Məhkəmə qərarları › İş №2(102)-1256/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1256/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1256/2021 02.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “xxxx” QSC-nin Cavabdeh10 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-1256/21 (Açar sözlər: Zaminlərə aid hissədə iddianın rədd edilməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçı «xxxx» Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh10 və digərlərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5603/2020 nömrəli, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” QSC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları «xxxx» QSC ilə Cavabdeh10 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02L000005533 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 198 (bir yüz doxsan səkkiz) ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh10 «xxxx» QSC ilə bağladığı xx.x x.2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24.500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Öhdəliyin təminatı olaraq digər cavabdehlərlə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «xxxx» QSC iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada iddiaçı «xxxx» QSC-nin xeyrinə 02R000026155 saylı kredit razılaşması üzrə 8931.72 ABŞ dolları məbləğində kredit borcu, 4393.89 ABŞ dolları məbləğin də faiz borcu və 8542.68 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 21.868,29 ABŞ dolları; 02R000032548 saylı kredit razılaşması üzrə isə 52.004,75 ABŞ dolları məbləğində kredit borcu, 26.510,43 ABŞ dolları məbləğində faiz borcu və 52.308,23 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 130.823,41 ABŞ dolları; iki müqavilə üzrə ümumilikdə cəmi 152.691,7 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması; tələbin Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə uonəldil məsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və ümumilikdə cəmi 152.691,7 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına «xxxx» QSC-yə ödənilməsi; hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutulması; Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyanı küçəsində yerləşən, Cavabdeh10 mülkiyyətindəki 8a saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh10, X1, X2, Cavabdeh11, X3, X5, Cavabdeh12, Cavabde h8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh10 «xxxx» QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 02L000005533 saylı kredit xətti müqaviləsinə əsasən 120 (bir yüz iyirmi) ay müddətinə 500.000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02L000005533 saylı sazişlə müqaviləyə dəyişiklik edilmiş, kredit xəttinin müddəti 198 (bir yüz doxsan səkkiz) ay müəyyən edilmişdir. Kredit xətti müqa viləsi üzrə Cavabdeh10 «xxxx» QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 24.500 (iyirmi dörd min beş yüz) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000026155S saylı, xx.xx.2015-ci il tarixli 02R000026155SA saylı, xx.xx.2016-cı il tarixli 02R000026155SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh10 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2016-cı il tarixdən banka qaytarmamışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkə məsinin 2(008)-56/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Z.Hacıyev) iddia tələbi qismən təmin edilərək, iddiaçı «xxxx» QSCnin xeyrinə, Cavabdeh10 xx xxxxxx 2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması üzrə 8836,47 ABŞ dolları əsas borc, 4393,89 ABŞ dolları faiz borcu, 300 ABŞ dolları cərimə olmaqla, cəmi 13.530,36 ABŞ dolları, xx xxxxx 2014-cü il tarixli 02R000032548 saylı kredit razılaşması üzrə 51.937,61 ABŞ dolları əsas borc, 26.510,43 ABŞ dolları faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 78.948,04 ABŞ dolları, ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 92.478,4 (doxsan iki min dörd yüz yetmiş səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində borcun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabd eh10 xüsusi mülkiyyətində olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Stansiyayanı küçəsində yerləşən 8a saylı fərdi yaşayış evinə yönəlməsi, həmin evin 80.000 (səksən min) manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaitinin hesabına iddiaçıya ümumilikdə qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənəsi ilə 92.478,4 (doxsan iki min dörd yüz yetmiş səkkiz dollar qırx sent) ABŞ dolları məbləğində borcun tutulması, satışdan əldə olunacaq vəsaitin iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh10 tutularaq iddiaçı «xxxx» QSC-yə ödənilməsi, cavabdehlər Cavabdeh10, X1, X2, Cavabdeh11, X3, X5, Cavabdeh12, Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 evə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərz ində həmin evi boşaldaraq evdən çıxarılması, və evin alıcıya təhvil verilməsi qət edilmiş, məhkəmə xərcləri bölüşdürülmüşdür. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 428.4, 443.1, 448.1, 448.2, 449, 462.1, 470.1,743-cü maddələrinə və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- A.Tanrıverdiyev (sədrlik edən və mər uzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-5603/20 nömrəli qətnaməsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-56/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri İddiaçı “xxxx” QSC apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, apelyasiya məhkəməsinin qətnaməsinin qismən-iddianın zaminlər Cavabdeh11 və Cavabdeh12 aid təmin edilməyən hissəsi və kredit razılaşmaları üzrə cərimə borclarının təmin edilməyən hissələrində ləğv edilməsi və həmin hissələrd ə iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: 1. onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi hazırkı iş üzrə mübahisəyə Mülki Məcəllənin 477.0.1-ci maddəsini və Konstitusiya Məhkəməsi Plenumunun Qərarını tətbiq edib iddianı zaminlərə münasibətdə rədd etməkdə haqlı olmamışdır.

2. Cavabdeh10 kredit razılaşmaları üzrə öhdəliklərini yerinə yetirmədiyindən gecikdirilmiş əsas borca tərəflər arasında imzalanmış müqavilə şərtləri ilə müəyyən edilmiş nisbət və gecikdirilmə günləri nəzərə alınmaqla cərimə məbləği hesablanmışdır. Lakin məhkəmə qətnaməsində cərimənin tənasübsüz surətdə yüksək olmasını qeyd etmiş, sonda cavabdehlərdən tələb olunan cərimə məbləğini həddindən artıq azaldaraq iki kredit razılaşması üzrə cəmi 800 ABŞ dolları həcmində saxlamışdır ki, bu da kreditorun mənafeyinə ziddir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 462.1-ci və

467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 462.1 və

467. Dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflə r arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır Maddə 477.0 və 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli qərarında isə göstərilmişdir ki, kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanmış kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin razılığı alınmalıdır. Belə razılığın olmaması zaminin məsuliyyətinin artması kimi qiymətləndirilməlidir. Həmçinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərba ycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallara kreditin ümumi məbləğinin artırılması; kreditin faizinin artırılması; kreditin valyutasının dəyişdirilməsi; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm hallar aid edilə bilər. Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası isə kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, fai z dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norm alarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin fakti ki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşdən görünür ki, zaminlər kredit xətt müqaviləsinə zamin durmuşlar və həmin müqavilədə kredit müqaviləsinə xas olan bütün əsas şərtlər barədə razılıq olmamışdır. Sonradan ilk dəfə verilmiş kredit müqaviləsinin faiz və ödəniş qrafikinə zaminlərin razılığı olmamışdır. Həmin kredit müqaviləsi Cavabdeh10 «xxxx» QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli 02R000026155 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə bağladığı sazişdir. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 02R000026155S saylı, xx.xx.2015-ci il tarixli 02L000005533 saylı sazişlə, xx.xx.2015-ci il tarixli 02R000026155SA saylı, xx.xx.20 16-cı il tarixli 02R000026155SB saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmiş və yenə zaminlərin razılığı alınmamışdır. 2015-ci ildə bağlanmış sazişlərin birinin ödəniş qrafikinə zaminin 1-i qol çəkmişdir. Lakin bu hal yenə həmin zaminə sazişlər üzrə öhdəliklər yaratmır. Zaminin öhdəliyi müqavilənin bütün mühüm şərtləri ilə bağlı razılıq verdiyi halda yaranır. Zaminlər real olaraq ilk dəfə kredit verilən 2013-cü il tarixli sazişlə razılaşmamışlarsa, sonradan edilmiş dəyişikliklər də onlar üçün öhdəlik yaratmır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarında formalaşdırdığı mövqeyə görə Mülki Məcəllənin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutula n kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. Ona görə kollegiyanın mövqeyi belədir ki, zaminlərə aid hissədə iddia rədd edilərkən maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Dəbbə pulu ilə bağlı: Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütü n əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etmə lidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Apellyasiya instansiyası Məhkəməsi dəbbə pulunu bir müqavilə üzrə 500 ABŞ dolları, digər müqavilə üzrə 300 ABŞ dolları məbləğində müəyyən etmişdir. Əvvəla, kredit xarici valyuta ilə göt ürülmüşdür. Kredit götürüldükdən sonra maliyyə bazarında baş verən və bununla əlaqəli müştərilərin ödəmə qabiliyyətinə təsir göstərən hallar, son illər pandemiya ilə bağlı hallar və onun iqtisadiyyata təsiri hamıya bəllidir. Həm də, yüksək dəbbə pulunun müəyyən edilməsi kreditorun da mənafeyinə uyğun deyil. Ona görə ki, məhkəmə qətnaməsi icra olunan olmalıdır. Dəbbə pulunun məbləği müəyən edilərkən elə məbləğ müəyyən edilməlidir ki, həmin məbləğ borclunun əsas öhdəliklərinin icrasına mane olmasın, tərəflərin mənafeyi arasındakı ədalətli tarazlığa xidmət etmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, müəyyən edilmiş dəbbə pulu tərəflərin mənafeyinə uyğundur. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” QSC-ni n kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5603/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçı “xxxx” QSC-yə aid hissədə (kassasiya şikayətinə münasibətdə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar