Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1246/2022 05.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MTK-ya və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əldən çıxmış fayda nəzərə alınmaqla müqavilə üzrə alınan pulun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əldən çıxmış fayda, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)8292/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 25 dekabr 2019-cu il tarixli müqavilə ilə İddiaçı "xxxx" MTK-nın ünvan 1otaqlı, 81 kv.metr sahəsi olan 125 nömrəli mənzili, 1 kv.metr üçün 1605 manat, ümumilikdə 130000 manata əldə etmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən binanın 2020-ci ilin 4-cü rübündə təmirə yararlı olacağı qeyd olunmuşdur. İddiaçı mənzilin dəyərini tam olaraq "xxxx" MTK-nın xəzinəsinə mədaxil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 25 dekabr 2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, "xxxx" MTK-nın üzərinə bu müqavilə üzrə ödənilmiş 130000 manat məbləğində pulun geri qaytarılması və əldən çıxmış faydanın əvəzi kimi 23900 manat məbləğində pulun ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən yaşayış binasının tikintisi 2020-ci ilin 2-ci rübündə başa çatmalı olduğu halda, tikinti tamamlanmamışdır. Həmçinin müəyyən etmişdir ki, satılmış mənzilin sahəsi müqavilədə göstərən 81 kv.metr əvəzinə 75,8 kv.metr təşkil edir. Beləliklə, MTK iddiaçıdan 5,2 kv.metr əskik gələn sahəyə görə 8346 manat artıq pul almışdır. Həmçinin, "xxxx" MTKnın 2020-ci ildə internetdə yerləşdirdiyi reklamda mənzilin 1 kv.metrinin qiymətinin 1800 manat olduğu, MTK-nın reklam broşürlərində isə sahəsi 81 kv.metr olan mənzilin qiymətinin 153900 manat olması qeyd olunmuşdur. 25 dekabr 2019-cu ildə "xxxx" MTKdan 130000 manata aldığı 81 kv.metr ölçüdə mənzil hazırda həmin MTK tərəfindən 153900 manata satıldığından, 23900 manat pul onun əldən çıxmış faydasının məbləğini təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-4098/2021 nömrəli qətnaməsi ilə (hakim N.K.İ.Abbasova) iddia qismən təmin edilərək, "xxxx" MTK-nın direktoru X1 və İddiaçı arasında 25 dekabr 2019-cu il tarixdə bağlanmış müqavilənin etibarsız hesab edilməsi, həmin müqavilə üzrə İddiaçı tərəfindən ödənilmiş 130000 manat pul vəsaitinin cavabdeh "xxxx" MT K-dan tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin “23900 manat əldən çıxmış faydanın cavabdehdən tutulması” hissəsində təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 385.1, 389.1, 390, 390.5, 404.1, 405, 752.1-ci maddələri ilə əsaslandırmışdır. Həmçinin məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutların mübahisəli mənzilin yerləşdiyi binaya aid olmamasını əsas gətirərək, iddianı 23900 manat əldən çıxmış fayda hissəsində rədd etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-4098/2021 nömrəli qətnaməsinin iddia tələbinin 23900 manat əldən çıxmış faydanı n cavabdehdən tutulmasının təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-8292/2021 nömrəli qətnaməsi ilə (hakim İ.Ə.Kərimlinin sədrliyi və məruzəsi ilə, hakimlər A.Ə.İsgəndərovdan və E.C.Kazımovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(011)-4098/2021 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi izah etmişdir ki, əldən çıxmış fayda Mülki Məcəllənin 21.2ci maddəsinə əsasən zərər anlayışına daxil olmaqla əldən çıxmış fayda dedikdə, şəxsin hüquq u pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər hesab olunur. İddiaçı 25 dekabr 2019-cu ildə "xxxx" MTK-dan 130000 manata aldığı 81 kv.metr ölçüdə mənzilin 2020-ci idə həmin MTK tərəfindən yerləşdirilmiş reklamlarda 153900 manata satıldığını bildirərək yaranmış 23900 manat məbləğində fərqi əldən çıxmış fayda kimi qiymətləndirərək həmin pulun ona ödənilməsini tələb etmişdir. Bu xüsusatla bağlı məhkəmə qeyd etmişdir ki, 2019-cu ilin son günlərində iddiaçıya 130000 manata satılmış mənzilin 2020-ci ildə MTK tərəfindən 153900 manata satılması yaranmış fərqin əldən çıxmış fayda kimi qiymətləndirilməsinə əsas vermir. Məhkəmə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci, Mülki Məcəllənin 390.1, 398.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, m üqavilə və qiymət azadlığı çərçivəsində həmin mənzilin MTK tərəfindən iddiaçıya aşağı qiymətə satılması istisna olunmur. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı 25 dekabr 2019-cu ildə ödədiyi 130000 manat pulun cavabdeh "xxxx" MTK-da saxlanılması nəticəsində adi mülki dövriyyə şəraitində əldə edəcəyi 23900 manat gəlirdən məhrum olması barədə məhkəməyə tutarlı sübut təqdim etməmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi Mülki Məcəllənin 645.1, 645.3 və 645.4-cü maddələri göndərmə müqaviləsi ləğv edilərkən zərərin hesablanması ilə bağlı münasibətləri tənzimləyir, Mülki Məcəllənin 753.4, 762.1, 765, 775, 649, 569.1, 575.1, 575.2, 648.2, 648.3, 770-1, 1091 və 1092-ci maddələrinin hazırkı mübahisəyə hər hansı aidiyyəti yoxdur. K assasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: Kassasiya şikayətinin və ona etirazın dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-8292/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 443.4, 449.1-ci, Mülki Prosessual Məcəlləsinin 77.1, 97.1-ci maddələri pozulmuşdur. Belə ki, cavabdehin iddiaçını aldadaraq onunla əqd bağladığını qəbul etmiş və onun 130000 manat pul vəsaitindən qanunsuz istifadə et məkdə davam etdiyini inkar etməmişdir. Öz növbəsində iddiaçı həmin vəsaiti banka depozit kimi yatırsaylı ilkin 12% qazanc əldə etmiş olardı. Cavabdeh iddiaçının 130000 manat vəsaitini qanunsuz istifadə etməklə onu mənfəətdən məhrum etmiş, digər tərəfdən bu müddət ərzində daşınmaz əmlak bazarında baş verən qiymət artımı nəticəsində hüquq pozuntusuna məruz qalmışdır. Belə ki, cavabdeh tərəfindən aldadılmasaydı, yəni 25.12.2019 rarixində 130000 manat vəsaiti ələ keçirilməsəydi, həmin vaxt bu gün ala biləcəyindən daha yaxşı şəraitli mənzil ala bilərdi. Həmçinin, əldən çıxmış fayda deyərkən pul vəsaitindən cavabdehin qanunsuz istifadəsi nəticəsində iddiaçının (kreditorun) itirdiyi mənfəətin minimal dəyəri olan Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi uçot dərəcəsi üzrə faizlər ba şa düşülməlidir. Apellyasiya məhkəməsi iddiaçının sübutlarının mötəbər olmamasını əsaslandırmamış, daşınmaz əmlak bazarında baş vermiş qiymət dəyişikliyinin yoxlanılması məqsədi ilə müvafiq məhkəmə ekspertizası təyin etməmişdir. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır. Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İddia birinci instansiya məhkəməsi tərəfindən qismən təmin olunsa da, cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayətini iddiaçı vermiş və apellyasiya baxışının predmetini iddanın əldən çıxmış faydanın tutulmasının təmin olunmamış hissəsi təşkil etmişdir. Apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin olunmadığından və iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (re al zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaql a, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi yyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəs inə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdı r. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllən in 443.4-cü maddəsinə uyğun cavabdehdən iddiaçının xeyrinə tələb olunan əldən çıxmış faydanın tutulması istisna olunur. Belə ki, həmin maddəyə əsasən kreditorun (hazırki işdə iddiaçının) həmin faydanı əldə etmək üçün müəyyən tədbirlər görməsi, hazırlıq işləri aparması tələb olunur. İddiaçı isə tələbini yalnız mübahisə predmeti olmuş mənzilin təklif olunan satış dəyərinin artması ilə əsaslandırmış, bu zaman ötən müddət ərzində cavabdehə verilmiş pul vəsaiti hesabına əlavə fayda əldə etmək imkanında olmasını təsdiq edən sübutları təqdim etməmişdir. Həmçinin iddiaçı mübahisələndirilən mənzilin dəyərində kəskin artım baş tutmasını bildirsə də, bununla bağlı mötəbər sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Apellyasiya məhkəməsinin də göstərdiyi kimi, reklam məlumat larında oxşar mənzilin dəyərinin daha yüksək qiymətdə göstərilməsi müqavilə və qiymət azadlığı çərçivəsində mənzilin daha aşağı qiymətə satılmasını istisna etmir. Bu səbəbdən apellyasiya məhkəməsi tərəfindən məhkəmə ekspertizasının təyin ediləməsi ilə bağlı kassasiya şikayətinin dəlili də əsassız hesab olunmalıdır. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı kassasiya şikayətində cavabdehə ödənilmiş pul vəsaitini banka qoyduğu halda gəlir əldə edə biləcəyini bildirsə də, həmin hala iddia tələbində istinad etməmiş və bununla bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübut təqdim etməmişdir. Apellyasiya məhkəməsinin araşdırma predmetini təşkil etməmiş hala isə kassasiya şikayətində istinad edilə bilməz. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının Mülki Məcəll ənin 449.1-ci maddəsinə istinadı da əsassızdır. Belə ki, həmin maddənin məzmunundan müəyyən olunur ki, “özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.” Hazırki işdən isə müəyyən olunur ki, tərəflər arasıda bağlanmış və iddiaçının tələbi ilə etibarsız hesab olunmuş müqavilə üzrə cavabdeh pul öhdəliyi daşımamış, o, müəyyən olunmuş müddət ərzində yaşayış binası inşa edərək, müəyyənləşdirilmiş mənzilin iddiaçıya təhvil verilməsini öhdəsinə götürmüşdür. Cavabdeh pul öhdəliyini yalnız hazırki iş üzrə qəbul edilən məhkəmə aktı qanuni qüvvəyə mindiyi sonra daşıyacaqdır. Odur ki, cavabdeh hazırki mərhələdə iddiaçı qarşısında pul vəsaitindən faydalamağa görə faiz ödəmək öhdəliyindən azaddır. Eyni zamanda nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və apellyasiya instansiyası bununla bağlı prosessual hüquq normalarını pozmamış, iddiaçının təqdim etdiyi sübutlar əsasında qətnamə qəbul etmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-8292/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-1246/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-1246/2022
05.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver