Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2019 25.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 25 » fevral 2019-cu il İş № 2(102)-1252/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçının vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsindən Ləğv prosesində olan İddiaçı “xxxx” ASC-nin, vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09 iyul 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (bank) Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” tələblərinə dair iddiası qismən təmin edilərək Cavabdeh2 7641,96 manat əsas, 1725,65 manat faiz, 100 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla cəmi 9497,61 (doqquz min dörd yüz doxsan yeddi manat altmış bir qəpik) manatın alınaraq banka ödənilməsi, tələbin Cavabdeh1 məxsus olan Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən bağ sahəsinə yönəldilməsi və ilkin satış qiyməti 15 000 (on beş min) manat olmaqla açıq hərracdan satılması, ipoteka predmetinin satışından əldə olunan vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, iddia tələblərinin qalan hissədə təmin edilməməsi, ekspert iza tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manatın Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə köçürülməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov sədrlik edən və məruzəçi, X.Mərdanova və F.Talışinski, iş № 2(103)-11470/18) apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-683/2018 saylı iş üzrə 09 iyul 2018-ci il tarixli qətnaməsi Cavabdeh2 100 (yüz) manat cərimə borcunun tutulması hissəsində dəyişdirilməsi, Cavabdeh2 tutulmalı olan cərimə borcunun məbləği 500 (beş yüz) manat müəyyənləşdirilməsi, qətnamənin İddiaçı“xxxx” ASC-nə münasibətdə və onun mübahisələndirdiyi digər hissədə, yəni “cavabdehdən 1725,65 manat faiz borcunun tutulması” hi ssəsində dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi” ni xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı Ləğv prosesində olan “xxxx” ASC-ti və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, cavabdeh qrafik üzrə ödənişlərdə gecikdirmə hallarna yol vermiş və bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq gecikdirilən ödəniş məbləğinə ikiqat faiz hesablanmışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarxli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, Bakı Apellyasiya Məhkəməsinin 01 noyabr 2018-ci il tarxli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən k ollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın qəbul etdiyi 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci və apellyasiya instansiyaları məhkəmələri tərəfindən sübut kimi müəyyən olunan faktlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi yoxlanılarkən iş materiallarında olan sübutlara və hüququ faktlara istinad edilməsi faktiki halların araşdırılması kimi qiymətləndirilə bilməz. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh2 ilə bank arasında 15.10.2014-cü il tarixdə kreditmüqaviləsi bağlanaraq ona illik 22% ödəməsi şərtilə 24 ay müddətinə 13 000 manat məbləğində kredit verilmiş, kredit öhdəliklərinin təminatı olaraq Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən bağ sahəsi/torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, 28.04.2017-ci il tarixinə onun 7641,96 manat əsas, 2602,64 manat faiz, 1702,24 manat cərimə olmaqla cəmi 11946,84 ma nat borcunun yarandığı hesablanmışdır. Birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin müddətinin 15.10.2016-cı il tarixində bitmiş olmasını əsas götürərək həmin tarixə yaranmış borc məbləğlərinin hesablanması üçün ekspertiza təyin etmiş, ekspert qeyd olunan tarixə Cavabdeh2 1725,65 manat faiz borcunun olduğunu müəyyən etmiş, məhkəmə də məhz bu rəqəmi əsas götürərək, habelə cərimə borcunun məbləğini mütənasib hesab etdiyi həddədək azaldaraq müvafiq nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, birinci instansiya məhkəməsinin kredit faizinin məbləğinin müqavilə müddəti ərzində hesablanmalı olması qənaəti ilə düzgündür belə ki, borcalana müqavilə əsasında 28.04.2017-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla Cavabdeh2 arasında bağlanmış müqavilə üzrə kredit 24 ay müddətinə (15.10.2016-cı il tarixinə qədər) verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 22% ödəməli olduğu razılaşdırılmışdır. Bu baxımdan kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh2 hesablanmalı olan faiz borcunun 1725,65 manat təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir. Hazırki işin hallarından görünür ki, cavabdehin 7641,96 manat olduğu mübahisəli olmayan əsas borcuna münasibətdə iddiaçı 1702,24 manat cərimə hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəm əsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman səhvə yol vermişdir. Cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 500 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Apellyasiya Məhkəməsi gəldiyi nəticəni hüquqi cəhətdən aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “...kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyy ənləşdirilə bilər.Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir.Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir...Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyy ənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur”. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdi yi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və həmin nəticəyə tətbiq etdiyi maddi və prosessual hüquq normaları düzgün olmuşdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlilləri ilə əlaqədar qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iş materiallarında olan iddiaçı tərəfin iddiasının əsası və cavabdeh tərəfin iddiaya olan etirazının əsası kimi istinad etdiyi hallar və təqdim edilmiş sənədlər üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edərək onun da nəticələrinə işin digər sübutları ilə yanaşı huquqi qiymət verməklə həm həmin rəyə, həm işin faktiki hallarına, həm tərəflərin qarşılıqlı münasibətinə, həm də mülki işin materiallarına istinad edərəkgəldiyi nə ticəsi əsaslıdır. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərəkdüzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, cavabdeh apellyasiya şikayətinin dəlillərini təsdiq edən sübutları apellyasiya instansiyası məhkəməsinə qismən təqdim edə bilmiş, məhkəmə instansiyası tərəfindən onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-c i il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcədəMPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə cavabdeh X1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu ma ddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 01 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-1252/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1252/2019
25.02.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver