Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1248/2022 27.01.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimləri Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla rəyasət heyətinin qərarının ləğv edilərək etbarsız sayılması, vurulan maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Vəkillər Ko legiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulmuş olması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 200 (iki yüz) manat pul məbləğinə görə iltizam qəbzin-əqdin etibarsız sayılması, ona vurulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 25.000 (iyirmi min) manat, cəmi 25850 (iyirmi beş min səkkiz yüz əlli) manat pul məbləğinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-il tarixli, 2(005)3170/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli, 2(103)-10237 /2021 nömrəli qərardadı ilə (hakimlər Ş.Məmmədova, M.Məmmədov, R.Eyvazov) iddiaçının apellyasiya şikayəti qismən təmine edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(005)-3170/2021 saylı qətnaməsi ləğv edilib; İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər X1rşı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb olunmaqla cavabdeh Vəkillər Kolegiyasının Rəyasət Heyəti tərəfindən vəkilliyə namizədlərin hər birindən imtahana buraxılmaları üçün 200 (iki yüz) manat pul məbləğinin tutulması üçün 17 mart 2018-ci il tarixində çıxarılmış qərarının ləğv edilərək etibarsız sayılmasına, ondan alınmış maddi ziyan kimi vurulmuş 200 (iki yüz) manat pul məbləğinə görə iltizam qəbzin-əqdin etibarsız sayılması, ona vu rulmuş 850 (səkkiz yüz əlli) manat və mənəvi ziyan kimi vurulmuş 25.000 (iyirmi min) manat, cəmi 25850 (iyirmi beş min səkkiz yüz əlli) manat pul məbləğinin ona qaytarılması tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. İş materiallarından (mülki iş, səhifə 135) görünür ki, İddiaçı qərardadın surətini 24 noyabr 2021-ci il tarixdə qəbzə imza etməklə rəsmi qaydada almışdır. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti “Elektron məhkəmə” sistemində yaranmış elektron kabinet vasitəsi ilə 23 dekabr 2021-ci il t arixdə verilmiş və imzalanmışdır. MPM-nin 405.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, iddiaçı tərəfindən kassasiya şikayəti vermək üçün müəyyən olunmuş prosessual müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təqdim edilməmişdir. Beləliklə, apellyasiya instansiya məhkəməsi mülki prosessual qanunvericiliyin tələblərinə cavab verməyən kassasiya şik ayətini baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırki iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 402.1, 407.1, 408.1.4cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10237/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qərardadından verdiyi kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş həmin apellyasiya instansiyası məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-1248/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-1248/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver