Məhkəmə qərarları › İş №2(102)-1250/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-1250/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1250/2024 22.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızına və Cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən məcburi qaydada çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızına və Cavabdeh3 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1967/2023 nömrəli, 21 noyabr 2023-cü il ta rixli qətnaməsindən Cavabdeh3 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 22 aprel 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərkimya Təmir Tresti Mənzil Məişət komissiyasının və HİK-lə birlikdə iclasının 03 nömrəli xx.xx.1995-ci il tarixli protokoluna əsasən, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun ailə üzvlərinə verilmiş və bununla əlaqədar o, ev növbəsindən çıxarılmışdır.

2. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 175 nömrəli orderin notarial qaydada təsdiq edilmiş surətinə əsasən, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerl əşən 2 otaqlı 12 saylı mənzil İddiaçı və onun 4 nəfərlik ailə üzvünə ayrılmışdır.

3. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Azərkimya Təmir Trestinin 03 saylı, xx.xx.1995-ci il tarixli protokolu ilə İddiaçı ayrılmışdır.

4. Cavabdeh2 ailəsi ilə birlikdə 1994-cü ildən məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzildə məskunlaşmışdırlar.

5. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023cü il tarixli, 01/1077 nömrəli məktubundan görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkünlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 12 saylı evin 12 nömrəli mənzilində müvəqqəti məskunlaşdıqları və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmadıqları, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin başqa yaşayış sahəsi ilə təmin edilməsinin mümkünsüz olması, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmədiyi, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul ol unmuş Dövlət Proqramına əsasən həyata keçirildiyi, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlərin, o cümlədən Cavabdeh2 ailəsi də yaşadığı mənzilləri və ictimai binaları tərk edərək öz doğma yurdlarına köçürüləcəkləri bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh2, Cavabdeh1 Hüseyn qızına və Cavabdeh3 (bundan sonra cavabdehlər və ya ad, soyadları) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin Sumqayıt şəhəri, 347-ci məhəllə, ev 12, mənzil 12-dən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 1995-ci ildə Sumqayıt şə hər “Azərkimya” İB-nin TTİ tərəfindən gənc mütəxəssis kimi ona Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı, 12 saylı mənzil order əsasında verilmişdir. O, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən vaxt Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh2 5 nəfərlik ailəsi ilə onun mənzilini özbaşına zəbt etmişlər. Hazırda Cavabdeh2 2 qızı ailə quraraq mənzili tərk etmişlər. Xəbərdarlıqlara baxmayaraq cavabdehlər onun mənzilindən çıxmaq istəmirlər. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. Daha sonra Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 İddiaçı qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi və dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı adına Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli sərəncamına əsasən Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 12 saylı mənzilə dair xx.xx.2008-ci il tarixdə verilmiş 175 saylı orderin etibarsız hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2232/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı orderin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı ərizəsində qeyd etmişdir ki, ona 1995-ci ildə mənzilə dair order verilmişdir. O, orderin surətini əldə etmişdir. Order iddiaçıya 2008-ci ildə verilmişdir. Onlar isə mübahisəli mənzildə 1994-cü il tarixdən yaşayırlar. Həmin mənzilə xeyli xərc çəkmişdirlər. Onlar mənzildə məskunlaşdıqdan sonra iddiaçı həmin mənzilə dair order almışdır. Halbuki, Prezidentin fərmanına əsasən məcburi köçkünlərin məskunlaşdıqları evlərə dair order verilə bilməzdi. Onlar həmin evdə yaşamağa başlamazdan əvvəl mənzil heç kimə məxsus olmayıb, yalnız evlə təmin edildikdən sonra mənzildən çıxmağa razıdırlar. Belə ki, onların yaşamaq üçün başqa yaşayış yerləri yoxdur. 2008-ci ildə onlar mənzildə yaşadıqları halda həmin mənzilin iddiaçıya verilməsini düzgün hesab etmir.

11. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli, 01/1077 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddi açı Zəngilan rayonundan məcburi köçkünlər - Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 sıx məskunlaşma obyekti olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 12 saylı evin 12 nömrəli mənzilində müvəqqəti məskunlaşdıqları və məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmadıqları, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin boş mənzil fondu olmadığı üçün sözügedən ailənin başqa yaşayış sahəsi ilə təmin edilməsinin mümkünsüz olması, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 19921998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmədiyi, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcb uri köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirildiyi, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlərin, o cümlədən Cavabdeh2 ailəsi də yaşadığı mənzilləri və ictimai binaları tərk edərək öz doğma yurdlarına köçürüləcəkləri bildirilmişdir.

12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(060)-2232/2023 nömrəli, 31 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 Sumqayıt şəhəri, 47-ci məhəllə, 12 saylı evin 12 saylı mənzilindən çıxarılmaları qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Azərkimya Təmir Trestinin 03 saylı, xx.xx.1995ci il tarixli protocol qərarına əsasən iddiaçının və onun ailə üzvlərinin istifadəsinə verilmiş, bununla əlaqədar Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya xx.xx.2008-ci il tarixli, 175 nömrəli order verilmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır.

15. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halları ilə bağlı qeyd etmişdir ki, iddiaçının istifadəsinə verilmiş Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzil Zəngil an rayonundan məcburi köçkün olan cavabdehlər Cavabdeh2 və onun ailə üzvləri (həyat yoldaşı və oğlu) tərəfindən zəbt edilmişdir. Halbuki, cavabdehlərin iddiaçıya məxsus mənzildə yaşamaları üçün heç bir hüquqi əsası yoxdur.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzilə hər hansı bir hüququ mövcud olmayan cavabdehlərin bu mənzildə yaşamaları həmin mənzilə gözlənilən mülkiyyət hüququ mövcud olan iddiaçının hüquqlarını məhdudlaşdıran haldır. Bu səbəbdən iddia tələbi əsaslıdır və təmin olunmalıdır.

17. Məhkəmə onu da qeyd etmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hak imiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən məhkəmə hesab edir ki, hazırkı qətnamə Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh2, Həsənovanın və Cavabdeh3 Azərbaycan Respublikası Qaçqınların və X1 üzr ə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır.

18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

19. Qətnamədən Cavabdeh3 apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin boş mənzil fond u olmadığı üçün sözügedən ailənin başqa yaşayış sahəsi ilə təmin edilməsinin mümkünsüz olması, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərancamının 2-ci bəndinə əsasən, məcburi köçkünlərin mülkiyyət formasından asılı olmayaraq, 1992-1998-ci illərdə məskunlaşdıqları mənzillərdən çıxarılması hallarına yol verilmədiyi, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsinin Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirildiyi, növbəti mərhələlərdə həmin ərazilərdə infrastruktur və daimi yaşayış yerləri inşa edilməklə, bütün məcburi köçkünlərin, o cümlədən onların yaşadıqları mənzilləri və ictimai binaları tərk edərə k öz doğma yurdlarına köçürüləcəkləri bildirilmiş, lakin məhkəmə onların mənzildən hansı hallarda çıxarıla biləcəyi barədə Fərmanın göstərişlərinə əməl etməyərək bu qanunsuz qətnaməni çıxarmışdır. İşdə olan 255 nömrəli, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, onlar 1994-cü ildən məcburi köçkün kimi Sumqayıt şəhəri, 47-ci məhəllə, ev 12-də yerləşən 2 otaqlı 12 saylı mənzildə məskunlaşmışlar. 1994-cü ildən məskunlaşdıqları mənzildən çıxarılmaqları nəticəsinə gələn məhkəmə qətnamədə göstərmişdir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanlarının vəzifəsi olduğundan, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il t arixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramına” əlavələrin 1.4-cü bəndinə əsasən Bakı və Sumqayıt şəhərində başqa vətəndaşlara məxsus olan mənzillərdə və evlərdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün 2012-2014cü illərdə yaşayış binalarının tikilməsi və həmin ailələrin bu binalara köçürülməsi vəzifəsi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə və digər icra orqanlarına həvalə edildiyindən hazırkı qətnamə Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh2, Həsənovanın və Cavabdeh3 Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən mənzillə təmin edilməsi üçün əsasdır. Lakin məhkəmə bir məqamı unudur ki, qeyd etdiyi qanun qəbul olunduğu vaxtdan xeyli müddət keçsə də icra edilməmiş və onlar başqa yerdən yaşayış sahəsi ilə təmin olunmamışlar. Bu halda mənzildən çıxarılmaqları mümkünsüzdür. Bunun üçün əvvəlcə köçürüləcəkləri ünvan bəlli olmalıdır ki, onlar da həmin mənzilə köçürülsünlər. Lakin məhkəmə bu məsələ həll olunmadan mənzildən çıxarılmaqlarına qərar vermişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(105)-1967/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və İlqar Dəmirov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əmlak hüquqları həmin əml akın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Mübahisəli mənzilin iddiaçının qanuni sahibliyində olması, lakin cavabdehlər mənzildə məskunlaşdıqları üçün həmin mənzilə köçə bilməməsi mülki iş materialları və işin araşdırılmış halları ilə istisna edilmədiyindən, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehlər mübahisəli mənzildə 1994-cü ildən məskunlaşsalar da, mənzilin əmlak hüququ olan şəxsin razılığı olmadan həmin mənzildən hazırda istifadə edirlər ki, bu da iddiaçının həmin hüququna müdaxilədir.

23. Məhkəmə kollegiyası cavabdeh tərəfin yeni yaşayış sahəsi ilə təmin olunduqdan sonra mənzildən çıxarılmaları ilə bağlı apellyasiya şikayətinin dəlili ilə əlaqədar qeyd etmişdir ki, əmlakdan qeyri-müəyyən müddətə istifadə iddiaçının mülkiyyət hüququna müdaxiləni qaçılmaz edir. Çünki ədalətli məhkəmə araşdırması yalnız iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini ehtiva etmir, həmçinin qəbul edilmiş yekun məhkəmə aktının icrasını da özündə birləşdirir. Qətnamənin icrasının qeyri-müəyyən müddətə təxirə salınması həmin iş üzrə məhkəmənin gəldiyi nəticəni səmərəsiz etməklə hüquqların məhkəmə qaydasında müdafiəsinin həyata keçirilməsində qeyri-müəyyənlik yaradır.

24. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

25. Apellyasiya instansiya məhkəm əsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 17, 152.1, 152.5, 157.4, 157.5, 157.8, 158.2, 158.4-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 372.6, 372.7, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən Cavabdeh3 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq onunla əsaslandırılmışdır ki, mənzilin dövlət fondunda olmasına və mənzilə dair orderin 2008-ci ildə verilməsinə və mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasına baxmayaraq məhkəmə bu mənzili iddiaçının şəxsi əmlakı kimi qiymətləndirmiş və Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 152,157-ci maddələrinə, Konvensiyasının 1 saylı Protokoluna və mülkiyyətlə bağlı Avropa Məhkəməsinin bir sıra qərarlarına istinad etmişdir. Halbuki mənzil dövlət fondundadır və dövlətin məcburi köçkün ailəsini başqa yaşayış yeri ilə təmin etmək öhdəliyi də vardır. Həmin öhdəliyin icrası həyata keçirilmədən cavabdeh və onun ailə üzvlərinin 30 ildən artıq məskunlaşdıqları bir mənzildən çıxarılmaları onların faktiki olaraq yaşayış yerlərindən məhrum olmaları deməkdir.

28. Cavabdehlər qətnamənin icrasının qeyri-müəyyən müddətə təxirə salınmasını deyil, onların yaşayış yeri ilə təmin olunana qədər bu mənzildə yaşamalarına möhlət verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh hesab etmişdir ki, həmin müddət “Qeyri-müəyyən” müddət kimi qəbul edilməməlidir. Belə ki, cavabdehlərin məcburi köçkün düşdükləri rayonun işğaldan azad edilməsi yaxın gələcəkdə onların yaşayış yerlərinə köçürülmələrinə və nəticədə iddiaçının heç bir əngəl olmadan öz mənzilinə köçməsinə gətirib çıxaracaqdır. Cavabdehlər bu mənzilə köçən vaxt mənzil heç kimə ayrılmamış və həmin vaxt məskunlaşma olan mənzillərə dair sənədləşmələrin aparılması, orderlərin verilməsi də dayandırılmışdır. Lakin iddiaçı məhz cavabdehlər bu mənzilə məskunlaşdıqdan sonra bu sənədləşmələri aparmış, məhkəmə də bu mühüm halın mövcud olmasına baxmayaraq cavabdehin və ailə üzvlərinin mübahisəli mənzildə yaşamalarını iddiaç ının mülkiyyət əmlak hüquqlarına müdaxilə kimi qiymətləndirmiş birinci instansiya məhkəməsinin mövqeyini düzgün hesab etmişdir.

29. Cavabdeh məcburi köçkün ailəsi mənzil boş olan vaxt, tikintisi tam başa çatmadığı və dövlət tərəfindən istismara qəbul olunmadığı vaxt bu mənzilə köçmüş və digər əsaslar sonradan yaranmışdır. Dövlət fondunda olan bu mənzildən çıxarılmaları üçün dövlət tərəfindən onların başqa mənzillə təminatı həyata keçirilməli və hər iki şərt eyni vaxtda icra olunmalıdır. Lakin məhkəmə hazırki qətnamə ilə cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılmaları məsələsini həll edərək onların çıxarılmalarının başqa yaşayış sahəsi ilə təmin olunmaları müqabilində həyata keçirilməli olmasını qətnaməyə daxil etməmiş, bu isə bir ailənin evsiz qalması deməkdir.

30. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə işə baxarkən MPM-nin 8.1-ci maddəsinin tələbini pozmuşdur. Eyni zamanda məhkəmə bu iş üzrə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirməməklə Azərbaycan Respublikasının MPM-nin 9.1-ci maddəsinin tələblərini pozmaqla qətnamə çıxarmışdır. Məhkəmə işdə olan bütün sübutları qarşı tərəfin xeyrinə təfsir edərək bu işə baxmış, cavabdeh və onun ailə üzvlərinin bu mənzildə 1994cü ildən məskunlaşmaları barədə sübutlara düzgün qiymət verməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

31. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhru m edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

33. Maddə 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

34. Maddə 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə y ol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bü tün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən ş əxsə də mənsubdur.

38. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

39. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar h esab olunur.

43. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

50. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

51. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

52. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası kassasiya şikayətinin mübahisəli mənzilin dövlət fondunda olmasın a və mənzilə dair orderin 2008-ci ildə verilməsinə, mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmamasına baxmayaraq məhkəmə bu mənzili iddiaçının şəxsi əmlakı kimi qiyməkdə səhvə yol verməsi barədə dəlilini əsassız hesab edir.

56. Belə ki, apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin yuxarıda sadalanan normalarına əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

57. Həmçinin “Akimovanın Azərbaycana qarşı” 12 yanvar 2006-cı il tarixli işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında”Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. 58. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında qeyd olunmuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlar ının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

59. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırıl mış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

62. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

63. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1967/2023 nömrəli, 21 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar