Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1254/2019 26.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 26 fevral 2019-cu il İŞ № 2(102)-1254/2019 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı X9, vəkili X1, Cavabdeh1 və vəkili Xnun iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli, 2(103)-3704/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 və onların vəkili Xnun kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 14 noyabr 2017-ci il tarixli, 2(006)-5945/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim P.A.Hüseynov) iddiaçı Əmirov X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 oğluna qarşı “15.000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli, 2(103)-3704/2018 saylı qətnaməsi ilə (hakimlər M.A.Məmmədov sədrlik edən, məruzəçi, X.Ə.Sarıyev və H.Ü.Həmidov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 14 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni qətnamə çıxarılmaqla iddia ərizəsi təmin edilmiş, iddi açı tərəfindən 25.000 manat kompensasiya ödənilməklə cavabdehlərin Bakı şəhəri, 4-cü mikrorayon, 2-saylı evin 41-ci mənzilindən istifadə hüquqlarına xitam verilməsi, onların həmin mənzildən çıxarılması, eləcə də iddiaçı tərəfindən kompensasiyanın ödənilməsi ilə cavabdehlərin mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi qət edilmişdir. Cavabdehlər və onların vəkili X2 qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdehlərə qarşı “15.000 manat kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, 2 saylı evin 41-ci mənzili xüsusi mülkiyyətindədir. Cavabdehlərdən Cavabdeh3 ümumiyyətlə ona mə xsus olan mənzildə yaşamır. Cavabdehlərin başqa yaşayış yeri vardır və onların mənzildən istifadə etmələri onun mülkiyyət hüququnu pozur. Dəfələrlə tələb etməsinə baxmayaraq cavabdehlər mənzildən çıxmaq istəmirlər. Mülkiyyətçi olaraq cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları üçün 25.000 manat kompensasiya təklif edir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiym ət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Cavabdeh1 və vəkili X2 kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı və Xavər İsmayılova məhkəmə iclasında kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatlarında iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən, kassasiya şikayətinin təmin edilmədən saxlanılmasını xahiş etmişlər. Digər cavabdehlər Cavabdeh2, X1 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsü z səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı tərəfindən mübahisəli mənzildən istifadə hüquqlarına görə cavabdehlərə təklif edilən 25.000 manat kompensasiya məbləğinin ədalətli, ağlabatan və yetərli olmasına, həmin kompensasiya məbləğinin cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməsinə və beləliklə də iddia ərizəsini rədd etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin və digər maddi, prosessua l hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 30 iyul 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, H.Seyidzadə küçəsi, 2 saylı evin, 5 otaqlı, yaşayış sahəsi 75,5 kv.metr olan 4 1-ci mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. İşin mübahisə olunmayan həqiqi hallarından görünür ki, mübahisəli mənzildə iddiaçının mülkiyyət, cavabdehlərin isə istifadə hüquqları vardır. İddia ərizəsindən görünür ki, iddiaçı cavabdehlərin mənzilə olan istifadə hüquqlarına görə 25.000 manat kompensasiya təklif edir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma razılaşıb, işə əlavə edilmiş sübutları araşdırıb hesab edir ki, kassasiya şikayətinin dəlilləri Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbləri baxımından tam əsassızdır. Belə ki, həmin maddənin mənasına görə, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata ke çirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. İşədən görünür ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi haqqında tərəflər arasında hər hansı razılaşma yoxdur və bu hüquqa mənzilin mülkiyyətçisi olaraq iddiaçının məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsi üçün qanuni əsaslar əmələ gəlmişdir. İşə əlavə edilmiş “xxxx” MMC-nin 29 avqust 2017-ci il tarixli rəyinə görə, mübahisəli mən zilə oxşar mənzilin bir aylıq kirayə haqqı 400 manat təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşama q imkanı versin. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normasının tələblərini, eləcə də Konstitusiya Məhkəməsinin Plenmunun sözügedən qərarında şərh edilən məcburi göstərişləri əsas tutub haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə mənzildən istifadə hüququna xitam verilməsi üçün təklif edilən 25.000 manat kompensasiya məbləği yetərlidir, çünki işdə, iddiaçının təklif etdiyi həmin məbləğin hesabına cavabdehlərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmasını, düzgün tətbiq etməməsini, iddiaçı tərəfindən təklif edilən 25.000 manat kompensasiya məbləğinin yetərli, ağlabatan olmamasını və həmin kompensasiya məbləğinin onlara davamlı surətdə, müəyyən müddət daxilində başqa yerdə mübahisəli mənzildə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməməsini və sair göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməməişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sü but etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırkı, işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Əksinə, Cavabdeh1 izahatı ilə müəyyən olunur ki, cavabdehlərin istifadəsində ünvan 1 ünvanda yerləşən, 1 otaqlı, sahəsi 72,5 kv.metr olan yaşayış sahəsi vardır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya ins tansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorların kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdikləri dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya ş ikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 və onların vəkili Xnun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 aprel 2018-ci il tarixli, 2(103)-3704/2018 saylı qətnaməsi onların kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Əhməd Əhmədov
Məhkəmə qərarları › İş №2(102)-1254/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-1254/2019
26.02.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver