Məhkəmə qərarları › İş №2(102)-1252/2025

Ali Məhkəmə Qərardad — İş №2(102)-1252/2025

11.04.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-1252/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1252/2025 Kateqoriya (açar sözlər): kassasiya baxışından çıxarılma (kassasiya şikayəti qanunvericiliyin tələblərinə zidd olaraq icraata qəbul olunduqda) Bakı şəhəri 11 aprel 2025-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlu oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-658/2025 nömrəli iş üzrə 8 yanvar 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 aprel 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, 787 ci məhəllə, ev 38, mənzil 255 (Yem qaydalarla AZ1008, ünvan 1 ünvanında yerləşən mənzilindən Cavabdeh çıxarılması, həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim-Həbibə Miriyeva) 11 sentyabr 2024-cü il tarixii, 2(006)-3411/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

3. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi" haqqında Avropa Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 152.5, 157.4-ci, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin rədd olunması barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Günay Axundova və Fərrux Qasımov) 8 yanvar 2025-ci il tarixli, 2(103)- 658/2025 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayəti və ona edilmiş etiraz a) Kassasiya şikayətinin dəlilləri

6. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçının vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə müraciət edərək cavabdehin verdiyi etibarnamədə nümayəndəsinə kassasiya şikayətini imzalamaq və məhkəmə instansiyalarında onu təmsil etmək səlahiyyətinin verilmədiyini, buna baxmayaraq elektron qaydada verilmiş kassasiya şikayətinin nümayəndə tərəfindən imzalandığını göstərərək kassas iya şikayətinin qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

8. Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır.

9. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.

10. Maddə 10-1.3. Kommersi ya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.

11. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icras ı tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir

12. Maddə 407.3. Bu Məcəllə ilə şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir..

13. Maddə 408.1.3. Kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır

14. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hü ququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin (Vəkil3) kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)-1252/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir.

16. Belə ki, elektron qaydada verilmiş kassasiya şikayəti cavabdehin vəkili Vəkil3 tərəfindən imzalansa da, cavabdehin özü tərəfindən imzalanmamışdır. Vəkil3 cavabdehin nümayəndəsi olmasına dair Kürdəmir rayon ASAN xidmət mərkəzinin notariusu tərəfindən 03 mart 2025-ci il tarixdə təsdiqlənmiş və kassasiya şikayətinə əlavə olunmuş etibarnamədə isə təmsil edən v ə vəkilə məhkəmə aktlarından şikayət vermək və ya şikayəti imzalamaq hüququnun verilməsi xüsusi olaraq nəzərdə tutulmamışdır. Belə olan halda kassasiya şikayəti cavabdeh tərəfindən verilməsi kimi qəbul oluna bilməz.

17. İş materiallarındakı həm vəkilin, həm də cavabdehin imza əksləri olan, kassasiya şikayətinin skan olunmuş surəti ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə imzalamadığından və həmin imzaların həqiqiliyini müəyyən etmək mümkün olmadığından, Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə uyğun verilmiş hesab olunmamalıdır.

18. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi nin Mülki kollegiyasının 2(102)-1252/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərardadı ləğv edilməli, kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 407 və 417-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının kassasiya şikayətinin icraata qəbul edilməsinə dair 2(102)-1252/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qərardad ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-658/2025 nömrəli iş üzrə 8 yanvar 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti kassasiya baxışından çıxarılsın və iş Bakı Apel lyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar