Məhkəmə qərarları › İş №2(102)-1258/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-1258/2021

30.03.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1258/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi, məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6818/2020 saylı qətnaməsindən cavabdeh Azərbaycan XX3 kasasiya şikayətinə əsasən işə kasasiya qaydasında baxılarkən, onun kasasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2 (004)2435/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim G.T.Axundova) İddiaçı cavabdeh Azərbaycan x “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı günlər üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin xx xxxxxxxx 2018-ci il tarixli, 206 saylı əmrinin ləğv edilməsi, iddiaçının cavabdehdə əvvəlki işinə bərpa edilməsi və işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək ona məcburi işburaxdığı günlər üçün əmək haqqının ödənilməsi qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6818/2020 saylı qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Ə.Kərimli və E.C.Kazımov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkə məsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Cavabdeh qətnamədən kasasiya şikayəti verib. xx xxxx 2021-ci il tarixdə cavabdeh Azərbaycan x X5 yazılı ərizə ilə kasasiya instansiyası məhkəməsinə müraciət edərək, qətnamədən verdiyi kasasiya şikayətinə baxılmasına zərurət qalmadığından kasasiya şikayətindən imtina etdiyi üçün kasasiya şikayətindən imtina barədə ərizəsinin qəbul edilib, ona münasibətdə kasasiya icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası MPM-nin 410.1-ci maddəsinə əsasən, kasasiya şikayəti vermiş şəxs kasasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 410.2-ci maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbu l etməməyə və işə kasasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kasasiya şikayətindən imtinanı qəbul edirsə, kasasiya instansiyasında icraata xitam verilir. Kasasiya instansiyası məhkəməsi cavabdehin apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsinin dəlillərini araşdırıb, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarını nəzərə alıb hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, işdən görünür ki, hazırda cavabdeh Azərbaycan x X5 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)6818/2020 saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən kasasiya instansiyası məhkəməsində qərar çıxarılanadək imtina edib. Eyni zamanda, mülki iş materiallarından görünür ki, cavabdehin kasasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin kasasiya şikayətindən imtina etməsi onun hüququ sayıldığından, habelə işdə, onun kasasiya şikayətindən imtina etməsini istisna edən heç bir hal olmadığından, onun kasasiya şikayətindən imtina etməsinə dair ərizəsi təmin edilməli, kasasiya şikayətindən imtina qəbul edilməklə, ona münasibətdə kasasiya instansiyasında icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 410.3-cü maddəsində göstərilir ki, kasasiya instansiyasında icraata xitam verilməsi barədə kasasiya məhkəməsi qərar çıxa rır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Azərbaycan x X3 iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli, 2(103)-6818/2020 saylı qətnaməsindən verdiyi kasasiya şikayətindən imtina barədə ərizəsi təmin edilsin, cavabdeh Azərbaycan XX3 kasasiya şikayətindən imtinası qəbul edilsin və kasasiya instansiyasında icraata ona münasibətdə xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar