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı gəlin gəldiyi və cavabdehlə uzun müddət birgə təsərrüfat aparmaqla yaşadığı evə köçürülməlidir. İşin qeyd olunan hallarını, yəni iddiaçının 2004-cü ildən mübahisələndirilən evə gəlin gələrək 2004-cü ildən 2017-ci ilin iyul ayının axırınadək orada yaşadığı, həmin evdə övladının anadan olduğu, evdə yaşamasının cavabdehlərin yaratdıqları maneələr nəticəsində mümkün olmaması sübut olunur. İddiaçı 2004-cü ildən 2017-ci ilədək 13 il daimi yaşasa da, övladı həmin evdə anadan olsa da və cavabdeh ilə birgə təsərrüfat aparsa da, sözü gedən mübahisəli ev hal- hazırda mülkiyyətdə olmadığı üçün, qeyd olunduğu kimi, iddiaçının həmin evə istifadə hüququ tanına bilməz. Digər tərəfdən isə, iddiaçı hazırda uşağı ilə birlikdə mübahisəli evdən çıxaraq, valideynlərinə məxsus evdə yaşamağa məcbur olmuşdur. Mübahisəli evə mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və tərəflərin aralarındakı nikahın pozulması iddiaçının uşağı ilə birlikdə evə köçürülməməsi əsas ola bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kolle giyasının (hakimlər-L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) 18 avqust 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

12. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı vərəm xəstəsi olmağına baxmayaraq, hakim bu hala diqqət yetirməyərək “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqın da” Azərbaycan Respublikasının Qanununun 13 maddəsini pozmuşdur. Cavabdeh dəfələrlə məhkəmədə evin təkcə ona aid olmamasını, başqa şəxslərində payının olmasını hakimə bildirsə də, hakim işi düzgün araşdırmamışdır. Pandemiya ilə əlaqədar olaraq çıxarışı biraz gec, 20.09.2020-ci il tarixdə əldə etmişdir. Evin hüquqi rejimini öyrənmək və işi obyektiv araşdırılmasını təmin etmək üçün hakim bu işi araşdıra bilərdi. Lakin məhkəmələr maddi və prosessual qanunvericiliyinin tələblərini kobud şəkildə pozmuşdur. Kassasiya şikayətinə əlavə edilən DƏDRX-nin çıxarışından görünür ki, x kəndində yerləşən 0,12 ha torpaq sahəsi və 217,2 kv. metr yaşayış yeri ümumi paylı mülkiyyət olmaqla Cavabdeh, xya, xya, xə və x məxsusdur. Məhkəmə bu halı araşdırmamış, digər mülkiyyətçilərin hüququnu pozmaqla qərar qəbul etmişdir. Rustov kənd nümayəndəliyi tərəfindən verilən 03.03.2020-ci il tarixli arayışdan göründüyü kimi, İddiaçı 2017-ci ildən Quba rayonun Qamqam kəndində mərhum anası Xatun Şahbazovaya məxsus ümumi sahəsi 110,0 kv. metr olan evdə qızı x ilə birgə yaşayır. Onun qaldığı ev heç də kiçik bir sahəsi olan yaşayış evi deyil. Həmçinin həmin evdə qızı ilə ikisi yaşayır. Onun hansısa başqa yaşayış yerinə ehtiyac yoxdur. Bundan başqa, iş materiallarında bələdiyyə arayışı var ki, ərazisində 1,45 hektar özəl pay, 0,12 hektar həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsində ev də tikilib. Həmin evi ona cavabdehin özü tikdirmişdir ki, uşağı ilə qalacaq bir evi olsun. Hətta o vaxtı ona bildirəndə ki, başqa yerdə evə tiksinlər, o razı olmadı ki, onun özəl torpağı da ordadır və anasına da yaxın yerdə qalmaq istəyir, çünki anasına baxacaq kimsəsi yoxdur. Elə cavabdehdən ayrılmaq səbəbi də o olmuşdur ki, evdən gedib anasına baxa. Məhbubə Məmmdrzayevanın ailədən qalma 1 hektar, 16 sot pay torpaq sahəsi vardır ki, onun da 29 sotu rəsmi olaraq ona məxsusdur. Bundan başqa, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi ilə bağlı hal-hazırda DƏDRX tərəfindən verilmiş müvafiq çıxarış da var. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:

17. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

18. Maddə

54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı il ə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.

19. Maddə 60, hissə

1. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

20. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna b u şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

21. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

22. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslər in yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

23. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) mü əyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

30. Hazırkı işdə iddiaçının 2004-cü ildən cavabdehlə ilə birlikdə yaşadığı x kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbi təmin olunmuşdur.

31. Məhkəmə kollegiyası bildirir ki, mübahisənin düzgün hüquqi həlli üçün tərəflərin və mübahisə predmeti olan yaşayış evinin statusu, iddiaçının həmin evə münasibətdə hər hansı əmlak hüququ və buna müvafiq tələbin qanuni əsasları müəyyən edilməlidir.

32. Apellyasiya məhkəməsi iddiaçının sözügedən evə köçürülməsi qənaətinə gələrkən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı gəlin gəldiyi və cavabdehlə uzun m üddət birgə təsərrüfat aparmaqla yaşadığı evə köçürülməlidir. İddiaçı 2004-cü ildən mübahisələndirilən evə gəlin gələrək 2004-cü ildən 2017-ci ilin iyul ayının axırınadək orada yaşamış, həmin evdə övladı doğulmuş, cavabdehlərin yaratdıqları maneələr nəticəsində evdə yaşaması mümkün olmamamış, uşağı ilə birlikdə mübahisəli evdən çıxaraq valideynlərinə məxsus evdə yaşamağa məcbur olmuşdur. Mübahisəli ev mülkiyyət hüququ üzrə qeydiyyatdan keçməsə də həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdehlər mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır və tərəflərin aralarındakı nikahın pozulması iddiaçının uşağı i lə birlikdə evə köçürülməməsi üçün əsas ola bilməz.

33. Kollegiya bildirir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yaşayış sahəsinə anologiya qaydasında 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələri tətbiq edilməklə köçürülmə, başqa bir yaşayış sahəsi olmayan şəxsin mənzil ehtiyacının qarşılanması məqsədini güdür. Odur ki, şəxs başqa yaşayış sahəsinə malik olduqda və ya könüllü olaraq daimi əsaslarla başqa yaşayış sahəsinə köçdükdə, nəinki (istifadə hüququ tanınmamış) evdə yaşamaq hüququ, hətta məhdud əşya hüququ olan mənzildən istifadə hüququ aradan qalxır.

34. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dai r 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir.

35. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün həlli üçün köçürülmə tələb edən iddiaçının mübahisəli evdən könüllü və ya məcburi olaraq, müvəqqəti yaxud daimi əsaslarla başqa yerə köçməsi, hazırda başqa yaşayış sahəsinə, yəni özünün mənzil ehtiyacını başqa yerdə qarşılamaq imkanına malik olub-olmaması hallarının müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, iddiaçının mübahisəli evdən könüllü olaraq daimi əsaslarla başqa yerə getməsi və özünün mənzil ehtiyacını başqa yaşayış sahəsində təmin etməsi müəyyən edilərsə onun ailə üzv lüyünə xitam verilmiş cavabdehin evinə köçürülməsi əsaslı yanaşma sayıla bilməz.

36. İş üzrə cavabdeh, Quba Rayon Rustov Kənd İcra Nümayəndəliyinin 03.03.2020-ci il tarixli arayışına istinadən bildirir ki, İddiaçı 2017-ci ildən Quba rayonun Qamqam kəndində mərhum anası Xatun Şahbazovaya məxsus ümumi sahəsi 110,0 kv. metr olan evdə qızı x ilə birgə yaşayır və başqa yaşayış yerinə ehtiyac yoxdur. Eyni zamanda, Rustov Bələdiyyəsinin ərazisində 0,12 hektar həyətyanı torpaq sahəsində ev tikdirmişdir ki, iddiaçının uşağı ilə qalacaq bir yeri olsun. Bundan başqa, işdə olan 18/1970 nömrəli tibbi arayışa əsasən, İddiaçı Quba Rayon Mərkəzi Xəstəxanasının KPŞ-nin vərəm kabinrtində qeydiyyatdadır. Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Qanunun 13-cü maddəsinə görə, ətrafdakıları yoluxdur maq təhlükəsi olan xəstələri yataqxanalara və çoxsaylı sakinləri olan mənzillərə yerləşdirmək qadağandır. Mübahisə predmeti olan x kəndində yerləşən 0,12 ha torpaq sahəsi və 217,2 kv. metr fərdi yaşayış evi isə 18.09.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ümumi birgə mülkiyyət hüququ ilə Cavabdeh, x, x, xvə Zərifə Əliyevanın adına qeydə alınmışdır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyat ına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

38. Kollegiya hesab edir ki, iş üzrə tərəflərin dəlilləri tam və hərtərəfli yoxlanılmalı, o cümlədən iddiaçının başqa yerdə yaşayış sahəsinə malik olub-olmaması, mübahisəli evin mövcud hüquqi vəziyyəti baxımından iddiaçının həmin evə köçürülməsinin qanuni əsasları, eyni zamanda iddiaçının vərəm xəstəliyindən əziyyət çəkib-çəkməməsi, ə trafdakıları yoluxdurmaq təhlükəsinin olub-olmaması araşdırılmaqla, nəticəsindən asılı olaraq iddiaya yekun hüquqi qiymət verilməlidir. Ona görə də, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

39. Göstərilənlərə əsasən və MPM-nin 417-419-cu və 421-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar