Məhkəmə qərarları › İş №2(102)-1252/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-1252/2020

02.03.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2020 02.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və X1 ibarət tərkibdə, X10 oğlunun katibliyi, İddiaçı və vəkili xxx iştirakları ilə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx tarixli xxx saylı qətnaməsindən İddiaçı və vəkili xxx tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə onun birgə nikahı dövründə əldə olunmuş və X5 mənzilinin (bundan sonra – mübahisəli mənzil) onunla cavabdeh arasında bölünərək 2 / 3 hissəsinə özünün, 1/3 hissədə isə cavabdehin payının müəyyən olunması, habelə özünün azyaşlı övladı xxx ilə birlikdə həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı “iddia ərizəsinə əlavə-iddia həcminin artırılması” başlıqlı ərizə ilə Məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikah dövründə əldə etdikləri “VAZ 21150 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin (bundan sonra – avtomobil) satışından əldə olunmuş pulun yarısının – 10.000 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xxx tarixli, xxx saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, X5 mənzilinin 1/2 hissəsinə İddiaçı,1/2 hissəsinə cavabdeh X4 payının müə yyən edilməsi, İddiaçı 25.12.2012-ci il təvəllüdlü X7 ilə birlikdə X5 mənzilinə köçürülməsi, “VAZ 21150” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin satışıdan əldə olunmuş 1.400 manat vəsaitin 1/2 hissəsinə İddiaçı payı müəyyən edilməsi və 700 manat cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 1/2 hissəsi cavabdeh X5 aid edilməsi və bu məqsədlə sonuncudan 15 manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.Məcidov - sədrlik edən, İ.Quliyev - məruzəçi, M.Əsədli) xxx tarixli xxx saylı qətnaməsi ilə iş üzrə Yevlax Rayon Məhkəməsinin xxx tarixli, xxx saylı qətnaməsi dəyişdirilmədən, iddiaçının apelyasiya şikayəti isə təmin edilmə dən saxlanılmışdır. İddiaçı və vəkili xxx kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən iş üzrə düzgün araşdırma aparılmayaraq maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı və vəkili xxx kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. İşlə əlaqədar digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. İşin materiallarından görünür ki, iş üzrə tərəflər 08.03.1999-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Bu nikahdan onların 2000-ci il təvəllüdlü xxx və 2012-ci il təvəllüdlü xxx adlı 2 övladları vardır. Tərəflərin nikahları Yevlax Rayon Məhkəməsinin xxx tarixli xxx saylı qətnaməsi ilə pozulmuş, azyaşlı xxx an asının yanında qalması qət edilmişdir. Birgə nikah dövründə X8 01.12.2000-ci il tarixdə, 1-ci Yevlax DNK-da 3M-1-38 № ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinə əsasən X5 mənzilini almış və mənzil hal-hazırda onun mülkiyyətindədir. İddiaçı birgə nikah dövründə əldə olunmuş X5 mənzilinin onunla cavabdeh arasında bölünərək 2/3 hissəsinə özünün, 1/3 hissədə isə cavabdehin payının müəyyən olunmaqla onun mənzilə köçürülməsini, həmçinin birgə nikah dövründə əldə etdikləri “VAZ 21150 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pulun yarısının – 10.000 manatın cavabdehdən alınaraq ona verilməsini iddia etmişdir. Cavabdeh tərəf iddianın qismən təmin edilməklə birgə nikah dövründə əldə edilmiş mənzilin və əldə olunaraq satılmış avtomobilin satış dəyərinin 1\2 hissədə bölünməsinə etiraz etməmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında mübahisələndirməsə də, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.3, 36.3, 36.4, 37.1, 37.2-ci maddələrinə istinadən gəldiyi nəticələrin əsaslandırılmasından göründüyü kimi, iddiaçı avtomobilin qəsdən ucuz satıldığını iddia etsə də, bununla bağlı məhkəmə kollegiyasına hər hansı sübut təqdim etməmişdir. Eləcə də uşağın olması faktı öz-özlüyündə payların qeyri-bərabər qaydada müəyyən olunması üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apellyasiya şikayət inin məzmununa uyğun olaraq haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini X5 mənzilinin iddiaçı ilə cavabdeh arasında hər birinin 1/2 hissədə paylarının müəyyən edilməli olması hissəsində qanuni və əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydas ında həyata keçirilir. Həmin Məcəllənin 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmladakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ərarvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. X5 mənzilinin tərəflərin birgə nikah dövründə əldə edilməsi faktı işin mübahisəsiz halıdır və qanunvericiliyə görə ər-arvadın ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Lakin iddiaçı bu payların qeyri-bərabər bölünməli olmasının əsası kimi birgə nikahlarından olan uşağın birinin onun yanında qalmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, uşağın olması faktı öz-özlüyündə payların qeyri-bərabər qaydada müəyyən olunması üçün əsas deyildir. Payların qeyri-bərabər qaydada müəyyən edilməsi üçün əsas uşağın mənafeyidir. Ailə Məcəlləsinin 37.2-ci maddəsində nəzərdə tut ulmuş mənafeyi o zaman nəzərə alınır ki, uşaq səhhətinə görə və ya xüsusi təhsil aldığına görə və ya marağına görə hər hansı bir yaradıcılıq fəaliyyəti ilə məşğul olduğu zaman adi hallardan fərqli olaraq daha geniş yaşayış sahəsində yaşamağa ehtiyacı olsun (məsələn: astma xəstəliyi zamanı uşağın yaşadığı sahənin digər hallardan fərqli olaraq bir qədər geniş olması; səhhətinə görə evdə təhsil alan zaman uşağın yaşadığı sahənin digər hallardan fərqli olaraq bir qədər geniş olması; rəssamlıqla və s. məşğul olmaq üçün xüsusi ləvazimatların yerləşdirilməsi üçün uşağın yaşadığı sahə digər hallardan fərqli olaraq bir qədər geniş olması və s.). Hazırki işdə isə, iddiaçı, bu kimi mənafelərin mövcud olması barədə sübutlar təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu kimi məna felərin mövcudluğunun da müəyyən edilməsi mümkün olmamış və buna görə də ər-arvadın ümumi əmlakı olan mənzilin bölünməsi zamanı bu əmlakdakı payların bərabər hesab edilməsinə dair düzgün və əsaslandırılmış nəticəyə gəlmişdir. Lakin bununla yanaşı məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobilin satış pulunun bölünməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəsi işin faktik hallarına uyğun olmayaraq tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmədiyi, eləcə də bu nəticə ailə və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün əsaslı və qanuni sayıla bilməz. Belə ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli avtomobillə bağlı 700 manatın cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi qənaətinə gələrkən, 19.03.2018-ci il tarixli alqı-satqı müqavi ləsinə əsasən sözügedən avtomobilin 1.400 manata satılmasına əsaslanmışdır. İşin materiallarından görünür ki, mübahisəli predmeti olan “VAZ 21150 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobili 2006-cı il buraxılışlıdır və iddiaçı tələbində həmin avtomaşının 20000 manata satılmasını iddia edərək yarı məbləğinin ona verilməsini iddia etmişdir. İşin materiallarından görünür ki, 2006-cı il buraxılışlı “VAZ 21150 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilini X8 2015-ci ildə əldə etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisənin obyektiv və ədalətli həlli baxımından mübahisəli avtomaşının 2015-ci ildə cavabdeh tərəfindən hansı məbləğə əldə edilməsini, avtomobili alan və hazırda mülkiyyətçisi olan Zərdab rayonu, Bıçaqcı kənd sakini X3 i ş üzrə cəlb edib, avtomaşını 19.03.2018-ci il tarixli alqı-satqı müqaviləsində göstərilən qiymətə alınmasının həqiqətə uyğun olub-olmamasını müəyyənləşdirməli, bunları etmək mümkün olmadığı halda isə avtomaşının satış məbləği ilə bağlı tərəflər arasında mübahisə olduğu üçün onun 19.03.2018-ci il tarixdə dəyərinin müəyyən edilməsi üçün müvafiq məhkəmə ekspertizasının zəruriliyini müzakirə etməli idi. Lakin işin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi yalnız avtomobilin qəsdən ucuz satılması ilə bağlı sübutların təqdim edilməməsini göstərməklə kifayətlənmişdir. Halbuki, apellyasiya şikayətin dəlillərindən məlum olur ki, tərəflər arasında münasibətlər pozulan zaman cavabdeh avtomobili qəsdən ona görə satmışdır ki, o həmin avtomobildən payından məhrum edilsin. İşin mate riallarından da görünür ki, mübahisəli avtomaşın satılan dövrdə tərəflərin nikahları rəsmi pozulmasa da, faktiki olaraq bu münasibətləri rəsmi nikahların pozulmasından bir il əvvəl kəsilmişdir. Həmçinin 2006-cı il buraxılışlı “VAZ 21150” markalı avtomobilin işlək vəziyyətdə 2018-ci ildə dəyərinin 1400 manat olması ağlabatan deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəm iyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kolegiya həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və y a digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi mübahisəli avtomaşının satış məbləği ilə bağlı hissədə əsaslı deyil. Apellyasiya instansiyası məhkəməsi bu hissədə işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, həmin hissə üz rə gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Ona görə də qətnamə qeyd edilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə ləğv olunmuş hissə üzrə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması nı təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPMnin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xxx tarixli xxx nömrəli qətnaməsi, - “VAZ 21150” markalı, ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş 1.400 manat vəsaitin 1/2 hissəsinə İddiaçı payının müəyyən edilməsi və 700 manatın cavabdeh X2 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin və iş iddia tələbinin “avtomobilin satışından əldə olunmuş pulun yarısının iddiaçının xeyrinə tutulması” hissəs ində yeni apellyasiya baxışına qaytarılsın. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar