Məhkəmə qərarları › İş №2(102)-1247/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1247/2020

26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1247/2020 26.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(014)1867/2018, hakim F.H.Nəsibov) İddiaçı Cavabdeh qarşı iddiası qismən təmin edilmiş, cavabdehdən 5.070 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-2282/2019, hakimlər Ə.T.Məcidov, İ.F.Quliyev, M.A.Əsədli) Cavabdeh Müsüllət oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, cavabdehdən 5.070 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamədən cavabdeh verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxx 2018-ci il tarixdə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5.120 manat borc pulun və itirilmiş mənfəətə görə Mərkəzi Bankın uçot dərəcəs inə uyğun olaraq 15 faizlə hesablanmaqla alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 2018-ci ilin yanvar ayında 17 baş balalı xırda buynuzlu qoyun almış və həmin heyvanlara görə ona 4750 manat pulu bir həftə ərzində verəcəyini bildirmiş, onun əvvəllər aldığı heyvanlara görə də 370 manat məbləğində borcu qalmışdır. Aralarında belə razılaşmışlar ki, cavabdeh ona borclu olduğu 370 manat pulu borclu olduğu 4750 manatla bərabər qaytaracaqdır. Lakin cavabdeh borcu ödəməkdən yayınaraq borclu olduğu məbləğdən heç bir ödəniş etməmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərinə düzgün istinad etməmiş, maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmiş, gəldiyi nəticə formal mülhaizələrə əsaslanmış, iddaçıya heç bir borcunun olmadığı, aldığı bütün heyvanların dəyərini ödədiyi nəzərə alınmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı cavabdehə ondan aldığı xırda buynuzlu heyvanlara görə ona cəmi 5.120 manat ödəməli olduğuna, lakin həmin məbləği ödəməkdən yayındığına istinad edərək hazırki tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin öhdəlik anlayışını müəyyən edən 385ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bununla bərabər həmin Məcəllənin öhdəliklə rin əmələ gəlməsi əsaslarını müəyyən edən 386-cı maddəsinin tələblərinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi əsasları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Deməli iddiaçı kreditor kimi digər şəxsdən vəzifəsinin icrasını məhkəmə qaydasında tələb etməsi üçün cavabdehin borclu kimi öhdəliklərinin əmələ gəlməsinin hüquqi əsasını sübut etməlidir. İş materiallarında olan cavabdehin Tərtər rayon Polis şöbəsinə verdiyi izahatdan görünür ki, o, iddiaçıdan 2018-ci ilin yanvar ayında 17 baş balalı xırda buynuzlu heyvan aldığını, onların dəyəri olan 4.700 manatı fevral ayınadək qaytarmalı olduğunu, eyni zamanda əvvəldən də 370 manat borcu qaldığını etiraf etmiş dir. Göründüyü kimi, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdehin ondan aldığı xırda buynuzlu heyvanlara görə və əvvəldən ona borclu olduğu məbləğlə birlikdə ona cəmi 5070 manat ödəməli olması iş materialları ilə təsdiq edilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qət naməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar