Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1247/2025 27.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: paylı mülkiyyətdə olan əşyanın hərracda satılması, payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1943/2024 nömrəli, 24 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən veril miş kassasiya şikayətinə 27 may 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 7/8 hissədə İddiaçı, 1/8 hissədə isə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsinə əsasən, iddiaçı X4 cavabdehlər X2 və Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X5 və Cavabdeh iddiaçı X6 məxsus olan ünvan 2 saylı fərdi yaşayış evindən çıxarılmaları qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)- 1182/2016 nömrəli qətnaməsinə əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(044)-200/2016 nömrəli qətnaməsi ləğv edilmiş və iddiaçı X4 ona məxsus olan ünvan 2 ünvanda yerləşən evdən X1 və Cavabdeh çıxarılmaları tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(102)-7176 nömrəli qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2016-cı il tarixli, 2(104)-1182/2016 nömrəli qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.20 16-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-2831/2019 nömrəli qətnaməsinə əsasən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh qarşı “cavabdehin paylı mülkiyyətdə olan payına kompensasiya verilmək yolu ilə xitam verilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 631/2021 nömrəli qətnaməsinə əsasən, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(044)-534/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı “evə köçürülmə və evdən yaşayış və istifadə qaydalarının müəy yən edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülməsi və həmin fərdi yaşayış evindən paylı mülkiyyətçilər Cavabdeh və İddiaçı ümumi istifadə (yaşayış) qaydalarının müəyyən edilməsi qət edilmişdir.
10. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2296/2023 nömrəli qətnaməsinə əsasən, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2763/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilm əsinə dair ərizə ilə məhkəməyə təqdim edərək, ünvan 3 ünvanda yerləşən mülkün hərraca çıxarılıb satılması və satış pulunun paylarına uyğun bölgüsünün aparılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Gəncə şəhəri, Turan küçəsi 106 ünvanda yerləşən mülk 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsusdur. Mübahisəli mülkün paylara uyğun bölgüsü mümkün deyildir. Bu barədə məhkəmə qətnaməsi də vardır. Ona görə də mülk açıq hərraca çıxarılıb satılmalıdır. Hərracdan əldə edilmiş pul paya uyğun bölünməlidir.
13. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, bankdan kredit götürüb əziyyətlə yarımtikili tikdirmişdir. Həmin mülkdə payı vardır, orada d a yaşayacaqdır. İddiaçı əvvəl onu ləyaqətsiz vərəsə kimi də təqdim etmiş, ancaq öz təsdiqini tapmamışdır.
14. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1927/2024 nömrəli qətnaməsi ilə (sədrlik edən C.Tağıyev) İddiaçı Cavabdeh qarşı 7/8 hissə ilə ona, 1/8 hissə ilə cavabdehə məxsus payın açıq hərracdan satılması və satış pulunun paylarına uyğun olaraq bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, payının naturada ayrılmasını tələb edən mülkiyyətçi payın naturada ayrılması mümkün olmadıqda digər mülkiyyətçilərdən öz payının əvəzində kompensasiya ödənilməsini tələb edə bilər. Hazırki işdən isə görünür ki, iddiaçının payının real surətdə ayrılması mümkün olmasa da, iddiaçı öz payının əvəzində kompensasiya ödənilməsini tələb etmədən paylı mülkiyyətlərində olan əmlakın açıq hərracda satılmasını tələb etmişdir. Halbuki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 220.2, 220.3, 220.4, 220.6-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına, Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkün paylara uyğun bölgüsünün aparılması mümkün deyildir. Cavabdehlə onun bir yerdə yaşamağı mümkün deyildir. Bu şəxsin hərəkətlərindən bir evdə normal yaşaya bilmirlər. Cavabdehin həddi buluğa çatmış uşaqları onunla yaşayırlar. Cavabdeh himayəsində olan qızına, oğluna və ona ağır küçə söyüşləri deyir, onları təhqir edir, balta ilə üzərinə hücum çəkmişdir. Məhkəmə isə, iddianı rədd etməklə, mübahisənin bir daha da gərginləşməsinə səbəb olmuşdur. Qətnamədə göstərilmişdir ki, cavabdeh ona məxsus payın pul ilə onun tərəfindən kompensasiya edilməsini tələb etməmişdir. Bu tamamilə əsassız arqumentdir. O, cavabdehə məktub göndərib payını pul ilə alınmasını təklif etsə də, o, buna razı olmamışdır. O, cavabdehə göndəridiyi məktubda ona ödəyə biləcəyi məbləği və ona onun tərəfindən ödənilə biləcək məbləğdə yazılmışdır. Ancaq məhkəmə qətnamədə göstərmişdir ki, guya o, cavabdehə ona məxsus payın pul ilə alınmasını ilə bağlı müraciət etməmişdir.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-1943/2024 nömrəli mülki iş üzrə 24 oktyabr 2024-cü il tarixli qətnaməs i ilə (hakimlər L.S.Süleymanov (sədrlik edən və məruzəçi), Ş.Q.Rzaquliyev və İ.T.Həsənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və satış pulunun İddiaçı 7/8 hissə ilə və Cavabdeh 1/8 hissə ilə paylarına uyğun olaraq aralarında bölüşdürülməsi, ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edimişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki qanunvericilik paylı mülkiyyətin bölünməsi ardıcıllığının imperativ qaydasını müəyyən etmiş və bunu zəruri olan bir neçə mərhələyə ayırmışdır. Azərbaycan Respublikası Konstitusi ya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
21. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə tərəflərin ümumi mülkiyyətində olan mübahisəli mənzilə payları müəyyən edilmişdir. Belə ki, mübahisə predmeti olan ünvan 4 ünvanda 0,053 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 7/8 hissəsi İddiaçı, 1/8 hissəsi isə Cavabdeh paylı mülkiyyətindədir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)-571/2018 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “payın naturada ayrılması və bölünməsi” tələbinə dair iddiası təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-2831/2019 nömrəli qətnaməsinə əsasən, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)- 571/2018 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(044)571/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. H əmçinin, iş üzrə iddiaçının payının dəyərinin cavabdeh tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyü müəyyən edilmişdir. Belə ki, iddiaçı tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli təklifin surətindən görünmüşdür ki, İddiaçı ünvan 5 ünvanda yerləşən 150000 manat dəyəri olan fərdi yaşayı evinə dair cavabdehin payına görə ona 10000 manat verməyi və yaxud Cavabdeh onun payına uyğun 140000 manat ona ödənilməsi müqabilində evin cavabdehin mülkiyyətinə keçməsinə razılıq verdiyini bildirmişdir. Həmin məktub poçt bildirişi ilə Cavabdeh göndərilmişdir. Cavabdeh tərəfindən isə, həmin təklifə cavab verilməmiş və hazırkı məhkəmə iclasında da, ona təklif olunan məbləği ödəyə bilmədiyini göstərmişdir.
22. Məhkəmə kollegiyası Mülki Məcəllənin 220-ci maddəsində müəyyən edi lmiş payın ayrılmasının və ya ayrılan mülkiyyətçilərin paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən onlara ödənilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq, hesab etmişdir ki, İddiaçı paylı mülkiyyətin açıq hərracda satılaraq satış pulunun paylara uyğun bölünməsi barədə iddia tələbində haqlı olmuşdur.
23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 213.1, 213.5, 215.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli Qərarına, MPM-in 119.1, 385.1.1, 385.1.2, 185.1.3, və 385.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri
24. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti Mülki Məcəllənin 220, 220.1-ci, MPM-in 78.1, 88 və 217.4-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli təklifdən görünmüşdür ki, İddiaçı ünvan 5 ünvanda yerləşən 150.000 manat dəyəri olan fərdi yaşayış evinə dair Cavabdeh payına görə ona 10000 manat verməyi və yaxud Cavabdehonun payına uyğun 140000 manat ona ödənilməsi müqabilində evin cavabdehin mülkiyyətinə keçməsinə razılıq verdiyini bildirmişdir. Cavabdeh ümumiyyətlə belə bir təklif almasını inkar etmişdir. Bun dan başqa iddiaçının qeyd etdiyi təklif heç də ədalətli deyil və qəbuledilməzdir. Çünki iddiaçının qeyd etdiyi, apellyasiya instansiyası məhkəməsində iş materiallarına əlavə edilən təklifdə fərdi yaşayış evinin qiymətinin 150.000 manat olması göstərilmiş, paylara uyğun mütənasiblikdə isə cavabdehə 10.000 manat yox, daha çox məbləğ təklif edilməli idi. Lakin məhkəmə bu halı aydınlaşdırmamış və iddianı təmin etməkdə pozuntuya yol vermişdir. Eyni zamanda sözügedən təklifin birinci instansiya məhkəməsində niyə görə üzə çıxarılmaması, daha sonra apellyasiya instansiyasında qabardılması, işə əlavə edilməsi və məhkəmənin həmin halı qəbul etməsi də düzgün deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə kifayət qədər araşdırma aparmadan, sübutları kifayət qədər tədqiq etmədən qətnamə qəbul etm iş, qətnaməsini tərəflərin tədqiq etdiyi sübutlarla deyil, özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
28. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
29. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştir akçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
31. Maddə 416.1. Kassasiya instan siyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Kollegiya hesab edir ki, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən mübahisə tətbiq edilməli olan maddi hüquq normasının tələbi nəzərə alınmadan həll edildiyindən ləğv edilərək yeni baxışa qaytarılmalıdır.
36. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçıda 7/8 hissə, cavabdehdə 1/8 hissə olmaq la tərəflərin paylı mülkiyyətindədir və iddiaçı hazırkı iddia tələbini irəli sürməklə paylı mülkiyyətində olan daşınmaz əmlakın hərracdan satılması yolu ilə əldə olunan vəsaitin paylarına mütənasib bölünməsini xahiş etmişdir.
37. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğ u kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.
38. Ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur.
39. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması ilə bağlı münasibətləri nizamlayan Mülki Məcəllənin 220 və 221-c i maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətç ilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu z aman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həm müllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə qəbul edilmiş qərardadı)
40. Qeyd edilən qərardadın 66-67-ci bəndlərində qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan əmlakın bölünməsi ilə bağlı hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməl idir.
41. Hazırkı halda paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə bağlı mübahisəyə baxıldığı halda mübahisələndirilən məhkəmə qətnaməsində MM-nin 221-ci maddəsinə ümumiyyətlə istinad edilməmiş, paylı mülkiyyətçilər arasında həmin normada nəzərdə tutulmuş qaydada hərracın mümkün olub-olmadığı müzakirə edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamə ləğv edilməklə iş yeni baxışa qaytarılmalıdır.
42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli qərardadının 60-cı bəndində qeyd edilmişdir ki, paylı mülkiyyətdə olan əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyan ın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.
43. Kollegiya hesab edir ki, işə yenidən baxılarkən apellyasiya instansiya məhkəməsi mübahisəni MM-nin 221-ci maddəsinin tələblərinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli qərardadındakı hüquqi mövqeyə müvafiq həll etməli, tərəflərin paylı mülkiyyətində olan əmlakın sa tışı ilə bağlı hansı formada hərrac keçiriləcəyindən asılı olmayaraq ilkin satış qiymətini müəyyənləşdirərək qətnamədə qeyd etməlidir.
44. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməli, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(104)-1943/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş yeni apelyasiya baxışına qaytarılmalıdır.
45. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 407, 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2024-cü il tarixli, 2(104)-1943/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qər