Məhkəmə qərarları › İş №2(102)-1245/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1245/2020

02.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1245/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və X1 ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 03 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili X oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)5561/2018 saylı qətnaməsi ilə ( hakim Zülfüqar Sadiqov) iddia qismən təmin edilmiş, cavabdehdən 80000 ABŞ dolları məbləğində əsas borcun, 18920 ABŞ dolları faiz borcunun və 500 ABŞ dolları əldən çıxmış fayda olmaqla olmaqla – ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə cəmi 99420 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cavabehin adına verilmiş MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifikatında qeyd olunan və Bakı şəhəri, Ünvan küçələri arasındakı 0000-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi və həmin sahiblik hüquqlarının açıq hərracda satılaraq iddiaçıya olan borcun ödənilməsi, girov predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2(103)-5147/2019 saylı qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski) iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, iddiaçının şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli, 2(010)5561/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin olunmaması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı lə ğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı «kredit borcun tutulması, tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 14 fevral 2007-ci il tarixli 45E saylı kredit xətti müqaviləsi üzrə yaranmış 80000 ABŞ dolları məbləğində əsas borcun, 18920 ABŞ dolları faiz borcunun və əldən çıxmış faydaya görə 102000 ABŞ dolları olmaqla, cəmi 200920 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, tutmanın girovla yüklü edilmiş cavabdehə məxsus olan Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən cavabehin adına verilmiş MS N000013 qeydiyyat № 08/05-004 olan Mənzil Sertifika tında qeyd olunan və Bakı şəhəri, Ünvan küçələri arasındakı 0000-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanında yerləşən üç otaqlı mənzilə olan sahiblik hüquqlarına yönəldilməsi, sahiblik hüquqlarının açıq hərracda satılması yolu ilə əldə olumuş vəsait hesabına banka olan borcun ödənilməsi və vəsait kifayət etmədikdə isə çatışmayan məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və vəkili X oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən fakti ki hallara düzgün qiymət verilməmiş və iş üzrə səhv qərara gəlinmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5147/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5147/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətl əndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.1, 375.2, 376, 377.1, 377.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001- ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarlarına istinadən gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, iddiaçının hazırki iddianı qaldırmaqda kredit müqaviləsinin (ona əlavə razılaşmaların) şərtlərindən irəli sübyektiv hüququ olsa da, iddia - iddia müddətinin keçməsinə görə rədd edilməlidir. Belə ki, İddiaçı ASC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 fevral 2016cı il tarixli qərarı ilə müflis elan olunmuş və iflas proseduruna başlanması qərara alınmışdır. İddia müddəti isə qeyd edildiyi kimi 14 fevral 2014-cü il tarixdə bitmişdir. Bank həmin tarixdən 2 il sonra məhkəmə qaydasında müflis elan olunmuş, lakin bun adək məhkəmədə müvafiq tələb irəli sürməmişdir. Göründüyü kimi iddia müddəti İddiaçı ASC müflis elan olunan vaxtadək artıq keçmişdir. Apellyasiya instansiyası məhkəməsinin işin materiallları üzrə gəldiyi nəticəyə əsasən isə əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Bu səbəbdən də, iddia – tutmanın girov qoyulmuş sahiblik hüququna yönəldilməsi və s. digər hissələrdə də rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmamaqla, həmçinin tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi üçün qanuni və əsaslı sayıla bilməz. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında bağlanmış 14 fevral 2007-ci il tarixli, 45e saylı kredit müqaviləsinə əsasən, açılan kredit xəttinin ümumi məbləği 80000 ABŞ dolları təşkil edir. Kredit illik 18 faiz ödəmək şərti ilə «Kredit alan»a verilir. Ödəmə vaxtı keçmiş kredit məbləğinin faizləri ikiqat, yəni illik 36 faiz olmaqla hesablanır. Kreditin alınma tarixi onun «Kredit alan»ın hesabına köçürüldüyü tarix hesab olunur. Bu müqaviləyə əsasən verilən kreditin «Kredit verən»ə qaytarılması üçün son müddət tərəflərin qarşılıqlı razılığı ilə 14 fevral 2008-ci il müəyyən olunur. Tərəflər arasında bağlanmış 14 fevral 2007-ci il tarixli, 45e saylı girov müqaviləsinə əsasən isə Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Cavabdeh adına verilmiş seriya MS № 000013, qeydiyyat № 08/05-004 olan Mənzil sertifikatında qeyd olunan və Bakı şəhəri, Ünvan küçələri arasındakı, 0000-cü məhəllə, İV alaqapı, 10-cu mərtəbə, mənzil 90 ünvanda yerləşən 3 otaqlı mənzilə olan sahiblik hüquqlarının girov qoyulması yolu ilə icrası təmin olunan Əsas müqavilə Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 14 fevral 2007-ci il tarixli 45e saylı kredit müqaviləsidir. İşdə olan 14 fevral 2007-ci il tarixli, 45e saylı kredit müqaviləsinə 14 fevral 2008-ci il tarixli, 14 fevral 2009-cu il tarixli və 12 fevral 2010-cu il tarixli Əlavə Razılaşmalardan görünür ki, kreditin qaytarılma vaxtı müvafiq olaraq 14 fevral 2009-cu il tarixinə, 14 fevral 2010-cu il tarixinə və 14 fevral 2011-ci il tarixinədək uzadılmışdır. İşdə olan 14 fevral 2011-ci il tarixli və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalardan isə görünü r ki, kreditin qaytarılma vaxtı müvafiq olaraq 14 fevral 2013-cü il tarixinə və 14 fevral 2015-ci il tarixinədək uzadılmışdır. Cavabdeh 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzaların ona məxsus olmadığını, belə bir Razılaşmaları bağlamadığını bildirmiş, bu səbəbdən də, cavabdehin göstərdiyi xüsusatları obyektiv yoxlamaq üçün məhkəməxəttşünaslıq ekspertizası təyin olunmuş və işdə olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2019-cu il tarixli, 17784 nömrəli məhkəmə-xəttşünaslıq ekspertizasının rəyinə görə – mülki işin 23-cü vərəqəsində İddiaçı ASC ilə Cavabdeh arasında olan 45E saylı 14 fevral 2007-ci il tarixli kredit xətti müqaviləsinə 14 fevral 2011-ci il tarixli əlavə razılaşmada (İV) «BORC ALAN» hissəsində «Cavabdeh» yazısı ön ündəki imza və 24-cü vərəqəsində İddiaçı ASC ilə Cavabdeh arasında olan 45E saylı 14 fevral 2007-ci il tarixli kredit xətti müqaviləsinə 14 fevral 2013-cü il tarixli əlavə razılaşmada (V) «BORC ALAN» hissəsində «Cavabdeh» yazısı önündəki imza - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olumuşdur. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən ekspertiza rəyinə əsasən mövqeyi ondan ibarət olmuşdur ki, 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzalar cavabdeh tərəfindən həyata keçirilməmişdir. Bu səbəbdən də həmin razılaşmalar cavabdehin iradə ifadəsi kimi qəbul edilə bilməz. Belə olan halda isə, sonuncu razılaşma kimi 12 fevral 2010-cu il tarixli Əlavə Razılaşma qəbul edilməldir (tərəflər həmin razılaşmanı mübahisələndirmirlər). Həmin raz ılaşmanın şərtinə əsasən isə kredit müqaviləsinin son müddəti kimi 14 fevral 2011-ci il müəyyən olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPMnin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. İşin materiallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsidə iddiaya olan mövqeyini bildirərkən 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmaların qanuniliyini m übahisələndirməmiş, apellyasiya şikayətində isə iddiaçının məhkəməyə təqdim etdiyi 14.02.2015-ci il tarixli əlavə razılaşmanın nə vaxt imzaladığını xatırlamadığını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında isə cavabdeh həm sözügedən Əlavələrdə, həm də də kredit müqaviləsində olan imzaların ona məxsus olmamasını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadında ekspertiza qarşısında yalnız 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalarda olan imzalara dair suallar qoyulmuş və ekspertiza rəyi də həmin suallar əsasında aparılaraq qeyd edilən rəy verilmişdir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi cavabdehin kredit müqaviləsində olan imzanın da ona məxsus olmamasına dair izahatına, eləcə də, apellyasiya şikayətində faktiki olaraq mövcud olmayan 14.02.2015-ci il tarixli əlavə razılaşmaya istinad etməsinə diqqət yetirməmiş, birinci instansiya məhkəməsində işə baxılan zaman mübahisələndirmədiyi 14 fevral 2011-ci il və 14 fevral 2013-cü il tarixli Əlavə Razılaşmalardakı imzaların apellyasiya baxışında ona aid olmamasını mübahisələndirməsinə, eləcə də, buna dair ekspert rəyinə işin digər sübutları ilə birgə hüquqi qiymət verməmişdir. Halbuki, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə müraciət etməsinə baxmayaraq bu mövqeyinin onun cavabdeh qarşısında borcunun olmasını inkar etməməsinə dəlalət etməsinə, iddia müddətini tətbiq edilməsinə dair ərizəyə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 5.16-cı bəndinin məzmunu baxımından hüquqi qiymət verməmişdir. Halbuki, həmin bəndə əsasən bu müqavilə qüvvəyə mindikdən sonra öhdəliklər tam yerinə yerinə yetirilənədək qüvvədədir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə öz hüququnun pozulduğunu bildiyi son tarix 14 fevral 2011-ci il olmasını və məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanması qənaətinə gələrkən tərəflər arasında bağlanmış kredit müqaviləsinin qeyd edilən bəndinə əsasən həmin müqavilənin hazırda qüvvədə olub-olmamasına qiymət verməmiş cavabdehin iddiaçı qarşısında olan öhdəliyinin vaxtında yerinə yetir məməsinin səbəblərini araşdırmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarında qeyd olunur ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsind ə yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarında bununla bağlı göstərilmişdir ki, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Konstitusiya Məhkəməsi Plenumunun göstərilən sonuncu Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qə dər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma a nına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış kredit müqaviləsinin MM-in 390 və 405.1-cı maddələrində müəyyən edilmiş müqavilə azadlığı prinsipi əsası nda qarşılıqlı razılıq əsasında bağlanmasına da qiymət verməmişdir. Həmin normaların məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin və müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-in 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxs arasında razılaşdırılmış müqavilə əsasında həyata ke çirilir. MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. MM-in 386.2-ci maddəsinə görə bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. Kollegiya qeyd edir ki, qeyd olunan normanın müddəaları tətbiq edildiyi halda müqavilə üzrə tərəflərin hüquq və öhdəliklərini müəyyən edən normanın mahiyyəti və qanunvericili k tənzimlənməsinin məqsədləri, həmçinin bu normada ehtiva olunan söz və ifadələrin hərfi mənası deyil, qanunvericinin normanı müəyyən edərkən güddüyü məqsəd də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarında daha sonra qeyd etmişdir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyy əti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Sözügedən Konstitusiya Məhkəməsinin Plenumu qərarında həmçinin göstərilmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM -in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Kredit mübahisələri müqavilə münasibətlərindən yaranan tələb olduğuna görə onlara MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik müddət tətbiq edildiyindən, bu mübahisələri iddia müddətinin şamil edilmədiyi tələblərlə eyniləşdirmək düzgün olmaz və müvafiq olaraq MM-in 384.0.4-cü maddəsinin müddəaları da müqavilə münasibətlərindən yaranan tələbləri ehtiva edə bilməz. MM-in 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri). Kollegiy a qeyd edir ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Kollegiya daha sonra qeyd edir ki, ədalətli məhkəmə araşdırması hüququ, eyni zamanda, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Ədalətli məhkəmə araşdırması hüququ, məhkəmə prosesinin iştirakçısı olan hər kəsin, onu əks tərəf qarşısında əlverişsiz vəziyyətə salmayan şəraitdə, öz işinə aid dəlilləri məhkəmədə irəli sürmək imkanına malik olmasını da ehtiva edir. Azərbaycan Respublikasının Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinənin əsas prinsipləri kimi işlərə qəzərsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddə sinin İİ hissəsi) təsbit olunmuşdur. Kollegiya həmçinin qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisənin halları baxımından apellyasiya məhkəməsinin kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edilməsi, əsas tələb üzrə iddia müddəti keçdiyi üçün əlavə tələbləri (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçməsinə dair nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmadığından, eləcə də, mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmadığından qanuni və əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol verməklə düzgün hüquqi nəticəyə gəlmədiyindən qəbul etdiyi qətnaməsi qanuni, əsaslı sayıla bilmədiyi üçün ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Çünki yeni qərarın qəbul olunması üçün Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslar hazırki iş üzrə mövcud deyildir. Kollegiya hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi və eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Şərh olunanlara əsasə n və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5147/2019 saylı 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar