Məhkəmə qərarları › İş №2(102)-1252/2018

Ali Məhkəmə Qərar — İş №2(102)-1252/2018

02.03.2018 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2018 02.03.2018 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-1252/2018 şəhəri 02 mart 2018-ci il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Fidan Namiq qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli 2(103)-8604/2017 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim M.Sadıqov) 01.06.2017-ci il tarixli 2(007)1534/2 017 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “cavabdehin Bakı şəhəri ************************* nömrəli evdən məcburi çıxarılması” tələbinə dair iddiası rədd edilmiş, məhkəmə xərcləri İddiaçı aid edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) 22.08.2017-ci il tarixli 2(103)-8604/2017 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 01.06.2017-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. İddiaçı 06.11.2017-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayət i verməsi üçün onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər E.Həsənov, X.Mərdanova, İ.Vəliyev) 23.11.2017-ci il tarixli 2(103)-8604/2017 nömrəli qərardadı ilə İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə ərizəsi təmin edilməmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçıkassasiya şikayətini onunla əsa slandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi onu dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin etməkdən imtina edərkən, vəkil tutmağa maddi imkanı olmamasını nəzərə almamış, qanunsuz və əsassız qərardad qəbul etmişdir. Ona görə də, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli qərardadının ləğv edilməsini, dövlət vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişdir. Lakin, İddiaçı, Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhər İH MKTD, Bakı şəhər İH MKTD-nin 2 saylı XT MKTB-nin 25 saylı MKİS, Bakı şəhər İH MKTD-nin 2 saylı XT M KTB-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 23.11.2017-ci il tarixli qərardadı ilə İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 22.08.2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunması barədə əri zəsini təmin etməkdən imtina edərkən haqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Azərbaycan Respublikası MPM-in 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs(onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayə ndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-in 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Azərbaycan Respublikası MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası MPM-in 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Azərbaycan Respub likası MPM-in 67.2-ci maddəsinə əsasən bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Göründüyü kimi, qanunverici tərəfin maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanının olmadığı müəyyən edildiyi halda, onun dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsini nəzərdə tutur. Lakin iddiaçı maddi imkanının olmamasının təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçının vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmaması qənaətinə gəlmək üçün yetərincə əsaslar yoxdur. Bu səbəbdən, apellyasiya instansiy ası məhkəməsi iddiaçının ərizəsini təmin etməkdən imtina edərkən haqlı olmuşdur. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayə ti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2017-ci il tarixli 2(103)8604/2017 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar