Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1250/2022 04.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və torpağın qanuni istifadəyə qaytarılması” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-1250/2022 (Açar sözlər: torpaq sahəsinin qanunsuz sahiblikdən qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9058/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 aprel 2022-ci il tarixd ə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 16.10.2006-cı il tarixli, 40/260 saylı sərəncamından görünür ki, İddiaçı fədi bağ evi tikintisi üçün Maştağa qəsəbəsi, Ləəç bağ massivi sahə 2686a-da 1200 kv.m. torpaq sahəsi ayrılmışdır. Eyni zamanda, Bakı şəhər İcraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Ləiş bağlar sahəsi tərəfindən verilmiş orderin təsdiq olunmuş surətindən görünür ki, cavabdehin atası X1 Bakı şəhər İcraiyyə Komitəsinin 18.01.1990-cı il tarixli, 15/558 saylı qərarına əsasən Ləiş bağlar sahəsində 0,12 ha torpaq sahəsi olan 2686a saylı bağ ayrılmışdır. Hazırda iddiaçı Sabunçu rayon Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 16.10.2006-cı i l tarixli, 40/260 saylı sərəncamına istinad edərək, aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı “torpaq sahəsindən çıxarılma və torpağın qanuni istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Maştağa Bələdiyyəsinin 40/260 saylı, 16.10.2006-cı il tarixli sərəncamı ilə Maştağa qəsəbəsi, “Ləəc” bağ massivi sahəsində fərdi bağ evinin tikintisi üçün ona verilmiş 2686A saylı 1200 kv.m. torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2686 A saylı bağ sahəsi Maştağa Bələdiyyəsinin 40/260 saylı, 16 oktyabr 2006-cı il tarixli sər əncamına əsasən fərdi bağ evi tikintisi üçün iddiaçıya ayrılmış və həmin tarixdən başlayaraq torpaq sahəsi onun istifadəsində olmuş, ətrafı hündür daş hasarla əhatə olunmuş, orada müxtəlif ağaclar və bitkilər əkilib yetişdirilmişdir. Təqribən bir həftə əvvəl cavabdeh torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, traktorla hasarı uçurub əraziyə daxil olmuş, orada ağacları kəsib tikinti aparmaq istəmiş, bununla da, ona məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Cavabdehin bu hərəkətləri mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarını pozur və mənafelərinə toxunur. Həmin şəxsə qanunsuz hərəkətlərinin dayandırılması, ona məxsus olan bağ sahəsinin boşaldılması barədə dəfələrlə xəbərdarlıq edilsə də, cavabdeh onun haqlı tələblərinə əhəmiyyət verməyərək, həmin ərazidən çıxmı r və qanunsuz hərəkətlərini bu günə kimi davam etdirir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Adilə Paşayeva) 31 may 2021-ci il tarixli, 2(008)-3448/2021 saylı qətnaməsi ilə iddia rədd olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Maştağa qəsəbəsi, “Ləəç” bağ massivi sahə 2686 A-da 1200 kv.m. torpaq sahəsi 2006-cı il tarixdə bələdiyyə sərəncamı əsasında iddiaçıya verilmişdir. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi dövlət qeydiyyatına alınmamış və o, həmin torpaq sahəsinə mülkiyyət hüququ əldə etməmişdir. Bundan başqa, torpaq sahəsi daha öncə Bakı Şəhər İcraiyyə Komitəsinin Bağlar Tsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən 1990-cı il tarixdə cavabdehin atası X1 ayrılmış, onun da mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Qanunverici torpa q sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqular, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. İddiaçı cavabdehin ona məxsus torpaq sahəsindən çıxarılmasını və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılmasını tələb etsə də, məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli torpaq sahəsinə dair hüquq müəyyənedici sənədi mövcud deyildir və nə qədər ki, mübahisəli torpaq sahəsinə ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb, onun belə bir iddia elə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.2, 178.1 və Azərbaycan Res publikasının Torpaq Məcəlləsinin 66, 67,68-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) 27 oktyabr 2021-ci il tarixli, 2(103)-9058/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sabunçu Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməs inin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və prosessual məsələlər Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinə dair cavabdehin təqdim etdiyi sənədlər onun atasının adına olsa da, məhkəmə həmin şəxsin işə cəlb edilməsi məsələsini müzakirə etməmiş, cavabdeh tərəfin təqdim etdiyi sənədlər arasındakı zidiyyətləri, eyni zamanda iddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları qeydiyyata alınmasa da, qanuni gözlənti hüququna malik olduğunu nəzərə almamış, bununla da, işin faktiki halları və tərəfləri qarşılıqlı münasibətləri baxımından əsassız qətnamə qəbul etmişdir. Prosessual məsələlər Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildi yindən, Mülki Prosessual Məcəllənin 10.81-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz ə mlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsu b əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Mə cəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyas ı məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəl ələrə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yox lanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, ilk növbədə bildirir ki, iddiaçının hazırkı tələbi mülkiyyətin müdafiəsinə dair vindikasiya tələbidir. Məhkəmə Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən nəzərə alır ki, mülkiyyətç i hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki qanunvericiliyə əsasən isə, hər hansı şəxsin (mülkiyyətçi və ya qanuni sahib) həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin gerçəkləşməsi zəruridir: 1) iddiaçının əşyanın mülkiyyətçisi olması, 2) cavabdehin əşyanın sahibi olması, 3) cavabdehin əşyaya sahiblik hüququnun olmaması. İddianın bu əsasla haqlı sayılması üçün iş üzrə hər üç dispozisiya şərtinin müəyyən edilməsi zəruridir. Qeyd edilən şərtlərdən hər hansı birinin mövcud olmaması bu normaya söykənən tələbin rədd edilməsi üçün əsasdır. Həmin halları sübuta yetirmək isə iddiaçının vəzifəsidir. Lakin baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair həm iddiaçı, həm də cavabdehin atasının adına müvafiq inzibati orqanlar tərəfindən verilmiş hüquqi sənədlər mövcuddur və tərəflərdən heç biri həmin sənədləri qanunla müəyyən edilmiş qaydada mübahisələndirməmişdir. Hazırkı mülki məhkəmə icraatı çərçivəsində isə torpaq sahəsinə dair qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hansının keçərli olması məsələsinə qiymət vermək mümkün deyil (tərəflərin inzibati qaydada, yaxud inzibati məhkəmə icraatı çərçivəsində həmin sənədləri mübahisələndirmək hüquqları vardır). Faktiki və hüquqi vəziyyət belə olduqda isə, mübahisəli torpaq sahəsinə dair tərəflərdən hansının qanuni, hansının qanunsuz sahib olduğunu müyyən etmək mümkün deyil. Qeyd olunanlar isə ona dəlalət edir ki, hazırkı iş üzrə vindikasiya tələbinin yuxarıda sadalanan dispoziya şərtləri ödənilmir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9058/2021 nömrəli iş üzrə 20 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.