Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1252/2022 06.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3” MMC cəlb edilməklə iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7574/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşə m ahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, iddiaçı ilə “X3” MMC arasında bağlanmış 30.10.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı olan MMC tərəfindən alıcı olan iddiaçıya Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında, binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 kv.metr olan mənzil satılmışdır. MMC tərəfindən verilmiş 30.10.2014-cü il tarixli “Maliyyə arayışı”na əsasən iddiaçı həmin mənzilin dəyərini tam ödəmiş, onun borcu qalmamışdır.
2. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmündən (İş № 1(101)-598/2019) görünür ki, Cavabdeh2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhər, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, MMC-nin təsis çisi Aqil Qədirova 34.000 manat pul verməklə yeznəsi Cavabdeh3 adına aldığı 50,2 kv.metr ölçülü bir otaqlı mənzili 37.000 manata satması barədə ev alğı-satqısı ilə məşğul olan Cavabdeh1 adlı qonşusuna deyəndən bir neçə gün sonra sonuncu müştəri olduğunu deyib özünün ofisinə gəlməsini demişdir. Ofisdə görüşdüyü mənzili almaq istəyən Elxan adlı şəxs və qohumları ilə mənzilin qiymətini 36.000 manata razılaşandan sonra mənzilin pulunun bir hissəsini əvvəldən, bir hissəsini sonra ödəməyi təklif etmələrinə baxmayaraq pulu tam düzəltmələrini deyib gözləyəcəyini bildirmiş, 10-15 gündən sonra isə Vəli pulun hazır olduğunu demişdir. 30.10.2014-cü il tarixdə MMC-nin ofisində Elxanın arvadı və qohumları ilə görüşmüş, Cavabdeh3 mənzildən imtina etməsi, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə ər izə yazmış, 36.000 manat pulu almış, mənzillə bağlı İddiaçı adına müqavilə və maliyyə arayışı verilmişdir. Aldığı puldan Cavabdeh1 və Cavabdeh3 pul verməmiş, həmin mənzilin əvvəlcədən başqasına satılmasından xəbəri olmamışdır. Hökmdən həmçinin görünür ki, İddiaçı adına mənzilin rəsmiləşdirilməsi barədə 30.10.2014-cü il tarixli müqavilə və maliyyə arayışında imzalar X1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “X3” MMC cəlb edilməklə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 36.000 manat pulun və ödənilmiş 30 manat dövlət r üsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 2014-cü ildə mənzil almaq üçün anası və nişanlısı Elxanla birlikdə Vəli adlı və ev alğı-satqısı ilə məşğul olan qonşusu ilə görüşəndə sonuncu ünvan 2 ünvanında "X3" MMC-nin inşa etdiyi binanın 11-ci mərtəbəsində olan mənzilin sahibləri olan digər cavabdehlər olan Abbas və Natiq tərəfindən 37000 manata satıldığını demiş və onlar də həmin mənzili almaq istədiyini bildirmişlər. 3-4 gün sonra Vəli mənzilin sahibi kimi təqdim etdiyi digər cavabdeh Abbas adlı şəxslə onları görüşdürdü və sonuncu ilə mənzilin qiymətini 36.000 manata razılaşmışlar. Daha sonra 10-15 gün müddətində 36000 manat pulu düzəldib Vəli ilə birlikdə Abbas və onun qohumu Natiq adlı şəxslə görüşdü. Natiq mənzilin ona satılması barədə ərizə yazdı və mənzilin onun adına rəsmilləşdirilməsi barədə müqavilə və maliyyə arayışı təqdim etdi. Mənzilin pulu 36000 manatı anasının yanında sayıb Vəliyə verdikdən sonra sonuncu 2014-cü ilin dekabr ayınadək binanın tikintisinin başa çatacağını, ondan sonra mənzildə təmirə başlayacaqlarını demişdir. Cavabdehlər ona mənzili satarkən mənzilin heç bir probleminin olmadığını bildirmişlər. Daha sonra onlara məlum oldu ki, cavabdehlər tərəfindən ona satılan mənzil başqa şəxsə məxsus imiş, müqavilə və maliyyə arayışındakı imzalar isə şirkətin rəhbərlərinə məxsus deyil. Həmin müqavilə və maliyyə arayışının cavabdehlər tərəfindən hansı şəraitdə hazırlaması məlum deyil. Ona görə də onun və digər şikayətçilərin şikayəti əsasında "X3" MMC-nin rəhbər işçiləri barəsində cinayət işi başlanmış və onların barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin 22.10.2019-cu il tarixli hökmü çıxarılmışdır. Nəticədə o, mənzilsiz qalmışdır. Qeyd edir ki, o mənzilin pulunu "X3" MMC-nin rəhbərliyinə deyil cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vermişdir. Onların bu barədə cinayət işi materiallarında ifadələri də vardır.
5. Cavabdehlər birinci instansiya məhkəməsindəki icraatda iddiaya qarşı yazılı etiraz təqdim etməmişlər.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim G.Axundova) 10 noyabr 2020-ci il tarixli, 2(004)-2982/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mənzilə görə iddiaçının ödədiyi pul məbləğinin iddiaçıya qaytarılması məqsədi ilə 36.000 manatın, iddianın verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzinin ödənilməsi məqsədi ilə isə 3 0 manat məbləğində pulun Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 21.1 və 21.2 maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Cavabdeh2 razılaşmadan irəli gələn öhdəliyini icra etməmiş və buna baxmayaraq pulu da qaytarmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) 10 sentyabr 2021-ci il tarixli, 2(103)-7574/21 nömrəli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mülki Məcəllənin 442-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, “X3” MMC-nin vəzifəli şəxsləri ilə iddiaçı arasında bağlanmış müqavilə əhəmiyyətsiz əqd olduğundan tərəflər arasında yaranmış hər hansı öhdəlikdən danışmaq mümkün deyildir. “X3” MMC-nin vəzifəli şəxsləri Aqil Qədirov və Elnur Məmmədov tərəfindən İddiaçı aldadılmış, mənzilin onun adına rəsmiləşdirilməsi barədə, tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək, saxta imza və möhürlə təsdiq etdikləri 30.10.2014-cü il tarixli müqavilə və mənzilin dəyərinin ödənilməsi haqqında eyni tarixli maliyyə arayışını İddiaçı təqdim etməklə, sonuncunun əmlakı ələ keçirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mülki Məcəllənin 572.1-ci maddəsini yanlış tətbiq etmişdir. Belə ki, apellyasiya instansiyasının istinad etdiyi mülki norma o zaman tətbiq oluna bilərdi ki, mübahisə predmeti olan mənzilin mülkiyyətçisi Cavabdeh2 olsun. Məsələ ondadır ki, Cavabdeh2 sözügedən mənzilin mülkiyyətçisi deyil. Cavabdeh2 da mənzili “X3” MMC-nin vəzifəli şəxsləri tərəfindən verilmiş saxta sənədlər əsasında əldə etmişdir. Burada həm İddiaçı həm də Cavabdeh2 zərərçəkmiş şəxs olduğundan məhkəmənin zərəri təqsirkardan deyil zərərçəkmişdən tutulmasını qət etməsi qanunvericiliyə zid dir. Kassasiya instansiyası tərəfindən qüvvədə saxlanılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmünə əsasən “X3” MMC-nin vəzifəli şəxsləri tərəfindən iddiaçıya qarşı həm vəzifə saxtakarlığı həm də dələduzluq cinayətləri törədildiyi, bu cinayət əməlləri nəticəsində iddiaçıya maddi ziyan vurulmasına, Cavabdeh2 da həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi işin faktiki halları üzrə yanlış nəticəyə gələrək iddiaçıya dəymiş zərərin Cavabdeh2 tutulmalı olduğunu qət etmişdir. Eyni zamanda, apellyasiya instansiyası Mülki Məcəllənin 1096.1, 1096.2 və 1097.1-ci maddələrini nəzərə almamışdır. Yasamal Rayon Məhkəməsinin 10.11.2020-ci il tarixli qətnaməsində Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi q aydada xəbərdar edilməklə məhkəmə iclasına çağırıldığı lakin, onun məhkəməyə gəlmədiyi və bu barədə məlumat vermədiyi bildirilir. Apellyasiya şikayətində cavabdeh AAbbasovun cəza çəkdiyi 12 saylı Cəzaçəkmə Müəssisəsinə məhkəmə barədə hər hansı bir məlumat göndərilmədiyi göstərilsə də, apellyasiya instansiyası tərəfindən məsələ araşdırılmamış və məsələyə düzgün hüquqi qiymət verilməmişdir. Apellyasiya məhkəməsi Cavabdeh2 məhkəmə icraatı barədə məlumatlandırılmasını hansı dəlillərlə müəyyən etmişdir. AAbbasov 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkərkən ona məhkəmə tərəfindən heç bir bildiriş təqdim olunmamışdır. Apellyasiya instansiyası məhkəmə hökmünün predusial əhəmiyyətini nəzərə almamışdır. Nəzərə alınmalıdır ki, “X3” MMC-nin vəzifəli şəxsləri Aqil Qədirov və Elnur Məmmədovun hər ik isinin iddiaçı və zərərçəkmiş İddiaçı münasibətdə dələduzluq cinayətini törətməsi hökmlə müəyyən edilmişdir. Birinci instansiyada işə baxılarkən cinayət işi üzrə Ali Məhkəmənin qərarı qəbul edilməmişdir. Lakin apellyasiya instansiyasında işə baxılarkən cavabdeh tərəfindən Ali Məhkəmənin 21.04.2021-ci il tarixli qərarı məhkəməyə təqdim edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 21.1 və 21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
15. Maddə 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları o lduğunu bildiyi sübuta yetirilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
18. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi ü çün əsas yoxdur.
21. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
22. İddiaçı ilə “X3” MMC-nin adından sıxış edən X1 arasında bağlanmış 30.10.2014-cü il tarixli, alğısatqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən satıcı olan MMC tərəfindən alıcı olan iddiaçıya Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında, binanın 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50,2 kv.metr olan mənzil satılmışdır.
23. MMC tərəfindən verilmiş 30.10.2014-cü il tarixli “Maliyyə arayışından” görünür ki, iddiaçı həmin mənzilin dəyərini tam ödəmiş, onun borcu qalmamışdır.
24. Bakı Ağır Cinayətlər Məhkəməsinin 22.10.2019-cu il tarixli hökmündən (İş № 1(101)-598/2019) görünür ki, Cavabdeh2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Ba kı şəhər, Yasamal rayonu, Talıblı küçəsində "xxxx" MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, MMC-nin təsisçisi Aqil Qədirova 34.000 manat pul verməklə yeznəsi Cavabdeh3 adına aldığı 50,2 kv.metr ölçülü bir otaqlı mənzili 37.000 manata satması barədə ev alğı-satqısı ilə məşğul olan Cavabdeh1 adlı qonşusuna deyəndən bir neçə gün sonra sonuncu müştəri olduğunu deyib özünün ofisinə gəlməsini demişdir. Ofisdə görüşdüyü mənzili almaq istəyən Elxan adlı şəxs və qohumları ilə mənzilin qiymətini 36.000 manata razılaşandan sonra mənzilin pulunun bir hissəsini əvvəldən, bir hissəsini sonra ödəməyi təklif etmələrinə baxmayaraq pulu tam düzəltmələrini deyib gözləyəcəyini bildirmiş, 10-15 gündən sonra isə Vəli pulun hazır olduğunu demişdir. 30.10.2014-cü il tarixd ə MMC-nin ofisində Elxanın arvadı və qohumları ilə görüşmüş, Cavabdeh3 mənzildən imtina etməsi, mənzilin İddiaçı adına rəsmiləşdirilməsi barədə ərizə yazmış, 36.000 manat pulu almış, mənzillə bağlı İddiaçı adına müqavilə və maliyyə arayışı verilmişdir. Aldığı puldan Cavabdeh1 və Cavabdeh3 pul verməmiş, həmin mənzilin əvvəlcədən başqasına satılmasından xəbəri olmamışdır.
25. Hökmdən həmçinin görünür ki, İddiaçı adına mənzilin rəsmiləşdirilməsi barədə 30.10.2014-cü il tarixli müqavilə və maliyyə arayışında imzalar X1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur.
26. Yasamal Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş 09.12.2017-ci il tarixli “şahidi dindirmə protokolundan görünür ki, Cavabdeh2 ifadəsində göstərmişdir ki, Aqil Qədirovun sözügedən mənzili onlardan əvvəl başqasına satdığını bilməmişlər. O, mənzilin satışından əldə etdiyi puldan Natiqə, Vəliyə və ya digərlərinə verməmişdir. Həmin pul onun özünə qalmışdır.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 mənzilin satılmasına görə İddiaçı 36.000 manat pul almışdır. Lakin Cavabdeh2 razılaşmadan irəli gələn öhdəliyini icra etməmiş və buna baxmayaraq pulu da qaytarmamışdır.
28. Apellyasiya kollegiyası cavabdehin dəlilləri ilə bağlı bildirmişdir ki, 36.000 manat məbləğində pulun iddiaçı tərəfindən Cavabdeh2 verilməsi və pulun Cavabdeh2 olması işin halları kimi müəyyən olunur. Məhkəmə hesab etmişdir ki, Cavabdeh2 sözügedən mənzili MMC-nin razılığı ilə iddiaçıya verərək əvəzində MMC-yə ödədiyi 36.000 manat pul məbləğini alması, belə olan halda iddiaçının tutulmasını tələb etdiyi pul məbləğinin MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə dəlili əsassızdır.
29. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
30. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya ş ikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
31. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7574/2021 nömrəli iş üzrə 10 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov