Məhkəmə qərarları › İş №2(102)-1255/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1255/2023

28.03.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1255/2023 28.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı X1 Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı (üçüncü şəxs qismində Neftçilər Hüquqlarını Müdafiə X3 işə cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı (3-cü şəxs qismində Neftçilər Hüquqlarını Müdafiə X3 işə cəlb olunmaqla) əmrin ləğvi, işə bə rpa, məcburi iş buraxmaya görə əmək haqqı tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6582/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X2 (bundan sonra – iddiaçı) 2012-ci ildən Cavabdeh2 şirkətinin Azərbaycan Respublikasındakı filialında (bundan sonra - cavabdeh və ya filial) müxtəlif vəzifələrdə işləmiş, filialda sonuncu vəzifəsi aparıcı mühəndis olmuşdur.

2. Cavabdehin xx.xx.2022-ci il tarixli, KS/030/22 nömrəli əmri ilə 19 may 2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin «b» bəndinə əs asən tutduğu vəzifədən azad edilmiş, cavabdeh ilə son haqq-hesabın aparılması, ona işlədiyi günlər üçün əmək haqqı ödənilməsi, orta aylıq əmək haqqının 2 misli qədər işdən çıxma müavinəti ödənilməsi, 03 fevral 2021- 03 fevral 202-ci iş ili üçün istifadə edilməmiş 30 məzuniyyət gününün, 03 fevral 2022- 03 fevral 2023-cü iş ili üçün istifadə edilməmiş 10 məzuniyyət gününün pul əvəzi ödənilməsi barədə əmr verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, cavabdehin əmək müqaviləsinə xitam verilməsi barədə 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmrinin ləğv edilməsi, «Aparıcı mühəndis» vəzifəsinə işə bərpa olunması, cavabdehdən onun xeyrinə 19 may 2022-ci il tarixdən işə bərpa o lunan günə qədər hər ay üçün gəlir vergisi, məcburi sosial sığorta haqqı, işsizlik və icbari tibbi ödənişləri tutulduqdan sonra 3900 manat məbləğində məcburi işburaxmaya görə aylıq əmək haqqının, maddi ziyanın əvəzi kimi 5000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2003-cü ildən əmək fəaliyyəti ilə məşğul olmaqla 19 ilə yaxın iş stajına malikdir. 2004-2012-ci illərdə: SOCAR (Azərbaycan Respublikasının Dövlət Neft Şikətində), Rapid Solution LTD-də, Sparrows Offshore LTD-də və BP şirkətinin Azərbaycan Respublikasındakı Filialında çalışmaqla, əmək fəaliyyəti ilə məşğul olmuşdur. Ali təhsilli mütəxəssisdir. 2012-ci ildən cavabdeh filialda “X5” vəzifəs ində işləməyə başlamışdır. 2013-cü ildə “BP” kontraktları üzrə koordinator vəzifəsinə yüksəlmişdir. Filialın bütün BP üzrə:” BP-EnereMech Crane contract “ layihə işlərini idarə etmiş və 6 il bu layihə üzrə çalışmışdır. Filialda axırıncı vəzifəsi “Aparıcı mühəndis” olmuşdur. 2012-ci ildən başlayaraq, bu şirkətdə 10 ildən çox işləmişdir. İşlədiyi müddətdə əmək funksiyalarını layiqincə yerinə yetirmiş, əmək intizamının pozulması ilə əlaqədar hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. 18 may 2022-ci il tarixli, KS/030/22 saylı əmr ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən, “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilmişdir. Pandemiya dövründə və ümumiyyətlə, ştatların ixtisarı ilə əlaqədar işçilərin işdən azad olunması qadağandır. Onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən “işçilərin sayı və ya ştatları ixtisar edildikdə” əsası ilə xitam verilərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri cavabdeh müəssisə tərəfindən pozulub. Cavabdeh müəssisə ondan aşağı göstəricilər göstərmiş və peşəkarlıq səviyyəsi dəfələrlə aşağı olan işçiləri işdə saxlayaraq, tutduğu vəzifə və ya ştatı qanunsuz olaraq ixtisar etmişdir. İşlədiyi sahədə ixtisarın aparılması və eyni zamanda bu ixtisarın yalnız ona şamil olunması qeyri- müəyyən olaraq qalır və baş verən yeganə ixtisarın yalnız ona şamil edilməsi ona qarşı açıqaşkar qərəzliliklə aparılmasını sübut edir. Şirkətdə onunla birlikdə mühəndis vəzifəsində 3 nəfər mühəndis işləyib. Bu mühəndislərdən: o, “Aparıcı Mü həndis” vəzifəsində işləmiş, digər işçilər olan Baxşiyev Anar və Məhərrəmov Azər isə adi mühəndis vəzifəsində çalışmışlar. Əgər müəssisədə həqiqətən ştatların ixtisarı aparılıbsa, bu zaman işçilər arasında Əmək Məcəlləsinin 78-ci maddəsində nəzərdə tutulan qaydada necə peşəkarlıq aparılıb? Peşəkarlığın kriteriyaları nə olub ki, eyni mühəndis vəzifəsində çalışan, eyni əmək funksiyalarını yerinə yetirən mühəndislərdən adından da göründüyü kimi, peşəkarlığı daha yüksək olan “aparıcı mühəndis” ixtisar olunur, peşəkarlığı daha az olan “adi münəndis”lər isə işdə saxlanılır? “Aparıcı mühəndis” ştatı ləğv edilibsə, onda hansı məntiq və qanunauyğunluqla onun son iş günündə, onun işlədiyi vəzifəyə, yəni “aparıcı mühəndis” vəzifəsinə xarici işçi təyin olunur və onun gözlərinin qarşısında həmin işçi o nun tabeliyində olan işçilərə təqdim olunur və bildirilir ki, bu gündən sonra ona məxsus olan vəzifə funksiyaları həmin xarici işçi tərəfindən həyata keçiriləcək? Onun yerinə təyin olunan şəxs olan Vüsal Babaşov isə hətta yerli işçi deyil, Gürcüstan Respublikasının vətəndaşıdır. Qeyd olunan bu hal da onu təsdiq edir ki, cavabdeh Şirkətdə ştatların ixtisarı aparılmamışdır, yalnız qərəzli olaraq onunla bağlanmış əmək müqaviləsi belə bir formal əsasla ləğv edilmişdir.

5. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə pandemiya şəraitində işin azalması səbəbi ilə deyil, cavabdeh filialın “BP” şirkəti ilə olan müqaviləsinin bitməsi ilə əlaqədar ştatın ixtisar edilməsi səbəbi ilə xitam verilmişdir. İddiaçının istinad etdiyi çıxışında Azərbaycan Respublikasının Prezidenti iqtisadiyyat subyektləri üçün məhdudiyyətlər elan edildiyi dövrdə sahibkarlara dözümlülük göstərməsi və işçiləri işdən ixtisar etməməsi ilə bağlı sahibkarlıq subyektlərinə müraciət etmiş və belə şəraitdə dözümlülük göstərməyi tövsiyə etmişdir. Hazırkı vəziyyətdə pandemiyanın ləğv edilməsi barədə rəsmi açıqlama verilməsə də, hazırda heç bir müəssisə və təşkilatın fəaliyyəti pandemiya səbəbi ilə məhdudiyyətə məruz qalmamışdır. Bütün iqtisadiyyat subyektləri tam gücü ilə işləməkdədirlər. Peşəkarlıq səviyyəsindən asılı olmayaraq cavabdeh bütün işçiləri ilə əmək müqaviləsinə xitam verəcəyi ilə bağlı bütün əməkdaşlarını əvvəlcədən xəbərdar etmişdir. Bununla bağlı bir neçə dəfə cavabdehdə çalışan işçilərlə iclaslar keçirilmiş və işçilərin rifah halının maksimum təmin e dilməsi üçün maksimum səylər göstərilmişdir. Filialın “BP” şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar filialın fəaliyyətinin dayandırılmasının planlaşdırıldığı, bu səbəbdən 43 ştatın ləğv edilməsi barədə KS/015- A/22 nömrəli, 10 mart 2022-ci il tarixli əmr bu iddiaya etiraza əlavə edilmişdir. Qeyd edilən əmrdən də göründüyü kimi, təkcə iddiaçının tutduğu vəzifə deyil, digər vəzifələr də ixtisar edilmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi, guya onun tutduğu vəzifəyə, yəni aparıcı mühəndis vəzifəsinə başqa işçinin götürülməsi isə tamamilə yalan məlumatdır. Hazırda cavabdehdə aparıcı mühəndis vəzifəsində heç kim işləmir. Belə bir ştat ümumiyyətlə ləğv edilmişdir. Cavabdeh filialda Vüsal Babaşov adlı şəxs çalışmır.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il t arixli, 2(009)-1485/2022 saylı qətnaməsi ilə (hakim M.Bağırova) iddia rədd edilmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə əmək müqaviləsinin xitam edilməsi zamanı qanunvericiliyin tələbləri pozulmamışdır.

8. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 1-ci və 2-ci hissələri, 78-ci maddəsinin 1-ci hissəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddianın təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd etdiyi kimi (cavabdeh də bunu inkar etmir), müəssi sədə eyni ixtisas – mühəndis ixtisası üzrə bir neçə nəfər çalışır, onlardan biri də iddiaçıdır. Mühəndis vəzifəsində irəli çəkilərək aparıcı mühəndis kimi çalışmağı ixtisasın dəyişməsi demək deyil, yəni o, başqa bir ixtisas üzrə çalışmayıb, digər mühəndislər kimi o da mühəndisdir, sadəcə vəzifədə irəli çəkilib, bu da bir peşəkarlıq göstəricisidir. Göründüyü kimi, əgər işəgötürən doğrudan da ştatların ixtisarını aparıbsa peşəkarlıq səviyyəsini mütləq müəyyən etməli idi, bunun üçün eyni ixtisas üzrə işçilərin sayı ilə bağlı əsaslar mövcud idi. Hesab edir ki, işəgötürən normanın tələblərini kobud şəkildə pozaraq sözügedən qanunsuz əmri vermişdir. İşə baxan birinci instansiya məhkəməsi də hansısa səbəbdən cavabdehin qanunsuz mövqeyindən çıxış edərək Əmək Məcəlləsinin 78.1-ci maddəsinin tətbi qində səhvə yol vermiş, bununla da əsassız və qanunsuz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Müəssisədə işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən şirkətin rəhbərliyi müvafiq tədbir görməmiş, onu bu sahədə və ya şirkətin digər sahəsində vəzifə və ya peşəsinə uyğun digər işlə təmin etmək üçün heç bir tədbir görməmişdir. Baxmayaraq ki, onun şirkətin bu və digər sahələrində, bu sahədə işləmək üçün kifayət qədər bilik, təcrübə və peşəkarlığı var. Lakin cavabdeh ona başqa iş təklifi də etməmişdir. Şirkət üzrə ixtisarların hansı sahə və struktur bölmələri üzrə aparılması, bu ixtisarların hansı peşə və ixtisaslara şamil edilməsi göstərilməmiş, neçə nəfər işçinin sayının azaldılması və ya ştatının ixtisarı göstərilib əsaslandırılmamış, ştatların ixtisarı və işçilər in sayının azaldılmasının hansı zərurətdən yaranması əsaslandırılmamışdır. Himayəsində 3, 10 və 12 yaş olmaqla 3 azyaşlı övladı var, eyni zamanda yaşlı valideynləri də himayəsində olmaqla 7 nəfər ailədə yeganə işləyən odur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6582/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Rəşad Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Şeyda Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsassızdır.

13. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili nə münasibətdə qeyd etmişdir ki, cavabdeh tərəfindən təqdim olunmuş KS/016-A/22 nömrəli, 17 mart 2022-ci il tarixli əmrdən görünür ki, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar filialın fəaliyyətinin dayandırılmasının planlaşdırıldığı, bu səbəbdən 43 ştatın ləğv edilməsi barədə əmr verilmişdir. Sözügedən əmrdən də göründüyü kimi, təkcə iddiaçının tutduğu vəzifə deyil, digər vəzifələr də ixtisar edilmişdir. Bundan əlavə, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin portalından olan çıxarışdan da cavabdeh müəssisədə çalışan işçilərin əksəriyyətinin ixtisar edildiyi məlum olur.

14. Cavabdehin birinci instansiya məhkəməsinin sorğusuna cavab məktubundan görünür ki, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək Şirkətə yeni işçi işə qəbul edilməmişdir. Bundan əlavə, cavabdehin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsində əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları nəzərdə tutulmuşdur. İddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinə uyğun xəbərdarlıq verilmiş, həmin maddədə nəzərdə tutulmuş məbləğə uyğun işdənçıxma müavinəti verilmişdir. Əmək Məcəlləsinin hər hansı hissəsində işçi ixtisar edilərkən ona başqa iş təklif etmək öhdəliyi nəzərdə tutulmamışdır. İddiaçının qeyd etdiyi digər mühəndislərdən Azər Mehdiyevin əmək müqaviləsinə artıq xitam verilmişdir. İddiaçının istinad etdiyi digər işçi Anar Baxşıyev iddiaçının doğma qardaşıdır və onun da himayəsində 16 yaşı tamam olmamış uşaqlar vardır.

15. Cavabdehin nümayəndəsinin təqdim etdiyi Dövlət Məşğulluq Xidmətinin elektron məlumat bazasından çıxarışdan və ərizələrin surətindən müəyyən edilmişdir ki, hazırda cavabdeh müəssisədə cəmi 8 nəfər əməkdaş çalışır ki, onlardan 5 nəfəri, o cümlədən mühəndis vəzifəsində çalışan Anar Baxşıyev xx.xx.2022-ci il tarixdə ərizə yazaraq xx.xx.2022-ci il tarixdən öz xahişləri ilə tutduqları vəzifədən azad edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi bunu müəssisənin fəaliyyətini dayandırması və işçilərin yeni işəgötürənlə müqavilə bağlamaları ilə izah etmişdir.

16. Məhkəmə kollegiyası gəldiyi nəticəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi, 71-ci maddəsinin 1-ci hissəsi, 77-ci maddəsinin 1-ci və 2-ci hissələri, 78-ci maddəsinin 1-ci hissəsinə, Az ərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, nə birinci nə də apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən əmək müqaviləsinin ləğvinin düzgün olduğunu qanuni cəhətdən iddiaçının dəlillərinə münasibətdə əsaslandıra bilməmişlər. Cavabdeh “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsini pozmuşdur. b) Kassas iya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

20. Maddə 70, “b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.

21. Maddə 71, 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

22. Maddə 77, 1-ci və 2-ci hissələr. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin «b» bəndi ilə işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işçini rəsmi xəbərdar etməlidir. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.

23. Maddə 77, 4-cü hissə. İşəgötürən bu maddənin birinci hissəsi ilə və bu Məcəllənin 56cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddətləri əvəzinə işçiyə onun razılığı ilə azı iki aylıq əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər.

24. Maddə 78, 1-ci hissə. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. Mülki Prosessual Məcəllə 2

5. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

30. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ara şdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Belə ki, iddiaçının tələbinin əsası ondan ibarət olmuşdur ki, həqiqətdə işəgötürən müəssisədə ştatların ixtisarı baş verməmiş, bu onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədi ilə süni xarakter daşımışdır.

36. Lakin həmin məsələ aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış və təqdim olunmuş sübutlar qiymətləndirilərkən belə nəticəyə gəlinmişdir ki, iddiaçı iddia tələbinin əsasını sübut edə bilməmişdir. Əksinə məhkəmələrin müəyyən etdiyi i şin hallarında aydın olur ki, Cavabdeh2 Şirkətinin Azərbaycan Respublikasındakı Filialının BP şirkəti ilə olan layihəsinin bitməsi ilə əlaqədar filialın fəaliyyətinin dayandırılmasının planlaşdırıldığı, bu səbəbdən 43 ştatın ləğv edilməsi barədə əmr verilmişdir. Sözügedən əmrdən də göründüyü kimi, təkcə iddiaçının tutduğu vəzifə deyil, digər vəzifələr də ixtisar edilmişdir. Bundan əlavə, işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Məşğulluq Agentliyinin portalından olan çıxarışdan da cavabdeh müəssisədə çalışan işçilərin əksəriyyətinin ixtisar edildiyi məlum olur.

37. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təq dim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

38. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

39. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

40. Bu səbəbdən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

41. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il i tarixli, 2(103)-6582/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar