Məhkəmə qərarları › İş №2(102)-1251/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1251/2023

08.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1251/2023 08.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X22, İddiaçı cavabdehlər Cavabdeh1 və İsmayıllı rayon notariat ofisinə (3-cü şəxslər: X14 və X6) qarşı “Vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabd ehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-753/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 08 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Ər-arvad X7 xx.xx.2006-cı il tarixdə, X4 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Onların birgə nikahlarından 6 övladları-Lətif, Oruc, Adilə, Sabahət, Təhminə (xx.xx.2018-ci il tarixdə vəfat etmişdir) və Xəliyulla adlı uşaqları olmuşdur. Həmin vərəsələrdən Xəliyulla valideynlərindən xeyli əvvəl, subay ölmüşdür. 2. 1988-ci il tarixdə tərtib edilmiş 240 nö mrəli Texniki pasporta görə İsmayıllı rayonu, Basqal qəsəbəsində 0,09 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi miras qoyan X5 məxsusdur. 3. 27 dekabr 2004-cü il tarixli JN-407/A KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən 0,09 ha həyətyanı torpaq sahəsi X7, X4 və Cavabdeh1 ümumi mülkiyyətlərindədir. 4. 01 oktyabr 2014-cü il tarixli RX ******* nömrəli “Hüquqların dövlət qeydiyyatına dair daşınmaz əmlakın dövlət reyestri”ndən Çıxarışa əsasən fərdi yaşayış evi X2 tam mülkiyyəti kimi qeydiyyata alınmışdır. 5. 2014-cü ildə cavabdehə valideynlərindən miras qalan yaşayış evinə və 0,09 ha torpaq sahəsinin üçdə ikisinə dair İsmayıllı rayon notariat ofisindən 31 oktyabr 2014-cü il tarixli reyestrdə 2V-1/336 və 2V-1/337 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.

6. Cavabdeh mübahisəli evinə dair öz adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 22 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində qeydə alınmış 29 noyabr 2014-cü il tarixli, RX seriyalı ******* nömrəli çıxarış almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun üzrə vərəsəlik hüququ haqqında 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi, valideynlərindən miras qalan 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407/A KOD 40700016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadət namə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan, xx.xx.2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, şəhadətnamələri əldə etdikdən sonra ona məlum olmuşdur ki, qardaşı Cavabdeh1 22 avqust 2014-cü il tarixdə İsmayıllı rayon notariat ofisinə ərizə ilə müraciət edərək bilərəkdən başqa vərəsələr barədə hissəni boş qoymuş və bu yolla onun vərəsəlik hüquqlarını pozmuşdur. Bundan əlavə, digər zəruri sənədləri alan zaman bu barədə onu məlumatlandırmamış və öz xeyrinə əmlak əldə etməyə nail olmuşdur. İsmayıllı rayon Basqal qəsəbə sakinləri Seymur Şəfiyev, Qurban Əhmədov və Bəylər Əhmədov tərəfindən tərtib edilərək imzalanmış aktla sübut edilir ki, atasından miras qalan fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi onun sahibliyində və istifadəsindədir. Valideynlərindən miras qalan İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən 0,09 hektar torpaq sahəsi qardaşı Cavabdeh1la aralarında olan razılıq əsasında iki yerə bölünərək hasarlanmışdır. Fərdi yaşayış evi ona məxsus olduğundan, onun payına düşən torpaq sahəsində yerləşir. İsmayıllı rayon Basqal bələdiyyəsinin 01 dekabr 2020-ci il tarixli, 18 nömrəli və İsmayıllı rayon İHB-nin Basqal qəsəbə İƏD üzrə nümayəndəliyinin 01 dekabr 2020-ci il tarixli, 123 nömrəl i oxşar məzmunlu arayışlarında mərhum Əməl Əhmədova məxsus olan və İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun övladları olan onun və qardaşı Cavabdeh1 öz aralarında razılıq əsasında daş hasarla bölündüyü, bölünmüş hissələrdən birindəki həyətdə olan ikinci yaşayış evində qardaşı Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığı, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığı, lakin onun ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək orada mövsümü yaşadığı və həmin evdə ona və ailəsinə məxsus əşyalar saxlanıldığı göstərilmişdir. Bundan əlavə, elektrik enerjisi satışı üzrə ÇJG/9 645796 nömrəli mədaxil qəbzi, **********00339 kodlu abonent saldosu və 24 avqust 2020-ci il tarixli 19/13 nömrəli arayışda kommunal xidm ətlərin və stasionar telefonun onun adına olduğu öz təsdiqini tapmışdır. Buna baxmayaraq, Cavabdeh1 ondan gizlin olaraq öz vərəsəlik hüquqlarını tanıtmaqla, onun vərəsəlik və mülkiyyət hüquqlarını kobud şəkildə pozmuşdur. O, fərdi yaşayış evinə faktiki sahiblik etməklə valideynlərindən miras qalan əmlakı faktiki qəbul etmişdir. İsmayıllı rayon Notariat ofisi vərəsəlik hüququnu rəsmiləşdirərkən qanunvericiliyin tələblərini pozmuş və onun hüquqlarını nəzərə almamışdır. Qardaşı Oruc digər vərəsələr barədə məlumat verməsə də, notariat ofisi də vərəsələrin dairəsini müəyyən etmək üçün heç bir cəhd göstərməyərək, digər vərəsələrə məlumat verməmişdir.

9. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, qardaşı atasının Bakı şəhərindən aldığı evi baha qiymətə sataraq, Bakı şəhə rində müxtəlif ünvanlardan 3-4 dənə ev almış, evlərin birində ailəsi ilə birlikdə yaşayır, digərlərini isə icarəyə vermişdir. İddiaçı ona müraciət edərək Basqal qəsəbəsindən torpaq sahəsi tapmağı xahiş etmişdir. Cavabdehin köməkliyi ilə Basqal qəsəbəsinin girəcəyində Basqal bələdiyyəsindən 13,5 sot torpaq sahəsi almışdır. İddiaçı əmlakının əvvəl atasının evində, sonradan isə vərəsəlik əsasında onun mülkiyyətinə keçmiş evdə qalmasına bir qardaş kimi narazılıq etməmişdir. Ancaq iddiaçı həmin əmlakların onun evində qalmasından suiistifadə edərək atasından ona miras qalan fərdi yaşayış evini valideynlərinin vəfatından sonra ələ keçirərək qapıları qıfıllamış və onu mülkiyyətində olan evə buraxmamışdır. Qardaşı onu mülkiyyətində olan evə buraxmadığından məcbur qalaraq həyətdəki yardımçı tikilidə qalmışdır. Valideynləri iddiaçı Bakı şəhərinə köçdükdən sonra vəfat etmişlər. Valideynləri vəfat etdikləri günədək onlarla birlikdə yaşamış, onlara qulluq etmiş və vəfat etdikdən sonra isə onların dəfn xərclərini çəkmişdir. İddiaçı mübahisəli evdə doğulmuş, orada yaşamış, ailə qurmuş və 1992-ci ildən isə Bakı şəhərinə köçərək orada atasının aldığı evdə yaşamışdır. Mübahisəli ev tikilərkən qardaşının üç yaşı olmuşdur. 1992-ci ildən qardaşı İddiaçı Basqal qəsəbəsindən qeydiyyatdan çıxdığından, torpaq islahatları vaxtı onun adı islahat siyahısına salınmamışdır. İddiaçı valideynlərinin vəfatından sonra miras əmlakla maraqlanmamışdır. 2011-2012-ci illərdə sovet dönəmindən vətəndaşların əmanət kassalarında və banklarda qalan pulların ödənişi başlayarkən atasından miras qalan az miqdarda pul vəs aitinin miras əmlak kimi qəbulu barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında pul vəsaiti onun adına ödənilmişdir. 2014-cü ildə isə atasından miras qalan əmlakın vərəsəlik qaydasında onun adına keçirilməsinə başlanmışdır. Həm bankdan pulun alınması, həm də atasından qalan əmlakın onun adına keçirilməsi zamanı iddiaçıya məlumat vermişdir. Ancaq iddiaçı atasından qalan əmlaklardan imtina edərək miras əmlaka ehtiyacının olmadığını bildirmişdir. İddiaçı mirasın onun adına rəsmiləşməsindən bir müddət sonra onun evində qalan az miqdarda əmlakını əsas tutaraq mülkiyyətində olan evə gəlib-getməyə və evin ona məxsus olmasını bildirərək fərdi yaşayış evinə dair mülkiyyət hüququnu pozmağa başlamışdır. İddiaçı mülkiyyət hüququnu pozması barədə hərəkətlərin in ötəri olduğunu düşünmüş, böyük qardaş kimi aralarındakı qardaşlıq münasibətlərinə xələl gəlməməsinə, aralarında baş verənlərdən el-obanın, qohum-əqrəbanın bilməməsinə çalışmış və mübahisənin öz aralarında sülh yolu ilə həll edilməsini istəmişdir. Lakin sonradan bu yolların keçərli olmamasını görərək iddiaçıya qarşı iddia tələbi ilə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə evdən çıxarılma və mülkiyyət hüququna maneçiliklərə qadağa qoyulmasına dair iddia tələbi ilə müraciət etmişdir. İddiaçıya qarşı irəli sürdüyü iddia tələbi məhkəmə tərəfindən aidiyyət məsələsinə görə geri qaytarılmışdır. Bundan sonra iddiaçı ona qarşı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Qardaşı İddiaçı mülkiyyətində olan fərdi yaşayış evini qanunsuz olaraq əlindən aldıqdan sonra 3-4 il əvvəl Basqal qəsəbəsinə qaz xətti çəkilərkən qanunsuz yollarla qaz xəttini öz adına çəkdirmişdir. Qardaşı İddiaçı miras əmlakı qoruyub saxlamamış, miras əmlakla maraqlanmamış, mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ərzində heç bir hərəkət etməmiş, miras əmlakı nə qanuni, nə də faktiki qəbul etməmişdir. Valideynləri vəfat edənədək onlarla birlikdə yaşamış, onların vəfatından sonra da miras əmlakı faktiki qəbul etmiş, miras əmlakı qoruyub saxlamışdır. İddiaçı miras əmlakı qəbul etməmiş, mirasla maraqlanmamış, eyni zamanda atası sağlığında iddiaçıya çatan miras payını ödəmiş və bununla tam razılaşdığından 2014-cü ildə mirasla bağlı mübahisə açmamışdır.

10. Məhkəmə iclasında dindirilmiş Şahid1 göstərmişdir ki, İsmayıllı rayon İHB-nin Basqal İƏD üzrə nümayəndəsi işləyir. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakinləri kimi tanıyır. “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil1 sorğusu əsasında arayış vermiş və arayışda İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını göstərmişdir. Mübahisəli əraziyə baxış keçirdikdən sonra arayış tərtib etmişdir.

11. Şahid2 göstərmişdir ki, İsmayıllı rayon Basqal qəsəbə bələdiyyəsinin sədri vəzifəsini müvəqqəti icra etmişdir. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. “Verdiktum” Vəkil Bürosunun vəkili Vəkil1 sorğusu əsasında arayış vermiş və arayışda İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatda olmalarını, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsinin mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı ray onu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölündüyünü, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə birlikdə yaşadığını, digər hissədə yerləşən ata mülkündə isə hal-hazırda daimi yaşayışın olmadığını, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşadığını, həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanıldığını, İddiaçı və Cavabdeh1 hər birinin adında ayrıca qaz və işıq sayğaclarının, su və telefon xəttinin olduğunu göstərmişdir.

12. Şahid X15 göstərmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 xalası oğludur. Hər ikisi İsmayıllı rayonu Basqal qəsəbəsində doğulub orada yaşayıblar. İddiaçı ata mülkündə yaşadıqdan sonra bir müddət Rusiya Federasiyasına gedib-gəlibdir. Sonradan yenə də ata mülkünə qayıtmış və hazırda orada yaşayır. İddiaçı və Cavabdeh1 valideynləri rəhmətə getdikdən sonra onların atadan qalma evdə daimi yaşayış olmamışdır. İddiaçı hər il yay mövsümündə atadan qalma evə gələrək orada istirahət etmişdir. İddiaçı atadan qalma evdə müəyyən əşyaları var. Cavabdeh1 atadan qalma evdə deyil, həmin həyətdə yerləşən ikinci yaşayış evində ailəsi ilə birlikdə yaşayır.

13. Şahid X10 göstərmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. Usta işləyir. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. O, İddiaçı və Cavabdeh1 yaşadıqları həyətin hasarını çəkmişdir. Hasarın pulunu Cavabdeh1 və anası Tamara Əhmədova vermişdir.

14. Şahid X11 bildirmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 qonşularıdır. İddiaçı Bakı şəhərində yaşasa da yay aylarında ailəsi ilə birlikdə atadan qalma evə gəlib-getdiyini görmüşdür. Onların ata mülkündəki həyətdə əvvəllər bölgü olmamışdır. Valideynləri vəfat etdikdən sonra onlar həyəti öz aralarında bölüblər. İddiaçı valideynləri vəfat edəndə onların dəfn və yas mərasimlərində iştirak etmişdir. Cavabdeh1 atası vəfat edəndə Rusiya Federasiyasında olmuş və atasının dəfninin üçüncü günü gəlib çıxmışdır. Cavabdeh1 anası vəfat edəndə dəfn mərasimində iştirak etmişdir.

15. Şahid X16 bildirmişdir ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 dayısıdır. Onlar arasında yaranan mübahisə torpaq sahəsi ilə bağlıdır. Uşaq vaxtı mübahisəli evə gə lərkən qohumları ata evinin İddiaçı məxsus olduğunu və həmin evə girməmələrini bildirirdilər.

16. Şahid X12 göstərmişdir ki, Şamaxı şəhərində yaşayır. İddiaçı və Cavabdeh1 qayınlarıdır. Əvvəllər mübahisəli həyətə gəlib getmişdir. Mübahisəli həyətə gəlib-gedərkən qohumları evin İddiaçı məxsus olduğunu bildirmişlər. İddiaçı mübahisəli həyətdə çox zəhməti olubdur.

17. Şahid X8 göstərmişdir ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır. İddiaçı və Cavabdeh1 həmkəndliləridir. Mübahisəli həyətə hasar çəkilərkən onların anası mərhum Tamara Əhmədova sağ olmuşdur. Hasar çəkilərkən ustaya kömək etmişdir. X24 çəkmişdir. Onun pulunu ustası Qurban Əhmədov vermişdir.

18. Şahid X9 göstərmişdir ki, İsmayıllı rayonu Zeyvə kəndində yaşayır. İddiaçı və Cavabdeh1 Basqal qəsəbə sakini kimi tanıyır. Mübahisəl i həyətin bölünməsini və bölünmüş əraziyə hasar çəkilməsini İddiaçı təşkil etmişdir. Həyətə hasar çəkilərkən Cavabdeh1 və ailə üzvləri hasar çəkilən əraziyə gəlməmişlər. Cavabdeh1 və ailə üzvləri mübahisəli həyətin bölünməsinə və hasar çəkilməsinə müdaxilə etməmişlər.

19. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-119/2021 nömrəli, 10 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Rəfayel Şirinov) iddia rədd edilmişdir.

20. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh1 valideynlərindən miras qalan əmlakı qoruyub saxlamış, həmin əmlakı faktiki olaraq idarə etmiş, mirası qəbul etməsini təsdiq edən sübutları notariat orqanına təqdim edərək öz adına 31 oktyabr 2014-cü il tarixli, reyestrdə 2V-1/336 və 2V-1/337 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqı nda şəhadətnamələr almışdır. Cavabdeh1 adına 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində çıxarış sənədi hazırlanarkən qanunvericiliyin tələblərinə riayət olunduğundan, iddia tələbi Cavabdeh1 adına verilmiş 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və ondan yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair hissədə rədd edilməlidir.

21. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə ilə notariat ofisinə müraciət etməli olduğu halda, notariat ofisinə müraciət etm ədən məhkəməyə miras əmlak üzərində vərəsəlik hüququnun tanınması barədə qeyri-müəyyən tələblə müraciət etmişdir. İddiaçı, həm də miras əmlak üzərində öz payını müəyyənləşdirmədən cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlərdə miras paylarının naturada bölünməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Ona görə də iddia tələbi iddiaçının valideynlərindən miras qalan 27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş, JN407A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydiyyata alınmış və qeydiyyat nömrəsi ********** olan, 01 oktyabr 2014-cü il tarixli Çıxarış üzrə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən əmlak üzərində vərəsəlik hüquqlarının tanınması və cavabdehlə aralarında əldə edilən razılıq əsasında müəyyənləşdirilmiş sərhədlər də miras paylarının naturada bölünməsinə dair hissədə də rədd edilməlidir.

22. İddiaçı protokola dair qeyd vermiş, 07 aprel 2021-ci il tarixli, 2(037)-119/2021 nömrəli qərardadla (hakim – Rəfayel Şirinov) həmin qeydlər rədd edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vərəsəlik işindən görünür ki, cavabdeh notariat ofisinə müraciət edərək, digər vərəsələrin olmasını qeyd etməmiş (gizlətmiş), notariat ofisi bununla bağlı, yəni həqiqətən də miras qoyanın digər vərəsələrinin olmamasını araşdırmadan miras əmlakdan tam pay alması barədə cavabdehə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da, miras qoyanın uşaqlarının hüquqlarını pozmuşdur.

24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1, 1243.2 və 124 3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

25. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələblərini işdə olan və əlavə edilmiş sübutlar əsasında tam və hərtərəfli araşdırmaqla iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şahid ifadələrindən də göründüyü kimi valideynlərindən miras qalan əmlakın məhz İddiaçı tərəfindən qorunduğu, abadlaşdırıldığı və tərəflərin ümumi razılığı əsasında bölündüyü sübuta yetir. İstər şahid ifadələri ilə, istərsə də mülki qanunvericiliyin normaları ilə tam olaraq İddiaçı əmlakı faktiki qəbul etdiyinə istinad etmək olar. Bundan əlavə, İddiaçı tə rəfindən miras əmlakın faktiki qəbulunu təsdiq edən növbəti sübut iş materiallarına vəkil sorğusu əsasında əldə edilərək əlavə olunmuş İsmayıllı rayon İHB-nin Basqal qəsəbə İƏD Nümayəndəliyinin və İsmayıllı rayon Basqal Bələdiyyəsinin eyni məzmunlu arayışlarında qeyd edilmişdir ki, İsmayıllı rayon Basqal qəsəbə sakini olmuş 1926-cı il təvəllüdlü mərhum Əməl Əhmədovun mülkiyyətində olan fərdi yaşayış evində oğlu Cavabdeh1 və ailə üzvlərinin daimi qeydiyyatdadır, mərhuma məxsus olmuş İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən həyətyanı torpaq sahəsi mərhumun Bakı şəhərində qeydiyyatda olan oğlu İddiaçıla İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayan oğlu Cavabdeh1 tərəfindən öz aralarında bölünmüş, bölünmüş hissələrdən birində həyətdə olan ikinci yaşayış evində Cavabdeh1 ailə üzvləri ilə bir likdə yaşayır, digər hissədə yerləşən ata mülkündə isə hazırda daimi yaşayış yoxdur, ancaq İddiaçı ailə üzvləri ilə birlikdə hər il yay mövsümündə həmin evə gələrək mövsümi yaşayır və həmin evdə İddiaçı və ailə üzvlərinə məxsus əşyaların saxlanılır. Hər iki evin girişi, qaz, işıq və su xətləri də ayrıdır. Analoji məzmunlu 11 yanvar 2021-ci il tarixli, 09 saylı arayış cavabdehin müraciəti əsasında sonuncuya da təqdim edilmişdir. Bundan əlavə, miras əmlakın iddiaçı tərəfindən iddiaçıya aid hissəsinin faktiki qəbulunu cavabdehin məhkəmədə qaldırdığı bir digər mülki işdə tam olaraq sübuta yetirir. Belə ki, mülki iş üzrə cavabdeh tərəfindən İsmayıllı Rayon Məhkəməsinə xx.xx.2020-ci il tarixdə təqdim edilən iddia ərizəsində İddiaçı və X3 ona məxsus olan evdən çıxarılmaları və özünün ailəsi ilə b irlikdə həmin evə köçürülməsi, həmçinin mülkiyyət hüququna edilən maneçiliyin qadağan edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsində həmin iddia üzrə 2(037)-122/2021 saylı mülki iş başlansa da, tərəfindən verilən vəsatətdən sonra mülki işin icraatı dayandırılmışdır.

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X14 göstərmişdir ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Atası sağlığında Lətifə Bakıdan ev almışdır ki, Orucu evləndirsin, hazırda mübahisəsi gedən ev də Oruca qalsın. Valideynləri əvvəllər Türkmənistan Respublikasında yaşamış, o, Türkmənistanda anadan olmuşdur. Azərbaycana qayıtdıqdan sonra İsmayıllı rayonu Basqal kəndində hazırda mübahisəli evdə yaşamışlar. Həmin evi atası 1960-cı ildə tikmişdir. O isə 1974-cü ildə ailə q urmuş və atası evindən çıxmışdır. O, ərə köçəndən sonra evdə valideynləri ilə birlikdə Oruc yaşamışdır. Atası Lətifə Bakı şəhərində ev alıb demişdir ki, bu evlər Orucundur. Evin açarlarını Lətifə xalası oğlu vermiş, Lətif Orucu həmin evdən zorla çıxarmamışdır. Atası rəhmətə gedəndən sonra orada yaşamamışdır, əvvəllər evdən pay istəməmişdir, halhazırda 1960-cı ildə tikilən evdən payını istəyir. Atası rəhmətə gedəndə Oruc Basqalda olmuşdur. Atasının yas mərasiminin keçirilməsinə hamı kömək etmişdir.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X13 göstərmişdir ki, bacısı Adilənin dedikləri ilə razıdır. Mübahisəli ev 1960-cı ildə tikilmişdir. O, 1979-cu ildə ərə getmişdir. Atası rəhmətə gedəndən sonra həmin evdə yığışmışlar. Anası deyirdi ki, Lətifə ev almışıq, evdən çıxsın, Orucu evləndirək. Anası rəhmətə gedəndən sonra həmin evdə yığışmamışlar. O, həmin evdən öz payını tələb edir, özünə düşən payını Oruca verəcəkdır.

29. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X17 göstərmişdir ki, tərəflərin hər ikisi onun qaynıdır. İddiaçının və cavabdehin ən böyük bacıları onun həyat yoldaşı olmuşdur. Qayınatası Lətifi evləndirib, həmin evə köçürmüşdür. Qayınatası deyirdi ki, bu ev Lətifindir, digər ev isə Orucun. Hazırda həmin ev Lətifindir. Lətifin bacıları onunla ədavət aparırlar. Mərhum həyat yoldaşına düşən payı Lətifə bağışlayır. Lətifin daimi yaşayış yeri İsmayıllı rayonu Basqal kəndi olmuş, lakin bir müddət işləmək üçün Bakı şəhərinə getmişdir. Lətif atası evində ailəsi ilə birlikdə 30 ilə yaxındır yaşayır. Valideynləri də Lətifi evləndirdikdən sonra onunla yaşamışlar.

30. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1186/2021 nömrəli iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Abbasov (sədrlik edən və məruzəçi), A.Eyvazov və A.Eyvazov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

31. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

32. İddiaçı (Vəkil2 ) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

33. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materialları və şahid ifadələri ilə iddiaçının miras əmlakı faktiki qəbul etdiyi tam sübuta yetirilmişdir. İddiaçının istifadəsində və sahibliyində olan ev ilə Cavabdeh1 yaşadığı ev arasında hər ikisinin razılığı ilə hasar çəkilmişdir, həmin hasarın bütün xərcini iddiaçı çəkmişdir. Lakin məhkəmə kollegiyası bunu nəzərə almamışdır. Eyni zamanda iddiaçının miras əmlakı faktiki qəbul etdiyi cavabdehin təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizədə də öz əksini tapmışdır.

34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1357/2022-ci il nömrəli iş üzrə 12 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər-Ə.Əhmədov (sədrlik edən və məruzəçi), V.Həsənov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin 19 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apell yasiya baxışına qaytarılmışdır.

35. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının nə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmək barədə ərizə verməklə, nə də miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etmədiyi qənaətinə gəlsə də, məhkəmə kollegiyası bununla razılaşmır. Belə ki, apellyasiya instansiyası məhkəməsi ümumiyyətlə işdə iştirak edən şəxslərin, habelə birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayıb qiymətləndirmədən, iddiaçının miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməs inə dair işə əlavə edilmiş çoxsaylı yazılı sübutlara, o cümlədən işdə iştirak edən şəxslərin izahatlarına, şahid ifadələrinə obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət vermədən, həmçinin cavabdehin özünün miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamasının nədə ifadə olunduğunu iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olaraq kifayət qədər əsaslandırmadan, yalnız cavabdehin 22 avqust 2014-cü il tarixdə, yəni mirasa vərəsəlik açıldıqdan 8 il sonra mirası qəbul etməsinə dair notariat ofisinə verdiyi ərizəni və ona əlavə edilmiş Basqal qəsəbə nümayəndəsinin 22 avqust 2014-cü il tarixli arayışını əsas tutub birinci instansiya məhkəməsinin gəldiyi nə ticə ilə razılaşmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlillərini qismən əsaslı sayaraq qeyd etmişdir ki, işə yenidən apellyasiya qaydasında baxılarkən ilk növbədə həm iddiaçının, həm də cavabdehin miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktik başlamaqla mirası qəbul edib-etməmələri, onlar arasında miras əmlakın bölgüsü barədə hər hansı razılaşmanın olub-olmadığı, mirasa vərəsəlik açıldıqdan sonra mübahisəli evin faktiki kimin sahibliyində, istifadəsində olduğu tam, hərtərəfli və obyektiv araşdırılmaqla, iddianın əsaslığına düzgün hüquqi qiymət verilməlidir. d) Ape llyasiya instansiyası məhkəməsindəki ikinci icraat

37. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-753/2022 nömrəli iş üzrə 07 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Mahmudov (sədrlik edən və məruzəçi), M.Əsədli və G.Cavadova) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, İsmayıllı rayon notariat ofisi tərəfindən verilmiş 31 oktyabr 2014-cü il tarixli, 2V-1/336 və 2V-1/337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr və onların əsasında verilmiş sənədlər (onların hüquqi nəticələri) etibarsız hesab edilmiş, X7 və X1 miras qalmış (01 oktyabr 2014-cü il tarixli Çıxarış -27 dekabr 2004-cü il tarixdə tərtib edilmiş JN-407 A saylı “Torpağın mülkiyyətə verilməsinə da ir” Şəhadətnamə əsasında) ümumi birgə mülkiyyət hüququ əsasında İsmayıllı rayonu, Basqal qəsəbəsində yerləşən 0,09 ha torpaq sahəsinin 2/3 hissəsində və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evində İddiaçı və Cavabdeh1 miras payı bərabər (yəni torpaq sahəsində hər birinə 2/3: 2= 2/6 pay, fərdi yaşayış evində isə ½ pay) olmaqla müəyyən edilmişdir. İddia tələbi qalan hissədə rədd edilmişdir.

38. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi kassasiya instansiyası məhkəməsinin gəldiyi qənaətlə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən cavabdehin notariat ofisinə müraciət edərkən mirasın faktiki qəbulu ilə bağlı lazımı sənədləri təqdim etməsi ilə əsaslandırmışdır, məhkəmənin bu qənaəti əsassız olmuşdur. Belə ki, mülki işin materiallarına əlavə edilmiş notariat işinin tədqiqi əsasında müəyyən edilmişdir ki, cavabdeh notariat ofisinə müraciət edərkən şəhadətnamənin verilməsinə dair ərizənin “məndən başqa aşağıdakı vərəsələr var” qrafası boş saxlanılmış, sonuncu tərəfindən həmin qrafada digər vərəsələr barədə hər hansı qeyd aparılmamışdır. Halbuki yuxarıda qeyd olunduğu kimi miras qoyanların cavabdehdən başqa digər vərəsələri də olmuşdur (i/m 1-ci cild səh. 20-36). Qeyd olunanlardan belə qənaətə gəlinir ki, İsmayıllı rayon notariat ofisi tərəfindən miras qoyan şəxslər barəsində vərəsəlik işi açılarkən notarius tərəfindən vərəsələrin dairəsi dəqiq müəyyənləşdirilməmiş, yalnız icra nümayəndəliyi tərəfindən verilmiş arayışla və mirası sənədləşdirən vərəsənin (Cavabdeh1) ərizəsi ilə kifayətlənərək vərəsəlik hüququ haqqında şəhadətnamə vermiş, bununla da notarius tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1318-ci maddəsinin tələbləri, həmçinin “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun və “Notariat hərəkətlərinin aparılması haqında” Təlimatın tələbləri pozulmuş, nəticədə digər vərəsələr, o cümlədən iş üzrə İddiaçı atasından miras qalmış əmlakdan kənarda qalmışdır.

39. Apellyasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, İddiaçı miras əmlaka sahiblik etməsi və onu idarə etməyə faktik başlamaqla mirası qəbul etməsi iddiaçının özünün və işdə iştirak edən digər şəxslərin izahatlarından əlavə çoxsaylı digər sübutlarla İsmayıllı rayon İHB-nin Basqal qəsəbə İƏD Nümayəndəliyinin və İsmayıllı rayon Basqal Bələdiyyəsinin arayışları, miras torpaq sahəsinin hasar çəkilməklə iddiaçı və cavabd eh arasında iki hissəyə bölünməsi, tərəflərin həyətdə olan ayrı-ayrı evlərdə yaşamaları, iddiaçının əmlakının həmin evdə olması, elektrik enerjisi satışı üzrə ÇJG/9 645796 nömrəli mədaxil qəbzi, **********00339 kodlu abonent saldosu, kommunal xidmətlərin və stasionar telefonun onun adına olması ilə öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri e) Kassasiya şikayətinin dəlilləri

40. Cavabdeh (vəkili Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

41. Kassasiya şikayəti iddia ərizəsinə etirazda irəli sürülmüş dəlillərlə eyni məzmunda əsaslandırılmış və əlavə qeyd edilmişdir ki, iddiaç ının uzun müddət ərzində mübahisəli yaşayış sahəsində yaşamaması və başqa yaşayış məntəqəsinə köçməsi onun əvvəllər mövcud olmuş istifadə hüququnun xitamı ilə nəticələnmişdir. Habelə, xüsusilə müddətin həddindən artıq olmasını və işin qeyd edilən digər faktiki hallarını nəzərə alaraq, iddiaçının mübahisəli yaşayış sahəsinə istifadə hüququnu itirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

43. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

44. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş e lan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

45. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

46. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). bərabər pay hüquqlu birinci növbədə vərəsələr sayılırlar.

47. Maddə 1243.1. Vərəsə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə qəbul etməlidir.

48. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahilik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş et dirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

49. Maddə 1318. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

50. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

51. Maddə

59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olma sını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibəti ni tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri cavabdehin iddiaya etirazının dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və həmin məhkəmə tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, t əkrar qiymətləndirməyə zərurət görmür.

61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

62. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbinin bir hissəsinin şəhadətnamələrdən “yaranan hüquqi nəticələrin etibarsız hesab edilməsi” kimi ifadə edilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni qaydada təmin olunması (“Şəhadətnamələr və onların əsasında verilmiş sənədlər (onların hüquqi nəticələri) etibarsız hesab edilsin”) həmin məhkəmənin qətnaməsinin ləğv olunmasına əsas verən prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Çünki, baxılan mülki işin mübahisəsiz qaydada müəyyən edilən hallarına görə mübahisələndirilən şəhadətnaməl ər əsasında verilmiş yeganə sənəd (onların yeganə hüquqi nəticəsi) miras əmlakların daşınmaz əmlakın dövlət reyestrində cavabdehlərin adına qeydə alınması olmuşdur. Mövcud vəziyyətdə iddianın göstərilən şəkildə təmin olunması şəhadətnamələrin etibarsız hesab edilməsi ilə yanaşı, həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv olunmasını nəzərdə tutur.

63. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

64. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X23 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhk əməsinin Mülki kollegiyasının 2(107)-753/2022 nömrəli, 07 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar