Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1246/2025 05.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə qarşı “işə bərpa və əmrin etibarsız hesab edilməsi” tələbinə dair iddia üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 2(104)-2327/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Goranboy rayonu M.Həsənov adına Əlirzalı kənd tam orta məktəbi arasında 2 sentyabr 2002-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və İddiaçı sözügedən məktəbdə katibə vəzifəsi həvalə edilmişdir.
2. Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbi tərəfindən verilmiş aktlarda qeyd olunmuşdur ki, məktəbin katibəsi X3 müxtəlif vaxtlarda üzrsüz səbəbdən işdə olmamışdır.
3. Goranboy-Naftalan Təhsil Sektoru M.Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 18 sentyabr 2023-cü il tarixli pedoqoji şura iclasının qərarı ilə məktəbin kargüzarı İddiaçı ilə bağlanmış olan Əmək müqaviləsinə xitam verilməsi məqsə dəmüvafiq hesab edilmişdir.
4. Goranboy-Naftalan Təhsil Sektoru M. Həsənov adına Əlirzalı kənd tam orta məktəbin 82 nömrəli, xx.xx.2023-cü il tarixli əmrdən görünür ki, X1 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186 (b) bəndində əsasən sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət elan edilmişdir.
5. Goranboy rayonu M.Həsənov adına Əlirzalı kənd tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 95 nömrəli əmri ilə məktəbin kargüzarı İddiaçı peşəkarlıq səviyyəsi, ixtisası (peşəsi) kifayət dərəcədə olmadığına görə, onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi və daha sonra, iddianın dəqiqləşdirməsın ə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin drektorunun onun barəsində qəbul etdiyi 18 sentyabr 2023-cii il tarixli, 95 saylı əmrin etibarsız hesab edilməsi və onun Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinə, əvvəlki işinə bərpa olunmağı və bununla əlaqədar olaraq əmək müqaviləsinə xitam verildiyi gündən həmin vəzifəyə bərpa olunacağı günədək ona həmin vəzifəyə görə çatası əmək haqqının cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, xx.xx.2002-ci il tarixdən Mirələm Həsənov adına Goranboy rayonu, Əlirzalı kənd tam orta məktəbində kargüzar vəzifəsində işləyir. İşlədiyi müddətdə heç bir intizam tənbehi almamış, vaxtında işinə getmiş və iş saatlarında üzərinə düşən vəzifəsini yerinə yetirmişdir. 31 iyul 2023-cü ildə məzuniyyəti bitdiyi üçün işə qayıtmışdır. 1 sentyabr 2023-cü il tarixdə səhər saatlarında işdə olarkən məktəbin direktoru Cavabdeh ona yaxınlaşaraq bildirib ki, “sənlə işləmək istəmirəm, sən işinin öhdəsindən gəlmirsən”. Ona görə də tələb edib ki, ərizəsini yazsın və işdən azad olunsun. O, etiraz etmiş və həmin gündən hər gün işə gələrkən direktor ona deyib ki, “niyə gəlirsən işə, demədimmi ki, səninlə işləmək istəmirəm, ərizəni yazasan”. 08 sentyabr 2023-cü il tarixdə də, yenə həmin sözləri ona demiş, sonra isə təsərrüfat müdiri X2 evinə göndərərək onun vasitəsilə ona işə gəlməməyini, onunla işləmək istəmədiyini bir daha bidirmişdir. Bundan sonra barəsind ə xx.xx.2023-cü il tarixli 95 saylı aşağıdakı məzmunda əmr verilmişdir. “X4 məktəbin katibəsi onunla bağlanan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilsin” əsas: AR Əmək Məcəlləsinin 70 (c) maddəsi. Məktəbin direktoru: imza var. möhür var. Cavabdeh”. O, həmin əmri qanunsuz və ədalətsiz hesab etdiyindən Goranboy Rayon Məhkəməsinə işə bərpa olunmasına dair iddia ərizəsi ilə müraciət edir. Cavabdehin verdiyi əmrdə onun AR Əmək Məcəlləsinin 70 (c) bəndi ilə azad olunması göstərilmişdir. Lakin əmək funksiyasını yerinə yetirmədiyinin nədən ibarət olduğu əsaslandırılmamışdır. Cavabdeh könüllü olaraq əmri ləğv etmir, onu əvvəlki işinə bərpa etmir, məcburi iş buraxmaya görə əmək haqqını ödəmir
8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, o, peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğun olubolmamasının yoxlanılması məqsədilə attestasiyadan keçirilməyib. Hazırda öz vəzifəsinin öhdəsindən gəlir və kompyuterdə yazı yazmağı bacarsa da, direktor ona heç vaxt kargüzarlığa dair iş həvalə etməyib.
9. Məhkəmə iclasında iştirak edən cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçının peşəkarlıq səviyyəsinin və tutduğu vəzifəyə uyğun olubolmamasının yoxlanılması məqsədilə attestasiyadan keçirilməyib və bu məqsədlə hər hansı komissiya da yaradılmamışdır. Lakin xx.xx.2023-cü il tarixdə keçirilmiş Pedaqoji şuranın iclasında İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin məqsədəuyğunluğuna dair qərar qəbul edilmişdir.
10. Goranboy Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 1 dekabr 2023-cü il tarixli 2(045)-2138/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Mustafayev) iddia təmin edilmişdir.
11. Məhkəmə qənaətini onunla əsaslandırmışdır ki, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulduğuna görə, yəni iddiaçı barəsində peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə onun tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilmədiyindən, iddiaçının tələbi əsaslı olmuşdur.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65, 66, 67, 70 (c bəndi) və 300-cü maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı məktəbin katibəsi olmasına baxmayaraq, kompyuterdə işləmə bacarığı olmadığı üçün həmişə onun əvəzinə kompyuter işlərini məktəbin təşkilat işləri üzrə direktor müavini Elşən Qurbanov icra etmişdir. İddiaçı isə kompyuterdə işləmək üçün müvafiq bilik və bacarıq əldə etməkdə qətiyyən maraqlı olmamış, yaşının 62 olması ilə əlaqədar, belə bilik və bacarığı bundan sonra da əldə etməsi qeyri-mümkündür. Bund an başqa, iddiaçı məhz Cavabdeh məktəbin direktoru vəzifəsini icra etdiyi vaxtlarda və direktor təyin edildikdən sonra intizamsızlıq göstərərək dəfələrlə əmək intizamını pozmuş, əmək kollektivində qeyri-sağlam mühit yaratmağa təşəbbüs etmiş (məsələn, nümayişkəranə surətdə direktor Cavabdeh təhqir etmək, üzrlü səbəb olmadan dəfələrlə və günlərlə işə gəlməmək və s. formalarda), ona dəfələrlə, həm də qısa fasilələrlə verilmiş intizam tənbehlərindən nəticə çıxarmamışdır. Odur ki, məktəbin direktoru Cavabdeh tərəfindən imzalanmış 18 sentyabr 2023-cü il tarixli 95 nömrəli Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən məktəbin katibəsi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
15. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan so nra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-2327/2024 nömrəli, 12 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim L.S.Süleymanov (sədrlik edən və məruzəçi), İ.T.Həsənov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işəgötürən iddiaçı ilə əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam versə də, işçinin ixtisasına, sənətinə müvafiq olaraq tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədilə qanunvericinin tələbinə əsasən attestasiya keçirilməmiş və bu barədə səlahiyyətli orqan (attestasiya komissiyası) tərəfindən müvafiq qərar qəbul edilməmişdir (cavabdeh tərəfindən buna dair sübut təqdim edi lməmişdir). İşəgötürən yalnız əmək müqaviləsinə xitam verərkən iddiaçı barəsində məktəb kollektivi tərəfindən qəbul edilmiş müvafiq aktlara və məktəbin pedaqoji şurasının xx.xx.2023-cü il tarixli iclasının qərarına əsaslanmaqla kifayətlənmişdir. Odur ki, müdiriyyət tərəfindən işçi ilə əmək müqaviləsinə xitam verilərkən, Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinin tələbləri pozulmuşdur.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 65, 67 və 70-ci (c bəndi) maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin nümayəndəsi Cavabdeh (Vəkil3 Məhəmmədli oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Mediasiya haqqında qanunun 3.1, 3.1.3, 3.2-ci maddələrinə əsasən əmək münasibətlərindən irəli gələn mediasiya sessiyasından sonra prossesin davam etdirilə bilməməsi barədə mediasiya arayışından belə məlum olur ki, mediasiya prosesinin tətbiqi barədə təklif və müraciətdə qarşı tərəf kimi Cavabdeh göstərilmiş, yəni mediasiya mərhələsində aidiyyatı olmayan qarşı tərəflə mübahisəyə mediasiya tətbiq edilmiş, əmək mübahisələrindən irəli gələn mübahisələr üzrə bu qanunun 28 və 29 maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirakı tələb olunmuş Seyidovanın iddia ərizəsinə əlavə etdiyi ilkin həlli e tmək istəmişdir. İş üzrə cavabdeh Goranboy rayonu Mirələm Həsənov adına Əlirzalı kənd orta məktəbi ilə iddiaçı arasında mediasiya prosesi keçirilmədən iddiaçı məlum iddia tələbi ilə məhkəməyə müraciət etmiş bununla da, mediasiya haqqında qanunun 3.1.3, 1.3., 3.2 və 28, 29-cu maddələrinin tələbi pozulmuşdur. Məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, buna dair mövqeyini qətnamədə göstərməmişdir. İddiaçının məhkəmə icraatı gedişatında cavabdeh, Cavabdeh Goranboy rayonu Mirələm Həsənov adına tam orta məktəbilə əvəz edilməsi ilə bağlı vəsatəti təmin edildikdən sonra məhkəmə Mediasiya haqqında qanunun 31.1-ci maddəsinə əsasən mediasiya tətbiq etməli idi. Göründüyü kimi, işə baxan məhkəmə mediasiyanın tətbiq edilməsinə qanunun 31.1-ci maddəsinin tələbinin pozulmasına düzgün hüquqi qiymət vermədən apellyasiya şikayətini təmin etmədən saxlamışdır.
20. Bundan əlavə, iddiaçının işlədiyi katibə işi vəzifə və ya peşə deyildir. O, texniki işçi hesab edilmir. Texniki işçi isə Əmək Məcəlləsinin 65 və 66-cı maddələrinin təsiri altına düşə bilməz, yəni attestasiyadan keçirilə bilməz. Onların işinə qiyməti işlədikləri əmək kollektivinin ictimai əsaslarla fəaliyyət göstərən şuraları verirlər. Əlirzalı kənd tam orta məktəbinin pedoqoji şurası xx.xx.2023-cü ildə keçirdiyi iclasda iddiaçının kargüzar kimi əmək funksiyasını yerinə yetirə bilməməsi, kompyuter biliyinin olmaması, əmək intizamının dəfələrlə pozulduğu üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini məqsədə müvafiq bilmişdir. İşə baxan Gəncə Apellyasiya Məhkəməsi Əmək Məcəlləsinin 65-67-ci maddələrinə düzgün olmayara q istinad etməklə, cavabdehin şikayətini rədd etmişdir.
21. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi yaxşı və qüsursuz işləməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
23. Maddə
65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri.
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keç irilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğ u vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.
24. Maddə
67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi.
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə
70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcr übəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tə ləblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
33. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktı cavabdehin nümayəndəsi tərəfindən tam mübahisələndirildiyindən qətnamə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayə tinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Belə ki, cavabdeh iş üzrə iddiaçının texniki vəzifə tutduğunu və bu səbəbdən onun fəaliyyətinin qiymətləndirilməsinin ictimai əsalarla fəaliyyət göstərən şura tərəfindən qiymətləndirilməli olduğunu və bu qiymətləndirmənin Əmək Məcəlləsinin 6 5 və 66-cı maddələrinin təsiri altına düşmədiyini bildirmişdir.
37. Kollegiya kassasiya şikayətinin bu dəlilini əsassız hesab edərək, bununla bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) xitam verilmişdir.
38. Qeyd edilən maddənin dispozisiya şətrlərindən və həmin maddənin “Qeyd” hissəsindən görünür ki, işçinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsini həyata keçirmək səlahiyyəti olan qurumların dəqiq siyahısı müəyyən edilmişdir. Həmin normanın tələblərinə görə, işçinin attestasiyası yalnız bunun üçün xüsusi olaraq yaradılmış at testasiya komissiyası, yaxud səlahiyyətli orqan tərəfindən həyata keçirilə bilər. Məktəbin pedaqoji şurasının belə bir səlahiyyəti həmin norma ilə müəyyən edilməmişdir.
39. Həmçinin, qeyd edilməlidir ki, işçilərin attestasiyadan keçirilməsi qaydalarını və şərtlərini müəyyən edən Əmək Məcəlləsinin 65 və 66-cı maddələri ilə attestasiya olunmalı və attestasiyadan azad olunan işçilərin dəqiq dairəsi, attestasiyanın keçirilməsinin qaydaları və şərtləri müəyyən edilmişdir. Bu normaların məzmunundan da göründüyü kimi, attestasiya olunmlalı işçilər vəzifə, peşə və ya hər hansı digər göstərici üzrə kateqoriyalaşdırılmamış, ümumilikdə işçilərin attestasiya olunması qayda və şərtləri müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası mediasiya mərhələsində mediasiya prosesinin tətbiqi barədə təklif və mürac iətdə qarşı tərəf kimi cavabdeh məktəbin deyil, məktəbin direktoru Cavabdeh göstərilməsinə qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin digər dəlilini də əsassız hesab edir və bununla bağlı qeyd edir ki, istinad edilən sənəddə mediasiya prosesinin tərəfi kimi Cavabdeh fiziki şəxs olaraq deyil, cavabdeh Goranboy rayonu Əlirzalı kənd tam orta məktəbinin direktoru kimi, onun təmsilçisi olaraq göstərilmişdir. Ona görə də kollegiya hesab edir ki, qeyd edilən dəlil formal əsaslara söykənir və iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas deyildir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MP M-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2024-cü il tarixli 2(104)-2327/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.